97
Təcrübə göstərir ki, ibtidai
sinif şagirdlərinə dilin
qrammatikasından daha çox onun poetikasını öyrətmək
lazımdır. Poetika isə obrazlı sözün qavranılması ilə bağlıdır.
Biz sözün ifadə etdiyi poetik mənanı şagirdə çatdırmaqla
onların bədii təfəkkürünün inkişafına təkan vermiş olarıq.
Bu məqsədlə nankorun aqibəti (IV sinif) mətnidəki
obrazlı sözləri şagirdlərə seçdirmək qərarına gəldik. Əvvəlcə,
obrazlı söz anlayışını başa saldıq. Bu, xeyli çətin, amma çox
maraqlı oldu. Dərsin sonuna qədər xeyli ifadə seçsək də işi
sona çatdıra bilmədik. Onun evdə davam etdirilməsini
tapşırdıq. Məqsədimiz valideynləri də bu işə cəlb etmək idi.
Nəticədə çox böyük bir siyahı alındı:
1) Beş tümənə anasının əlini də, dilini də kəsmək;
2. Əli gətirmək;
3) Özünə yer vermək;
4) Ayağını qazmaq;
5) Şirin dili işə salmaq;
6) Çörəyi dizinin üstündə olmaq;
7) Qurdgöz cavan;
8) Üstünə ayaq açmaq;
9) Çörək itirmək;
10) Sabahına arxalanmaq;
11) Altdan-altdan iş görmək;
12) Işi düz gətirmək;
13) Qızıl-gümüş gözünü tutmaq;
14) Ağlı başından çıxmaq;
15) Insanlığı tapdamaq; (62, 119)
Sözlər seçilib qurtardıqdan sonra obrazlı sözlərin əsl
mahiyyətini aşkara çıxarmaq üçün şagirdlərə belə bir tapşırıq
veririk:
Bu söz birləşmələrinin həqiqi mənası necə ola bilər,
onları daha hansı məcazi ifadələrlə əvəz etmək olar?
98
Növbəti dərsin sonunda yenə də uzun bir siyahı
yarandı.
Belə bir cəhəti qeyd etməyə ehtiyac var. Şagirdlər bu
işə son dərəcə maraq göstərir, yalnız dərsdə deyil tənəffüsdə də
mübahisə edir, yeni-yeni ifadələr tapırdılar. Bu toplanan
sözlərdən istifadə edərək belə bir cədvəl düzəltdik.
“Nankorun aqibəti”
Mətndə obrazlı
verilən ifadələr
Həmin ifadələrin
hərfi mənası
Başqa sözlə ifadəsi
Beş tümənə
anasının əlini də
kəsərmiş, dilini də
Anasının əlini və
dilini kəsib
cibindəki beş
tüməni götürərmiş
Pulgir, var-dövlət
hərisi
Elə ki, əli gətirir... 1. Əli ilə pul
qazanırmış.
2. Bəxti gətirib
çoxlu pul qazanır
Uğur qazanmaq,
müvəffəqiyyət əldə
etmək.
Çoxlu dövlətə
çatmaq
Özünə yer eləyir... Özünə yataq alır,
özünə ev alır
Vəzifə qazanır,
hörmət qazanır, üzə
çıxır, özünə gün
ağlayır
Başlayır
eloğlusunun
ayağının altını
qazmağa
Bellə hər gün onun
ayağının altını
qazır
Onun əleyhinə iş
aparır, haqqında
söz-söhbət yaradır,
onun düşmənləri ilə
dostluq edir
Şirin dili...
Dilini yesən şirin
dadar
Yalançı sözlər
danışır. yaltaqlanır
Çörəyi dizinin
üstündə olan
Çörəyi dizinin
üstündə saxlayır
Satqınlıq edir. Dosta
xəyanət edir. Duz-
çörəyi itirir
99
Qurdgöz cavan
Gözləri canavar
(qurd) gözünə
oxşayırmış
Bic, hiyləgər,
namərd, yağı,
tamahkar,
başqasının malına
göz dikən
Üstünə ayaq alır
Ayağını adamın
üstünə qoyur
Namərdlik edir.
Dostunu saymır
Çörək itirmə
Əlindən çörəyini
salıb itirmə
Yaxşılıq itirir.
Yaxşılığa qarşı
pislik edir
Sabahına
arxalanma
Səhərin açılmasına
güvənir
Arxası var.
Gələcəyi parlaqdır
Altdan-altdan işini
görür
Köynəiyinin altında
iş görmək
Gizlin iş görmək.
Arxadan vurmaq
Işi düz gətirmir
Iş görəndə əyilir Işi alınmır. Iş görə
bilmir. Pul
qazanmır.
Qızıl-gümüş
gözünü tutub
Gözlərini qızıl və
gümüş doldurub,
heç nə görmür
Pullandığı üçün
harınlayır, heç kəsi
saymır
Ağlı başından
çıxıb
Başından nə isə
uçub gedib
Səfehləyib, çaşıb
Insanlığı tapdayan Qarşısına çıxan
adamların üstündən
yeriyib gedən
Insanları
təhqir
edib. Adamı adam
yerinə qoymayıb
Cədvəli lövhədə yapışdırırıq. Hər kəs özünün “kəşf”
etdiyi ifadələri cədvəldə tapanda sevinc hissi keçirir,
yaradıcılığına, tədqiqatçılığına inanır, əlbəttə, buradan daha
əhəmiyyətlisi o idi ki, uşaqlar öz yoldaşlarının “kəşf”lərini
nəzərdən keçirdikçə sözün onun niyə ağlına gəlmədiyinə
100
təəssüflənir, özünü gələcək dərslərə daha ciddi hazırlamaq
qərarına gəlirdi.
Fikrimizcə, III və IV siniflərdə bu cür tədqiqat
xarakterli dərsləri rübdə 1 və ya 2 dəfə keçirmək olar. (62, 120)
Yazı mədəniyyətini inkişaf etdirmək üçün onu illərlə
təkmilləşdirmək lazımdır. Şagirdə yazının sirrini başa
salmaqdan ötrü redaktə etmək bacarıqları da açılamaq zəruridir.
Bakının 13 saylı məktəbində müəllim işləyərkən belə
təcrübələrdən istifadə edərək maraqlı nəticələr əldə etdim. IV
sinfin dərsliyində bir nümunəni götürdüm və cümlələrin
üzərində özüm redaktə işi apardım. Redaktənin nəticələrini
cədvəl şəklində uşaqlara təqdim etdim. Məqsədim onlara
redaktənin sirrini öyrətmək, məna dəyişməmək şərti ilə sözləri
ixtisar edib, cümləni lakonik şəklə salmağın yollarını dərk
etdirmək idi. Həmin cədvəl belə idi:
“DOST DOSTA TƏN GƏRƏK”
Üslub üzərində işləyirik
Kitabda belə
gedib №1
Belə yazsaq necə
olar №2
Hansı yaxşıdır
Onlar
şərt
qoymuşdular ki,
hər nə tapsalar bir
yerdə yesinlər
Onlar
şərtləşmişdilər ki,
tapdıqlarını bir
yerdə bölüşdürüb
yesinlər
№1
№2
Bir gün şir bir
öküzə, canavar bir
qoyuna, tülkü isə
bir toyuğa rast
gəldi
Bir gün onlar öküzə,
qoyuna və toyuğa
rast gəldilər
№1
№2
- Şir ağa, öküz
sənin, çünki sən
Şir ağa, hamıdan
böyüksən, öküz
№1
№2