VəTƏN İŞiqdir



Yüklə 381,85 Kb.
Pdf görüntüsü
səhifə2/15
tarix04.11.2017
ölçüsü381,85 Kb.
#8386
1   2   3   4   5   6   7   8   9   ...   15

MÜƏLLİFDƏN 

 

                                                          Cənnətdir hər bucağın 



                                                          Sənə qurban bu canım 

                                                          Bir vaxt sevinc payımdın  

                                                          İndisə qəm ocağım. 

 

    



Uşaqlığımın  əlşatmaz, ünyetməz xatirələrinin, gəncliyimin  şirin, doyulmaz anlarının, 

ömrümün  ən gözəl çağlarının beşiyi cənnət Qarabağım. Sənsizlik ağrısı güc gələndə, dözüm 

məndən üz çevirəndə, səbir kasam dolub daşanda könlümün laylalarla, bayatılarla, gözlərim 

leysan yaşlarla, ovunur. Könlümü ovudan, yanğımı  səngidən bu laylalardan, bayatılardan 

hörülmüş çələngi əziz və sevimli oxucularımın ixtiyarına verirəm. Qarabagsızlıq ağrısı ilə alışan 

qəlblərə məlhəm olacağına əminliklə sizlərlə görüşürəm. Növbəti görüşümüz Qarabağın azadlığı 

sevinci ilə yazılmış nəğmə çələngi ilə olsun. Amin! 

 

                                                          Sənsizlik üzdü məni



                                                          Yollara düzdü məni. 

                                                          Dərdlilər sırasına, 

                                                          Həsrətin yazdı məni. 

 

 



 

 

                                                        



  


 

 

 

 

 

 

 

 

ŞERLƏR 

 

 



 


         QARABAĞ 

 

Bükmə belin, əymə qəddin, 



Səninləyik biz Qarabağ. 

Bildirrik düşmənə həddin, 

Bu olacaq tez Qarabağ. 

 

Dağlarından bac alarıq, 



Düşmənlərdən öc alarıq, 

Torpağından güc alarıq, 

Vuruşarıq biz Qarabağ. 

 

Ağlamasın muğamatın, 



Büdrəməsin köhlən atın, 

Səadəti səndə tapım, 

Xoş açılsın yaz Qarabağ. 

 

Dağları duman almasın, 



Çiçəklər saçın yolmasın, 

Gözlərin yolda qalmasın, 

Qovuşarıq tez Qarabağ. 

 

İgidlərin doğulacaq, 



Qəm kədərin sovuşacaq, 

Düşmən qanda boğulacaq, 

Çalınacaq saz Qarabağ. 

 

       




              ŞUŞASIZ  

 

İllər bir-birini çəkib aparır. 



Ah ilə ötüşür ömür Şuşasız. 

Hər il ümidimdən bir tel qoparır, 

Arzumun çiçəyi solur Şuşasız. 

 

Bu cənnət yurdumun bağrı sökülür, 



Dumana bürünüb göyə çəkilir

Üstümə cəhənnəm odu tökülür, 

Görəndə bir il də gəlir Şuşasız. 

 

Qəlbim “Segah” çalır, ruhum “Şikəstə”, 



Üzeyirim dərdli, Bülbülüm xəstə, 

“Heyratı” üstündə Xan bizi səslər, 

Muğam ocağımız sönür Şuşasız. 

 

Vətənin başından düşübdür tacı, 



Qəm qovurur, ələm bişirir sacım, 

Xarı bülbülümün pərişan saçın, 

Kim darayır, kimlər hörür Şuşasız. 

 

Tarım nalə çəkir, inləyir kaman, 



Bu həsrətə son qoyular nə zaman,  

Can qurban lazımsa, versin Xuraman, 

Onsuz da min kərə ölür Şuşasız, 

Gündə milyon kərə ölür Şuşasız. 

 



          ƏSGƏR BALAM 

 

Torpağın bağrında qana dönüb ax



Çağlasın qeyrətin dur, ayağa qalx, 

Qoyma ki, yadlara qalsın Qarabağ, 

Düşməndən qisası al, əsgər balam. 

 

Yurdlar dilə gəlib elsiz ağlayır, 



Ocaq yerlərimiz külsüz ağlayır 

Bulaqlar utanır dilsiz ağlayır, 

Bu qəm yaşlarını sil, əsgər balam. 

 

Namusun, şərəfin təhlükədədir, 



Ananın ürəyi səksəkədədir, 

Qorxaqlıq, acizlik xalqa ləkədir, 

Babək nəvəsisən bil, əsgər balam. 

 

Torpağın köksünü yaran səngərdə, 



Yumruq tək birləşsin əsgər, sərkərdə. 

Son qoy bu həsrətə, son qoy bu dərdə, 

Qəhrəman adını al, əsgər balam. 

 

Xalqına arxalan, özünə inan, 



Ümid tək sənədir, yox özgə güman 

Yolunu gözləyir el-oban, anan, 

Zəfərlə qayıdıb gəl, əsgər balam, 

Qələbə marşını çal, əsgər balam. 

 



QARABAĞ SİKƏSTƏSİ 

 

Könül dilə söylə deyir, 



Ah bir olub göylə deyir, 

Qarabağa layla deyir, 

Qarabağın şikəstəsi. 

 

Xəyalıma qanad taxır, 



Qəlbimi yandırıb-yaxır, 

Həsrət yollarına çıxır, 

Qarabağın şikəstəsi. 

 

Xanın qəbri inildəyir



Bülbül həzin ağı deyir, 

Alın Qarabağı deyir, 

Qarabağın şikəstəsi. 

 

Üzeyir ruhu dincəlmir, 



Natəvanın üzü gülmür, 

Şuşasız ovuna bilmir, 

Qarabağın şikəstəsi. 

 

Qəm bulağı kimi çağlar, 



Yurdsuzların köksün dağlar, 

Qarabağsız susmaz, ağlar 

Qarabağın şikəstəsi. 

 



DÖZ  AY DƏRDLİ QARABAĞ! 

 

Yanğın düşüb ürəyimin köşkünə, 



Dərd ocağım alovlanır, köz tutur. 

Qar yağıbdır bəlkə vətən eşqinə

Ona görə yollarını buz tutur. 

 

Aydan-aya, ildən-ilə keçirik, 



Təqvimdən hey qara günlər seçirik. 

Vaxt ötdükcə yurd həsrəti kiçilir, 

Əsas yeri vədə tutur, söz tutur. 

 

Bu Şuşa yarası, Laçın yarası, 



Bu Ağdam, Füzuli, Xocalı yası, 

Hanı bu yurdların igid balası, 

Anam torpaq axı sizə üz tutur. 

 

Düşündükcə ötən, itən illəri, 



Seyr etdikcə qaçqın, köçkün elləri, 

Qırılır qəlbimdə ümid telləri

Həsrət bayram edir, vüsal yas tutur. 

 

Dağlara dərd adlı yağan qara bax,  



Yurd həsrətli gözlərdəki tora bax, 

Bacarırsan döz, ay dərdli Qarabağ, 

Məhəbbətin ürəklərdə pas tutur. 

 

 



 

 

 




Yüklə 381,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə