VəTƏN İŞiqdir



Yüklə 381,85 Kb.
Pdf görüntüsü
səhifə9/15
tarix04.11.2017
ölçüsü381,85 Kb.
#8386
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

DÜNYA SÜLH DESİN 

 

Dünya bezib anaların ahından, 



Nigaranam dünyanın sabahından, 

Diləyim var Tanrının dərgahından, 

İnsanlığı ədalətə səsləsin, 

Bütün dünya bir ağızdan sülh desin. 

 

Nifrəti yox edib ellər barışsın, 



Silahlar yerinə güllər danışsın, 

Meydanlarda söz, musiqi yarışsın, 

Anamız yer qoynunda gül bitirsin

Bütün dünya bir ağızdan sülh desin. 

 

Torpaq ağrımasın, göy ağlamasın, 



Xalqlar bir-birinə kin saxlamasın, 

Bir güllə açılıb qəlb dağlamasın, 

Dava sözü lüğətlərdən silinsin, 

Bütün dünya bir ağızdan sülh desin. 

 

Yer üzündə dostluq olsun hökmran, 



İnsanlar yetişsin yaradan-quran, 

Sevgiylə döyünsün qəlblər hər zaman, 

Tanrım bu arzuya qoy rəvac versin 

Bütün dünya bir ağızdan sülh desin. 

 



      BAYATILAR 

 

Danışdım aya dərdim, 



Ulduza, Aya dərdim

İstədim sayın biləm, 

Gəlmədi saya dərdim. 

 

Ağladım gözüm yandı, 



Danışdım sözüm yandı, 

Dərd közərtdi canımı 

Oduna özüm yandım. 

 

Bir aham çəkənim yox, 



Qan-yaşam tökənim yox, 

Gör nə vaxtdır ölmüşəm, 

Kəfənə bükənim yox. 

 

Bəxtini söyər ağlar, 



Qaralar geyər ağlar, 

Oğlu ölən analar, 

Dizinə döyər ağlar. 

 

Dərddən yanan elimdi, 



Ağı deyən dilimdi, 

Ölümə dözmək olar, 

Bu ölüm yox, zülümdü. 

 

 



О tayda dağlar qaldı, 

Bağçalar, bağlar qaldı. 

Bir еl didərgin düşdü, 

Yurd yеri ağlar qaldı. 

 

 

 



 

 

Qəmlidir sarı bülbül, 



İtirib yarı bülbül. 

Sənə yad gözlər baхır, 

Açılma, Хarı bülbül. 

 

Kimə dеyim bu dərdi, 



Itirdim nеçə mərdi. 

Sinəmdə köz bağlayıb, 

Dоğma Qarabağ dərdi. 

 

Düşmənlərdən öc alım, 



Dağlarından bac alım. 

Sənin dağın çəkilməz 

Bu sinəmdən, Xocalım. 

 

Ayım, ilim ağlayır, 



Bağda gülüm ağlayır. 

Qara gələn bəxtimi 

Sürgün elim ağlayır. 



 

Qurban o ah-vayına, 

Yasa dönən toyuna. 

Namərdlər kar oldular

Çatmadılar hayına. 

 

Mən aşıq Qarabağım, 



Seçilmir qaram, ağım. 

Səni itirən gündən 

Oldun bayatım, ağım. 

 

Dərdlərini biləydim, 



Qəmlərini böləydim, 

Qurban olub adına, 

Torpağında öləydim. 

 

Dağlarda lalam mənim, 



Basılmaz qalam mənim. 

Dağına necə dözüm, 

Ay şəhid balam mənim. 

 

Qəlbimdə yara sızlar, 



Ya dərdin yara sızlar. 

Yaralı ağrısını 

Nə bilər yarasızlar. 

 

O tayda dağlar qaldı 



Bağçalar, bağlar qaldı 

Bir el didərgin düşdü 

Yurd yeri ağlar qaldı. 

 

Qanlıdır yara sarğım, 



Şan-şandır qara bağrım, 

Yağılar tapdağında 

İnləyir Qarabağım. 

 

Oyuldu oymaq-oymaq 



Töküldü yarpaq-yarpaq 

Qorxuram üz döndərə, 

Bizdən yaralı torpaq. 

 

Gül bağına düşəm kaş, 



Od qoynunda bişəm kaş, 

Tezliklə həsrət bitə, 

Sənə çatam Şuşam kaş. 

 

Adım, şöhrətim, şanım, 



İgid elli Ağdamım. 

Yarana məlhəm olsun, 

Öz ürəyim, öz qanım. 

 

Dözmək olmaz bu dağa 




Gəlin qalxaq ayağa, 

Oğullar səf bağlayın, 

Gedirik Qarabağa. 

 

Qəm üzdü diddi məni 



Mən susdum dərd dinəni 

Dil susur göz danışır 

Deyiblər dərddi məni. 

 

Kədərim qalacaqdı 



Qəm odu dolacaqdı 

Millətin dərdi üçün, 

Sinəm çox balacadı. 

 

Qarabağım dumandı, 



Ahdan halı yamandı 

Qoymayın darda onu 

Tez qurtarın amandı. 

 

Bağbanınkı bağ dərdi, 



Nehrəninki yağ dərdi 

Məni ozan eylədi 

Doğma Qarabağ dərdi 

 

                                                              




            POEMA

 

 

           XAN QIZI 

 

Ta qədim zamandan bir adət vardı, 



Bu adət min illər eldə yaşardı. 

Dünyaya bir qız uşağı gələndə, 

Qohum-qardaş, eşidəndə, biləndə, 

Kədərlənib başsağlığı verərdi,  

“Qəm yeməyin, qismət budur” deyərdi. 

Yazıq qızın bu dünyaya gəlişi

Dərd olurdu, müşkül idi hər işi. 

Belə düşünənlər indi də vardır, 

Bu üzdən qadının meydanı dardır. 

İki əsr əvvəl Azərbaycanda, 

Bu odlar yurdunda, gözəl məkanda, 

Qarabağ adlanan cənnət bağında, 

Yayın ortasında, oğlan çağında, 

Bütün Qarabağın sahibi, karı, 

Hamının sevdiyi bir hökmdarı, 

Mehdiqulu xanın xanimanında, 

Tanrının pozulmaz bir fərmanından, 

Bu dünya üzünə bir inci gəldi, 

Atanın, ananın sevinci gəldi. 

Bu qızın gəlişi gözəl cahana, 

Xoşbəxtlik bəxş etdi Bədircahana. 

Bu xəbər tezliklə ellərə çatdı, 

Çoxları kədərə, qüssəyə batdı. 

Xanın ondan başqa yoxdu övladı, 

Axı qızdan necə varis olardı? 

Belə düşünmürdü Mehdiqulu xan

Bu ağıllı insan, bu kamil insan. 

Dünya görmüş, dərin kamal sahibi, 

Çox yaxşı bilirdi ulu tarixi. 

Tarixdə yaşamış bir çox qadın var, 

Hünəri, qeyrəti əbədi qalar. 

Bir ata sözünü kimsə unutmaz, 

“Aslanın erkəyi, dişisi olmaz”. 

Tanrım böyük xanın bu niyyətini, 

Öz varis qızına məhəbbətini, 

Hasilə yetirdi, puç eyləmədi. 

Xan bivaris kimi köç eyləmədi. 

Böyük ehtiramla öz anasına, 

Oğula bərabər qız balasına, 

Xurşid adın verdi böyük istəklə, 

Böyüdü qızcığaz sevgi-izzətlə. 

O yaşa dolduqca gözəlləşirdi

Ağıla dolurdu, kamilləşirdi. 

Qizlar bulağından su içən zaman, 

Bir sevgi qəlbində oldu hökmran. 

Bu nəcib xislətli, incə sərvinaz, 

Bir eşqin əlində oldu qəmli saz. 



Yüklə 381,85 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə