Xəbər bülleteni №18


Putin Türkiyəyə iqtisadi sanksiyaları qüvvətləndirdi



Yüklə 0,63 Mb.
səhifə22/30
tarix17.10.2017
ölçüsü0,63 Mb.
#5151
1   ...   18   19   20   21   22   23   24   25   ...   30

Putin Türkiyəyə iqtisadi sanksiyaları qüvvətləndirdi


28.12.2015

putin 1Dekabrın 28-də Rusiya prezidenti Vladimir Putin bu ölkənin Türkiyəyə iqtisadi sanksiyalarını qüvvətləndirən fərman imzalayıb. Transparency.az-ın məlumatına görə, prezident fərmanı 2016-cı il yanvarın 1-dən Türkiyə vətəndaşlarının nəzarət etdiyi təşkilatların Rusiya ərazisində xidmətlər göstərməsini və işlər görməsini yasaqlayır.

Noyabrın 24-də Türkiyə Silahlı Qüvvələri ölkənin sərhədini pozan Rusiya hərbi təyyarəsini vurub, bir pilot həlak olub. Bundan 4 gün sonra Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirləri nəzərdə tutan fərman imzalayıb. Fərman bir çox Türkiyə malının Rusiyaya girişinə qadağa qoyur. Rusiya Türkiyə vətəndaşları üçün vizasız rejimi ləğv edib, turistlərin Türkiyənin istirahət zonalarına gedişi isə məhdudlaşdırılıb. Sənəd 2016-cı il yanvarın 1-dən Türkiyə vətəndaşlarının Rusiyada işə götürülməsini yasaqlayır, Türkiyə təşkilatlarının Rusiya ərazisində fəaliyyəti isə ya qadağan olunur, ya da minimuma endirilir.


Sosial xidmət statistikası açıqlanıb


28.12.2015

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Sosial xidmət haqqında” qanuna uyğun olaraq ölkə üzrə hazırda 15 min nəfərə yaxın şəxsi səyyar və stasionar şəkildə sosial xidmətlərlə təmin edir. Rəsmi açıqlama dekabrın 28-də yayılıb.

Transparency.az nazirliyə istinadla bildirir ki, qurumun sosial xidmət müəssisələrində 1060 nəfər tam dövlət təminatında yaşayır və onlardan 330 nəfərdən çoxu sağlamlıq imkanları məhdud uşaqlardır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçiləri 12350 nəfər tənha ahıl və əlilliyi olan şəxsi isə evlərində səyyar formada sosial-məişət xidmətləri ilə təmin edir. Eyni zamanda nazirliyin sosial sifarişləri əsasında ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının həyata keçirdiyi müvafiq layihələr çərçivəsində 1500 nəfərdən çox ehtiyacı olan uşağa, eləcə də onların ailələrinə reabilitasiya yönümlü sosial xidmətlər göstərilir.

Rusiyada yoxsulların sayı bir ildə iki dəfəyədək artıb


28.12.2015

moskva
Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi dekabrın 28-də ölkə əhalisinin dolanışığı ilə bağlı sorğunun nəticələrini açıqlayıb. Novator.az xəbər verir ki, sorğunun nəticələrinə görə, yeməyə pul çatdırmayan, yeməyə pul çatdırsa belə, pal-paltar ala bilməyənlərin sayı son ildə 22%-dən 39%-ə qalxıb.

Statistikaya əsasən, 2014-cü ilə qədər yoxsul ailələrin sayı iki dəfə azalaraq 49%-dən (2005-ci ildə) 22%-ə (2014-cü ilin dekabrında) düşmüşdü. Amma sonradan vəziyyət pisləşməyə başlayıb və indi bu rəqəm 2009-cü il səviyyəsinə — 39%-ə qalxıb.

Təşkilatın apardığı monitorinq göstərib ki, yaşlı nəslin nümayəndələrinin 55%-i yoxsul olduqlarını bildirib. İl ərzində ərzaq və paltar almaq imkanı olanların da sayı da azalıb. Məişət əşyaları və mebel əldə edə bilənlərin sayı 47%-dən 40%-ə, avtomobil almaq imkanı olanların sayı isə 27%-dən 16%-ə düşüb.

Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin keçirdiyi sorğu son 10 ildə Rusiya əhalisinin maddi vəziyyətinin ümumilikdə pisləşdiyini, orta nominal gəlirlərinin isə 4 dəfə artdığını göstərib.

Sorğu 46 vilayətin 130 yaşayış məntəqəsində 1600 adam arasında aparılıb.

Bakıda “Baytarlıq şəhərciyi”


28.12.2015

Dekabrın 28-də prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Bakıda “Baytarlıq şəhərciyi”nin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, “Baytarlıq şəhərciyi”ndə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Respublika Baytarlıq Laboratoriyasının və Baytarlıq Elmi-Tədqiqat İnstitutunun yeni inzibati binaları yerləşir. Layihənin həyata keçirilməsində məqsəd baytarlıq xidməti işinin yaxşılaşdırılması, bu sahədə fəaliyyət göstərən qurumların maddi-texniki bazalarının möhkəmləndirilməsi, onların avadanlıq və baytarlıq preparatları ilə təminatına şərait yaradılmasından ibarətdir.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin yeni inzibati binasında Epizootiya, Zoonoz, Brusellyoz və Vərəm Əleyhinə Respublika ekspedisiyaları da yerləşir.



baytarliq sheherciyi

Vüqar Bayramov Mərkəzi Bankı bayramda bazara dollar buraxmağa çağırır


28.12.2015

vuqar bayramovİqtisadçı ekspert Vüqar Bayramov qarşıdakı bayram günlərində (31 dekabr-4 yanvar) yarana biləcək dollar ajiotajının qarşısını almaq üçün Mərkəzi Bankın bazara müdaxiləsini vacib sayır. Ekspert hesab edir ki, son devalvasiyadan sonra manatın kəskin dəyərsizləşməsi milli valyutaya olan inamın tamamilə sarsılmasına səbəb olub.

Transparency.az-ın məlumatına görə, Vüqar Bayramov açıqlama yayaraq qeyd edib ki, manatın dollara nisbətən məzənnəsinin 50 faiz aşağı salınması ötən həftəsonu Bakıda və eləcə də rayonlarda uzun illərdən sonra yenidən “qara bazar” formalaşdırıb: “Vətəndaşlar manatın yeni və daha kəskin devalvasiyasından ehtiyatlanaraq pullarını kütləvi şəkildə dollara dəyişməyə çalışır. Mərkəzi Bankın ötən həftəsonu bazarda olmaması isə dollara olan tələbin ödənilməsinə imkan vermədi. Ötən həftənin iş günlərində 300 milyon dollara intervensiya edən bank bazardan çəkiləcəyi halda manatın kəskin dəyər itirəcəyini proqnozlaşdırmalı idi, bunu bilmək çətin deyil. Bakıda heç də bütün valyutadəyişmə məntəqələri işini bərpa etməyib. Mərkəzi Bankın intervensiya xərcləri göstərir ki, ikinci devalvasiya dollara olan tələbi azaltmayıb. Üçüncü devalvasiyanın baş verməsi isə, yumşaq desək, bank sektorunun çökməsinə gətirib çıxara bilər.

Qarşıdan bayram günlərinin gəldiyini nəzərə alsaq, Mərkəzi Bank hökmən qeyri-iş günlərində də intervensiyasını davam etdirməlidir. Əgər bayram günlərində Mərkəzi Bank bazara çıxmasa, o zaman 2 manata belə dollar tapmaq mümkün olmayacaq və bu, milli valyutanın qara bazarda kəskin ucuzlaşmasına gətirəcək. İndiki halda ən məqbul yol xarici borclanmağa getməklə Mərkəzi Bankın dollara tələbini qarşılamaq və manatın sterilizasiyası hesabına dollarlaşma prosesini başa çatdırmaqdır. Qurum öncədən bayram günləri fəaliyyət göstərəcəyini bəyan edib ilin sonu və yeni ilin əvvəlləri bazarı dollarla təmin etməlidir”.


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə