101
böyüksən.
Səndən
sonra mənəm,
qoyun da mənim,
hamımızdan kiçik
tülküdür, toyuq da
onun olsun
sənin olsun, sonra
mən gəlirəm,
deməli, qoyun mənə
çatır, toyuğu da
verək tülküyə
Göründüyü kimi, biz heç bir üslubi qüsurdan söhbət
açmamışıq. Lakin mətn üzərində işlədikcə, test sualları
ətrafında düşündükcə, uşaqlar hansı cümlənin daha
məqsədəuyğun olduğunu dərk edirlər. Test suallarının
nəticələrini hesablayanda məlum oldu ki, 25 şagirddən 21-i
üslubi cəhətcə düzgün cümlələri seçmişlər. (62, 79)
Nümunələrin tədrisi prosesində ev tapşırıqlarının
verilməsi
əhəmiyyətli bir mərhələdir. Fəal təlim
texnologiyalarının çoxunda “Ev tapşırıqları bölməsi nəzərdə
tutulmur. Lakin mətnin dərin qatlardakı mənanı üzə
çıxartmağın zəruriliyini dərk edərək nəzərə alırıq ki, bu mərhələ
lazımlıdır. Məqsəd təkcə mövcud nümunələrin öyrənilməsi
deyil. Biz həmçinin itib-batmaq təhlükəsi qarşısında olan nadir
folklor əsərlərini, həmçinin yeni yaranan nümunələrin
toplanmasını qarşıya qoymuşuq. Ev tapşırıqlarının hazırlanması
prosesində valideynlərin də iştirakını nəzərə alaraq bu işə
xüsusi əhəmiyyət vermişik. Nəticədə xeyli əsər toplandı. Bu
sərlər müxtəlif vaxtlarda çap olunan folklor nümunələrinin yeni
variantları idi. “Səhər görüşləri”ndə istifadə etdiyimiz alqışların
böyük bir hissəsi ev tapşırıqlarının yerinə yetirilməsinin
nəticəsində meydana çıxdı. Fəal təlimin demokratik
keyfiyyətlərindən ev tapşırıqlarında da istifadə etdik. Folklor
nümunələrinin öyrənilməsi üçün tapşırıqlara oyun elementləri
əlavə etməklə onu daha maraqlı etməyə çalışırıq. Lakin bu
zaman ana dilinin öyrənilməsi problemini unutmadıq.
Tapşırıqların bir hissəsi belə idi.
102
Ev tapşırıqlarının verilməsi zamanı “rebus”,
“krossvord” elementlərindən də istifadə etmək mümkündür. Bu
cür tapşırıqlar son dərəcə maraqlı olur.
Uşaqlar səhvlərini qırmızı qələmlə düzəltdilər. Ev
tapşırıqlarının uşaqların özləri tərəfindən yoxlanılması onlarda
düzlük və demokratik duyğular tərbiyə edir.
IV sinifdə test sualları vasitəsilə bədii nümunələrinin
məzmununu tam mənimsətmək mümkündür. Bu cür tapşırıqlar
həm səbrlə oxumağı, həm də test suallarının ayrıca
xüsusiyyətlərinə diqqət etməyi tələb edir. Məsələn, “Şir və
tülkü” adlı xalq nağılları əsasında belə test sualları ilə IV “q”
sinfinə (158 saylı məktəb) müraciət etdik.
TEST “Şir və tülkü”
1. Şahdağının başı hara çatırdı?
a) günəşə
b) buluda
c) aya
2. Şahdağının meşəsində nə var idi?
a) şir
b) daşlar
c) meymun
3. Meşədə hansı heyvan şahlıq edirdi?
a) meymun
b) tülkü
c) şir
4. Şahdağı meşəsinin şahı yatanda oradakı heyvanlar
nə edirdilər?
a) heyvanlar onun qidalarını yeyirdilər
b) heyvanlar ondan gen gəzir, göydəki quşlar qanad
salırdı
c) heyvanlar səs-küy edir, quşlar mahnı oxuyurdular
5. Şahdağının şiri bir gecə necə yatır?
103
a) ac
b) üstü açıq
c) tox
6. Sabahı gün ova çıxan şirin pəncəsinə nə düşür?
a) canavar
b) keçi
c) tülkü
7. Ovu ələ keçirən şir nə edir?
a) onu tez parçalayıb yeyir
b) dişlərini qıcıyır
c) ovun üstünə gülür
8. “yeyəcəyəm səni!... Bəs bu neçə gündə harada itib
batmışdın?” bu sözlər kimə məxsusdur?
a) şirə
b) tülküyə
c) canavara
9. Kim xalasigilə getdiyini deyir?
a) Nigar
b) Aysel
c) tülkü
10. “Getdim xalama deyim ki, mənə xoşbəxtlik üz
verib”, “Bəs yuxuda görmüşdüm ki, Şahdağın şahına qismət
olmuşam” – bu sözlər kimə məxsusdur?
a) Nigara
b) tülküyə
c) şirə
11. Tülkü şahın nəyinə and içir?
a) əllərinə
b) başına
c) atasına
12. Tülkü şirin nəyini tumarlayır?
a) saçını
b) əllərini
104
c) pəncələrini
13. Tülkü nəyi özünə xoşbəxtlik sayır?
a) qurda-quşa yem olmağı
b) şaha qismət olmağı
c) çoxlu toyuq yeməyi
14. Tülkü şirin ürəyini necə yumşaldır?
a) yağlı dili ilə
b) yağlı əlləri ilə
c) ayaqları ilə
15. Tülkünün hansı sözləri şirin xoşuna gəlir?
a) “Ömrüm uzunu qulunuz olaram”
b) “Siz məni yeyin! Axı siz acsınız”
c) “Mən anadan gör necə xoşbəxt doğulmuşam ki,
Şahdağının böyük şahına yem oluram”
16. Bir gün şir ovdan necə qayıdır?
a) əli dolu
b) əli boş
c) yaralı
17. Şirə qulluq edən Tülkü Şahdağının şahının nəyi
oldu?
a) dostu
b) vəziri
c) cəlladı
18. Bir gün Şir Şahdağının ətəyində kimlə üzləşir?
a) atası ilə
b) pəhlivanla
c) tülkü ilə
19. Tülkü nə üçün üçüncü dəfə yaralanan şirə qulluq
etmir?
a) yarası ağır olduğu üçün onu sağalda bilmir
b)
yem tapa bilmədiyi üçün
c) bu yaradan sağala bilməyəcəyini fikirləşdiyi üçün
105
20. Ağır yaradan ürəyi od tutub yanan Şir dostunu nə
üçün səsləyirdi?
a) ona su verməsi üçün
b) tez həkim tapması üçün
c) onun yanına gəlməsi üçün
21. Tülkü Şirin yarasına nə etdi?
a) su tökdü
b) dərman tökdü
c) daş atdı
22. Şir nə üçün sağalmadı?
a) pəhləvanın vurduğu qılınc yarası ağır olduğundan
b) Tülkünün onun yarasına atdığı daşa görə
c) Tülkünün dil yarası sağalmaz olduğu üçün
23. Hansı atalar sözü “Şir və tülkü” nağılına aiddir?
a) dost dar gündə tanınar
b) nə yada sirrini ver, nə namərdə bel bağla
c) başqasına quyu qazan özü düşər
testin nəticəsində 24 şagirddən 23-ü 5 qiymət aldı.
Qiymət almayan Firuz adlı şagird isə mətni oxumadığına görə
suallara cavab verə bilməmişdi.
Nəticə olaraq onu qeyd etməliyik ki, bədii
nümunələrinin tədrisi prosesində bu cür test tapşırıqları həm
ədəbiyyatın yaxşı mənimsənilməsinə kömək edir, həm də ana
dilinin öyrənilməsinə xidmət göstərir.
Bədii ədəbiyyatı çox mühüm bir keyfiyyəti olan az
sözlə böyük məna ifadə etmək xüsusiyyətini mənimsəmək
məqsədilə 4-cü “q” sinfinin şagirdlərinə belə bir ev tapşırığı
hazırladım. Onlara dedim ki, siz in nağıl, tapmaca, bayatı,
layla, yanıltmac, atalar sözləri və məsəllər, qaravəlli, lətifə,
əfsanə və əsatir haqqında müəyyən məlumatlarınız var. Belə bir
tapşırıq verirəm: Bu janrların hər birini səciyyələndirən bir
cümlə yazın. Tapşırığın şərti belədi: Yazdığınız cümlədə
mümkün qədər az söz işlədin.
106
Ev tapşırığını yoxlayanda məlum oldu ki, sinfin
əksəriyyəti yenə də hər hansı bir janrı xarakterizə etmək üçün
nəinki bir cümlədən iki və daha çox cümlədən istifadə etmişlər.
Təkcə Manaf və Vəfa çox maraqlı cavablar hazırlamışlar.
Manafın cavabları:
1. Tapmaca=?
2. Yanııltmac=çaşdırma, büdrətmə
3. Nağıl=həqiqəti əks etdirən uydurma
4. Bayatı= 4 misralıq hekayət
5. Layla=beşik nəğməsi
6. Atalar sözü = Hədəfə dəyən söz
7. Məsəl=Atalar sözünə çevrilən əhvalat
8. Qaravəlli=Gülməli əhvalatdan doğan əhval
9. Lətifə=Ibrətli gülüş
10. Əfsanə=həqiqəti izah edən yalan
11. Əsatir=Insanın ilk günlərini əhatə edən nağıl
Vəfanın ev tapşırığı:
1. Nağıl-maraqlı yalan
2. Əsatir-allahlar haqqında nağıldır
3. Əfsanə-tarixi nağıl
4. Lətifə-güldürən və düşündürən
5. Qaravəlli-uzun lətifə
6. Məsəl-ibrətli nağıl
7. Atalar sözü-hikmətlər hikməti
8. Yanıltmac-çaşdırma
9. Tapmaca-məzəli sual
10. Layla-Ana nəfəsli mahnı
11. Bayatı-Nənələrin nəğməsi
Bu iki şagirdin cavabları göstərir ki, folklor
poetikasını uşaqlar tam mənimsəmişlər. Digər uşaqların da
cavablarında çoxlu maraqlı məqamlar vardır.
Ev tapşırığı: Tapmaca haqqında elə cümlə yazın ki, bu
janrın hər hansı xüsusiyyətini əks etdirsin.