Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar


Şək. 6. II sinif BTŞ – da havanın hərəkət sxemi



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə129/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   125   126   127   128   129   130   131   132   ...   137

282 
 
 
Şək. 6. II sinif BTŞ – da havanın hərəkət sxemi. 
 
II  sinif  BTŞ-ın  konstruksiyası  şkafın  içinə  daxil  olan  hava  axınının  xətti  sürətinin  40-50 
sm/san-dən (istehsalçı tərəfindən təyin  edilir) az olmamasını təmin  etməlidir. Çox  yüksək sürət 
turbulentliyə səbəb olacaq və çirklənmiş havanın BTŞ-dan axma ehtimalını artıracaq, çox aşağı 
sürət isə aerozolların vaxtında xaric edilməsi üçün kifayət olmaya bilər və hətta onların şkafdan 
frontal  pəncərə  vasitəsilə  operatora  doğru  atılmasına  şərait  yarada  bilər.  Bu  zaman,  sorulan  və 
resirkulyasiya edən hava axınlarının həcmləri arasındakı nisbət mühüm əhəmiyyət kəsb edir. 
Əgər  sorulan  havanın  həcmi  bu  cihazın  istehsalçılarının  göstərdiyi  ölçüdən  aşağı  olarsa, 
şkafın  mühafizə  qabiliyyəti  kəskin  azalır.  İlk  dəfə  belə  effekt  50  sm/san  enən  axınlı,  sorulan 
havası  müxtəlif  həcmlərdə  olan  II  sinif  laminar  şkaflarda  qeydə  alınıb:  sorulan  hava  axınının 
xətti  sürəti  40  sm/san  olduqda  test-aerozol  tamamilə  saxlanılırdı,  lakin  sürət  27  sm/san-dək 
azaldıqda 20%-dən az test-aerozol saxlanılırdı. 
II sinif BTŞ-da hava axınlarının balansı cihazın prinsipial əhəmiyyətli xüsusiyyətidir. Məhz 
buna görə, oxşar bioloji mühafizə vasitələrini yalnız məsuliyyətli istehsalçılardan, onların təyin 
olunmuş qaydada sertifikasiyasından sonra, əldə etmək lazımdır. 
II  sinif  BTŞ  laboratoriyada  avtonom  şəkildə,  ya  da  laboratoriyanın  ventilyasiya  sisteminə 
qoşulmuş səkildə quraşdırılır. 
I  və  II  sinif  BTŞ-ın  işçi  parametrləri  instalyasiya  zamanı  yoxlanılmalı  və  şirkətin  servis 
xidməti tərəfindən  təsdiqlənməlidir.  Bundan  əlavə,  müntəzəm  olaraq  (hər  6-12  ayda),  eləcə  də 
şkafın  yerini  dəyişdikdə  BTŞ-ın  işçi  parametrlərinin  yoxlanılması  zəruridir.  Quraşdırıldıqdan, 
texniki  qulluqdan  və  təmirdən  sonra  yoxlanılmayan  BTŞ-da  hermetiklik  və  hava  axınının 
laminarlığı  pozula  bilər  ki,  bu  da  tibb  işçilərinin  infeksiyalaşma  riskinin  artmasına  səbəb  ola 
bilər. 
Həmçinin, maksimal təhlükəsizliyi qorumaq və adekvat mühafizəni təmin etməyən BTŞ-ın 
istismarını ləğv etmək məqsədilə BTŞ-ın işinin düzgünlüyünü təyin etmək üçün gündəlik testin 
aparılması  məsləhət  görülür. Bu test laboratoriya personalı tərəfindən xüsusi təchizat  və ölçmə 
cihazları (vaneometr, tüstü borusu) vasitəsilə infeksion material və ya mikobakteriya kulturaları 
ilə işə başlamazdan bilavasitə öncə aparıla bilər. 
Gündəlik  təcrübədə  I  sinif  BTŞ-da  mühafizənin  etibarlılığını  və  texniki  avadanlığın 
keyfiyyətini  qiymətləndirməyə  kömək  edən  çox  sadə  üsul  mövcuddur.  Bunun  üçün  pambıq 
kürəcik  ətirli  maddədə  bir  az  isladılaraq  işləyən  şkafa  yerləşdirilir.  Qoxunun  meydana  gəlməsi 
mühafizənin  effektsizliyinin  göstəricisidir.  Əgər  qoxu  itməyərək  stabil  şəkildə  saxlanılırsa,  o 


283 
 
zaman  texniki  avadanlığın  nasazlığını  və  ya  sorulan  hava  axınının  gücünün  kifayət  qədər 
olmadığını güman etmək olar. 
Hava  axınına  və  onun  sürətinə  daha  bir  sadə  nəzarət  metodu  nazik  kağız  vərəqin  şkafın 
frontal  pəncərə  zonasında  müxtəlif  vəziyyətlərdə  tutulmasıdır.  Lakin  hava  axınının  sürətini 
ölçmək  üçün  xüsusi  texniki  vasitələrdən,  məsələn,  aneometrlərdən  (və  ya  vaneometrlərdən) 
istifadə etmək daha düzgündür. 
Yadda  saxlamaq  lazımdır  ki,  I  və  II  sinif  BTŞ  şərtsiz  təhlükəsizlik  vasitələri  deyil:  hava 
axını, öz-özlüyündə, aerozolların şkafdan xaricə çıxmasının qarşısını almağa qadir deyil. 
I  və  II  sinif  BTŞ-ın  mühafizə  effektivliyi,  əsasən,  operatorun  bacarığından  asılıdır.  Aydın 
olmuşdur ki, natamam iş texnikasında BTŞ-ın effektivliyi on dəfələrlə azalır. 
BTŞ-da  bütün  manipulyasiyalar,  aerozol  əmələgəlməni  minimuma  endirmək  məqsədilə, 
incəliklə  aparılmalıdır.  Kobud  manipulyasiyalar  yolverilməzdir.  Çünki  bu  zaman  daxil  olan 
havanın  axını  pozulur.  Nəticədə  infeksion  aerozolun  şkafdan  xaricə  çıxmasına  səbəb  olan  əks 
cərəyan yarana bilər.  
Daxil  olan  hava  axınının  pozulması  laboratoriya  personalının  şkafın  yaxınlığında  aktiv 
hərəkətləri,  otağın  qapılarının  açılıb-bağlanması,  otağa  daxil  olan  havanın  uğursuz  paylanması 
zamanı  da  baş  verir.  Bununla  əlaqədar  olaraq,  BTŞ  işçi  otağın  girişindən  uzaqda,  keçidlərdən 
aralı  yerləşdirilməlidir.  İnsanların  hərəkəti  şkafdakı  “hava  kilidini”  poza  bilər.  Bu  “kilid” 
hərəkətli  olduğundan  şkafın  yaxınlığında  açıq  pəncərələr  və  ya  havanın  hərəkətinə  səbəb  olan 
təchizatlar (məs., mühərriklər, soyuducu sentrifuqalar və dondurucu kameralar) olmamalıdır. 
I  və  II  sinif  BTŞ  ilə  iş  zamanı  aşağıdakı  praktik  tövsiyələr  minimumuna  riayət  etmək 
lazımdır:  

 
Laboratoriyaların  qapısında  həmkarlarınızı  təhqiqat  aparıldığı  barədə  xəbərdar  edən  elan 
qoyun. BTŞ-da iş zamanı qapıları açıb-bağlamaqdan çəkinin; 

 
Şkafın düzgün işləməsinə əmin olmaq üçün periodik olaraq müvafiq testləri aparın; 

 
BTŞ-ın işçi parametrlərinə dəqiq bələd olun və işçi zonanın həcmi kifayət qədər olmadıqda 
ondan istifadə etməyin

 
İşə qədər ətraflı şəkildə təhqiqatların aparılma planını tərtib edin; 

 
İş üçün zəruri olan materialları hazırlayın. Əvvəlcədən hazırlanmış materiallar operatorun 
hərəkətlərini  və  onun  əllərinin  BTŞ  hüdudlarından  kənara  çıxmasını  minimuma  çatdırmağa 
imkan yaradır. Belə ki, bu hərəkətlər steril hava pərdəsini poza bilər

 
BTŞ-ın üzərində təchizatları və istifadə ediləcək materialları işin rahatlığını təmin edəcək 
qaydada düzmək lazımdır; 

 
BTŞ-a  yalnız  dərhal  istifadə  ediləcək  təchizat  və  materiallar  minimumunu  yerləşdirin. 
İstifadə olunacaq əlavə materialları şkafdan xaricdə yerləşdirmək lazımdır; BTŞ-ın işçi səthinin 
həddindən  artıq  yüklü  olması  hava  axınının  laminarlığının  pozulmasına,  obyektlərin 
kontaminasiyasına və hətta infeksiyalaşmış havanın operatora doğru atılmasına səbəb ola bilər

 
İşin  aparılması  üçün  vacib  olan  bütün  əşyaları  işə  başlamazdan  öncə  şkafa  yerləşdirmək 
lazımdır. Əgər bu mümkün deyilsə, arabadan və ya şkafın yanında duran altlıqdan istifadə edin 
və onların üzərinə yalnız təmiz materialları yerləşdirin; 

 
Təhqiqat  başladıqdan  sonra  əşyaları  altlıqdan  şkafa  və  ya  əksinə  asta  və  yüngül 
hərəkətlərlə yerləşdirin; 

 
Şkafın üstünə heç nə qoymayın və yuxarı şəbəkəni bağlamayın; 

 
BTŞ-a  hava  girişinin  sərbəst  olub-olmadığını  (frontal  hissənin  və  şəbəkənin  müxtəlif 
materiallarla örtülü olub-olmamasını) yoxlayın; 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə