Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə128/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   124   125   126   127   128   129   130   131   ...   137

280 
 
düşməməlidir. Hər iki zonanın otaqları öz kateqoriyasına və təmizlik sinfinə müvafiq olmalı və 
havanın  təyin  olunmuş  bakterial  konsentrasiyasını  aşmamalıdır.  Havanın  “çirkli”  zonadan 
“təmiz”  zonaya  axma  ehtimalının  qarşısını  almaq  üçün  zonalar  arasında  artıq  təzyiqli  tambur-
şlüz olmalıdır.  
PBA  ilə  iş  üçün  nəzərdə  tutulan  otaqlarda  mənfi  təzyiq  yaradılmalıdır,  yəni,  havanın 
sorulması  onun  verilməsindən  üstün  olmalıdır.  Hava  belə  otaqlardan  ara  otaqlara  və  dəhlizlərə 
düşməməli və onları çirkləndirməməlidir. Belə otaqlar da təmiz hava verici ventilyasiya ilə təmin 
edilməli,  onun  sorulması  isə,  həm  ümumi  ventilyasiya,  həm  də  yerli  sorucu  qurğularla 
aparılmalıdır. Ventilyasiyanın iş rejimi 6 dəfədən az olmayan hava mübadiləsini təmin etməlidir.  
BTŞ ilə təchiz olunmuş laboratoriya otaqlarına verici qurğularla ötürülən xarici hava C4 və 
F9 filtrlərində iki pilləli təmizlik keçir. 
Beləliklə,  işçi  otaqlarda  havanın  ventilyasiya  sistemləri  istənilən  iş  rejimində  infeksion 
aerozolun  otağın  hüdudlarından  kənara  çıxmasının  qarşısını  almalıdır.  Bu  problem,  qismən, 
dəhlizlərdə daha yüksək müsbət hava təzyiqi yaratmaqla həll olunur.  
Laboratoriyalarda yüksək risk otaqlarının pəncərələri hermetik olmalıdır. 
Laboratoriyanın  ventilyasiya  sistemi  elə  layihələndirilib  qurulmalıdır  ki,  onun  işi 
pozulduqda  xarici  hava  əsasən  PBA-siz  iş  zonalarına  daxil  olsun,  sorulan  hava  isə  PBA  ilə  iş 
zonalarından xaric olsun. 
Ventilyasiya  qurğularının  və  sistemlərinin  istismarı  və  onların  işinə  nəzarət,  bütövlükdə, 
mütəxəssislərə həvalə olunmalı və “Səhiyyə obyektlərində ventilyasiya qurğularının istismarı və 
effektivliyinə nəzarət üzrə təlimat”a müvafiq aparılmalıdır. 
 
          Bakterioloji laboratoriyalarda hava axınına lokal nəzarət təchizatı 
Hava  axınına  lokal  nəzarət  təchizatı  (LNT)  infeksiyalaşmış  havanı  işçi  zonadan  xaric 
etməklə  laboratoriya  personalını  PBA-a  yoluxmadan  mühafizə  etməyə  xidmət  edir  və  bunları 
özündə birləşdirir: 

 
Bioloji təhlükəsizlik şkafları (BTŞ) 

 
Sorucu şkaflar (SŞ) 

 
Sorucu çətirlər və digər texniki qurğular 
1.Bioloji təhlükəsizlık şkafları.  
Bakterioloji  laboratoriyalarda  müasir  iş  qaydalarına  müvafiq  olaraq  VMB-na  yoluxmuş 
materiallarla manipulyasiyaların yalnız sənaye istehsalı olan və sertifikasiyalı BTŞ-da aparılması 
məsləhət  görülür.  Hazırda  bir  çox  laboratoriyalardakı  bokslaşdırılmış  otaqlar  PBA  və 
mikobakteriyaların  klinik  kulturaları  ilə  iş  üçün  yararsızdır.  Belə  ki,  operator  mikrob 
aerozolundan,  şərti  olaraq,  yalnız  respiratorla  (onun  varlığında)  mühafizə  olunur  və  mahiyyət 
etibarı  ilə,  aerozolların  yayılma  və  generasiya  zonasında  yerləşir.  Bu  şərtlərdə  laboratoriya 
personalının VMB-na yoluxmadan mühafizəsinə zəmanət vermək olmur. 
Praktik laborator standartlara əməl etməklə, əmələ gələn aerozolun izolyasiyası və vaxtında 
ləğvi  üçün nəzərdə tutulmuş  BTŞ-dan istifadə  edərək, mikroorqanizmlərin aerozollar vasitəsilə 
yayılmasını minimuma endirmək olar. 
Bəzi  BTŞ  modelləri  havada  asılı  olan  mikroorqanizmləri  zərəsizləşdirmək  üçün  qurğulara 
malikdir. Bu da Micobacterium tuberculosis suspenziyaları ilə işlədikdə xüsusi əhəmiyyət kəsb 
edir. 
Vertikal  hava  axını  olan  I  sinif  BTŞ  ətraf  mühit  və  operatorun  mühafizəsi  üçün  nəzərdə 
tutulub. 


281 
 
I  sinif  BTŞ-da  hava  axını  frontal  pəncərədən  (operator  tərəfdən)  təxminən  70  sm/san-lik 
xətti sürətlə keçir və şkafın işçi sahəsini “yuyur” (şək.5). Bəzi hallarda, bu, diaqnostik materialın 
otaq havasındakı mikroorqanizmlərlə daima çirklənmə ehtimalı üzündən xoşagəlməz ola bilər.  
Hava  BTŞ-dan  xaric  olarkən  HEPA-filtrdən  keçir.  Maksimal  təhlükəsizliyi  təmin  etmək 
məqsədilə,  I  sinif  BTŞ-dan  xaric  olan  hava  laboratoriya  hüdudlarından  kənara,  havanın  geriyə 
qayıtmasının  qarşısını  alan  klapanlarla  təchiz  olunan,  sərbəst,  hermetik  birləşdirilmiş 
havaötürücü vasitəsilə çıxarılır.  
Belə  BTŞ-ın  qurulması  və  onların  imkanları  laboratoriya  personalına  diaqnostik 
materialların qəbulu və onların qiymətləndirilməsi, dekontaminasiyaedici məhlullarla işlənməsi, 
nativ  yaxmaların  hazırlanması,  sonrakı  rəngləmə  və  mikroskopiya  və  s.  məqsədilə  onlardan 
istifadə etmək imkanı verir. 
 
 
Şək. 5. I sinif BTŞ – da havanın hərəkət sxemi. 
 
II sinif BTŞ ətraf mühit və operatorun mühafizəsi üçün nəzərdə tutulduğu kimi, operatorun 
işlədiyi  materialların  mühafizəsini  də  təmin  edir.  Bu  qurğular  yuxarıda  göstərilmiş 
məhdudiyyətlərdən azaddır. 
Operatorun  mühafizəsi  frontal  pəncərənin  aşağı  hissəsində  yerləşmiş  şəbəkədən  havanın 
şkafın içinə sorulması ilə həyata keçirilir. Şkafın işçi sahəsinin yuxarı hissəsində yerləşən HEPA 
və ya ULPA-filtrlərdən keçən havanın BTŞ-ın işçi zonasına yuxarıdan aşağıya doğru verilməsi 
sayəsində  materialın  çirklənməsinin  qarşısı  alınır.  Nəticədə,  təmizlənməmiş  xarici  havanın 
birbaşa  BTŞ-ın  işçi  səthinə  düşməsinə  və  ya  işçi  zonanın  steril  havası  ilə  qarışmasına  imkan 
olmur.  Hava  hərəkəti  -  “hava  kilidi”  deyilən  vəziyyət  yaradır  ki,  bu  da  operatoru 
infeksiyalaşmadan,  diaqnostik  materialı  isə  kontaminasiyadan  mühafizə  edir.  Hava  axınının 
təxminən 1/3 hissəsi  ön şəbəkədən sorulur, qalan hava isə işçi səthin arxa şöbəsində  yerləşmiş 
boylama və ya yan şəbəkələrdən keçərək resirkulyasiya edilir (şək.6). 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə