VəTƏN İŞiqdir



Yüklə 381,85 Kb.
Pdf görüntüsü
səhifə12/15
tarix04.11.2017
ölçüsü381,85 Kb.
#8386
1   ...   7   8   9   10   11   12   13   14   15

Allah, al səbrimizi, tükət dözümü, 

Qaytar sən bu xalqa qeyrəti, əzmi, 

Alaq yağmalanmış yurd intiqamın  

Qalmasın vətənin gözündə kamı, 

O yurdun kiçik bir övladı kimi, 

Yaralı bir qəlbin imdadı kimi, 

Nənəm Natəvana böyük hörmətlə 

O gözəl yurduna saf məhəbbətlə 

Qələmə almışam bu hekayəti, 

Oxucum, özün ver ona qiyməti, 

Nə yazdım, hamısın ürəklə yazdım, 

Qəlbimdə o yurdun heykəlin cızdım. 

  

                                                         



 

                                            





 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



MƏNSUR ŞEİRLƏR

 

                                          

                                               

 

 



 

 

                                    




QARABAĞ, ÖZÜM MƏNİM 

 

 



Qarabağ özüm mənim, 

Söhbətim,sözüm mənim, 

Səni dustaq görüncə

Çıxaydı gözüm mənim. 

 

Həsrətindən iliklərim donan, sümüklərim sızıldayan,ağlı-qaralı dünyamın gözəl məkanı, 



gözəlliyi bəxtinə qaralar yazan Qarabağım,səni düşündükcə korun-korun yanıram. Sənli günlərin 

xatirələri gündüzlər qəlb sirdaşım, gecələr xəyallarımın yol yoldaşıdır. Sən də  əlçatmaz 

uşaqlığım kimi xatirələrə dönmüsən, uzaq-uzaq illərin qəlbə doğma, yaddaşa yaxın nağılına 

çevrilmisən. 

  Sənə çatmaq, səni görmək ümidi məni tərk edən anda gözlərim qaralır, qanım donur, 

ürəyim dayanır və birdən güclü bir istək, məhəbbət içimdə boy qaldıraraq ümidimi səsləyir, geri 

qaytarır. Ayaqyalın, başaçıq qaçmaq, qaçmaq, sənə çatmaq istəyirəm. 

  İnanıram ki, bir gün bu istək uşaqlı-böyüklü, o taylı-bu taylı bütün azərbaycanlıların 

içində tufan qaldıraraq Qarabağdan yağıları süpürüb atacaq. 

  Bu  inamla  yaşayıram Qarabağım. Bu inamı, bu ümidi gündən-günə, aydan-aya 

daşıyıram. O gün üçün, o an üçün yaşayıram Qarabağım. 

 

                                                     Mən qana qan demişəm, 



                                                     Adına can demişəm. 

                                                     Sən azad olan günə, 

                                                     Özüm qurban demişəm. 

 

 

 

 

 

 


QARABAĞ YÜKÜ 

 

              Qarabağın yükü həmişə  ağır olub, indi də  ağırdır.  İstər dərd yükü, istərsə  də sevinc 



yükü. Dərk yükünün içində ayrılıqlar var, həsrət var, yağmalanmış torpaq var, talan ellər, viran 

qalmış obalar, əsir qız-gəlinlər, qanı qurumayan şəhidlər var. Sevinc yükünün içində ətri əsrlərin, 

illərin içindən bu günü vuran sənət  əsərləri, musiqi inciləri, mədəniyyət abidələri, mənəviyyat 

sərvətləri, qiymətdən düşməyən xəzinələr var. Bu yükü çəkməyə polad çiyinlər, dəmir iradələr 

lazımdır. Bu yükü bu günə kimi çəkənlər olub, indi də varmı? Bu sualın cavabını arıq, çəlimsiz, 

solğun çöhrəli bir oğlan verdi. 

             Ali  məktəblərə  ən yüksək balla qəbul olunmuş 15 tələbəyə prezident təqaüdü təyin 

edilmişdi. Tələbələr bir-bir prezidiuma qalxır, prezidentin təbrikini və  hədiyyəsini qəbul 

edirdilər. Növbəti tələbə çadır  şəhərciyinin sakini idi. Mənə elə  gəldi ki, bu sısqa uşaq 

çiyinlərində Qarabağın dağ  dərdini götürüb ağır-ağır prezidiuma qalxır. Məni ağlamaq tutdu, 

amma səbəbini anlamadım. Sevinc idimi, kədər idimi? Çadırda ac-yalavac, nimdaş əyinlə, qara 

günlə, soyuq çadır-sinifdə Qarabağın adını qoruyan, yükünü çəkən bu uşağı ürəyimi yarıb içinə 

qoymaq istədim. Çox-çox siyasətçilərdən, səlahiyyət, imkan sahiblərindən artıq yük çəkən, 

Qarabağı yaşadan oğlum, məni inandırdın ki, Qarabağ ölməyəcək, Qarabağ həmişəki kimi ağır 

yüklü, sanballı olacaq. 

 

 



 


QADIN – MÜHARİBƏ 

 

Dünyada, yəqin ki, müharibəyə  ən çox nifrət edən, müharibə sözündən dəhşətə  gələn 



məxluq qadındır. Çünki bütün müharibələrdə ən çox itirən qadındır. Qadın ata itirir, qardaş itirir

ər itirir, oğul itirir müharibədə. Bəlkə bu itkilərin göynəyidir müharibəyə sonsuz nifrəti yaradan, 

sülhə yana-yana səsləyən bəşəriyyəti. Qadın müharibədən kənarda qala bilmir. Döyüşəni də, 

döyüşməyəni də müharibə adlı səhnədə əsas, aparıcı rol oynayır. Kişilər döyüşən qadınlara baxıb 

daha da döyüşkən, mübariz olurlar. Döyüşməyən qadınlar da döyüşə  yola saldıqları  ərlərin, 

oğulların ürəyində əzm, güc yaradan varlıq kimi ön cəbhədə vuruşurlar. 

Qadın üçün müharibə xoşbəxtlik, səadət sarayını uçuran, insan ömrünün ən xoş anlarını 

udan, qana susayan, qan qusan əjdahadır. Bu əjdahaya can verən, qol-qanad verən insanlardır və 

bu insanlara qarşı üsyan edir, onları insafa, ədalətə, insanlığa çağırır qadınlar. Sülhün, əmin-

amanlığın bərqərar olması üçün qadın bütün həyatını verər. Təki  əzizləri, doğmaları xoşbəxt 

yaşasın. 

 

Qadın ürəyinə kor bıçaq kimi 



Sancılıb ağrıdır müharibələr 

Köksündə alışan od-ocaq kimi 

Göynədir, yandırır müharibələr. 

 

 



Yüklə 381,85 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə