STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017
124
keçmişdə olduğu kimi müasir dövrdə də Şərqlə Qərb arasında körpü ro-
lunu oynayır. Sürətlə qloballaşan dünyada ən mühüm məsələlərdən biri
olan mədəniyyətlərarası və dinlərarası dialoqu nəzərə alaraq 2008-ci ildə
“Bakı prosesi” adlı təşəbbüs həyata keçirilmişdir. Bu təşəbbüs regionda və
beynəlxalq aləmdə təhlükəsizliyə töhfə baxımından da mühüm addımlar-
dan biri hesab olunur. “Bakı prosesi” çərçivəsində 2008 və 2009-cu illərdə
Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirləri ilə İslam Əməkdaşlıq
Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin də birgə iştirakı ilə Ba-
kıda mühüm forum keçirilmişdir. Azərbaycanın səyləri nəticəsində bu iki
fərqli sivilizasiyaya malik beynəlxalq təşkilarlar arasında ilk dəfə belə bir
əlaqə yaradılmış, qlobal təşəbbüs xarakterli bu siyasət həmrəylik, qarşılıqlı
anlaşma və mədəniyyətlərarası dialoqa öz töhfəsini verməkdə davam edir.
Azərbaycan 2011-ci ildən başlayaraq Bakı Beynəlxalq Humanitar Fo-
rumu çərçivəsində Bakıda Mədəniyyətlərarası Dialoq Forumu təşkil edir
[36]. 2011-ci ilin 10-11 oktyabr tarixlərində keçirilən 20-dən çox ölkənin
nümayəndələrinin iştirak etdiyi "XXI əsr: ümid və çağırışlar" adlı forum-
da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məzmunlu
nitqində bildirdiyi kimi əsrlər boyu Azərbaycanda müxtəlif mədəniyyətlərə
mənsub olan xalqlar bir ailə kimi yaşamışlar. Bütün dövrlərdə Azərbaycanda
hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün xalqlar bir ailə
kimi yaşamışlar. Azərbaycanda milli, yaxud dini zəmində heç bir qarşıdur-
ma, anlaşılmazlıq olmamış, heç vaxt ayrı-seçkiliyə yol verilməmişdir. Bu gün
müstəqil Azərbaycan bu ənənələrə sadiqdir. Forumda cənab İlham Əliyev
qətiyyətlə bildirmişdir: "Multikulturalizmin alternativi özünütəcriddir. Mən
inanmıram ki, iyirmi birinci əsrdə, qloballaşan dünyada hər hansı bir siya-
si qüvvə özünütəcrid siyasətini aparmağa cəhd etsin. Bu yol heç bir yerə
aparmır. Multikulturalizmin dəyərləri, əsasları möhkəmləndirilməlidir. Mul-
tikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir.
Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-
seçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir. Eyni zamanda, hər
bir ölkənin öz qaydaları, öz ənənələri vardır. Hər bir insan – həm ölkənin
vətəndaşı, həm ölkəyə gələn qonaq, əlbəttə ki, o qaydalara, o ənənələrə
hörmətlə yanaşmalıdır. Mən əminəm ki, bu amillərin sintezi nəticəsində bu
gün müxtəlif dairələrdə multikulturalizmlə bağlı səslənən bədbin fikirlər
aradan götürüləcəkdir" [2].
Bu çağırışın davamı olaraq 2012-ci ilin 4-5 oktyabr tarixlərində keçirilən II
Bakı Beynəlxalq Humanitar Forumunda 70 ölkəni və 7 mötəbər beynəlxalq
təşkilatı təmsil edən 700 nəfərlə birlikdə bir çox mötəbər insanın iştirak
etməsi Azərbaycanın bu sahəyə önəm verməsi və beynəlxalq aləmdə bu
istiqamətdə geniş lobbiçiliyinin də müsbət nəticəsidir. 2013-cü ildə baş tu-
tan III Bakı Beynəlxalq Humanitar Forumunda isə 800 nəfər iştirak etmiş və
STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017
125
multikulturalizm kontekstində geniş müzakirələr aparılmışdır. Bu forumda
da cənab İlham Əliyev çıxış edərək, XXI əsrdə multikulturalizmə alternati-
vin olmadığını, multikulturalizmlə bağlı problemlərin açıq şəkildə müzakirə
edilməsinin zəruri olduğunu və multikulturalizmin Azərbaycanın dövlət
siyasəti və həyat tərzi olduğunu vurğulamışdır" [3].
Forumun sonunda qəbul edilən bəyannamədə xüsusi olaraq vurğu-
lanmışdır ki, bu toplantıda iştirak edənlər multikulturalizm sahəsində bir
çox ölkələrin, o cümlədən Azərbaycanın uğurlarını etiraf edir və müxtəlif
ölkələrin cəmiyyətdə konsensus əldə olunmasına yönəldilən dövlət
siyasətinin əsas tərkib hissəsi kimi qazanılmış təcrübənin öyrənilməsini
zəruri hesab edirlər. Eyni zamanda ksenofobiya, irqçilik və dözümsüzlüyün
qarşısının alınması, tolerantlıq mədəniyyətinin formalaşdırılması məqsədilə
məqsədyönlü addımların atılmasının vacib olduğu bildirilmişdir.
Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tole-
rantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini, eləcə də ayrı-
ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və
digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyətini
nəzərə alaraq Prezident İlham Əliyevin 15 may 2014-cü il tarixli Fərmanı
ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Azərbaycanda
həyat tərzinə çevrilən multikulturalizm ənənəsinin dövlət siyasəti kimi
də mənimsənilməsi mühüm hadisədir. Multikulturalizmin ölkə xaricində
və daxildə təbliğ olunması məqsədi daşıyan bu mərkəzin yaradılması isə
Azərbaycanın humanist siyasət apardığının bariz nümunəsidir.
2014-cü ildə keçirilən Humanitar forumda "Multikulturaliz-
min müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru"
istiqamətində müzakirələr aparılmış və bununla əlaqəli olaraq qəbul olunan
bəyannamədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması al-
qışlanmış və Azərbaycan Respublikasının təşəbbüsü ilə keçirilən ənənəvi
Bakı Beynəlxalq Humanitar Forumunun postmodern dövrün əsas dəyəri
kimi humanist təcrübəyə əsaslanan multikulturalizmin inkişafına mühüm
töhfə verdiyi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İl-
ham Əliyevin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə 2016-cı il Azərbaycan
Respublikasında “Multikulturalizm ili” elan edilmiş və buna müvafiq olaraq
da ilboyu müxtəlif qurumlar tərəfindən ölkə daxilində və xaricdə tədbirlər
həyata keçirilmişdir. 2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu
sessiyasında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə
Bakıda keçirilməsi barədə qərar qəbul edilmişdir. Buna müvafiq olaraq 26
aprel 2016-cı ildə Bakıda dünyanın 140-dan çox ölkəsindən nümayəndə
heyətlərinin, çoxsaylı beynəlxalq təşkilatların, dini konfessiyaların, QHT
nümayəndələrinin iştirak etdiyi Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar
Alyansının 7-ci Qlobal Forumu keçirilmişdir.