VəTƏN İŞiqdir



Yüklə 381,85 Kb.
Pdf görüntüsü
səhifə7/15
tarix04.11.2017
ölçüsü381,85 Kb.
#8386
1   2   3   4   5   6   7   8   9   10   ...   15

QƏRİB QƏBRİSTAN 

 

Qərib qəbristanın qərib sakini



Yollarda sürünən hansı həsrətdir? 

Torpağa sığmayan bu qəm yükünü, 

De, sənə çəkdirən hansı namərddir? 

 

Allah, qəbristan da qərib olarmış, 



Ruhlar da didərgin düşərmiş demə. 

Qaçqın qəbirlər də saçın yolarmış, 

Ağrıdan sinəsi bişərmiş demə. 

 

Yollara boylanan başdaşlarından, 



Nalələr qarışar göydə buluda. 

Onların tökdüyü göz yaşlarından, 

Hər damla çevrilər sönməyən oda. 

 

Yandırar hər baxan, duyan insanı, 



Bu qərib həsrətdən pay verər ona. 

Əgər bir nöqtədə birləşsə hamı, 

Bu yurd həsrəti də çatacaq sona. 

 



             BƏRDƏM 

 

Mənəvi dünyamın gözəl məkanı, 



Ruhumun qidası, mayası Bərdəm. 

Şirin xəyalınla keçir hər anım, 

Dilimin əbədi duası Bərdəm. 

 

Odlar ölkəsinin od balasısan, 



Tarixin silinməz ad qalasısan, 

Ömrümə saçılan nur şöləsisən, 

Dünyamın ən əzəl dünyası Bərdəm. 

 

Ürəyimin içindəki ürəyim, 



Ruzim, bərəkətim, duzum, çörəyim, 

Harda olsam təkcə sənsən  gərəyim

Könlümün ən şirin sədası Bərdəm. 

 

Nə deyim yaraşsın sənin hüsnünə, 



Çağırsan hay verrəm hər an səsinə, 

Qəlbimdəki heykəlinə, büstünə, 

Bəzəkdir Nüşabə qalası Bərdəm. 

 

Ay dilimin şirin-şəkər kəlməsi, 



Şikəstə harayım, muğamat səsim, 

Oduna yanmağa çoxdur, həvəsim, 

Başımın eşq adlı havası Bərdəm. 

 

Bağımsan, bağçamsan, həm gülüzarım, 



Atamsan, anamsan, həm dostum, yarım, 

Həm ilk beşiyimsən, həm son məzarım, 

Ruhumun əbədi odası Bərdəm. 

 



           BİLMƏDƏN 

 

Arzum gül açardı könül bağımda, 



Sevgim nur saçardı qəlb otağımda, 

Ömrümün ən gözəl, şirin çağında, 

Bəxtin tələsinə düşdüm bilmədən. 

 

Qırılmaz iradəm, polad dözümüm, 



Əyildi, sarsıldı yaşamaq əzmim. 

Qaynar ürəyimin, isti sözümün, 

Odunda qarsıldım, bişdim bilmədən. 

 

Sevirdim günəşin qürub çağını, 



Gözəl Qarabağın cənnət bağını, 

Ömrün ən əlçatmaz uca dağını, 

Mən səssiz-səmirsiz aşdım bilmədən. 

 



         ÇAĞIR AĞDAMA 

 

“Haydı ellilərim, haydı, Ağdama” 



 

şerinin müəllifinə 

 

Bilirsənmi nə həsrətlə gözləyir, 



Göz yaşını buludlarda gizləyir, 

Yolları yaralı ney tək sızlayır, 

Gəlin, məlhəm olun,-deyir yarama, 

Çağır, qardaş, bu elləri Ağdama. 

 

Ağrısın, acısın segahla deyir, 



Ayrılıq tamını min ahla yeyir, 

Gəzməyin bu ağır günahla deyir, 

Tanrı bağışlamaz bunu adama. 

Çağır, qardaş, bu elləri Ağdama. 

 

Bəsdir töhmət altda yaşadığımız, 



Çadırdan-çadıra daşındığımız, 

Yağını yurdlardan qaşıdığımız, 

Xəbər çatsın hər komaya, hər dama, 

Çağır, qardaş, bu elləri Ağdama. 

 

Qarabağda qarışıbdır fəsillər, 



Qatıb qabağına onu nəhs illər

Bizi odlayacaq gələn nəsillər, 

Cavab verəcəkmi kimsə o qana. 

Çağır, qardaş, bu elləri Ağdama. 

 

 



                    OLMADI 

 

Gündüzlər günəşdən, gecələr aydan, 



Kədərdən, matəmdən, sevincdən, toydan, 

Qohumdan, yaxından, uzaqdan, yaddan, 

Soruşdum, niyəsin bilən olmadı. 

 

Gözlərim qan-yaşla doldu-boşaldı, 



Həsrət ürəyimə yanar iz saldı. 

Gözəl Qarabağım yadlara qaldı, 

Çıxmadı yiyəsi, gələn olmadı. 

 



POLAD BÜLBÜLOĞLUNA 

 

Canımdan da əziz Qarabağımın, 



Dərdli dili, görən gözüdür, Polad. 

Ölməz Bülbülümün od-ocağının, 

Sönməyən alovu, közüdür Polad. 

 

Şuşa həsrətidir saçındakı dən, 



Qaçqın soydaşlardır gözündəki nəm, 

Yandırır qəlbini bu ağrı, bu qəm, 

Hər yerdə Qarabağ sözüdür Polad. 

 

Namuslu vətəndaş, gözəl sənətkar, 



Hələ yol gözləyən çox bəstəsi var. 

Səsində gül açır şirin mahnılar, 

Zərif könüllərin sazıdır Polad. 

 

Adı tək özü də əyilməz, möhkəm, 



Vüqarı, qüruru dağlara çəkən. 

Ürəklə arxalan, ürəklə söykən, 

Yanar ürəklərin buzudur Polad. 

 

Ulu mədəniyyətə layiqli sərdar, 



Dərdli ürəkləri almaqda pərgar

Yar ol üstündə sən,ey pərvərdigar 

Dahi Bülbülümün izidir Polad 

 

Bağlıdır yurduna ən incə bağla, 



Qeyrətli oğuldur vətənə,xalqa, 

Tanrım,özün qoru,sən özün saxla, 

Ulu Qarabağın özüdür Polad 

 



           VƏTƏN İŞIQDIR 

 

Sərhəd kəndimizin içindən keçir, 



Sərhəd ayrılıqdır, sərhəd həsrətdir. 

Bu həsrət qəlbimin içindən keçir, 

Vətən evimizin içindən keçir. 

Vətən məhəbbətdir, Vətən işıqdır, 

Bu işıq ömrümün içindən keçir. 

Vətən sarı qanadlanan, boylanan, 

Həzin duyğularım, zərif hisslərim, 

Kövrək ürəyimdən eşq suyu içir. 

 



              DİDƏRGİNƏM 

 

Viranə baxçada solub-saralmış, 



Ömür yollarını duman-qar almış, 

Həsrətdən, kədərdən dolub qaralmış, 

Ləçəyi tökülmüş ağlar güləm mən. 

 

Anlaya bilmirəm nədir günahım, 



Boş keçir günlərim, solur sabahım, 

İtibdir ömrümdən gözəl növrağım, 

Səadət bağından bir sürgünəm mən. 

 

Xuraman, artıbdır qəlbin göynəyi



Cırılıb, süzülüb bəxtin köynəyi, 

Allah, necə deyim, necə söyləyim? 

Vətəndə vətənsiz didərginəm mən. 

 



Yüklə 381,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə