87
2. Hansı sırada
nöqtələrin yerinə eyni hərf
yazılmalıdır?
A) qana..., sədaqə..., mana...
B) seç...i, əs...ər, ...übrə
C) nö...tə, mə...səd, tə...sir
3. Sözlərdən birində “q” samiti fərqli tələffüz olunur.
A) əxlaq B) aşıq C) aşiq
4. Hansı sözün sonunda “d” yazılmalıdır?
A) alı... B) kən... C) xala...
5. Bir sözdə nöqtələrin yerinə “m” hərfi yazılmalıdır.
A) şə...bə B) tə...bəl C) kö...bə
6. sözlərdən birində “t” samiti tələffüz olunmur.
A) neftçi B) oktyabr C) xətkeş
7. “Sənət” kimi tələffüz etdiyimiz söz necə
yazılmalıdır ki:
- “peşə” mənasını versin?
- “rəsmi kağız” mənasını versin?
Bu tapşırıq samitlərdən düzgün istifadə olunması
bacarığına xidmət göstərir. Samitlərin yazılışı sözün sonunda
təhrif edilir. Onun deyilişi ilə yazılışında “t” və “d”, “x” və “q”
samitləri fərqli olur. Samitlər yanaşı gələndə biri fərqli tələffüz
olunur.
Məksəd – məqsəd
Şafdalı – şafralı
Kənd – kənt
Ocax – ocaq
Qulax – qulaq
Papax – papaq
Maksud – maqsud
Sonda gələn və ya qoşa işlənən samitlərin düzgün
yazılışı şagirdin yazılı nitqinin savadlı olmasında mühüm
əhəmiyyət daşıyır.
88
Tapşırıq 3
1. Nöqtələrin yerinə müvafiq sözlər işlətməklə ad,
əlamət, hərəkət bildirən sözləri təyin et.
Xəlil bu çətin məsələni beş dəqiqəyə həll etdi.
Xəlil, məsələ, dəqiqə...bildirən sözlərdir.
Çətin sözü...əlamətini bildirir.
Beş sözü dəqiqəni...bildirir.
Həll etdi sözü... hərəkətini bildirir.
2. Verilmiş cümlədəki sözlərlə bağlı fikirlərin doğru,
yoxsa yanlış olduğunu müəyyən et.
Üç ay dincəldikdən sonra uşaqlar doğma məktəbə
qayıtdılar.
Üç say bildirən sözdür. Uşaqların sayını bildirir.
Doğma əlamət bildirən sözdür. Məktəbin əlamətini
bildirir.
Dincəlmək hərəkət bildirən sözdür. Uşaqların
hərəkətini bildirir.
Qayıtdılar hərəkət bildirən sözdür. Məktəbin hərəkətini
bildirir.
Ay, uşaqlar, məktəb ad bildirən sözlərdir.
Bu tapşırıq səs və söz anlayışının izahına aiddir. Səslər
sözü, sözlər cümləni yaradır. Lakin səsin cümləyə çevrilməsi
prosesini anlamaq bacarığını yaratmaq üçün uşaq başa
düşməlidir ki, söz səsdən fərqlidir. Təklikdə səs məna ifadə
etmir, amma müxtəlif səslər birləşib mənası olan sözləri yarada
bilir. Söz ad bildirə bilər, onun vasitəsi ilə ad, əlamət, hərəkət
bildirmək olar. Beləliklə səsin sözə və sözlərin cümləyə
çevrilməsi maraqlı bir prosesdir.
Hər söz bircə məfhumu ifadə edə bilər. O təklikdə
mənaca statikdir, dəyişməzdir, gücsüzdür. Lakin sözlər
birləşəndə tərkibindəki enerji hərəkətə gəlir. Onlar bir-birinə
güc verir, biri digərini izah edir, möhtəşəm olur. Sözün
obrzlılığı da bu zaman yaranır. Bu prosesi anlatmaq çox
89
vacibdir. Ibtidai sinifdə ikən adi sözün obrazlı sözə çevrilməsi
prosesini anlatmağın əhəmiyyəti çox böyükdür. Prinsipcə bu,
sözün poetikasını öyrətməkdir. Bu isə dilin mahiyyətini
anlatmağın ən önəmli yoludur.
Tapşırıq 4
1. “Şagird dəftərini müəllimə göstərdi” camləsində
canlı və cansız varlıqları bildirən sözləri tap.
2. Cütləri müəyyən et.
1 uzun meyvə
2 şirin yarpaq
3 ətirli dağ
4 yaşıl çay
5 uca gül
3. Cütləri müəyyən et.
1 odun yemək
2 süd yumaq
3 çörək yarmaq
4 paltar ələmək
5 un içmək
4. Hansı sözlərin birləşməsi səhvdir?
A) maraqlı hekayə
B) uca dağ
C) qalın dəniz
Ç) sıx meşə
Tapşırıq 5
1. Bu iki cümlənin mənasını araşdır.
1. Camal gedər, kamal qalar (atalar sözü)
2. Camal gedər, Kamal qalar.
Bu cümlələrin deyilişində fərq varmı?
Cümlələrdəki hası sözün yazılışında fərq var?
90
Bu fərq cümlələr arasıda hansı məna fərqinə səbəb
olur?
2. Hansı söz yerindən asılı olmayaraq həmişə böyük
hərflə yazılır?
A) Azad
B)
Bayram
C) Babək
3. Hansı söz yerindən asılı olmayaraq həm böyük,
həm də kiçik hərflə yazıla bilər?
A) Türkiyə
B) Qərənfil
C) Fatma
Ceyran, Maral, Tərlan, ...
4)Hansı söz ardıcıllığı tamamlayır?
A) Rəna
B) Durna
C) Ayı
Bu tapşırıqlar kurikulumun 4.1.5. şagird
sözləri
qrammatik mənasına görə qruplaşdırır, alt standartına
müvafiqdir. Qrammatik məna deyəndə sözün ümumi leksik
mənası yəni ad, əlamət və ya hərəkət bildirməsi və sadə,
düzəltmə və mürəkkəb olması, cümlədə rolu, şəkilçi vasitəsilə
dəyişməsi nəzərdə ttutulur. Buna görə də bu tipli tapşırıqlardan
istifadə olunması xüsusi əhəmiyyət kəsb edir. “Mürəkkəb
sözlər”, “düzəltmə sözlər”, “kök”, “şəkilçi” kimi anlayışları
yaxşı mənimsətmək üçün belə tapşırıqlar şagirdlərdə bacarıqları
inkişaf etdirir.
Tapşırıq 6
1. Hansı söz yerindən asılı olaraq həm əlamət, həm
ad bildirir?
A) mürəkkəb B) böyük C) bahar
2. Cümlələrdən birində əlamət bildirən söz var