Strateji TƏHLİL



Yüklə 233,96 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix14.05.2018
ölçüsü233,96 Kb.
#43535
1   2   3   4   5   6   7   8   9   10

STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

122 

[29].  Stenford  ensiklopediyasında  isə 



multikulturalizm  etnik,  irqi,  mədəni  və 

dini  müxtəliflikləri  özündə  cəmləşdirən 

dəyərlər  kimi  göstərilir.  Xüsusilə  multi-

kulturalizm  siyasəti  immiqrantlar  üçün 

mövcud olduqları ölkələrdə inteqrasiyaya 

ədalətli şərtləri təmin edir [28].



Multikulturalizm  anlayışı  konseptual 

olaraq  "tolerantlıq"  anlayışına  daha  ya-

xındır.  Tolerantlıq  müxtəliflikdən  mey-

dana  gələn  bir  harmoniyadır.  Bu,  yalnız 

mənəvi borc deyil, həm də siyasi və hü-

quqi  tələbatdır.  Tolerantlıq  sülhün  əldə 

edilməsini  asanlaşdıran  və  müharibə 

mədəniyyətini  sülh  mədəniyyəti  ilə 

əvəzləyən  xeyirxah addımdır. Azərbaycan 

xalqının Ümummilli lideri Heydər Əliyevə 

görə:  "Tolerantlıq,  dözümlülük  çox  geniş 

anlayışdır.  O  həm  insani  münasibətlərin, 

həm insan cəmiyyətində gedən proseslərin, 

həm  də  dövlətlərarası,  millətlərarası,  dinlərarası  münasibətlərin  bir  çox 

cəhətlərinə aiddir... O, təkcə dinlərin bir-birinə dözümlülüyünü deyil, həm də 

bir-birinin  adətlərinə,  mənəviyyatına  dözümlülük,  mədəniyyətlərə  dözüm-

lülük deməkdir" [9]. Multikulturalizm siyasətinin də əsasını tolerantlıq, dö-

zümlülük, bigəyaşayış və dialoq təşkil etməlidir. Multikulturalizm bir siyasət 

olaraq etnik və dini azlıqlarla birlikdə digər qruplara məxsus dəyərlərin də 

dominant xalq, eləcə də dövlət tərəfindən xoş görülməsi və dözümlülük 

siyasətlərinin tətbiq olunmasını əhatə edir.

Dünyada müxtəlif ölkələrdə (Böyük Britaniya, Almaniya, İsveç, Fransa, 

Kanada, ABŞ, Avstraliya) fərqli dövrlərdə multikulturalizm modelləri möv-

cud olsa da, bu modellərin həmin dövlətlərin milli təhlükəsizlik strategiya-

larında əks etdirilməməsi səbəbindən bu məsələ konseptual olaraq xəyal 

məhsulu kimi qalmış və sosial, eləcə də siyasi problemlərə də çarə olma-

mışdır.

Beynəlxalq münasibətlər sistemində anarxiyanın formalaşdığı, dözüm-



süzlüyün artdığı, ksenefobiyanın və islamofobiyanın yayıldığı, irredentizmə 

əsaslanan siyasətlərin bəzi dövlətlər tərəfindən qəbul edildiyi [18, s.116], 

etnik və milli separatizmin genişləndiyi bir şəraitdə "Azərbaycan multikultu-

ralizmi" modeli bir çarə kimi təbii formada meydana gəlmişdir. Azərbaycan 

müxtəlif  millətlərin,  xalqların  və  konfessiyaların  nümayəndələrinin  əmin-

amanlıq və qarşılıqlı əməkdaşlıq şəraitində yaşadıqları unikal ölkədir. Bu ba-



Azərbaycan müxtəlif 

millətlərin, xalqların 

və konfessiyaların 

nümayəndələrinin əmin-

amanlıq və qarşılıqlı 

əməkdaşlıq şəraitində 

yaşadıqları unikal ölkədir. 

Bu baxımdan tolerantlıq 

Azərbaycanın milli-mənəvi 

dəyəridir. Azərbaycan 

multikulturalizminin əsas 

dayaq nöqtəsi Azərbaycan 

tarixi olsa da, dövlət 

siyasəti kimi formalaşması 

Azərbaycançılıq ideologiyası ilə 

birbaşa əlaqəlidir. 


STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

123

xımdan tolerantlıq Azərbaycanın milli mənəvi dəyəridir. Azərbaycan multi-

kulturalizminin əsas dayaq nöqtəsi Azərbaycan tarixi olsa da, dövlət siyasəti 

kimi formalaşması Azərbaycançılıq ideologiyası ilə birbaşa əlaqəlidir. 

Akademik  Ramiz  Mehdiyevə  görə:  "İdeologiya  olaraq  Azərbaycançılıq 

mühüm funksional elementlərlə zəngindir və bunların da mahiyyəti ölkəni 

mənəvi və fiziki baxımdan zəiflətmək cəhdlərindən qorumaqdır. Bu ideologi-

ya inzibati-ərazi quruluşuna görə unitar, siyasi quruluş və dövlət idarəçiliyinə 

görə hüquqi və demokratik dövlət kimi Azərbaycanın möhkəmlənməsinə və 

inkişafına yönəldilmişdir. Azərbaycançılıq müstəqil və bənzərsiz Azərbaycanı 

sivilizasiyalı dövlətlər sırasına çıxaracaq bir yoldur. Azərbaycançılıq xalqımı-

zın çox əzab-əziyyətlər bahasına nail olduğu tarixi sərvətdir. Bu, ilk növbədə 

real müstəqilliyə nail olmağın, vahid və bölünməz Azərbaycanın qorunub sax-

lanılması və möhkəmləndirilməsinin siyasi əsasıdır. Bu gün Azərbaycançılıq 

milli  həyatın  ahəngdarlığının,  konfessiyaların  dinc  yanaşı  yaşamasının, 

ölkədə yaşayan bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin 

çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın 

bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tari-

xi təcrübəsidir" [10]. Azərbaycançılıq ideologiyası həqiqətən də həm ölkə 

daxilində, həm də regional müstəvidə multikultural təhlükəsizlik mühitinin 

formalaşmasına xidmət edir. 

Azərbaycan  xalqının    Ümummilli  lideri    Heydər  Əliyev  öz  səmimi 

fikirlərini  belə  birdirirdi:  "Hər  bir  insan  üçün  onun  milli  mənsubiyyəti 

onun  qürur  mənbəyidir.  Həmişə  fəxr  etmişəm,  bu  gün  də  fəxr  edirəm  ki, 

mən  azərbaycanlıyam.  Müstəqil  Azərbaycan  dövlətinin  əsas  ideyası 

azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur 

hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, 

milli-mənəvi  dəyərlərini,  adət-ənənələrini  yaşatmalıyıq..."  [1,  s.23]. 

Azərbaycançılıq  ideologiyası  Azərbaycan  türklərinin  ölkədəki  digər  etnik 

qruplara tolerant münasibətinin, sülh içərisində birgə yaşama istəyinin ba-

riz göstəricisi olmuşdur [7].

Ümummilli lider Heydər Əliyev ölkənin etnik mənzərəsini belə görürdü: 

"Milli adət və ənənələrimizin etnik kökü, genetik fondu beynəlxalq dövriyyəyə 

nöqsansız buraxılsın. Azərbaycançılığın dəyəri digər dövlətçilik dəyərlərinin 

zirvəsində  dayansın.  Çünki  azərbaycançılıq  əsl  milli  ideyadır.  Milli  ideya 

mənəvi  dəyərlərin  universallığıdır.  Bütün  etnik  fərdlərin,  dinlərin,  etnosla-

rın,  məzhəblərin  bir  ölkənin  sərhədləri  daxilində,  vahid  mənəvi  məkanda, 

beynəlmiləlçilik adlı ortaq milli səma altında birliyidir, Vətən adlı vahid kökə 

bağlılığıdır, milliliyin beynəlmiləlçiliyə sintezidir" [12, s.59]. Tarixdə olduğu 

kimi bu gün də Azərbaycan Respublikası ərazisində yaşayan bütün xalqla-

rın hamısı birlikdə azərbaycanlı kimi qəbul edilir. 

Azərbaycan tarixdən bəri müxtəlif sivilizasiyaların qovşağında yer almış, 




Yüklə 233,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə