Vii siNİf azərbaycan tariXİ


Atabəylər dövləti (1136-1225)



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə21/47
tarix21.03.2018
ölçüsü1,33 Mb.
#32735
1   ...   17   18   19   20   21   22   23   24   ...   47

Atabəylər dövləti (1136-1225) 

 

Atabəylər dövlətinin yaranması 

Böyük  Səlcuq  imperiyasının  parçalandığı 

dövrdə  yaranmış  qüdrətli  dövlətlərdən  biri 

Atabəylər  dövləti  (1136-1225)  idi.  Atabəylər 

dövlətinin  yaranması  Eldənizlər  sülaləsinin 



banisi  Atabəy  Şəmsəddin  Eldənizin  adı  ilə  bağlı 

idi.  Eldənizlər  dövlətinin  ərazisi  əvvəllər  Böyük 

Səlcuq  imperatorluğunun  parçalandığı  dövrdə 

meydana  gəlmiş  və  əsası  Sultan  II  Mahmud 

(1118-1131)  tərəfindən  qoyulmuş  İraq  Səlcuq 

sultanlığının  (1118-1194)  tərkibində  idi.  İraq 

Səlcuq  sultanlığınən  ərazisi  İraqı,  İranı  və  Kür 



çayından  cənubdakı  Azərbaycan  torpaqları  da 

daxil  olmaqla  Cənubi  Qafqazın  bir  hissəsini 

əhatə edirdi. Bu dövrdə Şəmsəddin Eldəniz Səlcuq 

sarayında  az  vaxtda  görkəmli  dövlət  xadimi  kimi 

şöhrət  qazanmışdı.  İraq  Səlcuq  sultanlığının 

hökmdarı Sultan II Toğrulun (1132—1134) hakimiyyəti dövründə isə Eldəniz vəzifə pillələri ilə sürətlə irəli getdi. 

Sultan Eldənizin xidmətlərini qiymətləndirdi, Eldənizə “əmir” titulu verdi və oğlu Arslan şahın atabəyi təyin etdi. 

Bundan sonra Şəmsəddin Eldənizin nüfuzu daha da artdı.və onu əmir rütbəsinədək qaldırdı. 

1136-cı  ildə  isə  digər  İraq  Səlcuq  hökmdarı 

Qiyasəddin  Məsud

 (1134-1151)

  tərəfindən  Eldəniz 

 

Arran 



hakimi  təyin  olundu  və  Bərdəyə  göndərildi.  1136-cı  ildə  Eldənizin  Arran  hakimi  təyin  olunlası  ilə  Azərbaycan 

Atabəylər  dövlətinin  və  bu  dövləti  idarə  edən  Eldənizlər  sülaləsinin  əsası  qoyuldu.  Eldənizlər  dövlətinin  paytaxtı 

Şəmsəddin Eldənizin  (1136—1175)  zamanında  Naxçıvan şəhəri  idi.  Naxçıvan şəhərinin  ən  yüksək tərəqqi dövrü 

məhz  Eldənizin  hakimiyyəti  illərinə  təsadüf  edir.  Eldənizlər  dövlətinin  ərazisi  əvvəllər  İraq  Səlcuq  sultanlığının 

tərkibinə daxil idi. Şəmsəddin Eldəniz Arranla yanaşı, Azərbaycanın cənub

 bölgələrini, eləcə də Naxçıvanı müstəqil 

idarə  edirdi.  O  öz  adından  pul  kəsdirmişdi. 

1160-cı  ildə  İraq  Səlcuq  hökmdarı 

Süleyman  Şahın  (1159-1161) 

dövründə

 “Böyük atabəy” titulu alan Şəmsəddin Eldəniz:   

 

 



 

Oğulluğu Arslan şahın (1161-1176) sultan elan edilməsinə nail oldu. 



 

Bütün İraq Səlcuq sultanlığını özü idarə etməyə başladı. 



 

Böyük oğlu Məhəmməd Cahan Pəhləvanı İraq Səlcuq sultanının hacibi təyin etdi. 



 

Kiçik oğlu Qızıl Arslanı İraq Səlcuq sultanlığında ordunun ali baş komandanı təyin etdi. 



 

İraq Səlcuq sultanlığı Eldənizlər sülaləsinin hakimiyyəti altına keçərək, Azərbaycan sultanlığına çevrildi. 



 

Şəmsəddin Eldənizin hakimiyyəti (1136-1175) 

Şəmsəddin Eldəniz görkəmli sərkərdə və dövlət xadimi idi. Ümumiyyətlə, Şəmsəddin Eldənizin hakimiyyəti 

dövründə: 

 



Naxçıvan şəhəri Eldənizlər dövlətinin ilk paytaxtı oldu. 

 



Gürcü torpaqları və Şirvanşahlar dövləti Eldənizlərdən asılı vəziyyətə düşdü. 

 



Xırda feodal mülklərini aradan qaldıraraq bütün Azərbaycanı vahid dövlətdə birləşdirdi. 

 



Azərbaycan torpaqları, yenidən birləşdirildi. 

 



Kənd təsərrüfatı, sənətkarlıq və ticarət canlandı, mədənioyanışı baş verdi. 

 



İraq Səlcuq sultanlığı Eldənizlər sülaləsinin hakimiyyəti altına düşdü. 

 



Atabəylər dövləti Yaxın və Orta Şərqin ən qüdrətli dövlətlərində birinə çevrildi. 

Şəmsəddin Eldəniz dövləti qorumaq üçün aşağıdakı tədbirləri gördü: 

 

İqta mülkləri almış əmirlərin hərbi qüvvələrindən əlavə, ona tabe olan güclü süvari ordusu yaratdı. 



 

Mərkəzi hakimiyyətə tabe olmayan əmirlər və iri feodallar itaətə cəlb olundu.  




QEYD:  Şirvanşahları  özlərindən  asılı  vəziyyətə  salamaları  və    Azərbaycanı  vahid  dövlət  halında 

birləşdirməsi Sacilər, Salarilər və Eldənizlər dövlətinin tarixi üçün oxşar cəhət təşkil edir. 

 

Eldənizlər sülaləsi 

 

 

 



 

 

Məhəmməd Cahan Pəhlavanın hakimiyyəti (1175-1186) 

Şəmsəddin Eldənizdən sonra 

hakimiyyətə

 oğlu Məhəmməd Cahan Pəhlavan (1175-

1186)  gəldi. Məhəmməd Cahan Pəhlavan  hakimiyyəti dövründə: 

 



Atabəylər dövləti daha da qüvvətləndi 

 



Paytaxtı Naxçıvandan Həmədan şəhərinə köçürüldü (1175) 

 



Təbrizi Rəvvadilər nəslindən olan Ağsunqurilər sülaləsinin əlindən aldı 

 



Azərbaycanın  idarəsini  kiçik  qardaşı  Qızıl  Arslana  tapşırdı  (Qızıl  Arslanın 

iqamətgahı Təbriz idi). 

 

Müstəqilliyə can atan iri Səlcuq əmirlərinin müqavimətini qırdı. 



 

Mərkəzi hakimiyyəti daha da qüvvətləndirdi. 



 

 

 



                M.C.Pəhlavan   

QEYD:  Paytaxtlarının  köçürülməsi  ,  1175-ci  ildə  Eldənizlərin,  1192-ci  ildə  isə  Şirvanşahların  tarixində  aid 

oxşar hadisə idi. 



 

 

 



 

Qızıl Arslanın hakimiyyəti (1186-1191) 

Məhəmməd Cahan Pəhlavandan sonra hakimiyyətə 

qardaşı

 Qızıl Arslan (1186-1191) 



keçdi.  Qızıl  Arslan  hakimiyyətə  gələrkən  ona  qarşı  saray  müxalifəti  yarandı.  Bu 

müxalifətin əsas məqsədi taxt-tacı ələ keçirmək idi. Qızıl Arslana qarşı 

aşağıdakı qüvvələr 

birləşmişdilər:



 

1.

 

Formal olaraq sultan titulu daşıyan III Toğrul. 

2.

 

Narazı Səlcuq əmirlərindən ibarət qrup. 

3.

 

Məhəmməd Cahan Pəhləvanın oğlu Qutluq İnanc.

  

 

 

Mühüm dövlət 



vəzifələrinə ən yaxın 

adamlarını təyin etdi 

 

Təbrizi Ağsunqurilər 



sülaləsinin əlindən 

aldı 


 

Müstəqilliyə can atan iri 

Səlcuq əmirlərinin 

müqavimətini qırdı 

 

Məhəmməd Cahan Pəhlavanın dövləti möhkəmləndirmək üçün həyata keçirdiyi tədbirlər 

 

Mərkəzi hakimiyyəti daha 



da qüvvətləndirdi 

 

Azərbaycanın idarəsini 



Qızıl Arslana tapşırdı 

 

Paytaxtı Naxçıvandan 



Həmədan şəhərinə köçürdü

 

Şəmsədin Eldənizin “Böyük Atabəy” titulu 



aldı 

 

Şirvanşahlar dövlətində  I Axistanın 



hakimiyyəti ələ aldı 

 

1160-cı ildə baş vermiş hadisələr 



 

Ş.Eldəniz (1136-1175) 

 

 

 M.C.Pəhləvan (1175-1186) 



 

 

Qızıl Arslan (1186-1191) 



 

 

Əbu Bəkr (1191-1210)  



 

Özbək (1210-1225) 

 

 

Qızıl Arslan



 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə