STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017
112
milliyyətçiliyinin" (state nationalism) də ən yaxşı nümunələrindən biridir.
"Dövlət milliyyətçiliyi" siyasi olaraq xalqın əsas milli ünsürləri (dil, din, ge-
netik, etnik mənşə) fərqli olsa da, birlik içərisində mərkəzi idarəyə, milli
dövlətə tabe olmasıdır. "Etnik milliyyətçilik" (ethnic nationalism) isə əsas
milli ünsürləri ortaq qan bağı, ortaq dil və ortaq ölkə olan milliyyətçilik
formasıdır. Bu cür milliyyətçiliyə tarixdən ən yaxşı nümunə kimi alman
milliyyətçiliyini göstərmək mümkündür. Erməni, xorvat, serb və alban
milliyyətçiliyi də bu cür milliyətçiliklərdəndir. Müasir dövrümüzdə də səbəbi
milliyyətçilik olan münaqişələr meydana gəlir və birlikdə sülh içərisində ya-
şamağa maneəçilik törədir.
Bu gün demək olar ki, dünyanın müxtəlif coğrafiyalarında etnik
münasibətlərin səbəb olduğu və etnik azlığa sahib olmasa da bütün
ölkələri maraqlandıran problemlər mövcuddur. 1960-cı illərin əvvəllərindən
etibarən etnik, mədəni ayrı-seçkiliklər çərçivəsində hadisələrin inkişaf
etməsi cəmiyyətlərdə milliyyətçilik faktının açıq şəkildə hiss edilməsinə
gətirib çıxarmışdır. Böyük həcmdə immiqrant və qaçqın axınlarının mü-
asir cəmiyyətlərin beşiyi hesab edilən Qərb dünyasına doğru yayılma-
sı nəticəsində etnik və mədəni müxtəliflik bu cəmiyyətlərdə daha çox
müzakirə obyektinə çevrilmişdir. Məcburi köçkünlərin getdikləri ölkələrdə
etnik tarazlığa ciddi təsir etməsi nəticəsində öz vətənlərində azlıq statusu-
na düşmə təhlükəsi həmin dövlətləri bəzi tədbirlər almağa məcbur etmiş-
dir.
Smit 1986-cı ildə ikiqütblü sistemi və nüvə bloklaşmasını klassik milli
dövlət anlayışını zəiflədən bir ünsür kimi dəyərləndirərək bloklara daxil olan
dövlətlərin öz başlarına hərəkət edə bilmədiklərini vurğulayırdı [34, s.32].
"Soyuq müharibə"dən sonra ən isti münaqişələr və regional qarşıdurma-
lar milliyyətçilik bazasında formalaşmışdır. Smit milliyətçilikdən mütəmadi
olaraq irqçiliyin və irqçilikdən də milliyyətçiliyin meydana gəldiyini müdafiə
edir. Balibara görə: "İrqçilik milliyyətçiliyin yalnız "xaricə yansıması" deyil,
milliyyətçiliyə bir əlavədir. Daha doğrusu, milliyyətçiliyə bir daxili əlavə olub,
ona nisbətən hər zaman həddindən çox radikaldır. Amma milliyətçiliyin in-
şası üçün daima vacibdir" [16, s.361].
Bir "üst-milliyyətçilik" olaraq da xarakterizə edilən irqçilik eyni soydan
gələn, lakin eyni siyasi birlik içərisində olmayan, aid olduqları ittifaqlara
işğalçılıq və imperialist xarakterini qazandıran bir cərəyan kimi formalaş-
mışdır. İrqçiliklə milliyyətçilik arasındakı əlaqənin "mükəmməl" versiyasının
faşizm tərəfindən inşa edildiyi hamı tərəfindən qəbul edilən bir faktdır. Fa-
şizm bir iqtidar praktikasını, bir rejim formasını və "fövqəladə bir dövlət
formasını" göstərməklə yanaşı, eyni zamanda bir ideologiyanı da ifadə edir
[16, s.367-369].
Bu təhlillərə əsaslanaraq deyə bilərik ki, insanların yaşadığı qanlı
STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017
113
müharibələrin səbəblərindən ən mühümü irqçiliyə, ayrı-seçkiliyə, kseno-
fobiyaya əsaslanan milliyyətçilik olmuşdur. Hitler nasizminin yaranmasın-
da, İtaliyadakı faşizmin yayılmasında, daha sonra meydana gələn etnik
müharibələrin və münaqişələrin gündəmə gəlməsində milliyyətçiliyin bö-
yük rolu olmuşdur. Milliyyətçiliyin həddindən artıq şişirdilməsi nəticəsində
ortaya çıxan mövcud vəziyyətin dövlətlərin daxili və xarici siyasətlərinə təsir
göstərməsi ilə birlikdə münaqişələr də qloballaşmışdır.
Ayrı-seçkiliyin ən qədim formalarından biri olan rasizm (irqçilik) və kse-
nofobiya (əcnəbi qorxusu-nifrəti) tarixdən bəri etnik təmizləmə, soyqırımı,
qırğın, məcburi köçürülmə, ac buraxma, təcavüz kimi fərqli şiddət və zülm
metodları ilə yaşadığımız dövrə qədər təsirini davam etdirmişdir. Yəhudi
düşmənçiliyi, milliyyətçilik hərəkatlarının inkişaf etməsi və 11 sentyabr
hadisələrindən dərhal sonra ABŞ və Avropa cəmiyyətlərində sürətlə yayılan
"islamofobiya" vasitəsi ilə formalaşdırılan ayrı-seçkilik siyasətləri və davra-
nışları müasir dövrümüzdə insanlığın gələcəyini təhdid edən amillərdən biri
kimi qarşımıza çıxır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
də bildirdiyi kimi, ksenofobiya, ayrı-seçkilik, irqçilik, islamofobiya və anti-
semitizm çox təhlükəli meyillərdir. Tarixdə də bir neçə dəfə görmüşük ki, bu
meyillərin güclənməsi hansı böyük fəlakətlərə yol açmışdır [4]. İslamofobiya
həqiqətən də çox böyük təhlükə və ədalətsizlikdir.
Tanınmış amerikalı professor Samuel P. Hantinqtonun ictimai inkişafda
din amilinin rolunu mütləqləşdirərək irəli sürdüyü "sivilizasiyaların toqquş-
ması" (1993) ideyasının əsas tezisini aşağıdakı kimi ümumiləşdirmək müm-
kündür: "Daha geniş mənada sivilizasiyalardan asılı olan mədəniyyət və
mədəni kimliklər "soyuq müharibə"dən sonra dünyadakı kompromisləri,
parçalanmaları və münaqişələri formalaşdırmışdır. Sivilizasiyalar arasındakı
münasibətlər xoşməramlı olmaqdan daha çox konflikt xarakteri daşıyır. Ki-
tabdakı fəsillərin hər biri bu tezislər ilə əsaslandırılmışdır: 1) Modernləşmə
qərb tərəfdarı olmaqdan fərqlidir və modernləşmənin avtomatik nəticəsi
"qərbləşmə" olmur. 2) Qərb mədəniyyəti geriləməyə başlamış və digər
tərəfdən də Asiya (Uzaq Şərq) və İslam mədəniyyətləri yüksələn xət üzrə
inkişaf etməyə başlamışdır. 3) Sivilizasiyalar çərçivəsində məqsədləri ba-
xımından bir-birinə bənzəyən dövlətlərin təkrar əməkdaşlıq etməsi fərqli
cəbhədə olan dövlətlərin qütbləşməsinə səbəb olaraq yeni bir dünya niza-
mını ortaya çıxarır. 4) Qərb dünyasının universallıq iddiası ilə siyasət apar-
ması digər mədəniyyətlərlə, xüsusilə də İslam və Çin sivilizasiyaları ilə qar-
şıdurmaya gətirib çıxarır. 5) Qərbin mövcudluğunu davam etdirə bilməsi
mərkəz dövlət olaraq ABŞ-dan birbaşa asılıdır. ABŞ-ın mədəni kimliyi univer-
sal kimi görünsə də, oradakı sivilizasiyanın xüsusiyyəti özünəməxsusluqla
tərif oluna bilər [24, s.69-72].
Qlobal siyasətin plüralist yanaşmasını qəbul edərək qlobal sülhün