Xəbər bülleteni №18


Nazir: “Şəhidlərin qisası birə on qat alınır”



Yüklə 0,63 Mb.
səhifə25/30
tarix17.10.2017
ölçüsü0,63 Mb.
#5151
1   ...   22   23   24   25   26   27   28   29   30

Nazir: “Şəhidlərin qisası birə on qat alınır”


29.12.2015

zakir hasanov 1“Şəxsi heyətin böyük ruh yüksəkliyi, vətənpərvərlik hissi, döyüş və mənəvi-psixoloji hazırlığı imkan verir ki, Azərbaycan ordusu Xankəndi, Şuşa, Laçın və işğal altında olan digər əzəli və əbədi torpaqlarımızı azad etsin, ölkəmizin ərazi bütövlüyü təmin olunsun”. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə təbrikində belə deyilir.

Təbrik məktubunda nazir bildirir ki, Azərbaycan-Ermənistan sərhədində hər gün atəşkəs rejimi pozulur: “Mövqelərimiz intensiv olaraq atəşə tutulur, lakin Azərbaycan əsgəri vətənin keşiyində ayıq-sayıq və mərdliklə dayanır. Düşmən layiqli cavab atəşləri ilə susdurulur, işğalçının planlaşdırdığı təxribatlar öncədən aşkarlanır, qabaqlayıcı tədbirlər nəticəsində düşmən canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itkiyə məruz qalır. Döyüşlərdə şəhid olanların qisası birə on qat alınır və bundan sonra da alınacaq”.

Nazir əlavə edir ki, xalqımız ordusuna inanır, güvənir və arxalanır: “İnanıram ki, Siz bu etimadı, inamı vətənə, xalqa, dövlətə sədaqətli xidmətinizlə doğruldacaq, ölkəmizin təhlükəsizliyinin keşiyində, torpaqlarımızın müdafiəsi naminə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali baş komandanı cənab İlham Əliyevin əmrlərinə hər an hazır olacaq və “Qarabağ torpağı erməni işğalçılarının ayağı altında od tutub yanacaq” şüarı ilə başlayacağımız yeni 2016-cı ildə xalqımızı qələbə müjdələri ilə sevindirəcəksiniz”.

Novella Cəfəroğlu: “Səylərimiz nəticəsiz qalsa da, işimiz bitməyib”


29.12.2015

novella ceferoglu 2
Hüquq müdafiəçisi, insan hüquqları üzrə işçi qrupun üzvü Novella Cəfəroğlu son əfv sərəncamından narazı qalıb.

Dekabrın 28-də prezident məhkum edilmiş bir sıra şəxslərin əfvi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, həbs cəzasına məhkum olunmuş 198 nəfər buraxılıb, 3 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 9 nəfər isə cərimə cəzasından azad olunub.

Novella Cəfəroğlu dekabrın 29-da Transparency.az-a deyib ki, 22 siyasi məhbusun adı olan siyahı prezidentdə təqdim edilmişdi: “Amma təəssüf ki, həmin şəxslərdən heç biri əfv edilənlər arasında yoxdur. Buna çox məyus oluram. Səylərimiz nəticəsiz qalsa da, işimiz bitməyib. Siyahıda adları yer alan siyasi məhbuslar azad olunana qədər əlimizdən gələni edəcəyik”.

2005-2008-ci illərdə problemli məhbusların işi üzrə işçi qrup fəaliyyət göstərib. Qrupda hökumət, parlament nümayəndələri və hüquq müdafiəçiləri təmsil olunub. 2014-cü ilin oktyabr ayında problemli məhbusların işi üzrə işçi qrup 6 illik fasilədən sonra bərpa edilib. Bu, Azərbaycan prezidenti İlham Əliyevlə Avropa Şurasının baş katibi Torbyorn Yaqland arasındakı razılaşma əsasında reallaşıb. İşçi qrupa Prezident Administrasiyasının, Konstitusiya Məhkəməsinin, Əfv Məsələləri Komissiyasının, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin nümayəndələri, Milli Məclisin deputatları, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvləri, hüquq müdafiəçiləri daxildir.

Bu ilin oktyabr ayında Avropa Şurası qrupda iştirakını dayandırıb. Buna ölkədə insan haqları sahəsində vəziyyətin ümumilikdə pisləşməsi əsas gətirilib.

Dekabrın 24-də Milli Məclisdə toplaşan işçi qrup siyasi məhbus sayılan 22 nəfərin siyahısını prezidentdə təqdim etmək üçün razılaşdırmışdı.

Azərbaycanın və Qərbin bəzi hüquq müdafiə qurumları 80-dən çox şəxsi siyasi məhbus sayır. Siyahıda jurnalistlər və bloqçular Əbdül Əbilov, Nicat Əliyev, Pərviz Həşimli, Xədicə İsmayıl, Seymur Həzi, Araz Quliyev, Fərəc Kərimov, Hilal Məmmədov, Ömər Məmmədov, Rauf Mirqədirov, Rəşad Ramazanov, Tofiq Yaqublu, hüquq müdafiəçiləri Anar Məmmədli, Əliabbas Rüstəmov, Rəsul Cəfərov, İntiqam Əliyev, Taleh Xasməmmədov, gənc fəallar Rəşadət Axundov, Məmməd Əzizov, Rəşad Həsənov, İlkin Rüstəmzadə, müxalif siyasətçilər İlqar Məmmədov, Yadigar Sadıqov, Asif Yusifov, Qadir Xudabaxşıyev, Elvin Abdullayev, keçmiş dövlət məmurları Əli İnsanov, Nicat Quliyev, Asif Lətifov, Akif Muradverdiyev, Nemət Pənahlı və başqaları var.

İtkin düşmüş neftçilərin ailə üzvləri axtarışlarda iştirak edir


29.12.2015

guneshli yatagi qezaDekabrın 29-da Fövqəladə Hallar Nazirliyi və Dövlət Neft Şirkəti təbii fəlakət nəticəsində “Neft daşları”ndakı 501 nömrəli və “Günəşli” yatağındakı 10 nömrəli özüllərdə baş vermiş qəzalar zamanı itkin düşən neftçilərin ailə üzvlərinin istəyini nəzərə alaraq onların da helikopterlər vasitəsilə axtarış işlərində iştirakını təmin edib. Xəbəri Dövlət Neft Şirkətinin mətbuat xidməti yayıb.

Məlumata görə, itkin düşənlərin ailə üzvləri 3 helikopterdə axtarış briqadası ilə birlikdə Xəzərin Azərbaycan sektorunda aparılan bu işlərə cəlb olunub. Helikopterlər artıq qəza rayonuna çatıb, ərazidə axtarış işlərinə qoşulublar.

“Neft daşları”ndakı 501 nömrəli, “Günəşli” yatağındakı 10 nömrəli özüllərdə qəza dekabrın 4-də baş verib. 10 nömrəli özüldə 63 işçidən 33-ü xilas edilib, 8 nəfərin meyiti tapılıb. 501 nömrəli özüldə 3 nəfər itkin düşüb.

ABŞ-a qarşı layihə Milli Məclisə təqdim olundu


29.12.2015

mm 1Milli Məclisin 29 dekabr iclasında “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qərar layihəsi təqdim olunub. APA-nın məlumatına görə, layihənin müəllifi deputat Rövşən Rzayev qərar layihəsinin Milli Məclisin komitələrində müzakirəyə çıxarılmasını xahiş edib. Parlament sədri Oqtay Əsədov layihəni Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevə təqdim etməyi məsləhət görüb, insan hüquqları komitəsində, hüquq siyasəti və dövlət quruculuğu komitəsində, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində müzakirə aparılması barədə tapşırıq verib.

Rövşən Rzayevin layihəsi ABŞ Konqresinin Helsinki Komissiyasında hazırlanmış “Azərbaycan demokratiya aktı — 2015” adlı rəsmi təklifdən (Azərbaycana sanksiya tələbi: layihədə nələr var?) sonra ortaya çıxıb. ABŞ-da insan hüquqlarının kobud şəkildə pozulduğu, bu dövlətin Azərbaycana ikili standartlarla yanaşdığı iddia olunan layihədə Xarici İşlər Nazirliyinə bu kateqoriyalara aid olan şəxslərə Azərbaycan Respublikasına gəlmək üçün viza verilməsindən imtina tövsiyə edilir:

- ABŞ  hökumətində təmsil olunan şəxslər və onların ailə üzvləri;

- ABŞ Konqresində Azərbaycanın gözdən salınması istiqamətində ardıcıl iş aparan konqresmenlər, senatorlar və onların ailə üzvləri;

- erməni diaspor təşkilatları və lobbi qrupları ilə əməkdaşlıq edən vəzifəli şəxslər, siyasətçilər;

- Azərbaycana qarşı iftira və qarayaxma kampaniyası aparan kütləvi informasiya vasitələrinin rəhbərləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ekspertlər;

- ABŞ-ın yüksək rəhbərliyi ilə işbirliyi sahəsində böyük həcmdə maliyyə vəsaiti əldə edən şəxslər;

- ABŞ-ın erməni diasporu və lobbi qruplarının dəstəyi ilə  seçkili orqanlara seçilmiş şəxslər;

- seçki saxtakarlığında iştirak edənlər, seçki qanunvericiliyinin təkmilləşdirilməsinə qarşı çıxanlar;

ABŞ-ın insan hüquqlarına dair  beynəlxalq müqavilələrə qoşulmasına qarşı çıxanlar.

Nazirlər Kabinetinə tövsiyə edilir ki, Azərbaycanın dövlət qurumları ilə ABŞ şirkətləri arasındakı bütün əlaqələrin dayandırılması məsələsinə baxsın.

Özəl sektorun təmsilçilərinə ABŞ şirkətləri ilə bağlanmış kontraktlara son qoymaq və yeni ticari-iqtisadi əlaqələrin yaradılmasından imtina tövsiyə olunur.

Müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına bunlar tövsiyə edilir:

- ABŞ-da fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikası ərazisində proqram və layihələr həyata keçirməsinə imkan verilməsin və onların bank hesabları bağlansın;

- ABŞ hökuməti və Konqresindən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəlikərinin fəaliyyətinin dayandırılması üçün zəruri tədbirlər görülsün;

- ABŞ-la ticarət, energetika, hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığa son qoyulması üçün təkliflər hazırlanıb aidiyyəti üzrə təqdim edilsin;

- Azərbaycan Respublikasının Beynəlxalq Təhlükəsizliyə Yardım Proqramı (İSAF) çərçivəsində Əfqanıstandakı əməliyyatlarda iştirakı dayandırılsın;

- ABŞ-ın hərbi və digər təyinatlı yüklərinin Azərbaycan üzərindən daşınması və bu məqsədlə yerli infrastrukturdan istifadə edilməsi qadağan olunsun;

- ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədrliyindən geri çağırılması ilə bağlı müvafiq prosedurlara başlansın.


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə