VəTƏN İŞiqdir



Yüklə 381,85 Kb.
Pdf görüntüsü
səhifə13/15
tarix04.11.2017
ölçüsü381,85 Kb.
#8386
1   ...   7   8   9   10   11   12   13   14   15

SUSMA, QƏDİR 

 

“Qədirin sorağında” telefilmə 



baxdım və... 

 

Qədiri Azərbaycanı qarış-qarış gəzib axtaran qardaş, axı yolu düz tutmamısan, istiqaməti 



düz götürməmisən. Bilirsənmi Qədiri harda axtarmaq lazımdır, harda tapmaq olar? Qədir 

Qarabağdan kənarda, Ağdamdan qıraqda ola bilməz, yaşaya bilməz. Qarabağdan kənarda 

tapdığın Qədirin cismi ola bilər. Onun ruhu, səsi isə Qarabağdadır. O da əsirdir, o da şəhiddir, o 

da yaralıdır. Dağların qarlı zirvəsində, dərələrin yaşıl qanadları altında, çayların dərdli 

şırıltısında, bulaqların həzin zümzüməsində, meşələrin qəm laylasında, yolların həsrət 

bayatısındadı Qədir. Amandır, Qədiri başqa yerdə axtarmayın, “Sona bülbüllər” küsər gedər bu 

ellərdən, “Qarabağ şikəstəsi” susar, dillənməz dillərdə. 

 

Susma Qədirim, susma,  



Bu sükut qəlbimi didər. 

Səs payını eldən kəsmə, 

“Sona bülbül” küsər gedər. 

 

Ağdamın qəmli neyisən, 

Yaraların göynəyisən. 

Sənə didərgin deyilsə, 

Vallah, vətən küsər gedər

 

 




BALACALAR ÜÇÜN BÖYÜK NAĞIL 

 

 

Qarişdirdim röyamı, 

Qəlb sevgidən doyarmı. 

İtirdim Qarabağı, 

Şirin şəkər dünyamı. 

 

Biri vardı, biri yохdu, yох, yох, biri vardı, biri var və daim оlacaq Azərbaycan adlı 



böyük, ulu bir dünyanın Qarabağ adlı  ağır  еlli-еlatlı,  şirin sözlü-söhbətli, tоrpağı  bərəkətli, 

insanları  sədaqətli gözəl bir оylağı, dilbər bir guşəsi var. Bağışla balası  mən səni  оra apara 

bilmirəm. Çünki о yurd əsirdir, dustaqdır.  О yurda aparan yоllar tikanlıdır, sənin də ayaqların 

çох zəriфdir,dözməz tikanlara. Ayaqları möhkəm, qоlları güclü əmilər, dayılar bir gün о yurdu 

əsirlikdən çıхarar və  mən səni  о yurdun həsrətli köksünə  sıхaram. Dоlanarıq başına  о  dərdli 

dağların,  о gözəl yaylaqların. Gözəlliyinə dünyada tay оlmayan, səadətdən pay almayan gəlin 

Şuşamın yaralarına dağ güllərindən məlhəm qоyarıq. 

 

 



 

 

Dərd çırpdı daşa məni. 



 

 

 

 

Vеrdi qan-yaşa məni. 

 

 

 

 

Kimsə yanmamış оdla, 

 

 

 

 

Yandırdı Şuşa məni. 

Ağdamın qara günlərini yaralı  şikəstə ilə unutdurarıq, Kəlbəcəri ulu sazın səsi ilə 

оvudarıq, Cəbrayılı, Qubadlını, Laçını,  Хankəndini, Zəngilanı  şirin məhəbbətlə, isti 

səmimiyyətlə bağrımıza basar, göz yaşlarını silərik. Хоcalının qanlı tоrpağında sеvinc yaşları ilə 

əlvan güllər əkərik. 

Bu gün olacaq balası, vallah olacaq. Bu gün nağıl kimi dinlədiyin həqiqəti sabah özün 

görəcəksən, biləcəksən və ardını özün yaradacaqsan. Nisgillərimizi  əridəcəksən, həsrətlərimizi 

ovudacaqsan, vüsalımızı oyadacaqsan. Qarabağ adlı bir məkanı sevə-sevə böyüyəcəksən, bu 

istək də  sənlə  bərabər boy-boy artacaq, böyüyəcək. Həsrətdən sozalan, qəmdən sızıldayan 

nənələrini, babalarını vətənə məhəbbətinlə, xoş əməlinlə ovudacaqsan, ağrısını soyudacaqsan. 



Həsrətəm apar məni, 

Bu dərddən qurtar məni, 

Dərmanım orda qalıb, 

O yurda qaytar məni

 



“ŞUŞANIN DAĞLARI” 

İTDİ DUMANDA 

 

Hamımızın çox sevdiyi bir mahnı var: “Şuşanın dağları”. Nə vaxt yaranıb, kim 



bəstələyib, ilk ifacısı kim olub, məlum deyil. Məlum olan odur ki, onu hamı sevib. Oxuyanlar da 

sevə-sevə dinləyib. Son illərə qədər mən bu mahnını şərbət içmiş kimi şirin bir qəhər boğazımı 

acışdıra-acışdıra dinləmişəm. Həzin bir intizar, məftun bir iftixar hissi köksümü qabardıb, 

qəlbimi döyündürüb. Şuşanın gözəlliyini görüb, şirinliyini duyanlar bu mahnı ilə o hissləri dönə-

dönə yaşayıblar.  Şuşanı görməyənlər isə bu mahnı ilə onun gözəlliyini görüblər, lətafətini 

duyublar, təsəvvür ediblər. Vurulublar ona. Amma indi bu mahnını dinləyə bilmirəm. Həm 

utanıram, həm də yanıram. İtirdiyimizə yanıram, qaytara bilmədiyimizə utanıram. 

“Şuşanın dağları başı dumanlı”... 

İtirdik dumanda bu dağları. Qatı, qaranlıq duman aldı Şuşamızı. Bu dumanı əridən işıq 

gözləyir dağlar. 

 “Dərdindən ölməyə çoxdur gümanlı”...Hanı, hanı görmürəm. Şuşanın azadlığı uğrunda 

qatarlaşan igidlərim hardasız? Toplayın təpərinizi, cəmləyin qeyrətinizi. 

 “Şuşanın hər yerdə vardır sorağı”... 

Bu hansı soraqdır, bu hansı səsdir? Mədəniyyət, musiqi beşiyimizin dustaq, əsir sədası, 

sorağıdırmı? Bu sorağı car çəkməkdən yorulmadıqmı? 



 “Tərifə layiqdir İsa bulağı”... 

Yox, yox, daha İsa bulağının baldan şirin suyu göz yaşı kimi acıdır. O bizdən 

qeyrətlidir, içirməz yadlara şərbət suyunu. 

 “Şuşada axşamlar yanar ulduzlar”... 

Daha yanmır ulduzlar, ağlayır. Ulduz-ulduz göz yaşı yağır göylərdən. 

 “Onlardan gözəldir gəlinlər, qızlar”... 

Aman Allah, bu gözəllər yad əllərdə,  əsir düşərgələrində neyləyir görəsən. Solğun 

bənizlər, qan-yaş dolu gözlər yaddaşımdan silinmir ki, silinmir. 

 “Oturub yol üstə yarını gözlər”... 

Yol üstə  çıxan, elini gözləyən, gözü yollarda dumana düşən, bağrı qan olan Şuşam 

mənim. Harayına çatıb, gözünü yollardan yığacağıqmı? Sənsizliyi daş edib bağrımıza basa-basa 

nə qədər dözəcəyik axı? 

Oxumayın bu mahnını siz Allah! Şuşasız oxumayın! 



Şuşanın dağları itdi dumanda, 

Ürəyi əridi ahda-amanda, 

Ümidi çırpınır şirin gümanda, 

Yollardan gözünü yığın, Şuşamın. 

 



Yüklə 381,85 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə