Xəbər bülleteni №18


Bayram məzənnəsi: dollar 1 manat 56 qəpiyi ötəcək



Yüklə 0,63 Mb.
səhifə30/30
tarix17.10.2017
ölçüsü0,63 Mb.
#5151
1   ...   22   23   24   25   26   27   28   29   30

Bayram məzənnəsi: dollar 1 manat 56 qəpiyi ötəcək


30.12.2015

merkezi-bank-01Dekabrın 30-da Mərkəzi Bank məlumat yayıb. Əhalinin nəzərinə çatdırılır ki, qarşıdakı bayram günlərində (31 dekabr-4 yanvar) milli valyutanın məzənnəsi ilə bağlı yarana biləcək hər hansı spekulyativ xarakterli məlumatlara və şayiələrə inanmasınlar: “Yeni məzənnə siyasəti rejiminə uyğun olaraq tələb və təklif nəzərə alınmaqla manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi 5 yanvar 2016-cı il üçün 1,5610 manat müəyyənləşdirilib. Bayramqabağı günlərdə Mərkəzi Bank bankların valyutaya olan ehtiyaclarını hərraclar vasitəsilə kifayət həcmdə təmin edib”.

Yanvarın hava proqnozu


30.12.2015

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti 2016-cı ilin yanvar ayına olan hava proqnozunu açıqlayıb. Rəsmi məlumata görə, orta aylıq temperatur belə proqnozlaşdırılır:

Bakıda və Abşeron yarımadasında 3-5 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti);

Naxçıvan Muxtar Respublikasında 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti (gecələr 4-9, bəzi günlərdə 13-18 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti);

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında 1-3 dərəcə şaxta (gecələr 4-9, bəzi günlərdə 12-17 dərəcə şaxta, gündüzlər 1-6 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta);

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında 1-3 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta);

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti (gecələr 0-4 dərəcə isti, bəzi günlərdə 8-13, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta);

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında 3-5 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti);

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında 1-5 dərəcə isti (gecələr 2-6 dərəcə isti, bəzi günlərdə 3-8, dağlarda 12-17 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti).

İlham Əliyev Xəzər rayonu və Zirə qəsəbəsi ictimaiyyətinin nümayəndələri ilə görüşüb


30.12.2015

AZƏRTAC xəbər verir ki, dekabrın 30-da Bakının Xəzər rayonunda Zirə Mədəniyyət Mərkəzinin açılışı olub. Prezident İlham Əliyev açılış mərasimində iştirak edib.

Dövlət başçısı binada yaradılan şəraitlə tanış olub, sonra Xəzər rayonu və Zirə qəsəbəsi ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Prezident 50 manatlıq bayram hədiyyəsinə sərəncam verdi


30.12.2015

prezident-ferman
Aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında prezident sərəncamı imzalanıb. Sərəncama əsasən, 30 dekabr 2015-ci ilə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə 50 manat məbləğində birdəfəlik yardım ödənilir.

Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün 2015-ci il dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5,3 milyon manat ayrılır.


Apple” kapitallaşma üzrə dünya birincisi oldu


30.12.2015

apple 1Yüksək texnologiyalı şirkətlərin kapitallaşma üzrə reytinqi açıqlanıb. Bu kateqoriya üzrə “Apple” reytinqdə birinci, “Alphabet” isə (“Google” və “Android”in əsas şirkəti) ikinci pillədə qərarlaşıb.

AZƏRTAC “The Wall Street Journal” qəzetinə istinadla xəbər verir ki, “Apple” şirkəti 2015-ci ilə 640 milyard dollar kapitallaşma ilə start verib. Yaz aylarında bu göstərici 750 milyard dollaradək artıb. İlin sonuna doğru dünyanın ən bahalı şirkətinin bazar qiyməti 600 milyard dollardan aşağı düşüb.

“Alphabet” şirkəti isə cari ildə kapitallaşmasını 45 faiz artıraraq 530 milyard dollara çatdırmağa müvəffəq olub.

Son aylarda “Microsoft” korporasiyası da irəliləyiş nümayiş etdirərək 450 milyard dollar göstəricisi ilə üçüncü pilləni tutub.


Maşallah Əhmədovu buraxdılar


30.12.2015

mashallah ehmedovFutbolçu Maşallah Əhmədov ev dustaqlığına buraxılıb. Report.az-ın məlumatına görə, Maşallah Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması qərarı dekabrın 30-u Binəqədi Rayon Məhkəməsində çıxarılıb.

Dekabrın 17-də Binəqədi məhkəməsi Maşallah Əhmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçmişdi. Futbolçu Bakı İstintaq Təcridxanasında saxlanırdı.

Maşallah Əhmədov dələduzluqda ittiham olunur. Bakı şəhər sakini Fəqan Cəfərov 2012-ci ildə Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, ona məxsus sexdən Maşallah Əhmədovun 72 min manat dəyərində üzlük plitə götürüb pulunu ödəmədiyini bildirib. Həmin şikayət əsasında cinayət işi başlanıb, üstündən 3 il keçməsinə baxmayaraq Maşallah Əhmədov pulu ödəməyib.

2015-ci il dekabrın 14-də Binəqədi polisinə Maşallah Əhmədovla bağlı daha bir şikayət daxil olub. Bakı şəhər sakini Yusif Əzizov şikayət ərizəsində Maşallah Əhmədovun ondan 105 min manat dəyərində mərmər daş götürdüyünü, pulunu ödəmədiyini qeyd edib. Yusif Əzizov bildirib ki, Maşallah Əhmədov ondan oğlunu işə düzəltmək adı ilə 15 min manat alıb, amma vədinə əməl etməyib.

Maşallah Əhmədovla bağlı ikinci şikayət birinci şikayət əsasında başlanmış cinayət işinə əlavə edilib.

56 yaşlı Maşallah Əhmədov Gəncə futbol məktəbinin yetirməsidir. 1978-ci ildən 1989-cu ilədək Bakının “Neftçi” komandasında oynayıb, 250-dən çox rəsmi oyunda 60-dan çox qol vurub. 1986-cı ildə o, SSRİ-nin ən güclü 3 hücumçusundan biri seçilib. Futbolçu karyerasını bitirəndən sonra bizneslə məşğul olub.


Kredit burulğanından çıxmaq təklifləri


30.12.2015

qubad-ibadogluİqtisadçı ekspert Qubad İbadoğlu 21 dekabr devalvasiyasından sonra dollarla kredit borcu olanların düşdüyü vəziyyətdən qurtulması üçün təkliflər verib. Transparency.az-ın məlumatına görə, ekspert bunları tövsiyə edir:

- 2016-cı il yanvarın 1-dən xarici valyuta ilə olan kreditlər yalnız valyuta gəlirləri olan müəssisə və təşkilatlara maliyyə fəaliyyətinin nəticələrini əks etdirən hesabatlar əsasında, il və ya rüb ərzində qazanılan valyuta gəlirlərinə müvafiq məbləğdə verilsin;

- Mərkəzi Bankın nəzdində şübhəli və ümidsiz borclar üzrə agentlik yaradılsın. Bu agentlik kommersiya banklarının və qeyri-bank kredit təşkilatlarının məzənnə fərqindən yaranmış xərclərini örtmək üçün vəsaitlə təmin edilsin.

Banklar gələn ildən başlayaraq valyuta ilə olan kreditlər üzrə müştərilərlə hesablaşmalar aparan zaman kreditin ayrılma tarixi ilə borcun ödənilmə tarixi arasında yaranmış məzənnə fərqini ayrıca xərc maddəsi kimi hesablayaraq onun ödənilməsi üçün Mərkəzi Bankın müvafiq agentliyinə müraciət etsinlər. Agentlik isə öz növbəsində müraciətin əsaslı olmasını yoxladıqdan sonra xüsusi resursları hesabına həmin xərcin maliyyələşdirilməsi üçün xətt açsın;

- parlament “Fiziki şəxslərin (vətəndaşların) müflisləşməsi” haqqında ayrıca qanun qəbul etsin. Mövcud qanunvericilikdə işlədilən “borclu” anlayışı həm borclu müəssisələrə, həm də fərdi borclulara aid edilsə də, bu qanun fiziki şəxslərə (vətəndaşlara) özlərini müflis elan edib onu rəsmiləşdirmək hüququ vermir. Təklif edirəm ki, fiziki şəxslərə (vətəndaşlara) da belə bir hüquq şamil olunsun və borcu olan, onu qaytarmaq qabiliyyətinə malik olmayan fiziki şəxslər özlərini müflis edib ərizəsini və müvafiq sənədlərini məhkəməyə təqdim etsinlər.

Məhkəmələrdə fiziki şəxslərə borclarının yenidən strukturlaşması planı və onların ödəmə qabiliyyətinin vəziyyəti əsasında dəbbə pulları (cərimə, penya) saxlanmaqla 3 ildən 5 ilədək kredit tətilləri verilsin. Beləliklə də məhkəmələrin qərarı ilə müflis hesab edilən vətəndaşlar borc aldıqları banklara müraciət edə və öhdəliklərinin müəyyən dövrdə dayandırılmasına nail ola bilər. Bu zaman fərdin borclarının yenidən strukturlaşması planının hazırlanması və məhkəmə prosedurları üzrə yaranmış xərcləri dövlətin qarşılaması problemin həllinə töhfə olar.


Hansı qəzetə nə qədər yardım ayrılıb?


30.12.2015

kiv-dfKİV-in İnkişafına Dövlət Dəstəyi Fondu 2016-cı ilin birinci yarısı üçün maliyyə yardımı ayırdığı qəzetlərin siyahısını açıqlayıb. Transparency.az siyahını təqdim edir:

“Kaspi” qəzeti — 60 000 manat

“Mövqe” qəzeti — 60 000

“Yeni Azərbaycan” qəzeti — 60 000

“Ədalət” qəzeti — 60 000

“525-ci qəzet” — 60 000

“Səs” qəzeti — 60 000

“Bakı-Xəbər” qəzeti — 60 000

“Yeni Müsavat” qəzeti — 60 000

“Kaspiy” qəzeti — 60 000

“Ekspress” qəzeti — 60 000

“Palitra” qəzeti — 60 000

“Paralel” qəzeti — 40 000

“Həftə içi” qəzeti — 40 000

“Azad Azərbaycan” qəzeti — 40 000

“Şərq” qəzeti — 40 000

“Xalq Cəbhəsi” qəzeti — 40 000

“Futbol+Qol” qəzeti — 40 000

“Bizim yol” qəzeti — 40 000

“Olaylar” qəzeti — 40 000

“Novoye vremya” qəzeti — 30 000

“Futbol+” qəzeti — 30 000

“Üç nöqtə” qəzeti — 30 000

“Azernews” qəzeti — 30 000

“Unikal” qəzeti — 20 000

“Olimpiya dünyası”qəzeti — 20 000

“Oxu məni” qəzeti — 20 000

“Reytinq” qəzeti — 9 000

“Təhsil problemləri” qəzeti — 9 000

“The Business Times” qəzeti — 9 000

“Hərbi and” qəzeti — 9 000

“Türküstan” qəzeti — 9 000

“İqtisadiyyat” qəzeti — 9 000

“Hürriyyət” qəzeti — 9 000.


500 nəfərə yaxın hərbçi ailəsi daimi mənzillə təmin olunub


30.12.2015

Hərbi xidmətdə və ehtiyatda olan 500 nəfərə yaxın hərbiçi ailəsi dekabrın 30-da Gəncə şəhərində daimi mənzillə təmin olunub. Müdafiə nazirinin müavinlərinin, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavinin, hərbi qulluqçuların ailə üzvlərinin iştirakı ilə Bakı, Naxçıvan, Bərdə şəhərlərində keçirilən təntənəli mərasimlərdə daimi mənzillərin açarları və sənədləri sahiblərinə təqdim edilib.



Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

menzil1
Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə