VəTƏN İŞiqdir



Yüklə 381,85 Kb.
Pdf görüntüsü
səhifə4/15
tarix04.11.2017
ölçüsü381,85 Kb.
#8386
1   2   3   4   5   6   7   8   9   ...   15

         NİYƏ  YAŞAYIRIQ? 

 

 



 

 

 



 

 

 



 

Tanrı, sənə üz tutmağa üzümüz yох,  

Qırağından tanınmağa bеzimiz yох, 

Sözlər içrə sеçiləcək sözümüz yох, 

Daha niyə yaşayırıq bu dünyada?! 

 

Arхamızca gələnlərə izimiz yох, 



Pеşman оlub döydüyümüz dizimiz yох, 

Gələcəyi görmək üçün gözümüz yох, 

Daha niyə yaşayırıq bu dünyada? 

 

Qarabağda üzə gülən yazımız yох, 



Хоş оvqatda çalınacaq sazımız yох, 

Фəda üçün tоrpağımız, tоzumuz yох

Daha niyə yaşayırıq bu dünyada?!  

 



SƏNƏ DÖNƏRƏM 

 

    Ruhumun 



dоğması, qəlbim əzizi, 

 

 



 

 

Qоynunda qalıbdır ömrümün yazı. 



 

 

 



 

Məni arzulasa tоzlu yоlların, 

 

 

 



 

Bоynuma dоlansa həsrət qоlların, 

 

 

 



 

Mənsiz qəribsəsə güllü bağların, 

 

 

 



 

Kövrəlib ağlasa mənli çağların, 

 

 

 



 

Хatirəmi ansa isti dоdağın, 

 

 

 



 

Yоl üstə saçını yоlsa qоvağın, 

 

 

 



 

Özüm оlmayanda хəyalım gəlsə, 

 

 

 



 

Оnu qarşılayıb bağrına bassan, 

    Ruhumu 

günəştək göyündən assan 

 

 

 



 

Əsrlər ötsə də yеnə gələrəm. 

    Dünya 

dağılsa da sənə dönərəm. 

 



YORULMUŞAM 

 

Yorulmuşam ya Rəbbim, 



Daha qalmayıb səbrim. 

Dostun xəyanətindən 

Dərdə dəyanətimdən, 

Layiq oldu-olmadı, 

Böyüyə itaətimdən, 

Bir kor bəxtə, kor eşqə 

Müti ibadətimdən 

İçimdəki ağrını gizlədən, 

Üzümdəki yalançı səadətimdən, 

Sadəlövh qəlbimin 

Yersiz mərhəmətindən, 

Yorulmuşam dünyanın  

Nahaq hərəkətindən, 

Ac millətin ağız dolusu 

Danışılan bərəkətindən, 

Bitməyən, tükənməyən 

Yurd həsrətindən. 

Yorulmuşam, bezmişəm, 

Hər şeydən, hər şeydən, 

Təkcə doya bilmədiyim, 

Bezmədiyim bir ad var  

Doymuram Azərbaycan adlı  

Doğma məmləkətimdən. 

 



       YAŞAT MƏNİ 

 

Təbriz həsrətilə doğulmuşdum, 



Bu həsrətin odunda sümüyəcən yanmışdım. 

Qarabağ həsrəti ilə yaşamalı, 

Dünya boyda bu dərdi daşımalı oldum. 

 

Bu həsrətlər bitənəcən



Vüsal quşu ötənəcən, 

Yaşat məni tanrım. 

Təbrizin üzün görüm 

Həsrətdən ağappaq ağarmış, 

Yol olmuş saçın hörüm. 

Basım odlu bağrıma, 

Bu vüsalın sevinci 

Məlhəm olsun ağrıma. 

Qarabağa qaranəfəs 

Dilimdə doğma səs 

Əlimdə çiçək gedim. 

Yurd həsrətindən, qəmindən 

Qaçaq gedim. 

Bütöv, azad vətənə 

Ömrümü qurban verim. 

Vətən güllərindən qəbrimin üstə sərim. 

O gün gələnəcən 

Yaşat məni Tanrım, 

Yaşat məni. 

 

 



  


VƏTƏNİN QOYNUNDA BİR  

            OĞUL YATIR 

 

Vətənin dərdini basıb bağrına, 



Vətənin qoynunda bir oğul yatır, 

Könül, yana-yana belə çağırma, 

Ayılda bilməzsən çox ağır yatır. 

 

Azad bülbül idi vətən bağında, 



Bəydi Qarabağın toy otağında, 

Ömrünün ən gözəl, cavan cağında, 

Düşübdür torpağa nə fağır yatır. 

 

Səsinin yanğısı qəlbləri dələr, 



Dərdli Qarabağı ah ilə bələr, 

Gözləmə yolunu, umma ki, gələr, 

Gəl çəkmə sınağa, nə çağır, yatır. 

 

Əlli yaş nədir ki, insan çatmasın, 



Heyif olar bu sevinci dadmasın, 

Öldü ki, vətəni, eli atmasın, 

Vətənlə qol-boyun nər oğul yatır. 

 

Əlli də olacaq, səksən də, yüz də, 



Həsrəti qalacaq baxışda, gözdə, 

Bizi kökləyəcək muğamat üstdə, 

Cismi torpağında qan-bağır yatır. 

 

Elləri ovunur şirin səsində, 



Muğamla ağladır elin yasında, 

Ağdamın gül bağı Gülablısında, 

Səxavət adında bir nağıl yatır. 

 



     

ADSIZ ŞER 

 

Buludun gözü tökülüb 



Vaxt,bivaxt ağlamaqdan. 

Yolların dizi bükülüb, 

Ötəni, keçəni saxlamaqdan. 

Dağların sinəsi dağlı 

Yad tapdağı götürməkdən 

Yurdların evi dağılır 

İçəri dərd ötürməkdən. 

 



        

ADSIZ ŞER 

 

Səni yurd çağırır oba çağırır 



Çadır şəhərinin qərib sakini 

Göylər də üstünə töhmət yağdırır  

Topla ürəyində nifrəti, kini. 

 

Nifrətin gülləyə, bombaya dönsün 



Çatlasın başında qarı düşmənin. 

Həsrətlər qovuşsun el-oba gülsün 

Bu dəfə sevincdən boğsun yaş məni. 

 



ÇADIR ŞƏHƏRİNİ SEL APARIBDIR 

 

Bu gecəki yağış ömrümə yağdı, 



Gözümün yağışı içimə axdı, 

Bu xəbər qəlbimdə əbədi dağdı, 

Çadır şəhərini sel aparıbdır. 

 

Kim yatdı bu gecə isticə, rahat, 



Kimi ağrıtmadı bu dözülməz dərd, 

Allahım, bu xalqın imdadına çat, 

Çadır şəhərini sel aparıbdır. 

 

Xəyalım çaşdırdı dağı, aranı, 



Peşiman eylədim halım soranı, 

Vətənin köksündən qara yaranı, 

Çadır şəhərini sel aparıbdır. 

 

Bu dərd şəhərinə bir dərd də gəldi



Dözmədi naləyə göylər töküldü. 

Yağan yağış deyil, qəm adlı seldi, 

Çadır şəhərini qəm aparıbdır. 

 

Fələk qan üstündən yenə qan etdi, 



Kədər qanad açdı dərd bayram etdi, 

Bəndə dözümünə göy üsyan etdi, 

Çadır şəhərini sel aparıbdır. 

 

Nifrət bayraq kimi qoy qaldırılsın, 



Çadırlar elimdən yığışdırılsın, 

Bu dərd şəhərinin ömrü qırılsın, 

Deyək dərdimizi sel aparıbdır. 

 



Yüklə 381,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə