STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017
122
[29]. Stenford ensiklopediyasında isə
multikulturalizm etnik, irqi, mədəni və
dini müxtəliflikləri özündə cəmləşdirən
dəyərlər kimi göstərilir. Xüsusilə multi-
kulturalizm siyasəti immiqrantlar üçün
mövcud olduqları ölkələrdə inteqrasiyaya
ədalətli şərtləri təmin edir [28].
Multikulturalizm anlayışı konseptual
olaraq "tolerantlıq" anlayışına daha ya-
xındır. Tolerantlıq müxtəliflikdən mey-
dana gələn bir harmoniyadır. Bu, yalnız
mənəvi borc deyil, həm də siyasi və hü-
quqi tələbatdır. Tolerantlıq sülhün əldə
edilməsini asanlaşdıran və müharibə
mədəniyyətini sülh mədəniyyəti ilə
əvəzləyən xeyirxah addımdır. Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyevə
görə: "Tolerantlıq, dözümlülük çox geniş
anlayışdır. O həm insani münasibətlərin,
həm insan cəmiyyətində gedən proseslərin,
həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox
cəhətlərinə aiddir... O, təkcə dinlərin bir-birinə dözümlülüyünü deyil, həm də
bir-birinin adətlərinə, mənəviyyatına dözümlülük, mədəniyyətlərə dözüm-
lülük deməkdir" [9]. Multikulturalizm siyasətinin də əsasını tolerantlıq, dö-
zümlülük, bigəyaşayış və dialoq təşkil etməlidir. Multikulturalizm bir siyasət
olaraq etnik və dini azlıqlarla birlikdə digər qruplara məxsus dəyərlərin də
dominant xalq, eləcə də dövlət tərəfindən xoş görülməsi və dözümlülük
siyasətlərinin tətbiq olunmasını əhatə edir.
Dünyada müxtəlif ölkələrdə (Böyük Britaniya, Almaniya, İsveç, Fransa,
Kanada, ABŞ, Avstraliya) fərqli dövrlərdə multikulturalizm modelləri möv-
cud olsa da, bu modellərin həmin dövlətlərin milli təhlükəsizlik strategiya-
larında əks etdirilməməsi səbəbindən bu məsələ konseptual olaraq xəyal
məhsulu kimi qalmış və sosial, eləcə də siyasi problemlərə də çarə olma-
mışdır.
Beynəlxalq münasibətlər sistemində anarxiyanın formalaşdığı, dözüm-
süzlüyün artdığı, ksenefobiyanın və islamofobiyanın yayıldığı, irredentizmə
əsaslanan siyasətlərin bəzi dövlətlər tərəfindən qəbul edildiyi [18, s.116],
etnik və milli separatizmin genişləndiyi bir şəraitdə "Azərbaycan multikultu-
ralizmi" modeli bir çarə kimi təbii formada meydana gəlmişdir. Azərbaycan
müxtəlif millətlərin, xalqların və konfessiyaların nümayəndələrinin əmin-
amanlıq və qarşılıqlı əməkdaşlıq şəraitində yaşadıqları unikal ölkədir. Bu ba-
Azərbaycan müxtəlif
millətlərin, xalqların
və konfessiyaların
nümayəndələrinin əmin-
amanlıq və qarşılıqlı
əməkdaşlıq şəraitində
yaşadıqları unikal ölkədir.
Bu baxımdan tolerantlıq
Azərbaycanın milli-mənəvi
dəyəridir. Azərbaycan
multikulturalizminin əsas
dayaq nöqtəsi Azərbaycan
tarixi olsa da, dövlət
siyasəti kimi formalaşması
Azərbaycançılıq ideologiyası ilə
birbaşa əlaqəlidir.
STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017
123
xımdan tolerantlıq Azərbaycanın milli mənəvi dəyəridir. Azərbaycan multi-
kulturalizminin əsas dayaq nöqtəsi Azərbaycan tarixi olsa da, dövlət siyasəti
kimi formalaşması Azərbaycançılıq ideologiyası ilə birbaşa əlaqəlidir.
Akademik Ramiz Mehdiyevə görə: "İdeologiya olaraq Azərbaycançılıq
mühüm funksional elementlərlə zəngindir və bunların da mahiyyəti ölkəni
mənəvi və fiziki baxımdan zəiflətmək cəhdlərindən qorumaqdır. Bu ideologi-
ya inzibati-ərazi quruluşuna görə unitar, siyasi quruluş və dövlət idarəçiliyinə
görə hüquqi və demokratik dövlət kimi Azərbaycanın möhkəmlənməsinə və
inkişafına yönəldilmişdir. Azərbaycançılıq müstəqil və bənzərsiz Azərbaycanı
sivilizasiyalı dövlətlər sırasına çıxaracaq bir yoldur. Azərbaycançılıq xalqımı-
zın çox əzab-əziyyətlər bahasına nail olduğu tarixi sərvətdir. Bu, ilk növbədə
real müstəqilliyə nail olmağın, vahid və bölünməz Azərbaycanın qorunub sax-
lanılması və möhkəmləndirilməsinin siyasi əsasıdır. Bu gün Azərbaycançılıq
milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının,
ölkədə yaşayan bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin
çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın
bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tari-
xi təcrübəsidir" [10]. Azərbaycançılıq ideologiyası həqiqətən də həm ölkə
daxilində, həm də regional müstəvidə multikultural təhlükəsizlik mühitinin
formalaşmasına xidmət edir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev öz səmimi
fikirlərini belə birdirirdi: "Hər bir insan üçün onun milli mənsubiyyəti
onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki,
mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası
azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur
hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini,
milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq..." [1, s.23].
Azərbaycançılıq ideologiyası Azərbaycan türklərinin ölkədəki digər etnik
qruplara tolerant münasibətinin, sülh içərisində birgə yaşama istəyinin ba-
riz göstəricisi olmuşdur [7].
Ümummilli lider Heydər Əliyev ölkənin etnik mənzərəsini belə görürdü:
"Milli adət və ənənələrimizin etnik kökü, genetik fondu beynəlxalq dövriyyəyə
nöqsansız buraxılsın. Azərbaycançılığın dəyəri digər dövlətçilik dəyərlərinin
zirvəsində dayansın. Çünki azərbaycançılıq əsl milli ideyadır. Milli ideya
mənəvi dəyərlərin universallığıdır. Bütün etnik fərdlərin, dinlərin, etnosla-
rın, məzhəblərin bir ölkənin sərhədləri daxilində, vahid mənəvi məkanda,
beynəlmiləlçilik adlı ortaq milli səma altında birliyidir, Vətən adlı vahid kökə
bağlılığıdır, milliliyin beynəlmiləlçiliyə sintezidir" [12, s.59]. Tarixdə olduğu
kimi bu gün də Azərbaycan Respublikası ərazisində yaşayan bütün xalqla-
rın hamısı birlikdə azərbaycanlı kimi qəbul edilir.
Azərbaycan tarixdən bəri müxtəlif sivilizasiyaların qovşağında yer almış,