Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə126/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   122   123   124   125   126   127   128   129   ...   137

276 
 
olduqda,  onların  montajı,  təmizlənməsi,  texniki  baxımı  və  işinə  müntəzəm  nəzarətə  dair 
istehsalçı şirkətin təlimatı ilə diqqətlə tanış olmaq lazımdır.  
 
Şüalandırıcıların şüalanma mənbəyinin növünə görə təsnifatı 
1.
 
Yüksək  təzyiqli  civə  lampaları  böyük  vahid  gücə  malikdir  ki,  bu  da  onların  yüksək 
antimikrob effektivliyini təmin edir. Lakin iş zamanı kolba 700 – 8000 ºC-dək qızır, buna görə 
də, kvars trubkanın dağılması zamanı yaranan közərən qəlpələrdən və ya civə buxarının yüksək 
təzyiqi  nəticəsində  partlamasından,  eləcə  də,  onun  toksiki  təsirindən  yaxınlıqdakı  personalı 
mühafizə etmək üçün təhlükəsizlik tədbirləri görmək lazımdır. Bundan başqa, bu lampaların işi 
zamanı kifayət qədər ozon ayrılır. Bütün bunlar onların tətbiqini məhdudlaşdırır.  
2.
 
Aşağı təzyiqli civə lampaları - ultrabənövşəyi sahədəki şüalanmanın 60 %-dən çoxunun 
maksimal  bakteriosid  təsir  diapozonunda  yerləşən  254  nm-lik  rezonans  xəttinə  düşməsi 
sayəsində  ən  effektiv  UBŞ  mənbələridir.  Aşağı  təzyiqli  civə  lampalarının  şüalanma  spektrində 
254 nm-lik xətlə yanaşı 185 nm-lik ozon əmələ gətirən xətt də var. 
Lampalar bakteriosid dalğalar buraxan xüsusi şüşədən (məs, uveoldan) hazırlanır. Otaqdakı 
ozon iyi lampa şüşəsinin keyfiyyətinin aşağı olduğunu göstərir. Belə lampalar dərhal istismardan 
uzaqlaşdırılmalıdır, çünki, ozon toksiki təsirə malikdir. Bakteriosid lampaların verdiyi bənövşəyi 
işıq qısa dalğalı, görünən işıqdır, lakin ultrabənövşəyi spektrə daxil deyil və buna görə lampanın 
ultrabənövşəyi şüa verməsinin göstəricisi ola bilməz.  
Bakteriosid lampaların funksional keyfiyyətinə bir çox amillər təsir edir:  

 
Havanın temperaturu 
Havanın  optimal  temperaturu  20ºC-dir.  Bu  göstəricinin  azalması  və  ya  artması  lampanın 
parametrlərinin  dəyişməsinə  səbəb  olur.  Temperaturun  azalması,  həmçinin,  lampaların  xidmət 
müddətinin qısalmasına və onların yanmasının pisləşməsinə gətirir. 

 
Havanın rütubəti 
Otaqlarda  nisbi  rütubət  80%-dən  çox  olduqda  UB  şüalanmanın  bakteriosid  təsiri 
mikroorqanizmlərin ekranlama effekti sayəsində 30%-ə düşür.  

 
Otaqda havanın hərəkəti 
Havanın  hərəkəti  qənaətbəxş  olmadıqda,  məs,  ventilyasiya  olmadıqda,  UB  şüalanmanın 
effektivliyi  80%-ə  qədər  azalır.  Havanın  əlavə  hərəkətinə  otaqdakı  insanların  hərəkəti,  insan 
bədəni və ya isidici cihazların istilik konveksiyası səbəb olur.  

 
Otaq havasının tozlanması 
Lampa  kolbasının  və  şüalandırıcının  reflektorunun  tozlanması  bakteriosid  təsiri  10  %  və 
daha çox azaldır.  

 
Yandırmaların sayı 
Hər yandırma lampanın ümumi xidmət müddətini təxminən 2 saat azaldır.  

 
Şəbəkə gərginliyinin düşüb-qalxması 
Şəbəkə  gərginliyi  20%-dən  çox  aşağı  düşdükdə  lampalar  qeyri-sabit  yanmağa  başlayır  və 
sönə bilər.  
3.
 
Borulu ksenon lampalar iş rejiminə görə 2 böyük qrupa bölünür: birinci qrupa - dəyişkən 
cərəyan  şəbəkələrində  fasiləsiz  yanma  rejimində  işləyən,  ikinci  qrupa  –  xüsusi  yanma 
sxemlərində impuls rejimində işləmək üçün nəzərdə tutulan lampalar daxildir.  
İmpulslu ksenon lampalar spektrində UBŞ-nin yüksək miqdarda olması güclü, qısamüddətli 
bakteriosid  şüalanmaya  tələbat  olduqda  onların  məqsədəuyğun  olduğunu  göstərir.  Məsələn, 


277 
 
cərrahi  əməliyyatdan  öncə,  bioloji  qəzadan  sonra,  son  dezinfeksiyanın  aparılması  zamanı 
otaqların  təcili  zərərsizləşdirilməsi  məqsədilə.  Onlar  daha  çox  acıq  tipli  təchizatlarda  istifadə 
edilir və buna görə də yalnız insanların yoxluğunda tətbiq olunur.  
         
 Şüalandırıcıların konstruksiya tipinə görə təsnifatı 
1.
 
Açıq  tipli  şüalandırıclar  otaqlarda  havanın  və  səthlərin  insanların  yoxluğunda  düz 
bakteriosid  axınla  daha  intensiv  şüalanması  üçün  nəzərdə  tutulub.  Açıq  tipli  şüalandırıcılar 
bəlğəm  yığımı  otaqlarında  (kabinlərdə),  prosedur  kabinetlərində  havada  infeksion  aerozolun 
maksimum  azaldılması  üçün  lazımi  vaxtı  qısaltmaq  məqsədilə  tətbiq  olunur.  Şüalandırıcı, 
prosedurlar arasında, xəstə otağı tərk etdikdə qoşulur.  
Şüalandırıcılar  30  dəq-lik  təkrar  qısamüddətli  rejimdə  insanlar  otağı  tərk  etdikdə  istifadə 
oluna  bilər.  Bu  zaman  mikroorqanizmlərin  çoxalmasının  qarşısını  almaq  üçün  təkrar  şüalanma 
seansları  iş  günü  ərzində  hər  2  saatdan  bir  aparıla  bilər.  Lakin  infeksion  aerozolun  fasiləsiz 
artması  şəraitində  bakteriosid  UB  –  şüalanmanın  belə  rejimi  vərəmin  transmissiya  riskini 
əhəmiyyətli dərəcədə azaltmağa imkan vermir.  
2.
 
Ekranlaşdırılmış cihazlar, ÜST-ün tövsiyələrinə müvafiq olaraq, insanlar otaqda olarkən 
havanın  üst  təbəqələrini  zərərsizləşdirmək üçün nəzərdə tutulub.  Onlar  yüksək risk otaqlarında 
24  saat  fasiləsiz  zərərsizləşdirmə  aparmağa  imkan  verir.  Bu  cihazlar  otaqdakı  insan  üçün 
təhlükəsiz olmalıdır. Cihazın montajı, quraşdırmanın düzgünlüyünə nəzarət üçün C (S) spektrli 
UB  radiometrdən  istifadə  edərək,  ixtisaslı  mütəxəssis  tərəfindən  aparılmalıdır.  Şüalanma 
səviyyəsi insan gözü səviyyəsində (ayaq üstə duran, oturmuş və ya uzanmış) otaqda 0.2 Vt/sm

– 
dan yüksək olmamalıdır.  
Otağın hər 18 – 20 m

sahəsinə 30 Vt gücündə lampalı bir cihazın olması tövsiyə olunur.  
Məhdud  resurslu  ölkələrin  əksəriyyəti  üçün  havada  infeksion  aerozolun  konsentrasiyasını 
azaltmağın ən münasib üsulu otağın yuxarı hissəsinin fasiləsiz şüalandırdırılmasıdır.  
3.
 
Kombinə  olunmuş  şüalandırıcılar  havanın  və  səthlərin  açıq  lampaların  verdiyi  düz, 
istiqamətlənmiş  axınla  və  ya  qalxan  arxasında  yerləşdirilmiş  lampaların  verdiyi  əks  olunmuş 
axınla  şüalandırılması  üçün  nəzərdə  tutulub.  Lövhə  arxasında  yerləşdirilmiş  üst  lampanın  işi 
zamanı şüalanma səviyyəsi icazə verilən həddi keçir. Buna görə də kombinə olunmuş lampalar 
insanlar otaqda ikən işləməməlidir.  
4.
 
Qapalı tipli şüalandırıcılar (resirkulyator – havatəmizləyicilər) havanın qapalı kameradan 
keçərək  zərərsizləşdirilməsi  üçün  nəzərdə  tutulur.  Bu  kameranın  daxili  sahəsi  bakteriosid 
lampalarla  şüalandırılır,  bu  zaman  UB  axının  xaricə  birbaşa  çıxışı  olmur.  Belə  şüalandırıcılar 
insanlar otaqda ikən havanın zərərsizləşdirilməsi üçün tətbiq edilir.  
5.
 
Verici  –  sorucu  ventilyasiyanın  çıxış  kanalında  toztutucu  filtrlərdən  sonra  quraşdırılmış 
UB bakteriosid lampalı bloklar.  
Şüalandırıcıların yerləşməsinə görə təsnifatı 
Yerləşdirilməsinə  görə  şüalandırıcılar  divar,  tavan  və  səyyar  (hərəkətli)  şüalandırıcılara 
bölünür.  UB  səyyar  döşəmə  lampalarından  istifadə  edərkən  onların  düzgün  yerləşdirilməsinə 
diqqət yetirmək lazımdır ki, otağa daxil olan insanlar UBŞ-nın təsirinə məruz qalmasınlar.  
UB bakteriosid şüalandırıcıların istismarı 
Bakteriosid UB – qurğulu məkanlar iki qrupa bölünür:  

 
A  qrupu  -  burada  havanın  zərərsizləşdirilməsi  iş  günü  ərzində  insanların  iştirakı  ilə     
aparılır; 

 
B qrupu - burada hava insanların otaqda olmadığı halda.  


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə