Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə130/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   126   127   128   129   130   131   132   133   ...   137

284 
 

 
BTŞ-ın  işçi  səthini,  şərti  olaraq,  intakt  material  zonasına,  materialla  manipulyasiya 
zonasına və işlənmiş materialları yığma zonasına bölün. Manipulyasiya zonası xarici hava yığımı 
şəbəkəsindən 10-15 sm dərinlikdə olmalıdır; 

 
Dezinfektantda  isladılmış  və  manipulyasiya  zonasında  işçi  səthə  yerləşdirilmiş  kağız 
dəsmal  təsadüfən  damcı  sıçraması  və  ya  düşməsi  zamanı  səthin  infeksiyalaşma  təhlükəsini 
azaldır. Dəsmal işi bitirdikdən sonra səliqə ilə bükülür və avtoklava qoyulur

 
BTŞ  masasının  bir  hissəsində  əlverişli  və  fiksə  olunmuş  yerdə  dezinfeksiyaedicini  və 
işlənmiş materialları yığmaq üçün qab yerləşdirin

 
İşə başlayarkən, əllər BTŞ-a daxil olduqdan sonra kiçik fasilə (60 san) verin. Bu müddət 
ərzində BTŞ bütün çirkli havanı ləğv edəcək

 
I  sinif  şkafdan  istifadə  etdikdə  işi  onun  işçi  sahəsində,  frontal  dəliyin  kənarından  10  sm 
aralıda aparın. II sinif şkafda işlədikdə bütün manipulyasiyalar ön havasoran şəbəkənin hüdudları 
xaricində aparılmalıdır; 

 
Çarpaz  kontaminasiyanın  qarşısını  almaq  məqsədilə  sınaq  şüşələrini  və  ya  konteynerləri 
bağlı tutmaq lazımdır; 

 
BTŞ-ın ventilyasiya sistemi sıradan çıxdıqda infeksion agentlə aparılan manipulyasiyaları 
dərhal dayandırın; 

 
İşin sonunda işçi səthləri və şkafdan çıxarılan bütün əşyaları dezinfeksiya edin, BTŞ-ın işçi 
zonasının şüalanması üçün UB bakteriosid lampanı qoşun; 

 
İnfeksiyalaşmış materialları BTŞ-dan xaric etməzdən öncə onları avtoklavlaşdırmaq üçün 
xüsusi paketlərə yerləşdirmək lazımdır; 

 
Əlləri şkafdan xaricə çıxartmazdan öncə ehtiyatla əlcəkləri çıxarın. İkiqat əlcəklər şkafda iş 
zamanı  üstünlük  verir:  əgər  iş  zamanı  xarici  əlcəklər  infeksiyalaşarsa,  əlləri  şkafdan  xaricə 
çıxartmadan əlcəkləri ehtiyatla çıxarmaq və yenilərini geyinmək olar

 
II  sinif  BTŞ-da  qaz  və  spirt  lampalarının  istifadəsi  məsləhət  deyil.  Bu  şkaflarda  belə 
lampaların istifadəsi artıqdır və eyni zamanda təhlükəlidir

 
Elektrik  enerjisi  kəsildikdə  və  filtr  dəyişdirildikdən  sonra  şkafı  işə  başlamazdan  öncə  5 
dəqiqəlik  qoşmaq  lazımdır.  İşçi  səthlər  mikobakteriyaları  məhv  edə  biləcək  konsentrasiyada 
dezinfeksiyaedici məhlulla silinir, sonra isə steril suda isladılmış salfetlə silinir; 

 
Hər  dəfə  filtri  dəyişdirməzdən  öncə,  təmir  və  texniki  qulluq  zamanı  BTŞ-ı  istehsalçının 
tövsiyələrinə müvafiq şəkildə dezinfeksiya etmək lazımdır.  
2. İxtisaslaşmış sorucu şkaflar 
Sorucu  şkafın  (SŞ)  əsas  təyinatı  onun  zərərli  maddələrlə  aparılan  laborator  proseduralar 
zamanı  zərərli  buxarları  işçi  səthdən  mexaniki  ləğvetmə  qabiliyyətidir.  Vərəm  əleyhinə 
müəssisələrin  BL-da  belə  maddələrə  fenol,  qeyri-üzvi  turşular,  rəngləyicilər  aiddir.  SŞ  zərərli 
kimyəvi  birləşmələrin  otaqlarda  yayılmasına  imkan  vermir.  SŞ-da  mikroskopiya  üçün 
preparatların  rənglənməsi  və  onların  sonrakı  qurudulması,  eləcə  də,  digər  manipulyasiyalar, 
məsələn, reaktivlərin hazırlanması aparılır.  
Sorucu şkaflara növbəti tələbatlar təqdim edilir:  

 
Mexaniki davamlılıq; 

 
Termodavamlılıq; 

 
Aqressiv kimyəvi birləşmələrə davamlılıq; 

 
Təhlükəsizlik  –  şkafın  hazırlandığı  material  yanar  olmamalı  və  tərkibində  azbest 
olmamalıdır.  


285 
 
 SŞ-ın  içində  ventilyatorlar  qurulmuşdur  və  bu  ventilyatorlar  kimyəvi  reaktivlər  saxlanan 
yerdən  və  işçi  sahələrdən  buxarların  təmizlənmə  mexanizmini  yaxşılaşdırır.  BL-da  SŞ 
modellərində havanı kimyəvi birləşmələrdən təmizləyən filtrlər (ümumi təyinatlı filtrlər) var.  
SŞ-da  hava  axınının  sürəti  hərəkətin  laminarlığı  və  bioloji  təhlükəsizlik  parametrləri  üzrə 
tənzimlənmir.  Bununla  əlaqədar,  SŞ-ın  BTŞ  ilə  birgə  istifadəsi  yol  verilməzdir.  Belə  ki,  SŞ 
infeksion  aerozolların  vaxtında  ləğv  edilməsini  təmin  etmir  və  tədqiq  olunan  nümunələrin 
krosskontaminasiyasına səbəb olur.  
SŞ-ın  qoşulması  və  işi  laboratoriyanın  digər  ventilyasiya  sistemlərinin  işini  pozmamalıdır. 
Otaqdakı  bütün  ventilyasiya  sistemlərinin  düzgün  işləməsi  üçün,  şkafı  söndürdükdə  onun 
havaötürücüsünü  qapayaraq  geri  axına  mane  olan  və  digər  lokal  ventilyasiya  sistemləri  və 
otaqlar arasında hava axınını istisna edən klapanlı SŞ-dan istifadə etmək daha münasibdir. 
3. Sorucu çətirlər. 
Bakterioloji  laboratoriyalarda  BTŞ-ın,  sentrifuqaların  üzərində  və  digər  xüsusi  təhlükəli 
zonalarda  sorucu  çətirlər  (kolpaklar)  qurulur,  bu  çətirlər  işçi  sahələrdən  havanın  aktiv  şəkildə 
xaric olunması üçün nəzərdə tutulur.  
II  sinif  BTŞ  üzərindəki  sorucu  çətir  infeksion  agentlə  bir  dəfə  təmasda  olmuş  havanı  işçi 
məkan  hüdudlarından  yox  etməyə  imkan  verir.  Bu  da  təhlükəsizliyi  maksimal  dərəcədə  təmin 
edir.  
LNT-nın  birləşdirildiyi  ventilyasiyon  havaötürücü  infeksion  aerozolun  xaricə  atılmasının 
qarşısını  alan incə təmizləmə filtrləri ilə, eləcə də, təchizat  söndükdə havanın  geri qayıtmasına 
mane  olan  qoruyucu  klapan  ilə  təchiz  olunmalıdır.  Belə  cihazların  hava  axınının  xətti  sürəti 
adətən 0.3 – 1 m/san-dən az olmur. 
Sınanmış  cihazın  (BTŞ,  SŞ,  eləcə  də,  digər  lokal-nəzarət  təchizatları)  adekvat  istifadəsi 
qapalı  yerlərdə  aerozolun  hərəkətinə  nəzarət  etməyə  imkan  verir  və  onların  yayılmasının 
qarşısını alır (və ya kifayət qədər azaldır). 
 
 
Şək. 7. Havanın II sinif BTŞ – dan əlavə sorucu çətirlə xaric edilmə sxemi. 
 Fərdi mühafizə vasitələrinin tətbiqi.
 
Ümumi məlumatlar 
Havanın BTŞ –
 dan 
çıxışı
 
Qeyri 

 hermetik 
keçirici 
Otaqdakı hava 
yarığa sorulur
 
Sorucu nasos 
Ç
ə
tir 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə