VəTƏN İŞiqdir



Yüklə 381,85 Kb.
Pdf görüntüsü
səhifə8/15
tarix04.11.2017
ölçüsü381,85 Kb.
#8386
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

              ŞƏHİD ANASI 

 

Ana! Hər bir addan müqəddəs bir ad! 



Bütün məbədlərdən uca bir məbəd! 

Bəs şəhid anası sənə nə deyək, 

Adının yanında de nə söyləyək. 

Könlünün ən şirin duyğularını, 

Dünyaya ən böyük sayğılarını, 

İtirən anaya nədir təsəlli? 

Canından can alan, ruhundan həyat 

Sevib bəslədiyi oğul balası 

Ömrünün bəzəyi, sevinc qalası 

Çatıbdır bir şöhrət, şan zirvəsinə, 

Ucalıb şəhidlik mərtəbəsinə. 

Şəhid anasının kədəri, qəmi, 

Özü də şəhiddir dərdlər içində 

Şəhid oğulların anaları da 

Şəhid dərd yaşadır daim içində. 

 



              MUĞAMATIM 

 

Qəlbim dərd əlində təklənib deyə, 



Musiqi olubdur həyanım indi. 

Ağrım “Segah” üstə köklənib deyə, 

Muğamat olubdur dərmanım indi. 

 

Hərdən itirəndə özüm-özümü



Axtarıb tapıram muğam içində. 

Mən orda tapıram səbir, dözümü, 

Kədər qaldıranda tüğyan içimdə. 

 

“Zabul”um, “Şahnaz”ım qəm buxovlayır, 



“Qatar”ım aparır nurlu sabaha. 

“Cahargah” bulaq tək coşur, çağlayır, 

“Segah”ım dilimdə dönür son aha. 

 

“Heyrat”ım dünyaya böyük heyrətim, 



“Rast”ım ürəyimin sızan qanıdır. 

“Şikəstə”m qəlbimi didən həsrətim, 

Canımdan ayrılan şirin canımdır. 

 

Nə yaxşı sən varsan ulu musiqim, 



Yoxsa neyləyərdi dərdli ürəklər. 

Kim sənə vurulsa, olsa aşiqin, 

Könlündə min ümid, arzu çiçəklər. 

 



        AZƏRBAYCAN 

 

Şerimizin ilk misrası, 



Dilimizin ilk laylası, 

Anamızın ilk anası, 

Doğma yurdum Azərbaycan. 

 

İlk sevgimiz, ilk andımız, 



Keçilməyən inadımız, 

Sənə qalıb can borcumuz

Elim, obam Azərbaycan. 

 

Biz başına dolanarıq, 



Keşiyində dayanarıq, 

Təkcə sənsiz olammarıq, 

Əziz anam Azərbaycan. 

 

Gözümüzün giləsisən, 



Qəlbin bircə dənəsisən, 

Ömrümüzün sənəsisən, 

Şirin adım Azərbaycan. 

 

Biz qədrini biləsiyik, 



Kədərini böləsiyik, 

Səndən ötrü öləsiyik, 

Azərbaycan, Azərbaycan. 

 



AĞLAMA ŞƏHİD ANASI 

 

Belə yana-yana ağlama şəhid anası, 



Mənəm ağlayası, mənəm yanası. 

Sən məndən xoşbəxtsən bilirsənmi? 

Bir qəbrin var üstündə ağlamağa

Bir ruhun var, səsləyib oxşamağa, 

Bir xatirən var ömürlük saxlamağa, 

Mən harda ağlayım? 

Kimi səsləyib oxşayım? 

Nəyi əzizləyib saxlayım? 

Belə ağlama şəhid anası, 

Sənə baxıb ölməyim gəlir, 

Qupquru göz yaşımı silməyim gəlir. 

Bütün dərdləri, yaraları örtən 

Qara torpağa girməyim gəlir. 

Belə ağlama şəhid anası, 

Deməyə dərdin var,  

Bağlamağa yaran var, 

Getməyə yerin var, 

Mənim nə dərdim var, nə yaram, 

Anlayacaq kimsəm yox

Sənin balan şəhiddir, 

Mənimsə haqqım. 

 



           BİLƏYDİM 

 

Ürəyimi minib çapan ağrını, 



Yalan bilib aldandığım doğrunu, 

Ömrümü talayan, çalan oğrunu, 

Qəlbimdən qoparıb ata biləydim. 

 

Söküb sərhədləri, qırıb kolları, 



Qapayıb həsrətdən donan qolları, 

Bir göz qırpımında qarlı yalları, 

Aşıb dağlarıma çata biləydim. 

 

Səpəydim yollara əlvan gülləri, 



Duyaydım nəğmələr deyən dilləri, 

Görəydim firavan, azad elləri, 

Rahatca bir yuxu yata biləydim. 

 

Heç kəs olmaz vallah mənim günümdə, 



Heç dərd olmaz bu biçimdə, yönümdə, 

Bu həsrəti diz çökdürüb önümdə, 

Ömrümə xoş sevda qata biləydim 

 



BU DÜNYA BELƏMİ QALACAQ ELƏ 

 

Viranə könlümə bir təsəlli yox, 



Başımda misallar heç bir həlli yox. 

Tapılmaz dərmandır azarlarsa çox, 

Bu dünya beləmi qalacaq elə. 

 

Cənnət torpağımda yağılar gəzir, 



Gülşən güllərimi yad əllər üzür, 

Yoxsulluq, yurdsuzluq elləri əzir, 

Bu dünya beləmi qalacaq elə. 

 

Nə olar bircə yol ürəkdən gülsəm



Həsrəti, nisgili qəlbimdən silsəm, 

Tanrım, bu dünyanın sahibi sənsən, 

Bu dünya beləmi qalacaq elə. 

 



                 XOCALIM 

 

Dərdli Qarabağın nakam gözəli, 



Açılmayan xoş baharım Xocalım. 

Sinəmdə sən adlı yaram közərir, 

Göyləri yandırır ahım Xocalım. 

 

Dilimin nəğməsi ağıya dönür, 



Sevincim dözülməz ağrıya dönür, 

Özümə düşmənə, yağıya dönür, 

Sənsiz gələn hər sabahım Xocalım. 

 

Qan gölündə çalxalanan oylağım, 



Qürbətə çevrilən gözəl yaylağım, 

Yad əlində, yad tapdaqda qalmağın, 

Bağışlanmaz bir günahım Xocalım. 

 

Tariximin qan daman səhifəsi, 



Xalqımın püskürən, hayqıran səsi, 

Qarğaram nə qədər gəlir nəfəsim

Kaş tuta düşməni ahım, Xocalım. 

 

Sənsiz kecən ayı, ili saymağım, 



Yandırır, göynədir dilim, dodağım, 

Nola, bir gün olam yenə qonağın, 

Tanrım olsun qoy pənahın, Xocalım. 

 



YURDA DÖNƏSİYƏM 

 

Dünya sonsuz qəm gölüdür, 



Mən bu gölün sonasıyam. 

Könlüm dərdin yurd yeridir, 

Dindirməyin sınasıyam. 

 

Şəhid yurda baş daşıyam, 



Qaçqın elin göz yaşıyam, 

Deməyin dərdə naşıyam, 

Dərd içində donasıyam. 

 

Küsmüşəm özüm-özümdən, 



Bezmişəm səbir-dözümdən, 

Bircə çınqı közə bəndəm, 

Alışaraq yanasıyam. 

 

Qan-yaşla dolu gözlərim, 



Dilim göynədir sözlərim, 

Qarabağ adlı gözəlin, 

Qarabaxtlı anasıyam. 

 

Qəmin içində ərisəm



Çən olub dağa çəkilsəm, 

Ruh kimi göyə yüksəlsəm, 

Yenə yurda dönəsiyəm. 

 

 



 

 

 



 

 



Yüklə 381,85 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə