Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə187/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   181   182   183   184   185   186   187   188   189

616 

 

oxudum və məndə bu ailəyə dərin hörmət yarandı. Ondan sonra Nigar xanım mənim üçün 



Azərbaycanın  qadınlıq  rəmzinə  çevrildi.  Azərbaycan  kinosunun  ən  dəyərli  nümunəsi 

«Təhminə»  filmidir.  «Təhminə»  artıq  bir  klassikadır,  bu  filmin  ifaçıları  hər  evdə  sevilir. 

Eyni sözləri «Gün keçdi» filmi haqıqnda demək olar. Anar bir fikir dahisidi, «Mən, sən, o 

və telefon» hekayəsi Anarın nə qədər unikal təxəyyülə malik olmasına daha bir nümunədir. 



ANAR BAYRAMOV  

İqtisadi Tədqiqatlar Mərkəzinin meneceri 

 

-1980-cı  ildə  anadan  olmuşam.  Həmin  dövrlər  yazıçı  Anarın  «Beş  mərtəbəli  evin 



altıncı mərtəbəsi» adlı əsəri dəbdə olub. Ona görə həmin dövrlədə tələbə olan əmim qızının 

xahişi ilə adımı Anar qoyublar. «Təhminə» və «Otel otağı» fimləri nəinki Azərbaycanın, 

hətta  dünya  səviyyəsində  mükafatlar  almağa  layiqdir.  Təbii  ki,  hörmətli  rejissorumuz 

Rasim Ocaqovun əməyini də qeyd etmək lazımdır. 



ANAR ƏSƏDOV 

hüquq fakültəsində ekoloji hüquq müəllimi 

 

-Təbii  ki,  adımın  qoyulması  xalq  yazıçısı  Anarla  bağlıdır.  Ona  münasibətim  çox 



yaxşıdır. Allah ona can sağlığı versin. 

ANAR ATAKİŞİYEV  

Türkiyə Dəyanət Vəqfi  

Bakı türk liseyinin 7-ci sinif şagirdi 

 

-Xalq  yazıçısı  Anarı  çox  sevirəm.Onun  «Ötün  ilin  son  gecəsi»  əsərini  oxumuşam. 



«Evləri köndələn yar» tamaşasına baxmsışam 

ANAR QASIMOV 

Hüquqşünas 

 

-Mən Anarı böyük yazıçı olmaqla yanaşı, həm də gözəl insan kimi tanıyıram. 




617 

 

ANAR CƏBRAYILOV  

Vəkil 

 

-Anarın  əsərləri  onun  necə  böyük  ürəyə  sahib  olduğunu  göstərir.  Onun 



ədəbiyyatımızda yeri əvəzolunmazdır.  

ANAR RASİMOĞLU. 

«Həftə içi» qəzetinin əməkdaşı 

 

 -Yazıçı Anara münasibətim olduqca müsbətdir, ən azından ona görə ki, o «Beş  mərtəbəli 



evin altıncı mərtəbəsi» kimi əsərlər yaradıb. 

ANAR BAYRAMOĞLU 

 «Şərq» qəzetinin əməkdaşı 

 

 -Anar  xalqımızın  dəyərli  yazıçısı  və  ziyalılarından  biridir.  Onun  əsərlərini  indiki 



gənclik mütaliə edərək öz yaşam tərzlərində müəyyən nəticələr əldə edə bilərlər. 

ANAR CƏFƏRSOY 

«525-ci qəzetin» əməkdaşı 

 

-Mənim həmişə tanınmış yaşıçımıza böyük hörmətim olub və belə də davam edəcək. 



Ən böyük istəyim odur ki, Qarabağ işğaldan azad olunsun və Anar müəllim Azərbaycanın 

dilbər güşəsində növbəti əsərini yazsın. 

 «ANAR» şadlıq saraynın inzibatçısı 

 

-Müdirimiz  İsrail  Cəbrayılovun  oğlunun  adı  Anar  olduğundan  10  ildir  fəaliyyət 



göstərən şadlıq sarayına bu adı verib. Onun övladının adı isə yazıçı Anara görə qoyulub. 

Anarın  əsərlərini  oxumuşam  və  xoş  təsir  bağışlayıb.  Yaxşı  xatirimdədir  ki,  1990-çı  ildə 

hörmətli  yazıçımız  xalqımızıni  müdafiəsi  üçün  Moskvada  Qorbaçovla  sözlə  vuruşdu. 

Ümumiyyətlə, Anar müəllimlə fəxr edirik. 




618 

 

ANAR SALMANOV 

futbol hakimi 

 

Valideynlərim  məni  yazıçı  Anara  görə  belə  adlandırıblar.  Yazıçının  əsərlərini  hər 



dəfə həvəslə mutaliə etmişəm və ona böyük hörmət bəsləyirəm. Azərbaycan xalıqının belə 

yazıçıya ehtiyacı var. 



ANAR VƏLİYEV 

saç ustası 

 

- Mən Anarı görkəmli ziyalı kimi tanıyram, onun əsərlərini maraqla oxumuşam. 



ANAR HEYBƏTOV 

Tarixçi 


 

-Anara  münasibətim  olduqca  yaxşıdır.  Onun  yaradıcılığı  çox  mükəmməl  və 

əsrarəngizdir. 

ANAR MÜRŞÜDOV 

Psixoloq 

 

-Anarın  əsərlərini  çox  bəyənirəm,  oxumadığım  əsəri  demək  olar  ki,  yoxdur.  Onun 



yaradıcılığını bilməyən adam yəqin ki, tapılmaz. 

 ANAR GƏLİLİ 

Ədəbiyyat müəllimi 

 

-  Mən  Anarıni  yaradıcılığı  haqqında  nə  qədər  danışsam  yorulmaram.  Onun 



ədəbyyatımızın zənginləşməsində rolu əvəzolunmazdır. 

ANAR SƏMƏDOV 

avtomobil ustası 

 



619 

 

- Anarı görkəmli Azərbaycan ziyalısı adlandırardım. Ona münasibətim çox yaxşıdır. 



ANAR HACIYEV 

fəlsəfə elmləri namizədi 

 

- Anara münasibətitm çox yaxşıdır, onun yaradıcılığına heyranam. 



ANAR ƏLİYEV 

Leytinant 

 

- Anar bizim xalqımızın həm böyük ziyalısı, həm də istedadlı yazıçıısıdır. 



ANAR PAŞAYEV 

tələbə  


 

-Anarın yaradıcılığını çox bəyənirəm. Bütün gənclər adından onu təbrik edirəm, ona 

cansağlığı və xoşbəxt ömür arzulayıram. Arzumuz onu daim bizimlə görmədir. 

 Sorğunu apardı Ülkər Nəbiyeva 

«525-ci qəzet» 14 mart 2008 

   


 

 



620 

 

ANARIN SİÇAN ƏHVALATI 



 

Altmışıncı  illərin  sonlarında  bir  gecə  Vaqif  Səmədoğlu  ilə  İntiqam  Qasımzadə 

Anargilə gəlir. 

Anar  o  zaman  Vaqif  küçəsindəki  «yazıçılar  evi»ndə  küçə  tərəfdən  zirzəmi,  həyət 

tərəfdən  isə  ikinici  mərtəbədə  olan  bir  mənzildə  yaşayırdı  və  o  mənzilin  qapısı  gecə-

gündüz dostlar üçün açıq olurdu. 

İntiqamla,  Vaqiflə    Anar  zirzəmi  otaqda  (buradakı  pəncərədən  küçədən  keçən 

adamların  ancaq  ayaqqabıları  gürünürdü)  oturub  vura-vura  söhbət  edirdilər  və  bu  zaman 

döşəmədə  bir  bir  siçan  qaçır.  Anar  da  yerindən  sıçrayıb  o  həyasız  siçanın  dalınca  qaçır, 

amma təbii ki, siçan daha cəld olduğu üçün, qaçıb gizlənir. 

Anarın vaxtsız gələn dostlarının çox cəfasını çəkmiş Zemfira xanım zarafatla deyir: 

-Bir siçanı da tuta bilmədiniz! 

Anar: 

-Biz pişik deyilik, yazıçıyıq - deyir. 



 

MOLLLABALA 

«TƏQSİR SİZDƏ DEYİL..» 

 

1980-ci  illərin  əvvəllərində  respublika  rəhbərliyit  o  zaman  Azərbaycan  Yazıçılar 



İttifaqının  katibi  işləyəyən  Elçinə  və  Teatr  Xadimləri  İttifaqının  sədr  müavini  işləyən 

Anara  belə  bir  xahişlə  müraciət  edirlər  ki,  mühüm  bir  məruzəni  redaktə  eləyib  «adam 

dilinə» salsınlar. 

Bu  məqsədlə  Bakıdakı  gözəl  bir  qonaq  evini  bir  neçə  günlüyə  onların  öhdəsinə 

verirlər. 

 Anarla  Elçin  heç  cürə  o  məruzəyə  «girişə»  bilmirlər  və  bunun  əvəzinə  ikisi  bir 

yerdə «bədii yaradıcılıqla» məşğul olurlar, yəni dostları Araz Dadaşzadənin şəninə belə bir 

qəzəl yazırlar: 




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə