Xəbər bülleteni №18


İlham Əliyev Xətai rayonunda yolların yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub



Yüklə 0,63 Mb.
səhifə26/30
tarix17.10.2017
ölçüsü0,63 Mb.
#5151
1   ...   22   23   24   25   26   27   28   29   30

İlham Əliyev Xətai rayonunda yolların yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub


29.12.2015

Prezident İlham Əliyev dekabrın 29-da Bakının Xətai rayonundakı Ramiz Quliyev, Rahib Məmmədov, Xudu Məmmədov, Aşıq Ələsgər küçələrinin, Gəncə prospektinin yenidən qurulması və əsaslı təmir işlərindən sonrakı vəziyyəti ilə tanış olub. Xəbəri AZƏRTAC yayıb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov İlham Əliyevə məlumat verib ki, 5,5 kilometr uzunluğu olan yolda əsaslı təmir və yenidənqurma işləri yüksək standartlara uyğun şəkildə aparılıb, ümumilikdə 131 min kvadratmetrdən çox əraziyə asfalt örtüyü döşənib. Onun sözlərinə görə, yolların kənarında abadlıq işləri görülüb, səkilər yenidən qurulub, yollar müasir standartlara uyğun işıqlandırma sistemi ilə təchiz edilib, bütün kommunikasiya xətləri yerin altı ilə çəkilib, ətraf ərazilərdə yaşıllıq zolaqları salınıb.

yol

Sabiq səfir: “Mən bilmirəm Azərbaycan hakimiyyəti nə düşünür”


29.12.2015

richard kozlaric 1Prezident İlham Əliyevin dekabrın 28-də imzaladığı əfv sərəncamı siyasi məhbus sayılan şəxslərdən heç kimə şamil olunmayıb. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri (1994-1997) Riçard Kozlariç “Turan”ın Vaşinqton müxbiri ilə söhbətində deyib ki, 28 dekabr əfvi Azərbaycan üçün vəziyyəti yaxşıya doğru dəyişmək baxımından itirilmiş imkandır: “Bu həm də mənim uzun müddət söylədiklərimi təsdiqləyir: Bakının repressiv rejimi Qərblə yaxınlığı özü üçün təhlükə kimi görür. Bakı rejimi Avropa və ABŞ üçün çox vacib olan insan hüquqları sahəsindəki öhdəliklərini yerinə yetirmək istəmir. Mən bilmirəm Azərbaycan hakimiyyəti nə düşünür, ancaq belə görünür onlar Qərblə yaxşı münasibətlərdə maraqlı deyillər”.

Sabiq səfir Azərbaycan hakimiyyətinin siyasi məhbusları azad etməli olduğunu vurğulayıb: “Bunun bir neçə səbəbi var. Bunlardan biri Dağlıq Qarabağa görə Ermənistanla davam edən münaqişədir. Bu problemlə məşğul olan Minsk qrupunda üç həmsədrdən ikisi ABŞ və Fransadır.

Hazırda Rusiya ilə münasibətlər də çox yaxşı deyil, əksinə, belə olan vəziyyətdə Azərbaycan üçün Qərblə yaxınlıq vacibdir. Rusiya açıq şəkildə Türkiyə ilə münasibətlərin kəskinləşməsinə doğru gedir ki, bu da avtomatik olaraq Azərbaycana təzyiq deməkdir.

Üçüncüsü, Azərbaycanın mübarizə apardığı dərin iqtisadi böhran xarici investisiyalar tələb edir. Odur ki, Avropa ölkələrini və ABŞ-ı ölkəyə daha çox cəlb etmək məntiqli olardı, nəinki onları uzaqlaşdırmaq. Bu səbəblərdən hakimiyyət siyasi məhbusları azad etməliydi, lakin bunu etmədi”.

Kozlariç deyib ki, 2015-ci il ABŞ üçün Azərbaycan hökuməti ilə müsbət əməkdaşlıq baxımından çox fəal olub: “Lakin bu, işləmədi. Bunu Bakıya yüksək səviyyədə səfərlər də göstərdi. Məsələn, dövlət katibinin müavini Viktoriya Nuland Bakıda hakimiyyətə çox müsbət məlumatlar çatdırdı, lakin bu, işləmədi.

Odur ki, sanksiyalara çağırışların olmaması və ya Avropa Şurası baş katibinin Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin yoxlanması üçün xüsusi komissiya təyin etməməsi məntiqsiz olardı.

Hökumətin ötən il ABŞ-a qarşı atdığı addımları, həmçinin qanunvericiliyin sərtləşdirilməsini və KİV-ə təzyiqləri  nəzərə alaraq düşünmürəm ki, hakimiyyət siyasi məhbuslar problemini həll etmək niyyətindədir və bu, çox pisdir.

Əgər siyasi məhbuslar buraxılmasa daha əməli addımlar atmaq lazımdır, ən azı günahsız insanın həbsdə olmasına görə məsuliyyət daşıyan məmurlara qarşı. Buna, sadəcə, alternativ yoxdur”.

Konqresmen Kristofer Smitin “Azərbaycan demokratiya aktı — 2015” qanun layihəsi ilə bağlı sualı cavablandıran sabiq səfir deyib ki, yeni il bayramından sonra Konqres bu müzakirəyə qayıdacaq və onun dəstəyi növbəti addım ola bilər: “Senator Ben Kardinin təklif etdiyi qlobal Maqnitski qanunu layihəsinin əhatə dairəsi isə daha genişdir, siyasi məhbusların və korrupsiyanın olduğu ölkələrdə konkret şəxslərə qarşı maliyyə sanksiyalarını nəzərdə tutur. Odur ki, mən çox təəccüb edirəm niyə Bakıda Kardinin deyil, Smitin qanun layihəsinə daha çox diqqət yönəlib”.

Azərbaycana sanksiya tələbi: layihədə nələr var?

ABŞ-a qarşı layihə Milli Məclisə təqdim olundu

Parlament yeni İnzibati Xətalar Məcəlləsinə səs verdi


29.12.2015

mm

Dekabrın 29-da Milli Məclis yeni İnzibati Xətalar Məcəlləsini təsdiq edib. APA-nın məlumatına görə, Azərbaycan prezidentinin təqdim etdiyi məcəllə 40 fəsil, 608 maddədən ibarətdir. Məcəllədə sanksiyaların siyahısı genişləndirilib və sərtləşdirilib. Yeni məcəllə 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.

Mövcud məcəllə ilə müqayisədə yeni sənədə 5 fəsil və 150 maddə artırılıb. Məcəlləyə yeni fəsil əlavə edilib, bu da inzibati xətalar üzrə işlərə baxmaq səlahiyyəti olan orqanların elektron informasiya ehtiyatları yaratması ilə bağlıdır. Digər dörd yeni fəsil isə mövcud məcəllədə olan maddələrin qruplaşdırılması və sistemləşdirilməsi nəticəsində yaradılıb.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə yeni evlər təqdim olunub


29.12.2015

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Abşeron rayonunun Məmmədli kəndindəki “Göy qurşağı” yaşayış kompleksində aldığı 89 mənzili təmir etdirərək Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verib. Transparency.az bildirir ki, mənzillər ailə üzvlərinin sayına uyğun olaraq paylanıb. Təqdim edilən mənzillərin 10-u birotaqlı, 42-si ikiotaqlı, 37-si isə üçotaqlıdır.

Nazirliyin il ərzində ümumilikdə 281 mənzili müharibə əlilləri və şəhid ailələrinə təqdim etdiyi bildirilir.

bina

bina 2


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə