Xəbər bülleteni №18


Dövlət Neft Fondunun 2016-cı il büdcəsi



Yüklə 0,63 Mb.
səhifə28/30
tarix17.10.2017
ölçüsü0,63 Mb.
#5151
1   ...   22   23   24   25   26   27   28   29   30

Dövlət Neft Fondunun 2016-cı il büdcəsi


29.12.2015

neft fondu 01Dövlət Neft Fondunun 2016-cı il büdcəsi haqqında prezident fərmanı imzalanıb. Fərmana əsasən, Dövlət Neft Fondunun 2016-cı il büdcəsinin gəlirləri 6 milyard 711 milyon 564,1 min manat, xərcləri isə 8 milyard 181 milyon 399,7 min manat məbləğində təsdiq edilib.
Dövlət Neft Fondunun 2016-cı il büdcəsi

Nazirlik 24 min sahibkarın vergi borcunu silib


30.12.2015

vn 1
Vergilər Nazirliyinin analitik-informasiya şöbəsi açıqlama yayıb. Transparency.az-ın məlumatına görə, açıqlamada qeyd olunur ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 20 oktyabr 2015-ci il qanunundan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə ciddi tədbirlər həyata keçirilir: “Vergilər nazirinin 12 noyabr əmri ilə illik dövriyyəsi 120 min manatdan aşağı olan sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları və vergi nəzarəti tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət, habelə dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsi müvəqqəti dayandırılıb.

Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, əlavə dəyər vergisinin məqsədləri üçün ərizə vermə öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcmi 120 min manatdan 200 min manatadək artırıldığından 2016-cı il yanvarın 1-dən dövriyyəsi 200 min manatadək olan şəxslər də fəaliyyətlərini sadələşdirilmiş vergitutma rejimində davam etdirmək imkanı əldə edəcəklər. Bu isə həmin vergi ödəyicilərinin vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması ilə yanaşı vergi nəzarəti tədbirlərindən azad olunan vergi ödəyicilərinin əhatə dairəsini xeyli artıracaq.

Vergi Məcəlləsinə uyğun olaraq yoxlamalar kameral və səyyar qaydada həyata keçirilir. Son dövrlər vergi orqanları vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər, mənbəyi məlum olan məlumatlar əsasında vergi orqanlarına getmədən və onların fəaliyyətinə heç bir müdaxilə etmədən, distant təhlillərə əsaslanan kameral vergi yoxlamalarına daha çox üstünlük verirlər. Bu isə sahibkarların biznes fəaliyyətinə maneçilik törətmədən vergilərin hesablanmasında və dövlət büdcəsinə ödənilməsində yol verilən nöqsanların ciddi hüquqi nəticələrə səbəb olmadan aradan qaldırılmasına, nəticə etibarilə büdcə daxilolmalarının artmasına öz müsbət təsirini göstərir. 2015-ci ilin 11 ayı ərzində kameral qaydada hesablanmış 139,7 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Kameral vergi yoxlamaları aparılarkən vergi ödəyiciləri bildirişlə yerli vergi orqanlarına dəvət olunur və təsdiqedici sənədlər onların özünün və ya səlahiyyətli nümayəndəsinin iştirakı ilə diqqətlə araşdırılır.

Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməli olduğundan, habelə vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edildiyindən bir sıra hallarda aparılan araşdırmalar hesablanmış vergilərin azaldılması və tətbiq olunmuş maliyyə sanksiyalarının ləğvi ilə nəticələnir.

Ölkəmizdə daha əlverişli biznes mühitinin formalaşması və sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların vergi borclarının ləğv edilməsində onlara köməklik göstərilməsi məqsədilə başa çatmaqda olan cari ilin son ayı ərzində vergi orqanlarında aparılmış hərtərəfli araşdırmalar nəticəsində vergi ödəyicilərinin çoxu yaranmış vergi borclarını büdcəyə ödəyib, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq bir sıra vergi ödəyicilərinin borcları azaldılıb, 24 minə yaxın vergi ödəyicisinin əsasən kiçik məbləğlərdə olan borcları isə tamamilə ləğv edilib”.


Dollar qalxdı, avro ucuzlaşdı


30.12.2015

manat 01Azərbaycan manatı dollara nəzərən yenə ucuzlaşıb. Dekabrın 30-da 1 dollar əvvəlki günlə müqayisədə 1,5578 manatdan 1,5594 manata qalxıb. Avro da isə enmə var. Transparency.az bildirir ki, Mərkəzi Bank 1 avronun rəsmi kursunu 1,7094 manatdan 1,7046 manata salıb (Məzənnələr).

Dekabrın 21-dən manat üzən məzənnə rejiminə keçirilib. Həmin gün 1 dolların rəsmi kursu 1 manat 5 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Bu ilin əvvəlinədək, 21 fevral devalvasiyasına qədər isə 1 dolların rəsmi kursu 80 qəpiyə yaxın idi.


Neft bir az bahalaşıb


30.12.2015

neft 1Dünya birjalarında neft bir az bahalaşıb. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 0,31 dollar bahalaşaraq 37,16 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,69 dollar artaraq 37,35 dollar olub.

AZƏRTAC-ın 30 dekabr məlumatına görə, “AzəriLayt” markalı neftin bir barreli 0,18 dollar bahalaşaraq 38,23 dollara qalxıb.

Bu arada Beynəlxalq Valyuta Fondu (BVF) dünya birjalarında neftin ucuzlaşmaqda davam edəcəyi təqdirdə Səudiyyə Ərəbistanının qarşıdakı 5 ildə iflasa uğraya biləcəyi barədə xəbərdarlıq edib. BVF-nin hesabatında Yaxın Şərq ölkələrinin aşağı neft qiymətləri ilə əlaqədar üzləşdikləri zərərin 360 milyard dolları keçdiyi bildirilir. Səudiyyə Ərəbistanı isə ən çox zərərə uğrayan ölkələrin siyahısına başçılıq edir. Hesabatda ölkənin bu il təxminən 73 milyard dollaradək zərərə uğradığı göstərilir. Səudiyyə Ərəbistanının neft ucuzlaşmadan əvvəl 750 milyard dollarlıq valyuta ehtiyatı var idi. Avqustun məlumatlarına görə isə həmin ehtiyatlar 654 milyard dollardan da azdır.

Səudiyyə Ərəbistanının 2016-cı il üçün dövlət büdcəsində neftin bir barreli 29 dollardan hesablanıb.



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə