Vii siNİf azərbaycan tariXİ



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə3/47
tarix21.03.2018
ölçüsü1,33 Mb.
#32735
1   2   3   4   5   6   7   8   9   ...   47

Cavanşirin dövründə paytaxt  Bərdə şəhərinin abadlığına xüsusi diqqət 

yetirilir, alimlər, şairlər hökmdar tərəfindən himayə edilirdi. 



 

Ərəb qoşunlarının Cənubi Azərbaycana hücumu 

VII əsrin 30-cu illərində ərəblərin Sasanilər dövlətinə hücumları başladı.  Ərəb ordusu Sasani imperiyasına 

hücum edərkən Sasani hökmdarı imperiyaya tabe olan ölkələrin hamısından, o cümlədən Albaniyadan ərəblərə qarşı 



vuruşmaq üçün qoşun tələb etdi. Albaniya Sasani imperatorluğundan yarımasılı vəziyyətdə olduğu üçün Cavanşir 

ərəblərə  qarşı  Sasanilərin  tərəfində  vuruşdu.  Gənc  sərkərdə  Cavanşir  döyüşlərdə  igidliyi  ilə  fərqlənirdi.  Lakin 

apardığı mübarizənin öz ölkəsi üçün mənasız olduğunu görən Cavanşir vətəninə qayıtdı. 

VII  əsrin  40-cı  illərində  ərəb  qoşunları  Azərbaycana  yürüşə  başladılar.  Azərbaycanın  Sasani  imperiyası 

dağıldıqdan  sonra  ərəblər  Azərbaycanın  işğalını  genişləndirdilər.  Atropatenanın  işğalı  zamanı  ərəblər  Ərdəbildə 

ciddi müqavimətlə rastlaşdılar. Burada da qələbə qazanan ərəblər şimala - Azərbaycan Albaniya dövlətinin ərazisinə 

doğru irəlilədilər. 

 

Bilmək maraqlıdır 



Ağvan hökmdarı Cavanşirin hökmranlığı; iranlıların basılması 

... ərəblər qalxanlarını birləşdirib İran qoşunlarını darmadağın etmək üçün özləri qabaqcadan hücuma keçdilər. 

Albaniya  sərkərdəsi  Cavanşir  öz  igid  döyüşçüləri  ilə  onların  səfləri  içərisinə  soxulub  düşmənlərdən  ikisini  yerə 

sərdi, özü üç ağır yara aldı, atı isə dörd yerdən yaralandı. Düşmən onu ... Fərat çayınadək təqib etdi, o isə həmlələri 

dəf edərək çayı üzüb keçdi. Onun üst-başı qan içində idi, ... Şaha Cavanşirin şücaətindən danışanda şah deyilənləri 

qəbul edib əmr etdi ki, ona şah sarayında yer ayırıb yanına həkimlərini göndərsinlər.... bir qədər sağalandan sonra 

Cavanşir şahın yanına gəldi... şah onun belinə mirvari ilə işlənmiş qızıl kəmər və qızıl saplı qılınc bağladı... 

 

Cavanşirin Bizans imperiyası ilə yaxınlaşması 

Albaniya  Erkən Orta əsrlərdə Bizansın, xəzərlərin və ərəblətin hərbi yürüşünə məruz qaldı. Azərbaycan 

əhalisi Sasanilərin əsarətindən azad olmamış yeni işğalçının - ərəblərin hücumuna məruz qaldı. 

Ölkənin  təhlükəsizliyini  təmin  etmək  üçün  atası  Cavanşiri  642-ci  ildə  hökmdar  taxtına  oturtdu.  Albaniya 

tarixçi-salnaməçisi Musa Kalankatlmm  yaz dığına  görə, Cavanşir İberiya sərhədlərindən Hun keçidinə və Araz 



çayına qədər ərazilərdə hökmranlıq etmişdir. 

651-ci  ildə  ərəblər  Sasani  imperiyasının  varlığına  son  qoydu.  Bu  zaman  Cavanşir  ərəb  təhlükəsinə  qarşı 

Bizans  imperatoru  ilə  ittifaqa  girdi.  Bizans  imperatoru  II  Konstantinlə  Cavanşir  görüşdə  ərələrə  qarşı  birgə 

mübarizə yolları müzakirə edildi. Müttəfiqlər birlikdə ərəblərə  qarşı  müqavimət göstərmək qərarına gəldilər.  

 

Cavanşirin xəzərlərlə mübarizəsi 

Cənubda  Azərbaycan  Atropatena  dövlətinin  əraziləri  ərəblər  tərəfindən  işğala  məruz  qaldığı  bir  vaxtda 



şimaldan xəzərlərin Albaniyaya hücumları baş verdi. Yürüşlərin birində Cavanşirin qoşunları xəzərləri məğlub edib 

ölkədən çıxara bildi. Lakin onların sonrakı yürüşləri daha güclü olduğundan Cavanşir Xəzər xaqanı ilə sülh bağladı 

və  xaqanın qızı ilə evləndi.  Bu  «nikah diplomatiyası  ilə  Albaniya  hökmdarı ölkəsinin  mənafeyini qorudu.  Sülhün 

şərtlərinə görə, Albaniya dövləti hər il xəzərlərə xərac verməli, bunun əvəzində isə bütün əsirlər və ələ keçirilmiş 



mal-qara geri qaytarılmalı idi. 

 

Cavanşirin diplomatik əlaqələr saxladığı dövlətlər 



 

 

 

Cavanşirin Xəlifə ilə yaxınlaşması 

VII  əsrin  60-cı  illərində  Xilafətdə  Əməvilər  sülaləsi  (661-750)  hakimiyyətə  gəldi.  Əməvilər  dövründə 

ərəblər  qonşu  ölkələrə  müharibələri  gücləndirdilər.  Xilafətdə  hakimiyyət  Əməvilər  sülaləsinin  əlinə  keçdikdən 



Bizans 

 

Xəzərlər 

 

Ərəblər 

 

Sasanilər 

 



sonra  Cavanşirin  Xilafətə  qarşı  münasibətini  dəyişdi.  Cavanşirin  Xilafətə  qarşı  münasibətini  dəyişdirməsinin 

aşağıdakı amillərlə bağlı idi: 



1.

 

Albaniyanın müttəfiqi olan Bizansın ərəblərlə müharibədə xeyli zəifləməsi. 

2.

 

Albaniyanın təklikdə çoxsaylı ərəb qoşunları ilə döyüşdə uğur qazanmağın mümkünsüzlüyü. 

3.

 

Şimaldan xəzərlərin yürüşü, cənubdan isə iran feodallarının Albaniyaya hücumlarının artması.  

Bu  amilləri  nəzərə  alan  Cavanşir  Xilafətlə  münasibətləri  diplomatik  yolla  nizama  salmağı  qərara  aldı.  Bu 

məqsədlə  667-ci  və  670-ci  ildə  iki  dəfə  Dəməşq  şəhərinə  gedərək  Ərəb  xəlifəsi  Müaviyə  ilə  görüşdü.  Danışıqlar 

uğurla nəticələndi. Belə ki, Cavanşirlə xəlifə arasında danışıqlar nəticəsində: 

 

Xəlifə Azərbaycan Albaniya dövlətinin daxili müstəqilliyinə toxunmadı. 



 

Albaniyada əhalidən alınan vergilərin üçdə bir hissəsi azaldıldı. 

Xəlifənin Cavanşirə güzəştə getməsinin bir neçə səbəbi vardı. Həmin səbəblər aşağıdakılardır: 



 

Albaniyanın zəngin sərvətləri, hərbi-strateji və coğrafi mövqeyi. 



 

Cavanşirin şəxsi nüfuzu və dərin biliyi. 

 

 

 



 

 

Albaniyanın müstəqilliyinə son qoyulması 

Cavanşir  uzaqgörən  xarici  siyasəti  nəticəsində  Şimali  Azərbaycan  -  Albaniya  Ərəb  xilafətinin,  Bizansın, 



Sasanilərin və xəzərlərin işğallarından xilas oldu, ölkədə təsərrüfatın və mədəniyyətin inkişafına şərait yarandı. 

Beləliklə,  Cavanşir  Albaniyanın  daxili  müstəqilliyini  qoruyub  saxlamağa  nail  oldu.  Lakin  müstəqilliyə  can  atan 

bizanspərəst feodallar sui-qəsd təşkil edərək 681-ci ildə Cavanşiri qətlə  yetirdilər. Onun varisləri isə  Albaniyanın 

müstəqilliyini qoruya bilmədilər. VIII əsrin əvvəllərində Cənubi Qafqazdakı Bizan tərəfdarlarını cəzalandırmaq 



məqsədi  ilə  buraya  ərəb  qoşunu  göndərildi.  Həmin  qoşunların  bir  hissəsi  705-ci  ildə  Albaniyaya    yürüş  etdi. 

Ərəblərin Albaniyaya bu yürüşü nəticəsində: 

 

İdarəçilik xəlifənin təyin etdiyi canişinə tapşırıldı. 



 

Albaniyanın daxili müstəqilliyi ləğv edildi. 



 

Albaniyanın idarə olunması xəlifənin canişininə tapşırıldı. 



 

Albaniyada Mehranilər sülaləsinin hakimiyyəti sona  çatdı. 



 

Albaniya dövləti süqut etdi. 



 

   

 

 

Xəlifə Albaniyanın daxili müstəqilliyi ləğv etdi və Albaniya dövləti süqut etdi 

 

Albaniyada Mehranilər sülaləsinin hakimiyyəti sona  çatdı



 

 

Albaniyanın idarə olunması xəlifənin canişininə tapşırıldı 



 

 

VIII əsrin 



əvvəlləri 

 

Xəlifə Albaniya əhalisindən alınan vergiləri 



üçdə bir qədər azaltdı 

 

Xəlifə Albaniyanın daxili müstəqilliyinə 



toxunmadı 

 

Cavanşirin Xəlifə ilə görüçünün nəticəsi 



Şimaldan xəzərlərin, 

cənubdan isə sasani 

feodallarının hücumları 

 

Cavanşirin Xilafətə qarşı münasibətinin dəyişməsinin səbəbləri 



Bizansın Xilafətlə müqayisədə çox 

zəif olması, hətta özünü belə 

müdafiə edə bilməməsi 

 

Albaniyanın təklikdə çoxsaylı ərəb 



qoşunları ilə döyüşdə uğur 

qazanmağın mümkünsüzlüyü 




Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə