Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə132/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   129   130   131   132   133   134   135   136   137

289 
 
anatomiyasının  dəyişilməsi  zamanı 
(çapıqlar,  kosmetik  cərrahiyyə,  bədən 
çəkisinin 
nəzərəçarpacaq 
dərəcədə 
dəyişilməsi  və  s.)  hər  işçidə  ildə  bir 
dəfədən  az  olmayaraq  aparılır.  Testin 
aparılması  üçün  müəyyən  dada 
(saxarin,  acı)  malik  maddələr  istifadə 
olunur,  məsələn,  bitreks.  Əgər  test 
zamanı  işçi  respiratorda  istifadə 
olunan  maddənin  dadını  hiss  edirsə, 
respiratoru  üzə  daha  kip  oturtmaq 
lazımdır.  Bunun  üçün  respiratorun 
çərçivəsinin 
əyilən 
hissələrindən 
istifadə  olunur.  Əgər  təkrar  testdən 
sonra da dad saxlanılırsa, onda respiratorun ölçüsünü dəyişdirmək lazımdır. Əgər işçinin saqqalı 
varsa, o zaman hermetiklik əldə edilmədiyindən, həmin işçi respiratordan istifadə edə bilmir. Bu 
halda, üzə uyğunlaşma tələb etməyən müsbət təzyiqli PAPR elektrik naqilli xüsusi respiratordan 
istifadə  mümkündür.  Respiratorun  hermetiklik  testinin  (fit-test)  metodikası  cədvəl  3-də 
verilmişdir.  
Cədvəl 3. 
Bitreksdən istifadə etməklə respiratorun hermetiklik testinin aparılması 
İstifadə olunmuş vaxt 
0:00 
Çiləmələrin sayı 
10/20/30 
Məşq  
Adi tənəffüs 
0:30 
5/10/15 
1:00 
5/10/15 
Dərin tənəffüs 
1:30 
5/10/15 
2:00 
5/10/15 
Başı bir tərəfdən digərinə 
hərəkət etdirmək 
2:30 
5/10/15 
3:00 
5/10/15 
Başı yuxarı-aşağı hərəkət 
etdirmək 
3:30 
5/10/15 
4:00 
5/10/15 
Arasıkəsilməz danışıq 
4:30 
5/10/15 
5:00 
5/10/15 
Yerində qaçış/yeriş 
5:30 
5/10/15 
6:00 
 
Adi tənəffüs 
6:30 
5/10/15 
7:00 
Stop  
Qeydlərin bitməsi 
 
Fit-testin  aparılması  üçün  müəssisənin  rəhbəri  tərəfindən  hazırlıqlı  tibb  işçisi  (tibb  bacısı) 
təyin  olunur.  Fit-test  bitdikdən  sonra  mütləq  təhqiqat  protokolu  doldurulur,  burada  alınmış 
nəticələr qeyd edilir.  
Vərəm  əleyhinə  müəssisədə  cari  il  üçün  müəssisənin  rəhbəri  tərəfindən  təsdiq  olunan 
müxtəlif şöbələrin əməkdaşlarının fit-testi keçmə qrafiki tərtib olunur.  
 
Şəkil 8.7. Respiratorun hermetikliyinin keyfiyyət testi  


290 
 
Tibb  işçiləri  respiratorlardan  -  yüksək  risk  zonalarında  iş  zamanı  qısa  müddətli  mühafizə 
üçün;  pis  ventilyasiya  olunan  otaqlarda  vərəm  xəstələrinə  tibbi  yardım  göstərərkən;  bəlğəm 
ifrazetmənin  stimulyasiya prosedurları aparılarkən;  cəsədlərin  yarılması  zamanı;  bronxoskopiya 
və  ya  öskürək  və  aerozol  ifrazını  provakasiya  edən  digər  prosedurların  aparılması  zamanı; 
basilyar xəstə  ilə  müalicə və  qulluq prosedurlarının  aparılması  zamanı sıx təmasda;  basilyar və 
ya  şübhəli  xəstələrə  təcili  cərrahi  və  ya  stomatoloji  yardımın  göstərilməsi  zamanı;  bakterioloji 
laboratoriyalarda VMB aerozollarının əmələgəlmə təhlükəsi olan işləri apararkən istifadə edir. 
Respiratorlardan  istifadə  etmək  həmçinin,  basilyar  və  ya  şübhəli  xəstələrlə  təmasda  olmuş 
bütün  şəxslərə;  sanitar nəqliyyatda daşıma zamanı,  izolyatorlarda ziyarət zamanı, müalicəvi  və 
diaqnostik  prosedurlarda  iştirak  edən  tibb  personalına,  sürücülərə,  müşaiyət  edən  şəxslərə  və 
qohumlara məsləhət görülür.  
Fərdi  respirator  mühafizə  vasitələrinin  istifadəsinə  ehtiyac  olan  müəssisələrdə  ÜST 
mütəxəssisləri Respirator mühafizə proqramını tətbiq etməyi məsləhət görürlər. Bu proqram tibb 
işçiləri  və  xəstələrə  respirator  gigiyena  qaydaları,  konkret  şərtlərdən  asılı  olaraq  respirator 
mühafizə vasitələrinin seçimi, onların hermetiklik testinin aparılması üzrə təlimatı nəzərdə tutur.  
Respirator mühafizə proqramı özündə bunları birləşdirməlidir: 

 
Riskin qiymətləndirilməsi. 

 
Yüksək risk zonalarının identifikasiyası və qeyd olunması. 

 
Tibbi və köməkçi personalın təlimatlandırılması. 

 
Fərdi  mühafizə  vasitələrinə  tələbatın  qiymətləndirilməsi  və  büdcədə  vəsaitin 
planlaşdırılması. 

 
Tibbi personal üçün FFP2 və FFP3 respiratorlarının, xəstələr üçün maskaların alınması. 

 
Respiratorların hermetiklik testinin aparılmasının təşkili. 

 
Respirator mühafizə tədbirlərinin gözlənilməsinə nəzarət. 

 
Fit – testin aparılması üzrə məsul şəxsin təyini. 

 
Bütün personal üçün illik təlimat və fit-testin aparılması. 

 
Risk zonalarına uyğun müvafiq (say və müdafiə sinfi) respiratorların paylanması. 

 
Qeyd olunmuş yüksək risk zonalarında mütləq şəkildə respiratorlardan istifadə etmək. 

 
Fərdi respirator mühafizə tələblərini yerinə yetirməyən personala administrativ təsir. 
Şöbə  müdirləri  təlimə,  işçilərin  respiratorlardan  düzgün  istifadəsinə,  hermetiklik  testinin 
aparılmasına cavabdehdirlər.  
 


291 
 
TİBBİ TULLANTILARIN İDARƏ OLUNMASINA DAİR TƏLƏBLƏR
 
Ümumi müddəalar 
Bu tələblər “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununa 
dəyişikliklər və  əlavələr  edilməsi  barədə” Azərbaycan Respublikası  Qanununun tətbiq edilməsi 
barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 iyul tarixli 609 nömrəli Fərmanına 
əsasən  hazırlanmışdır və tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün müalicə-
profilaktika  müəssisələrindən  (bundan  sonra  –  MPM)  hasil  edilən  bütün  növ  tullantıların 
toplanılması,  saxlanılması,  emalı,  zərərsizləşdirilməsi  və  kənarlaşdırılması  qaydalarını 
müəyyənləşdirir. 
Bu qaydalar aidiyyatı üzrə baytarlıq təbabəti müəssisələrinə də şamil olunur. 
 
Tibbi tullantıların təsnifatı 
Profilindən  və  çarpayı  sayından  asılı  olmayaraq  MPM-in  fəaliyyəti  nəticəsində  morfoloji 
tərkibinə  və  təhlükəlilik  dərəcəsinə  görə  əmələ  gələn  tibbi  tullantılar  maye,  bərk  və  toz  şəkilli 
olaraq  “Təhlükəli  tullantıların  daşınmasına  və  kənarlaşdırılmasına  nəzarət  haqqında”  Bazel 
Konvensiyasına müvafiq təhlükəli tullantılar təsnifatı sisteminə aiddir.  
Tibbə  aid  bütün  tullantılar  epidemioloji  və  toksikoloji  təhlükəsizlik  dərəcəsinə  görə  dörd 
təhlükəlilik sinfinə bölünür (cədvəl 1).  
A sinfi. MPM-in təhlükəsiz tullantıları. 
B sinfi. MPM-in təhlükəli tullantıları. 
C sinfi. MPM-in xüsusi təhlükəli tullantıları. 
D sinfi. MPM-in tərkibinə görə sənaye tullantılarına yaxın olan tullantıları. 
 
 
Müalicə profilaktika müəssisələri tullantılarının təsnifatı  
Təhlük
əlilik 
kateqoriyas
ı 
A sinfi 
(təhlükəsiz) 
B sinfi 
(təhlükəli) 
C sinfi 
(xüsusi 
təhlükəli) 
D sinfi 
(tərkibi 
sənaye 
tullantılarına 
yaxın olan) 
Morfoloji 
tərkibinə 
görə 
səciyyələndi
rilməsi  
Yoluxucu 
xəstəxanalarla, 
pasiyentlərin 
bioloji mayelərlə 
təmasda olmayan 
tullantıları, qeyri-
toksiki tullantılar.  
MPM, yoluxucu 
xəstəliklər 
xəstəxanalarının 
(o cümlədən dəri-
zöhrəvi, 
ftiziatriya) istisna 
Potensial 
yoluxucu 
xəstəliklərlə 
təmasda olmuş 
tullantılar. İfrazat, 
o cümlədən qanla 
çirklənmiş 
materiallar və 
alətlər. 
Patoloqoanatomik 
tullantılar, 
xəstələrin üzvi 
cərrahiyyə 
Xüsusi 
təhlükəli 
yoluxucu 
xəstəliklərə 
yoluxmuş 
xəstələrin 
təmasda olduğu 
materiallar.  
1-4-cü qrup 
patogen 
mikroorqanizml
ərlə işləyən 
laboratoriyaların 
Vaxtı 
keçmiş dərman 
preparatları, 
dərman və 
diaqnostik 
preparatların 
tullantıları, 
yararlılıq 
müddəti bitmiş 
istifadəyə 
yararsız 
dezinfeksiya 
vasitələri, 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə