STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017
120
göstərməklə birlikdə öz milli və mənəvi dəyərlərinin qorunması olmalıdır.
Müasir dövrümüzdə müxtəlif irqlərə və dinlərə mənsub insanlardan forma-
laşan cəmiyyətlərdə dialoq prosesi üçün münbit şərait mövcuddur. Buna
görə də dinlər arasındakı yaxınlaşma və əməkdaşlıqların ən mühüm hədəfi
ondan ibarətdir ki, plüralist bir cəmiyyətdə insanlar öz inanclarını düzgün
formada yaşaya bilsin və digərlərinin də sülh şəraitində yaşamasına icazə
versinlər.
Dialoqun digər məqsədi də tərəflər arasında mövcud olan və ya olma eh-
timalı olan gərginlikləri aradan qaldırmağın mümkün olmadığı vəziyyətdə
təzyiqi aşağı salıb ixtilaflı məsələlərin aşkarlanmasını təmin etmək, heç
olmasa ziddiyyətli məqamları anlamağa köməklik göstərməkdir. Bununla
birlikdə, həmişə əməkdaşlıq içərisində olmağa çalışan dindarların şüur-
larında da sülh naminə dialoq duyğularının inkişaf etdirilməsi əhəmiyyət
kəsb edir [17, s.240].
Dinlərarası dialoqun digərləri ilə münasibət yaratmaq, başqa dinlər
ilə öz dini arasındakı bənzər və fərqli xüsusiyyətləri kəşf etmək və ya on-
ları anlamağa cəhd etmək və bununla yanaşı, digər din mənsubunda öz
inancına qarşı maraq oyandırmaq kimi dini əsaslı məqsədləri də vardır. Bir
dinin missioner xarakterə malik olması da din mənsubunun dialoq qur-
ma arzusuna təsir göstərir. Ancaq bu məqamda da missioner öz dininin
əhatəsini genişləndirmək vəzifəsi ilə digər din mənsubları ilə dialoq qurma
məqsədini bir-birinə qarışdıraraq problemlərin meydana gəlməsinə səbəb
ola bilər [21, s.84-85].
Nəticə etibarilə dialoqda əsas məqsəd insanların sülh içərisində bir ara-
da yaşamasını təmin etməkdən, ictimai dincliyin təmin olunmasından və
dünyada sülhün bərqərar olmasında fəal iştirak etməkdən ibarət olmalı-
dır. Hər hansı bir qrup qətiyyən digər qrupun mövcudluğunu, fəaliyyətini
təhlükəyə atmamalıdır. Tarixə nəzər yetirdiyimiz zaman eyni kökə, eyni
təməl əsaslara, eyni mənbələrə mənsub olmasına baxmayaraq əsrlərlə
rəqib dinlər olaraq mövcudluğunu davam etdirən islam, xristianlıq və iuda-
izm arasında inkişaf etdirilən, eləcə də hind və Çin dinlərini də əhatə edən
dialoq təşəbbüslərinin müsbət nəticələrə nail olduğunu müşahidə edə
bilərik. Bu fəaliyyətlərin bütün dövlətlər tərəfindən dəstəklənməsi ümumi
rifah, əbədi sülh adına əhəmiyyət kəsb edir.
Qloballaşma prosesinin də təbii nəticəsi olaraq insan amili beynəlxalq
siyasətdə də mühüm rola malik olmuşdur. Müasir dünyamızda tək bir insa-
nın fəaliyyəti, yazdığı, danışdığı bütün dünyada öz təsirini birbaşa göstərir.
Əslində, Hantinqtonun müdafiə etdiyi "mədəniyyətlər və ya dinlərarası
qarşıdurma" tezisi qeyri-mümkündür. Çünki ilahi dinlərin təbiətində qarşı-
durmalara təşviq yoxdur [35, s.56-57]. Xüsusilə islam dininin universallığı-
nı düşündüyümüz zaman islamiyyətin qarşıdurma üçün deyil, uzun əsrlər
STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017
121
boyu Qərb mütəfəkkirlərin əsərlərinin də əsas mövzusunu təşkil edən "uni-
versal barış" [26, s.29-30] üçün göndərildiyini deyə bilərik.
Dünyadakı bütün terror fəaliyyətləri, kimdən və haradan gəlirsə-gəlsin,
sülhə, əmin-amanlığa vurulan ən böyük zərbədir. Hansı səbəbə və han-
sı məqsədə xidmət etməyindən asılı olmayaraq, heç bir terror fəaliyyəti
qətiyyən xoş görülə bilməz. Terror bir qurtuluş mübarizəsi forması və ya
bir vasitə ola bilməz. Terror xüsusilə islam naminə və eləcə də digər dinlər
adına bir məqsəd kimi qətiyyən istifadə edilə bilməz. Terrorist müsəlman,
müsəlman terrorist ola bilməz. Müsəlman ancaq sülhün, barışın və dincliyin
simvolu ola bilər.
4. Azərbaycan multikulturalizmi beynəlxalq münaqişələrin dinc
yollarla həlli vasitəsi kimi
Yaşadığımız dövrdə qloballaşma prosesinin də sürətlə inkişaf etməsi və
regional inteqrasiya modellərinin uğur qazanması ilə birlikdə beynəlxaq
siyasətdə də mühüm dəyişikliklər baş vermişdir. Əsrlər boyu ən çox qanlı
müharibələrə səhnə olan Qərb dünyasının nümayəndələrinin, filosoflarının
xəyallarını bəzəyən "əbədi sülh" şüarı müasir dövrümüzdə ehtiyac duyulan
ən mühüm məsələlərdən biridir. Bu ideologiyaların sadəcə xəyallarda yaşa-
dılması nəticəsində iki dünya müharibəsi baş vermiş və günümüzə qədər də
mikroregional qarşıdurmalar davam edir. Dövlətlər arasındakı qarşıdurma-
lara, münaqişələrə səbəb olan yuxarıda sadaladığımız əsas amillərin aradan
qaldırılması ilə yanaşı dövlətlərin milli strategiyalarına əsaslanıb humanizm
siyasəti aparması zərurətdir. Qloballaşma prosesi ilə birlikdə regionlaşma
prosesinin də sürətlənməsi və "qarşılıqlı iqtisadi asılılıq" amilinin dövlətlər
arasındakı münasibətlərdə həlledici gücə malik olması nəticəsində multi-
kulturalizm siyasətinin dövlətlər tərəfindən tətbiqi "əbədi sülhün" təmini
baxımından əhəmiyyət kəsb edir.
Mədəniyyətlərarası münasibətlərdə bu vaxta qədər mövcud olan
“mədəni hegemonluq”, "üstünlük", “hakim mədəniyyət”, “biz və qeyrilər”
kimi paradiqmalar artıq müsbət qəbul edilmir. Yeni düşüncə tərzinin for-
malaşması və qütbləşdirici tezislərin aradan qaldırılması üçün isə hələ za-
mana ehtiyac vardır. Lakin təkzibedilməz bir həqiqət ondan ibarətdir ki,
öz varlığını davam etdirmək üçün birgəyaşayış yollarının axtarışında bütün
bəşəriyyət məsuliyyət hissini bərabər bölüşməlidir. Bu axtarışın uğurunu isə
yalnız tolerantlıq, həmrəylik, yüksək mədəniyyət və multikulturalizm təmin
edə bilər [6, s.6].
Britannika ensiklopediyasındakı tərifə görə: "Multikulturalizm mədəniy-
yətlər, irqlər, xüsusilə də etnik azlıq qruplarının özlərinə məxsus fərqlilikləri
ilə dominant siyasi mədəniyyət içərisində yaşamaya layiq olmalarıdır"