107
Göründüyü kimi tapşırıq həm maraqlı həm lakonikdir.
Uşaqları bezdirən sual deyil, əksinə onları düşünməyə vadar
edən sualdır.
Şagirdlərin cavablarının heç də hamısı eyni cür
deyildi. Bəziləri köhnə qaydada tapmaca haqqında
eşitdiklərinin hamısını yazmışdılar. Lakin yığcam suala konkret
cavab verənlər də vardı. Həmin cavablar belə idi.
1. Tapmaca ən yaxşı metaforadır.
2. Tapmaca yığcam və məzmunludur.
3. Tapmacanın içində yumor gizlənir.
4. Tapmaca sual verib cavab almaq üçündür.
5. Tapmaca bizi düşünməyə vadar edir.
6. Tapmaca “tap” sözündəndir, “tapma” sözündən
deyil. (Bu cavabın ətrafında şagirdlərin qızğın mübahisəsi oldu.
Nəticədə məlum oldu ki, “tap” əmr şəklində “tapma” isə bu
sözün nəql formasıdır. Başqa sözlə getmə, gəlmə, oyanma,
durma və s. felin adlıq halında işlənib, - ça; şəkilçisi sifətin
azaltma dərəcəsi olmaqla yanaşı əzizləmə mənasındadır. Ana
uşağına “şux” əvəzinə “şuxluca”, “körpə” əvəzinə “körpəcə”
deyəndə əzizləyir.
Göründüyü kimi adi sözlərin ətrafında gedən
disskusiya “Tapmaca”nın poetikasının başqa bir cəhətinin
açılmasına kömək etmiş olur. (62,116)
Tapşırıqları daha aydın təsəvvür etmək üçün aşağıdakı
cədvələ nəzər salaq.
Müəllim qruplara tapşırıqlar verərkən heç bir
informasiya ötürmür. Çalışır ki, informasiyaları şagird
tapşırığın özündən çıxarsın. Beləliklə tapşırıq alan kimi qruplar
işə başlayır. Bu, ilk şagird tədqiqatı hesab olunur. “Müəllim
informasiya ötürür” cədvəlində şagirdlərə və qruplara yönələn
diyircəklərin içi boşdur. Yəni vaxta qənaət edən müəllim əlavə
izahat vermir. Bu həm də ona görə lazımdır ki, uşaqlar
108
informasiyanı hazır almasınlar, onu tədqiqatlarının nəticəsi
kimi çıxarsınlar.
Bundan sonra şagirddən müəllimə informasiya axını
başlayır. Bu informasiyalar tapşırığın məzmunundan doğsa da
şagirdlərin ümumi fantaziyalarının məhsulu olan nəticələrdən
ibarətdir. Qrup nəticələri bir vahid müstəvinin parçalarına
bənzəyir. Müəllimin məharəti orasında olmalıdır ki, həmin
parçaları birləşdirib vahid bir fikir yaratsın və ümumiləşmiş
fikir yenidən qruplara qayıtsın.
Sonra isə informasiya axını ikitərəflidir. Həm
müəllimdən qruplara, həm də şagirdlərdən
mərkəzə - yəni
təhsili təşkil edən adama yönəlir. Qrafikin üçüncü bəndini
tətbiq də hesab etmək olar. Müəllim qazanılan nəzəri fikri
praktikaya yönəldir. Alınan fikirləri əks etdirən digər əsərlər
yada salınır. Ata-anaya anadan eşidilən və bu fikri tamamlaya
biləcək epizodlar yada düşər.
Məsələn, “Yeddi qardaş” nağılını təhlil
I qrupun tapşırıqları
1. Qardaşlar bir yerdə necə yaşayırdılar?
2. Heyvanları ovlayarkən onların qalib gəlməsinin
səbəbi nə idi?
3. Qrupun gəldiyi nəticə
II qrup
1. Qardaşlar niyə ayrıldılar?
2. Aralarında soyuqluq olandan sonra nə baş verdi?
3. Qrup hansı nəticəyə gəldi?
III qrup
1. Ata oğlanlarını yanına nə üçün çağırdı?
2. O, oğlanlarına nə gətirməyi xahiş etdi?
3. Qrupun gəldiyi nəticə
IV qrup
109
1. Ata güclərini sınamaq üçün oğlanlarına nə xahiş
etdi?
2. Yeddi nar çubuğunu necə qiymətləndirmək olar?
3. Qrupun gəldiyi nəticə
Dərsin növbəti mərhələsində məlumatın təşkili və
nətiələrin çıxarılması.
Qrup liderlərinin nəticələri
I qrup
Qardaşlar bir yerdə xoşbəxt yaşayırdılar. Onlar hətta
ən vəhşi heyvanları belə diri tutur, heç zaman məğlub
olmurdular. Birlik onlara güc verirdi. Qrup belə bir nəticəyə
gəldi ki, həyatda ən çətin işləri belə birliklə görmək olar. Atalar
deyir: güc birlikdədir.
II qrup
Bir az böyüyəndən sonra qardaşlar evləndilər.
Arvadlarının mənəm mənəmliyi onları ayrı saldı. Onlar
təkləndilər və gücsüz oldular. Bir yerdə olsaydılar həmişə qalib
gələrdilər. Gərək arvadları qardaşları bir-birindən ayırmayaydl.
Atalar yaxşı deyib: tək əldən səs çıxmaz.
III qrup
Ata oğlanlarının ayrılıqla gücsüz olduqlarını onlara
başa salmaq üçün hərəsindən bir nar çubuğu xahiş etdi. Ata öz
borcunu yerinə yetirməyə çalışdı. Məhəmməd peyğəmbər
deyib: ataya itaət – allaha itaət, ataya üsyan – allaha üsyan
deməkdir. Buna görə də oğullar atalarının sözünü eşidib onun
yanına gəldilər.
Bizcə ata öz borcunu yerinə yetirmək üçün belə bir
hərəkət etdi.
IV qrup
Ata uşaqların gətirdiyi yeddi nar çubuğunu bir yerdə
sındırmağı onlardan xahiş etdi. Qardaşların heç biri bu işi görə
bilmədi.
110
Beləliklə ata uşaqları başa saldı ki,
yeddi çubuğu bir
yerdə sındırmaq mümkün deyilsə, yeddi qardaşı da bir yerdə
məğlub etmək çətindir.
Müəllimin ümumiləşdirməsi
Sizin gəldiyiniz nəticələri belə yekunlaşdırmaq olar:
Nağıllar uydurma olsa da çox böyük hikmətə
malikdir. Nağıllarda adi həyati hadisələr elə ümumiləşir ki,
oxucu ondan həyatın sirlərini öyrənir.
“Yeddi nar çubuğu” çox ibrətamiz bir əhvalatdır. O,
insanları dostluğa, birliyə çağırır. Burada “qardaş” sözü şərtidir.
Nağılda deyilir ki, insanlar dost olsa hər şeyə qalib gələ bilər.
Sizin tədqiqatlarınız çox maraqlıdır. Nəticələriniz
ağıllıdır. Şübhəsiz ki, bu nağıl sizin daha ağıllı olmanıza kömək
edəcəkdir.
Tədbiq etmə
“Yeddi çubuq” əhvalatını həyatın hər yerində tətbiq
etmək mümkündür.
Ev tapşırığı
1. Bu hekayəni öz həyatımızda baş verən hadisələrə
tətbiq edə bilərsinizmi?
2. Dostluq edənlərin gözəl, dalaşanların başına gələn
son nəticələr haqqında ata-ananızdan eşitdiklərinizi dəftərinizə
köçürün.
Deduktiv metodun nümunəvi bir dərsi kimi bu
məşğələ diqqəti cəlb edir.
Bu dərsdə uşaqların yaradıcı axtarışları və intelektual
düşüncələri diqqəti cəlb dir. Şagirdlər bu tipli mövzuları həm
şifahi, həm də yazılı ədəbiyyatın axtarışına başlayırlar ki, bu da
onların ümumi inkişafına təkan verir. “Yeddi nar çubuğu”
əhvalatı bütöv bir metaforadır. Metafora haqqında dərsdə söz
getməsə də şagirdlər onu duyurlar mümkündür. Bu duyğu,
obrazlı düşüncə dərsin fəlsəfəsini təşkil edir. Müəllimin
motivasiya prosesində göstərdiyi “dalaşan xoruzlar” və