STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017
114
zəmanət altına alına biləcəyi Hantinqtonun tezisində öz əksini tapır. Sivili-
zasiyaların toqquşması ideyasından təsirlənən qorxuların - ksenofobiya, is-
lamofobiya, miqrantofobiya kimi anlayışların gündəmə gəlməsi beynəlxalq
münaqişələrin də səbəbləri baxımından daha da şaxələnməsinə gətirib çı-
xarmışdır. Avropa ölkələrində işsizlik və əhalinin yaşlanması kimi faktorlar
ksenofobiya duyğularının inkişaf etməsinə və müsəlmanlara qarşı para-
noyanın formalaşmasına səbəb olmuşdur. İslamı və müsəlmanları Avropa
mədəniyyəti və materialist həyat tərzi üçün "potensial düşmən" kimi qəbul
edən Qərbin ideoloqları içərisindəki irqçi meyillər ümumi siyasi konsepsi-
yalar formalaşdıran beyin mərkəzlərinə də öz mənfi təsirini göstərir.
Hantinqton münaqişələri din və kimlik çərçivəsində qruplaşdırır. O, bir
mədəniyyətin özünə xas tarix, ənənə, din və dil kimi ünsürlərinin fərqli
bir mədəniyyət ilə kəsişmə nöqtəsində həmin mədəniyyətin tarix, ənənə
və dilini deyil, dinini ön plana çıxarmışdır. Bu kontekstdə sivilizasiyaların
sərhədlərini müəyyənləşdirmək üçün dərin tarixi biliklərə və ya araşdırma-
ya ehtiyac yoxdur. Əgər bu, həqiqətən belədirsə, "mədəniyyət" anlayışı bu
şəkildə sadə quruluşda, asanlıqla müşahidə edilə bilən bir formatdadırmı?
Konfliktlərin yaranmasına səbəb olan hadisələrin çoxu həmişə Qərb dün-
yasında meydana gəlmişdir. Halbuki Qərb dünyası texnologiya sahəsində
tərəqqinin, iqtisadi inkişafın, demokratiyanın, insan hüquqlarının və bir
çox faydalı sahələrin yaranmasında məhsuldarlığı ilə lider olmuşdur. Hal-
hazırda bu kimi ziddiyyətli məqamlar Qərb dünyasının inkişafını birbaşa
təhdid edir. Hantinqtonun dünyada yaşayan bütün müsəlmanları unikal
mədəniyyətin sahibi olaraq görməsi, bənzər hərəkətləri və fəaliyyətləri
təkrar tətbiq edəcəkləri barəsində qənaətə gəlməsi sivilizasiyaların təbiəti
ilə də ziddiyyət təşkil edir.
İslamofobiya bir tərəfdən dindar insanların dinlərini sərbəst şəkildə ya-
şamalarına maneəçilik törədir, digər tərəfdən də qeyri-müsəlmanlar ilə is-
lam dini arasında əngəl təşkil edir. Bu formatdakı "əngəlləmə" islam dininə
qarşı maraq və əlaqəni artırsa da, geniş seqmentlərin ön mühakimələrinə
də zəmin hazırlayır. "İnsan bilmədiyinin düşmənidir" devizi ilə deyə bilərik
ki, islam qorxusunun kökündə də məlumatsızlıq və dezinformasiya dayanır.
Dövlətlər arasındakı qarşıdurmalara səbəb olan amillərdən biri də ir-
redentizm siyasətidir. Qafqaz regionunda Azərbaycan torpaqlarının açıq
şəkildə işğalı ilə birlikdə Ermənistan tərəfindən Azərbaycanda bir sıra dest-
ruktiv və təxribatçı fəaliyyətlər həyata keçirilmişdir. Ermənistanın kəşfiyyat
xidməti və bir çox erməni terror təşkilatları sənaye mərkəzləri və nəqliyyat
şəbəkələrini də hədəf seçərək sistematik olaraq Bakının, Gəncənin və digər
şəhərlərin dinc əhalisinə qarşı terror fəaliyyətləri törətmişdir. Ermənistanın
Azərbaycana və digər ölkələrə qarşı terror fəaliyyətlətini həyata keçirən
təşkilatlarla müxtəlif səviyyələrdə əməkdaşlıq etdiyini, müvafiq maliyyə
STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017
115
dəstəyi göstərdiyini və bu təşkilatlara öz ərazisində təlimlərin keçirilməsi
üçün şərait yaratdığını təsdiq edən bir sıra dəlillər və faktlar da mövcuddur.
Bu siyasətləri aparan Ermənistana qarşı Azərbaycanın güc tətbiqetmə hü-
ququ beynəlxalq hüquqa müvafiqdir. Ancaq buna baxmayaraq, Azərbaycan
tərəfi multikulturalizm siyasətini regionda uğurla həyata keçirərək
sülhməramlı olduğunu dünyaya göstərir.
1988-ci ildən etibarən isə terrorizm Ermənistanın xarici siyasətində
"məharətlə" istifadə etdiyi bir xarici siyasət vasitəsinə çevrilmişdir.
Ermənistanın regional siyasətini anlamaya köməklik edən irreden-
tizm siyasəti [23, s.326-327] bir dövlətin sərhədyanı ölkələrdə yaşayan
vətəndaşlarını bəhanə edərək yayılma strategiyası izləməsi kimi tərif edilir.
Əvvəla, Ermənistanın əsas məqsədi Azərbaycan torpaqlarını işğal etmək
olmuşdur. Nəticə olaraq isə Ermənistan milliyyətçiliyinin də əsası olan irre-
dentist siyasətin də davamı kimi "Böyük Ermənistan" xəyalı əsas məqsədləri
olmuşdur [18, s.151]. Separatizmə əsaslanan irredentist siyasətin həyata
keçirilməsi keçmişdə olduğu kimi müasir dövrümüzdə də münaqişələrin
yaranmasına təkan verən amillərdəndir.
İnsanların rifahı və birlikdə sülh içərisində yaşaya bilməsi üçün si-
vilizasiyalararası qarşıdurmadan deyil, sivilizasiyalararası dialoqdan,
multikulturalizmdən bəhs etmək insanlıq üçün daha faydalı olacaqdır. Bu
meyarların beynəlxalq siyasətin də vasitəsi kimi qəbul edilməsi dünyada
sülhün bərqərar olmasına da xidmət göstərəcəkdir.
2. Beynəlxalq münaqişələrin dinc həlli vasitələrinin tətbiqindəki
problemlər
Beynəlxalq münaqişələrin həllində diplomatik vasitələr olaraq, "danı-
şıqlar", "dostluq zəminində cəhd", "vasitəçilik", "təhqiqat", "barışdırma"
və "xeyirxah xidmətlər" kimi fəaliyyətlər həyata keçirilir [33, s.735-759].
Beynəlxalq münaqişələrin dinc vasitələrlə həllinin ikinci əsas vasitəsi
məhkəmə yolu ilə həll prosesidir. "Məhkəmə metodları"na iki qrup daxildir:
"Məhkəmə prosessual üsulu" və "Beynəlxalq arbitraj". Nəzərə almaq lazım-
dır ki, bütün dinc vasitələr çox vaxt bir yerdə tətbiq olunur [8, s.331].
Beynəlxalq münaqişələrin dinc metodlarla həlli prinsipi başda BMT ol-
maqla bir çox regional təşkilatın da fəaliyyətinin əsasını təşkil edən mü-
hüm məsələlərdən biridir. Qafqaz regionu da daxil olmaqla dünyanın fərqli
coğrafiyalarındakı münaqişələrin həlli prosesini izlədiyimiz zaman həll
edilməmiş, müddətli dayandırılmış, dondurulmuş problemlərlə qarşıla-
şırıq. Bunun səbəbi isə beynəlxalq təşkilatların funksiyalarını tam şəkildə
yerinə yetirməməsi və böyük güc mərkəzlərinin bu münaqişələrin həllində
maraqlı olmamasıdır. Bununla birlikdə, beynəlxalq təşkilatlar çərçivəsində