Xəbər bülleteni №18


-cı ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiqlənib



Yüklə 0,63 Mb.
səhifə29/30
tarix17.10.2017
ölçüsü0,63 Mb.
#5151
1   ...   22   23   24   25   26   27   28   29   30

2016-cı ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiqlənib


30.12.2015

teqvim 1Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 29 dekabr qərarı ilə 2016-cı ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq olunub. Transparency.az-a verilən məlumatda deyilir ki, 2016-cı ildə 1-2 yanvar (Yeni il), 20 yanvar (Ümumxalq Hüzn Günü), 8 mart (Qadınlar Günü), 20, 21, 22, 23, 24 mart (Novruz bayramı), 9 may (Faşizm Üzərində Qələbə Günü), 28 may (Respublika Günü), 15 iyun (Azərbaycan Xalqının Milli Qurtuluş Günü), 26 iyun (Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü), 6, 7 iyul (Ramazan bayramı), 12, 13 sentyabr (Qurban bayramı), 9 noyabr (Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü), 31 dekabr (Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü) iş günü hesab edilmir.

2016-cı ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 25 mart, 30 may, 27 iyun, altıgünlük iş həftəsində isə 25 mart və 27 iyun istirahət günləridir.

2016-cı ilin fevral ayı 29 təqvim günündən ibarət olduğuna görə il 366 təqvim günündən ibarət olacaq. Gələn ildə beşgünlük iş həftəsində 243 iş günü (onlardan 6-sı bayramqabağı, 1-i Ümumxalq Hüzn Günü qabağı iş günləridir), iş günü hesab edilməyən 109 istirahət günü (onlardan 4-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən həftələrarası istirahət günlərinin əvəzinə verilən istirahət günləri), iş günü hesab edilməyən 18 bayram günü (5-i istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq Hüzn Günü var.

Əmək Məcəlləsinə əsasən, ölkədə gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. Növbəti ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir. Bu zaman iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq Hüzn Günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.

2016-cı il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1937 saat təşkil edəcək. Altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə sonrakı gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz. Məcəllənin 91-ci, 92-ci və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla qalan iş yerlərində səsvermə, iş günü hesab edilməyən bayram günləri və Ümumxalq Hüzn Günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2016-cı ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1937 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

Gürcüstanda yeni hökumət quruldu


30.12.2015

gurcustan hokumeti 1Gürcüstan parlamentinin sədri David Usupaşvili Georgi Kvirikaşvilini baş nazir postuna təsdiqləyib. Qanunverici orqanda yeni kabinet də müəyyənləşib.

Novator.az xəbər verir ki, 12 saatlıq müzakirələrdən sonra 86 deputat yeni hökuməti dəstəkləyib, 28 deputat əleyhinə çıxıb.

Yenilənmiş hökumətdə iki dəyişiklik var: Mixail Canalidze xarici işlər naziri olub, iqtisadiyyat naziri Dmitri Kumsişvili isə baş nazir müavini postuna gətirilib.

Ötən həftə Gürcüstan hökumətinə iki il ərzində başçılıq etmiş İrakli Qaribaşvili istefa verib, bundan sonra hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası baş nazirliyə xarici işlər naziri Georgi Kvirikaşvilinin namizədliyini irəli sürüb.


Elektron təhsil” müsabiqəsinin qalibləri mükafatlandırılıb


30.12.2015

qalibler
Təhsil Nazirliyi dekabrın 29-da “Elektron təhsil” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimini keçirib. Edu.gov.az-ın məlumatına görə, müsabiqənin əsas məqsədi elektron tədris resurslarının, internet texnologiyalarının tədris prosesinə tətbiqini genişləndirmək, tədris məqsədləri üçün internetdən istifadənin yeni üsullarını öyrənmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa təşviq etmək, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək olub.

“Müəllim” və “Şagird” istiqaməti üzrə 6 nominasiyada keçirilmiş müsabiqənin I mərhələsinə təqdim edilmiş 941 işdən 900-ü II mərhələdə qiymətləndirilməyə təqdim olunub və nəticədə 207 iş nominant olaraq III mərhələyə keçib. III mərhələyə keçən işləri münsiflər heyəti onlayn qaydada qiymətləndirərək 14 qalibi və 18 fərqlənən işi müəyyən edib.

Qaliblərə diplom, noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunub.

Baş nazirin müavini iki sosial istiqamətdə planlardan danışıb


30.12.2015

eli ehmadov 1Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov “Azərbaycan” qəzetinə müsahibəsində sığorta-pensiya sistemindəki islahatlar mövzusuna toxunub: “Bütün dünyada sığorta-pensiya sistemi öz həssaslığı və əhəmiyyəti ilə fərqlənən fəaliyyət sahələrindən sayılır. Bu gün Azərbaycanda təxminən 1 milyon 300 minə yaxın pensiyaçı var. Prezident İlham Əliyevin bilavasitə tapşırığı əsasında pensiya-sığorta sisteminin daha da təkmilləşdirilməsi, insanlarımıza ahıl yaşlarında layiqli həyatın təmin edilməsi ilə əlaqədar lazım olan tədbirlərin görülməsi istiqamətində çox ciddi iş aparır. Bu istiqamətdə islahatlar həyata keçirilməkdədir. Müəyyən bir konsepsiya formalaşıb və bu konsepsiyanın məqsədi ondan ibarətdir ki, Azərbaycanda çox dayanıqlı, etibarlı, müasir tələblərə cavab verən və eyni zamanda bizi qarşıda gözləyən çağırışlara cavab verən sığorta-pensiya sistemi yaradılsın.

Azərbaycan pensiya-sığorta sisteminin səmərəli fəaliyyəti ilə əlaqədar hər hansı bir ciddi çətinliklə üzləşməyib. İstər pensiyaların vaxtında ödənilməsi, istər pensiyaların maliyyə imkanlarına uyğun şəkildə artırılması sahəsində problem yaşanmayıb. Amma təbii, biz buna hazır olmalıyıq ki, insanlarımızın pensiya alan kateqoriyasının sayı artacaq, eyni zamanda pensiyaların da mütəmadi olaraq gələcəkdə artırılması kimi vacib məsələlər qarşıda duracaq. Çalışmalıyıq ki, bizim pensiya-sığorta sistemində həyata keçirdiyimiz islahatlar bu çağırışlara layiqincə və vaxtında cavab verə bilsin”.

Baş nazirin müavini əlilliyin təyinatı ilə bağlı yeni qaydalar barədə suala cavabında belə deyib: “Azərbaycanda əhalinin təxminən 6 faizə yaxını əlil və fiziki sağlamlığı məhdud olan insanlar kimi qeydiyyatdan keçib. 570 min bu kateqoriyaya aid olan insan var və onlardan 500 mini ya pensiya, ya da əlillik müavinəti alır. Yerdə qalan isə 18 yaşı olmayan, fiziki qüsurları olan Azərbaycan vətəndaşlarıdır. Beləliklə, böyük bir kütlə, 500 min insan ya pensiya, ya da əlilliyə görə müavinətlər alır. Əlilliyə görə əmək pensiyası alanların sayı isə 370 min nəfərdir. Belə çıxır ki, Azərbaycanda pensiya alan 1 milyon 300 minə yaxın vətəndaşın 370 mini əlilliyə görə əmək pensiyası alanlardır. Bu az rəqəm deyil. Azərbaycanda mövcud olan qanunvericiliyə görə, əlilliyi olan insanların əmək pensiyasına çıxması üçün çox ciddi güzəştlər mövcuddur və Azərbaycan vətəndaşları bu güzəştlərdən istifadə edirlər.

Amma təbii, narahatedici məqamlar da var və bu ondan ibarətdir ki, bəzi hallarda əlilliyə pensiya yaşına çatmazdan əvvəl pensiya hüququ qazanmaq şansı kimi yanaşan insanlar var. Mən bunu çox təəssüf hissi ilə qeyd etmək istəyirəm. Bizim qarşımızda duran ən mühüm vəzifələrdən biri ondan ibarətdir ki, əlillikdən, bu və ya digər səbəbdən insanların öz fiziki sağlamlığını itirməsi halından sui-istifadə etmək istəyən insanların sayı azaldılsın və yaxud bu cür sui-istifadə halları mümkünsüz edilsin. İndinin özündə bu istiqamətdə vacib olan işlər görülür. Bu sahədə atılan addımlardan biri əlillik meyarlarının təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsi ilə bilavasitə əlaqədardır. Güman edirəm ki, yaxın zamanlarda görülən tədbirlər, normativ-hüquqi aktların yeniləşdirilməsi, bəzi qanunvericilik bazasının təkmilləşdirilməsi nəticəsində haqqında söhbət etdiyimiz neqativ məqamlar aradan qalxacaq. Dünya ölkələrinin əksəriyyətində əlilliyə bilavasitə vaxtından tez pensiyaya çıxmaq hüququnun əldə edilməsi şansı kimi baxılması geniş yayılmış praktika deyil. Çalışmaq lazımdır ki, insanların sağlamlığı özünə qaytarılsın, insanlar cəmiyyətin bütün parametlərinə görə tamhüquqlu üzvü olsunlar, onlar işdən ayrılmasınlar, əgər azacıq fiziki qüsurları varsa və yaxud bəzi hallarda müəyyən qədər ciddi qüsurları varsa, onların yenə də müvafiq sahələrdə işləməsi üçün imkanlar yaradılsın.

Çox vacibdir ki, insan özünü cəmiyyətdə lazımlı bir vətəndaş kimi dərk etsin və öz imkanlarını cəmiyyətə təqdim edə bilsin. Bu baxımdan əlilliklə əlaqədar iki əsas və bir-biri ilə sıx bağlı vəzifə həyata keçirilməlidir. Bunlardan birincisi bu və ya digər səbəblərlə əlaqədar fiziki sağlamlığını itirmiş insanların sağlamlığının bərpa edilməsi, ikincisi onların sosial təminatının təmin edilməsidir. İnsanın reabilitasiyası yolu ilə sağlam həyata qaytarılması mümkün olmadıqda onun sosial təminatının bütövlükdə dövlətin üzərinə götürülməsi haqqında düşünmək olar. Haqqında söhbət etdiyimiz problemə düzgün yanaşmanı mən belə təsəvvür edirəm. Həyata keçirilən təkmilləşmələrin əsas məqsədi məhz bundan ibarət olmalıdır. Belə sağlam və dəqiq bir mexanizm hazırlandığı halda əlilliyin həm müəyyən edilməsi, həm də təyin edilməsi ilə bağlı o qədər də şəffaf olmayan məqamlar varsa, onlar aradan qalxacaq və bu proses də tam şəffaf şəkildə həyata keçiriləcək”.

Əli Əhmədov icbari tibbi sığortanın tətbiqi üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi haqqında da danışaraq qeyd edib ki, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta Agentliyi fəaliyyətə başlayandan sonra mövcud qanunvericiliyin indiki reallıqlara nə dərəcədə uyğun gəlib-gəlmədiyi aydınlaşacaq: “Yalnız o zaman icbari tibbi sığorta haqqında qanunvericiliyə təkliflər irəli sürmək mümkündür. Mən də düşünürəm ki, 1999-cu ildə qəbul olunmuş qanuna müəyyən düzəlişlər etməyə ehtiyac yaranıb. Amma icbari tibbi sığorta praktikasını həyata keçirmədən həmin qanunda nəyi dəyişmək haqqında aydın təsəvvür formalaşdırmaq çox çətindir. Ona görə də müəyyən qədər gözləmək lazımdır ki, icbari tibbi sığorta fəaliyyətə başlasın, icbari tibbi sığorta münasibətləri tətbiq edilsin, bu xidmət vətəndaşlara praktiki olaraq göstərilsin. Bundan sonra qanunvericilikdə indiki real həyatımızla uyğun gəlməyən məqamlar ortaya çıxacaq, sonra da həmin məqamların aradan qaldırılması və müasirləşdirilməsi istiqamətində addımlar atılacaq. Güman edirəm ki, 2016-cı il Azərbaycanda icbari tibbi sığorta praktikasının həyata keçirilməsinin ən məsuliyyətli dövrü olacaq. Bu mərhələdə qurum formalaşacaq, onun fəaliyyət prinsipləri müəyyənləşəcək. Bır sıra pilot layihələr reallaşdırılacaq, Azərbaycana daha uyğun gələn sığorta modeli seçiləcək.

Azərbaycan dövləti vətəndaşlara səhiyyə xidmətinin göstərilməsi üçün Azərbaycanın maliyyə imkanlarının verdiyi dərəcədə öz yardımını edir. Amma icbari tibbi sığortanın tətbiqini zərurətə çevirən məqam ondan ibarətdir ki, yalnız dövlətin ayırdığı vəsait bizim istədiyimiz səviyyədə vətəndaşlara səhiyyə xidmətlərinin göstərilməsi üçün kifayət etmir. Bütün səhiyyə xərclərinin, bütün vətəndaşların sağlamlığının təmin olunması üçün lazım olan vəsaitlərin yükünü dövlətin üzərinə qoymaq haqsızlıq olardı. Vətəndaş da öz sağlamlığının təmin edilməsi üçün öz imkanları çərçivəsində sığorta münasibətlərinin formalaşmasına vəsait ödəməlidir. Bunun bir hissəsi işəgötürən tərəfindən, başqa bir qismi işləyənlər tərəfindən ola bilər. İcbari tibbi sığorta haqqının miqdarı işləyənlərlə işəgötürənlər arasında olan münasibətlər çərçivəsində öz həllini tapa bilər. Faizlər 2, 3, yaxud 5 faiz olacaqsa, hansı modeli götürəcəyiksə, təbii ki, reallıqlar nəzərə alınacaq. Bu, işləyənlərlə işəgötürənlər arasında razılıq əsasında olacaq. Nəticə etibarilə dövlətin səhiyyə xidmətinin maliyyələşdirilməsi üçün ayrılan vəsait vətəndaş və ya onun çalışdığı müəssisə tərəfindən ayrılan vəsaitlə birləşərək səhiyyə xidmətinin keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəldilməsinə xidmət etmiş olacaq.

Vətəndaşlarımız dərk etməlidirlər ki, hər bir insan öz sağlamlığının qayğısına qalmalıdır. İnsanın öz sağlamlığının qayğısına qalmasının bir yolu da icbari sığorta fonduna vəsaitin ayrılmasından ibarətdir. Güman edirəm ki, Azərbaycan vətəndaşları icbari tibbi sığorta praktikasının həyata keçirilməsinə başlandıqdan sonra bunun faydasını dərk edəcəklər. Əgər səhiyyə xidməti pulsuzdursa, bütün səhiyyə xidmətləri dövlət tərəfindən ödənilirsə, böyük maliyyə imkanları, yaxşı yaşayış səviyyəsi olan ailələrlə aşağı səviyyədə yaşayan ailələrin eyni dərəcədə pulsuz dövlət səhiyyəsinin imkanlarından istifadə etməsinin özündə ədalətsizlik məqamları var. Ən azından ona nail olmaq lazımdır ki, kimin imkanı varsa, bu və ya digər səbəblərdən xəstəxanalara müraciət etdikdə aldığı xidmətin haqqını ödəsin, kimin bu imkanı yoxdursa, ona dövlət vəsaitləri hesabına o xidmətlər göstərilsin. Güman edirəm ki, bu, ədalətli olar. İndiki halda fərq qoyulmur. İcbari tibbi sığorta münasibətləri formalaşandan sonra imkanı olanlar daha çox öz vəsaitləri hesabına tibbi xidmət alacaqlar, imkanı olmayanların — pensiyaçılar, əlillər və başqa kateqoriyadan olanların isə onlara göstərilən tibbi xidmətə görə ödəniş etmək imkanı yoxdursa, bu, dövlət tərəfindən həyata keçiriləcək. Beləliklə də həm tibbi xidmətin keyfiyyəti yüksələcək, həm də bu sahə də sosial ədalət fundamental əsasda öz həllini tapacaq”.



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə