Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə125/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   121   122   123   124   125   126   127   128   ...   137

274 
 
(hava  axınının  ventilyasiya  şəbəkələrindən  hərəkət  sürətini  ölçmək  üçün)  cihazlarından 
istifadədir.  Gündəlik  praktikada  nazik  kağız  vərəq  və  ya  maqnit  lent  ilə  olduqca  asanlıqla, 
havanın istiqamətini təyin etmək olur.  
Vərəm  əleyhinə  müəssisənin  hər  birində  müəssisə  rəhbərinin  əmri  ilə  ventilyasiya 
sistemlərinin istismarı üzrə məsul şəxs təyin olunmalıdır. Ventilyasiya sistemləri istismara yalnız 
pasportla təsdiqlənən sazlanma işlərindən sonra qəbul  olunur. Sazlanma işləri  yalnız lisenziyalı 
təşkilatlar  tərəfindən  aparılmalıdır.  Yenidən  montaj  edilmiş  və  rekonstruksiya  olunmuş 
ventilyasiya  sistemlərini  təhvil  alarkən,  şübhə  yarandıqda,  sistemin  layihə  və  pasport 
göstəricilərinə müvafiq olaraq, ventilyasiya parametrlərinə (hava sərfi, havanın istiqaməti və s.) 
uyğun olub-olmamasını yoxlamaq üçün sərbəst ekspertləri cəlb etmək tövsiyə edilir.  
Ventilyasiya sistemlərinin texniki baxımının müntəzəmliyi:  

 
Ayda  bir  dəfədən  az  olmayaraq,  filtrlərin  çirklənmə  dərəcəsini  və  qurğuların  havanı 
zərərsizləşdirmə işininin effektivliyini yoxlamaq lazımdır; 

 
Filtrlər çirklənmə dərəcəsinə görə, lakin istehsalçı şirkət tərəfindən təyin  edilən tezlikdən 
az olmayaraq, dəyişilməlidir; 

 
Havalandırma  və  ventilyasiya  sistemlərinin  profilaktik  baxışı  və  bərpası  təsdiqlənmiş 
qrafikə müvafiq olaraq, ildə 2 dəfədən az olmayaraq aparılmalıdır; 

 
Cari nasazlıqlar və qüsurlar təxirəsalınmadan bərpa edilməlidir. 
İnfeksion  xəstəxanalarda,  bakterioloji,  kliniki-diaqnostik,  patomorfoloji  və  digər 
laboratoriyalarda,  rentgen  kabinetlərdə  6  aydan  bir,  digər  bölmələrdə  isə  12  aydan  bir  müalicə 
müəssisəsinin  administrasiyası  tərəfindən  mikroiqlimin  parametrlərinə,  havanın  bakterial  və 
kimyəvi  çirklənməsinə,  ventilyasiya  sistemlərinin  işinə  və  hava  mübadiləsinin  tezliyinə  nəzarət 
təşkil edilir.  
Ventilyasiya  qurğularının  istismarı  “Səhiyyə  obyektlərində  ventilyasiya  qurğularının 
istismarı və onların effektivliyinə nəzarət üzrə təlimat”a müvafiq şəkildə aparılmalıdır.  
MPM-nin illik büdcəsində ventilyasiya sistemlərinin servis xərcləri (hər il üçün ventilyasiya 
və kondisiyalaşdırma sistemlərinin qiymətinin 5 – 10 %-i qədər) təsvir edilməlidir.  
             
Havanın filtrasiyası 
Filtrasiya  prinsipi  havanın  ventilyasiya  sistemlərində  və  ya  resirkulyator  tipli 
havatəmizləyicilərdəki  filtrlərdən  keçərkən  kontagioz  mikrob  hissəciklərindən  təmizlənməsinə 
əsaslanır. Filtrasiya olunmuş hava xaricə verilir və ya yenidən otağa resirkulyasiya olunur.  
1.
 
Təyinatına və effektivliyinə görə - kobud təmizləmə (G1 – G4 sinfi), incə təmizləmə 
(F5 – F9 sinfi) filtri, yüksək effektiv filtr – HEPA (H10 – H14 sinfi) və ən yüksək effektiv (U15 
– U17 sinfi) filtrlər ayırd edilir.  
MPM-də havanın tələb olunan bakterial təmizliyini təmin etmək və qoruyub saxlamaq üçün 
mikroorqanizmlərin 95 %-dən az olmayan inaktivasiyasını təmin edən filtrlər tətbiq edilir.  
Havatəmizləyici  sistemin  filtrasiya  koefisienti  filtrlərin  keyfiyyətindən,  onların  düzgün 
quraşdırılmasından  və  vaxtında  qulluqdan  asılıdır.    Filtrləri  dayaq  karkasına  yerləşdirərkən 
buraxılan hətta ən kiçik boşluqlar qurğunun işinin effektivliyini ciddi şəkildə pisləşdirir. Kifayət 
qədər mexaniki möhkəm olmadığından filtrlər daşınma və montaj zamanı zədələnə bilər. Filtrdə 
cırıqlar və dəliklər olduqda filtrasiya əhəmiyyətli dərəcədə azalır və hissəciklərin filtri keçməsi 
nəzərəçarpacaq dərəcədə artır.  


275 
 
HEPA  filtrlərinin  filtrasiya  koefisienti,  həmçinin,  hava  axınının  sürətindən  və  rütubətdən 
asılıdır.  Bununla  əlaqədar,  filtrasiya  prosesinin  stabilliyini  qorumaq  üçün  təmizlənməyə  daxil 
olan havanın temperaturunun və rütubətinin sabit qalmasını təmin etmək zəruridir.  
Bəzi məkanlar verici-sorucu ventilyasiya sisteminin tərkibində, havanın zərərsizləşdirilməsi 
üçün  yüksək  effektiv  filtrlərdən  istifadə  etməklə,  havanın  çoxpilləli  filtrasiyasını  tələb  edir. 
Filtrlərin  xidmət  müddətini  uzatmaq  və  belə  məkanların  təmizliyini  etibarlı  şəkildə  qorumaq 
üçün  havanın  2  və  ya  3  pilləli  filtrasiyasından  istifadə  olunur  (məsələn,  G4,  F9,  H11  –  sinif 
filtrləri ilə).  
Qurğunun  fəaliyyətinin  effektivliyinə  müntəzəm  nəzarət  etmək  və  təyin  edilmiş  vaxtlarda 
filtrləri dəyişdirmək vacibdir.  
2.
 
Yüksək effektiv hava filtrləri (resirkulyator hava təmizləyicilərdə) mexaniki ventilyasiya 
qurğularının  quraşdırılması  üçün  əlverişli  şərait  olmayan  qapalı  məkanlarda  havanın  alternativ 
təmizlənmə üsulu kimi istifadə oluna bilər. 
Havatəmizləyicilər  otaq  havasının  sorulmasını,  eləcə  də,  HEPA  filtrasiya,  kataliz,  UB 
bakteriosid  şüalanma  və  s.  hesabına  onun  infeksion  aerozollardan  təmizlənməsini  və  havanın 
yenidən otağa verilməsini təmin edir.  
Lazımi nəzarət olmadıqda və vaxtında qulluq edilmədikdə hava təmizləyicilər özləri havanın 
infeksiyalaşmasına səbəb ola bilər.  
Vərəmin  nozokomial  transmissiyasını  azaltmaq  məqsədilə  bu  qurğulardan  istifadəyə  dair 
məsələlərin həllində aşağıdakıları nəzərə almaq lazımdır:  

 
Yüksək maliyyə; 

 
Qısa  təsir  radiusu,  buna  görə  hava  təmizləyicilər  infeksion  aerozol  mənbələrinin 
yaxınlığında quraşdırılmalıdır; 

 
Tərkib  hissələrinin  dəyişilməsi  və  baxımına  dair,  çox  zaman  bahalı  olan,  nizamlı  işlərin 
müntəzəm şəkildə aparılma zərurəti

 
Bir  sıra  sınanmış  qurğuların  istifadəsinin  ilk  aylarında,  hətta  onların  nizamlı  baxımı 
aparıldıqda belə, effektinin əhəmiyyətli dərəcədə azalması; 

 
 Elektrik  və  elektromaqnit  sahələrindən  istifadə  edən  hava  təmizləyicilərinin  işi  zamanı 
məkanlarda ozonun konsentrasiyasının artma ehtimalı.  
                
Ultrabənövşəyi bakteriosid cihazların tətbiqi 
UB şüalandırıcılar mikroorqanizmlərə təsirinə görə fotobioloji təsirli qurğulara aid edilir. 
Dalğa  uzunluğu  200  –  300  nm  olan  ultrabənövşəyi  bakteriosid  şüa  müəyyən  şərtlərdə 
mikroorqanizmlərin  məhvinə  (inaktivasiyasına)  gətirib  çıxarır.  UB  şüalanma  bakteriyalar, 
viruslar,  göbələklər  və  mikroorqanizmlərin  sporları  daxil  olmaqla,  bəzi  mikroorqanizmlərə 
münasibətdə, geniş  spektrli  antimikrob təsirə  malikdir. UB şüalanmanın  maksimum  bakteriosid 
təsiri 254 nm dalğa uzunluğundadır.  
UB  şüalandırıcının  əsas  təyinatı  mikroorqanizmlərə  bakteriosid  ultrabənövşəyi  şüalanma 
yolu ilə təsir edərək səthlərin və havanın mikroorqanizmlərlə çirklənməsini azaltmaqdır.  
UB  zərərsizləşdirmə  metodunun  öz  çatışmayan  cəhətləri  və  məhdudiyyətləri  var.  Əsas 
problemlər  tibb  işçiləri  və  xəstələrdə  yaranan  xoşagəlməz  reaksiyalardır  (məs.,  selikli  qişaların 
kəskin və xroniki dəyişiklikləri, gözlərin zədələnməsi), bunlar bakteriosid lampaların montaj və 
texniki baxım qaydalarının pozulması zamanı baş verir.  
Bununla  bərabər,  UB  bakteriosid  cihazların  nəzarət  vasitələrindən  (UB-radiometr)  istifadə 
etməklə  düzgün  tətbiqi  onların  təsirini  daha  effektiv  edir.  Belə  lampaların  istifadəsinə  ehtiyac 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə