83
siniflər və litseylər üçün hazırlanan
kitablarda bəzən daha
böyük qüsurlara rast gəlirik. A.Ibrahimovanın “Azərbaycan
dili” adlandırdığı və “Nurlan” nəşriyyatının 2004-cü ildə çap
etdiyi kitabda sual vermək və elə oradaca onun cavabını
vermək bir prinsip kimi götürülmüşdür. Məsələn:
1. Orfoqrafiya nədən bəhs edir?
- Düzgün yazılış qaydalarından
2. Düzgün tələffüz qaydalarından hansı bölmədə bəhs
olunur?
- Orfoepiyada
3. Heca nəyin vasitəsilə yaranır?
- Sait səslərin
4. Qalın saitlər hansılardır?
- a, ı, o, u
5. Incə saitlər hansılardır? (4s, 4)
e, ə, i, ö, ü
Müəllif kitabını “yeni tipli çalışmalar” adlandırır.
Əlbəttə, köhnə çalışmalardan fərqli olaraq burada müəyyən
testlər, çalışmalar vardır. Lakin müəllif “yeni tipli çalışmalar”ın
mahiyyətini dərk etmədiyi üçün kitab yenə də yaddaşa
əsaslanan, məlumat bolluğunda uşağı qərq edən köhnə sual və
tapşırıqlardan fərqlənmir.
Yaddaşa əsaslanan “Azərbaycan dili”ndəki qüsurlar
da eyni xarakterlidir, yorucu, şagird intellektinə təsir etməyən
tapşırıqlar ibtidai sinfin həm “ana dili”, həm də “oxu”
kitablarında kifayət qədərdir.
Aşağıda ibtidai siniflər üçün nəzərdə tutulan
“Azərbaycan dili” dərsliklərindən seçilmiş tapşırıqları
diqqətinizə cəlb edirik.
“Oxuyun, qarşı-qarşıya yazılmış sözlərin məna fərqini
deyin.
Məktəb-məktəbin-məktəbli
Dəmir-dəmirə-dəmirçi
84
Kömürdən-kömürə-kömürdə-kömürçü
Meşədən-meşəni-meşəyə-meşəlik
Sözlərini kök və şəkilçiyə ayırıb yazın. Qarşı-qarşıya
yazılmış sözlərlə mənanın dəyişməsi səbəbini izah edin.
2. Oxuyun. Qarşı-qarşıya yazılmış sözlərə sual verin.
Onlar arasındakı məna fərqini deyin.
Daş-daşlıq, üzüm-üzümçü-üzümlük, süd-südlü
3. Sözləri kök və şəkilçiyə ayırın. Sözün dəyişməyən
hissəsi hansıdır? Bəs sözün dəyişən hissəsi hansıdır?
4. Köçürün, sözlərdə kökün altından xətt çəkin.
Qışlaq, gülçü, sözlük, otluq, güldan, sözsüz, ətlik,
pambıqlıq, canlan, birləş, işlə, yağsız, qüvvətlən, hazırlaş,
başla, adsız, həyətdəki, maraqlı, işsiz, susuz, güllü, sürücü,
yerli, otlu, əkinçi
Ayırdığınız şəkilçilər nə üçün sözdüzəldici şəkilçi
adlanır? Sözün kökü nəyə deyilir?
5. Köçürün, şəkilçilərin altından xətt çəkin.
Çiçək-çiçəkli-çiçəksiz-çiçəklik
Baş-başlı-başlıq-başçı
Ot-otlu-otlaq-otluq
Birinci cərgədəki sözlərin kökü hansıdır? Bəs ikinci
və üçüncü cərgədəki?
6. Oxuyun, eyniköklü sözləri tapıb göstərin.
1. Bağçada güllük var. Oaradan gül dərdik. Onu
güldana qoyduq. Quşlar güllü bağçanı çox sevirlər. 2. Dağın
ətəyində ot göyərir. Qara sürünü otlağa apardı. 3. Sabirlə dənizə
getdim. Dənizçilər sağlam olurlar.
Eyniköklü sözlər nəyə deyilir?
7. Sözləri köçürün. Sözdüzəldici şəkilçilərin altından
bir, sözdəyişdirici şəkilçilərin altından iki xətt çəkin.
Daşın, çəmənlik, duzlu, şəkillər, daşdan, çəməndə,
duzsuz, işdə, daşlıq, hazırlaş, işlə, otlar, çəməndən, duzlaq,
85
məktəbli, işlək, duzu,
kitablar, həkimlik, qatara, dəftəri, atlı,
küçəni
8. Çəmən-çəmənlik, duz-duzlaq sözlərinin hərəsini bir
cümlədə işlədin.
Oxuyun, eyniköklü sözləri seçib yazın.
Bağ, bağlı, bağlıq, bağdan, bağlayır
Üzüm, üzümçü, üzür, üzümlü, üzümlük
Dağ, dağlıq, dağlı, dağlayır
Ot-otluq, otlu, otur
Hansı söz öz cərgəsindəki digər sözlərlə eyniköklü
deyil?
9. Sözlərə -çı, -çi, -çu, -çü şəkilçisinin uyğun
variantını əlavə edib yeni sözlər düzəldin.
Əla, əmək, qoruq, üzgü, tütün, dəmir, futbol, voleybol
Düzəltdiyiniz hər sözü bir cümlədə işlədin.
(65, 56)
Bu tipli tapşırıqlar yalnız dil faktorlarını öyrətməyə
xidmət edir. Qrammatik mənaların mənimsənilməsinə xidmət
göstərsə də şagirddə heç bir bacarıq yaratmır. Onlar süstlük
yaradır. Şagird təxəyyülünə qanad vermir. Müasir dərs isə
fəallaşdırmağa yönəldilməlidir.
Müasir tapşırıqlar
Azərbaycan təhsil sistemi özünün ilk məhsullarını
verməkdədir. Ibtidai məktəblər üçün nəşr olunan yeni tipli
dərsliklərdə verilən tapşırıqlar diqqəti cəlb edir.
Aşağıda II sinfin “Azərbaycan dili” dərsliyindən
götürülmüş bir neçə sual və tapşırığa diqqət edək. Həmin sual
və tapşırıqları ənənəvi tapşırıqlarla müqayisə edin. Onların
fərqini izah etməyə çalışın.
86
Tapşırıq 1
Hansı sözü deyəndə bəzən iki saitin arasına “h” samiti
əlavə olunur?
A) maarif B) camaat C) sual
2. Hansı sözdə saitlərdən biri tələffüz olunmur?
A) müəssisə B) daimi C) təbiət
3. Sözlərdən birində “o” yazılır, “a” deyilir
A) qoğal B) kollektiv C) kartof
4. Sözlərdən birində “y” samiti yazılmamalıdır.
A) qənayət B) saniyə C) kinayə
5. Hansı sözdə bir “ə” hərfi artıq yazılıb?
A) mənfəət B) təəccüb C) təərif
6. Hansı sözdə saitlərdən biri düzgün yazılmayıb?
A) taxda B) mübarizə C) qəhrəman
7. Hansı sözdə bir sait buraxılıb?
Həkim xəstəni malicə etdi.
Bu tapşırıq sözün deyilişi və yazılış bacarığını
mənimsətməyə xidmət göstərir. Bəzən biz “o” yazırıq, “a”
tələffüz edirik. Moskva” yazırıq, “Maskva” deyirik.
Iki sait yanaşı işlənəndə də söz deyildiyi kimi
yazılmır. Bəzi hallarda saitlər yanaşı gələndə tələffüz zamanı
onların arasına bir samit daxil olur və ya saitlərdən biri tələffüz
olunmur.
Ayilə-ailə, məllim – müəllim, təərif – tərif, malicə -
müalicə
Bu tapşırıq yazılı nitq bacarıqlarını inkişaf etdirir.
Tapşırıq 2
1. Nöqtələrin yerinə hansı hərf yazılmalıdır?
ba...ça ğ, yoxsa x
bit...i k, yoxsa g
to...qa q, yoxsa k