Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə136/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   129   130   131   132   133   134   135   136   137

299 
 

 
Vərəm  infeksion  xəstəlik  olub,  insandan  insana  yoluxur,  düzgün  müalicə  olunmadıqda 
əlilliyə və ölümə gətirib çıxarır. 

 
Müvafiq müalicə aparıldıqda vərəm tam sağalır.  

 
Vərəmin qarşısını almaq mümkündür. 
Vaxtında və tamdəyərli aparılmış SMİ həssas vərəm və dərmana davamlı vərəm hallarının 
səviyyəsini azaltmağa imkan verir.  
 VƏRƏMLİ XƏSTƏLƏRİN SOSİAL DƏSTƏYİ 
Dünyanın müxtəlif regionlarında xəstələrin təyin olunmuş müalicə kursuna riayət etməməsi 
vərəmə  nəzarət  proqramlarının  əsas  problemlərindən  biridir.  Xəstələrin  20-50%-i  müalicə 
kursunu tamamlamır, nəticədə xəstəlik xroniki hala keçir və xəstə əmək qabiliyyətini itirir, xəstə 
yoluxucu  olur  və  bu  da  xəstəliyin  cəmiyyətdə  yayılmasına,  dərmana  davamlı  vərəmin  və  ölüm 
hallarının artmasına səbəb olur. Xəstənin müalicəyə olan münasibətini dəqiq proqnozlaşdırmaq 
mümkün  olmasa  da,  keçmişdə  müalicə  rejiminə  riayət  olunmaması,  işsizlik,  miqrasiya,  ailə 
tərəfindən  dəstəyin  olmaması,  evsizlik,  spirtli  içkilərdən  və  narkotiklərdən  istifadə,  psixi 
pozğunluqların  olması  və  s.  kimi  risk  faktorları  müalicənin  yarımçıq  kəsilməsini  qabaqcadan 
təyin etməyə imkan verir. Xəstənin maddi durumu müalicəyə intizamlı şəkildə yanaşmanı təmin 
edir. Müalicə effektivliyini artırmaq və müalicə kursunun yarımçıq kəsilməsinin qarşısını almaq 
üçün  sosial-psixoloji  tədirlərin  aparılması  yolu  ilə  müalicənin  yarımçıq  kəsilməsi  səviyyəsinin 
azalması  üzrə  strategiya  hazırlanmalıdır.  Yarımçıq  kəsilmiş  müalicənin  səviyyəsini  azaltmağa 
imkan verən tədbirləri aşağıdakı istiqamətlərə bölmək olar: 

 
Vərəm xidməti tərkibində tibbi yardım sisteminin təşkili 

 
Bilavasitə xəstəyə sosial-psixoloji təsir sistemi 

 
Xəstələrlə sanitar-maarif işi 

 
İctimai, dini və qeyri-hökumət təşkilatlarının iştirakı 
Yadda  saxlamaq  lazımdır  ki,  hər  xəstənin  probleminə  fərdi  yanaşma  olmalıdır.  Vərəm 
xəstələrinə sosial-psixoloji dəstək  üçün müvafiq  tədbirlər  görülməlidir. Xəstələrə  tibb personalı 
tərəfindən daha müsbət münasibət bəslənilməlidir. 
Xəstələrin  stasionardan  evə  yazılması  düzgün  planlaşdırılmalı  və  xəstə  barədə  məlumatlar 
stasionardan ambulatoriyaya və əksinə ötürülməlidir. 
Vərəmin uğurlu müalicəsinin şərtlərindən biri müalicənin sona çatdırılmasıdır. Bu məqsədə 
nail  olmaq  üçün  dövlət  və  qeyri-hökumət  təşkilatları  həvəsləndirmə  növlərindən  də  istifadə 
etməlidir. Vərəm xidmətinin stasionar və ambulator mərhələləri arasında sıx əlaqə saxlanılmalı, 
BMoT  kabinetləri  xəstənin  yaşayış  yerinə  maksimal  dərəcədə  yaxın  olan  tibb  məntəqələrində 
təşkil olunmalıdır. 
Məlumdur ki, yalnız tibb yönümlü tədbirlərin görülməsi ilə yaranmış vəziyyətdən çıxış yolu 
tapmaq  qeyri-mümkündür.  Bu  tədbirləri  sosial,  məlumatlandırıcı  və  təhsil  yönümlü  tədbirlərlə 
gücləndirməklə  və  ümumiyyətlə,  ictimaiyyətin  diqqətini  vərəmlə  mübarizəyə  və  bununla  da 
ölkənin  inkşafına  neqativ  təsir  edən  problemlərə  yönəltmək,  aktiv  hərəkətə  gətirmək  və  bu 
mübarizədə  səmərəli  olan  bütün  tərəfdaşlara  müxtəlif  növ,  o  cümlədən,  maliyyə  yardımını 
gücləndirməyə sövq etmək lazımdır.  
Kommunikasiya üzrə tədbirlər – vərəmin aşkar olunması və müalicəsi üzrə öz vəzifələrini 
yüksək peşəkarlıq səviyyəsində yerinə  yetirmələrini təmin etmək üçün ÜMŞ və vərəm əleyhinə 
xidmətin tibb işçilərinə, vərəmlə əlaqəli problemlərin daha dürüst və daha aktiv işıqlandırılması 
məqsədi ilə KİV-ə, vərəmə şübhə yarandıqda vaxtında tibbi yardım üçün müraciətə sövq etmək, 


300 
 
vərəm  haqqında  məlumat  səviyyəsinin  artırılması  və  həmçinin  vərəmlə  əlaqədar  stiqma 
səviyyəsinin  aşağı  salınması  məqsədi  ilə  əhaliyə  və  ayrılıqda  məqsədyönlü  qruplara,  həmçinin, 
tam  və  düzgün  müalicə  kursunun  alınması  məqsədilə  vərəmli  xəstələrə  və  onların  əhatəsində 
olan insanlara yönəldilmişdir. 

 
Sosial  səfərbərlik  üzrə  tədbirlər  –  vərəm  probleminin  ümumi  ictimai  problem  olması 
haqqında məlumatı vətəndaşlara xatırlatmaq üçün, onların vərəmli xəstələrə və onların ailələrinə 
yardım  etməyə  sövq  etmək  üçün,  belə  xəstələrə  neqativ  münasibətin  dəyişdirilməsi  üçün 
ictimaiyyətin müxtəlif təbəqələrinə yönəldilmişdir. 
VƏRƏMLƏ MÜBARİZƏDƏ KOMMUNİKASİYA VƏ SOSİAL SƏFƏRBƏRLİK 
Vərəm  törədicisinin  aşkar  olunduğu  gündən  bəri  keçən  100  il  ərzində  tibbin  inkşafı 
nəticəsində  bu  təhlükəli  xəstəliklə  mübarizədə  çox  nailiyyətlər  əldə  olunmuşdur.  Lakin  2011-
2015-ci  illər  üçün  “Stop  TB”  Tərəfdaşlarının  “Vərəmi  dayandırmaq”  adlı  Qlobal  planında 
qarşıya qoyduğu məqsədlərə çatmaq üçün tibbi problemlərin (diaqnostikanın təkmilləşdirilməsi, 
yeni dərman və peyvəndlərin hazırlanması) həlli ilə kifayətlənmək olmaz. Vərəmlə mübarizənin 
nəticələrinə  təsir  göstərən  çoxsaylı  siyasi,  iqtisadi  və  sosial  problemlərə  daha  böyük  diqqət 
yetirilməlidir.  
Kommunikasiya  və  sosial  səfərbərlik  (KSS)  –  beynəlxalq,  milli  və  yerli  səviyyələrdə 
vərəmlə  mübarizə  məsələlərinin  həllində  yardımçı  olan  tədbirlər  kompleksidir.  Ümumdünya 
Səhiyyə Təşkilatı (ÜST) və Stop TB KSS-ə vərəmə nəzarətin əsas komponentlərindən biri kimi 
yanaşır. Bu tədbirlər aşağıdakılara imkan verir: 

 
vərəmə  nəzarətin  həyata  keçirilməsində  zəruri  olan  siyasi  və  maliyyə  dəstəyinin 
alınmasına; 

 
əhalinin  vərəm  haqqında  biliklərini  artırmaqla  və  bununla  da  vərəmin  aşkarlanmasının 
yüksəldilməsinə,  müalicəyə  cəlb  edilməsinə  və  vərəmli  xəstələrin  və  onların  ailə  üzvlərinin 
stiqmalaşdırılmasına  və  diskriminasiyasına  gətirib  çıxaran,  bu  xəstəlik  haqqında  ictimaiyyət 
arasında mövcud olan qeyri-düzgün anlayışın dəyişdirilməsinə;  

 
vərəmin  diaqnostikası  və  müalicəsi  üzrə  aparılan  tibbi  xidmətlərin  keyfiyyətinin 
yaxşılaşdırılmasına; 

 
ictimaiyyətin  müxtəlif  təbəqələrini  və  ilk  növbədə  epidemiya  toxunmuş  insanları  vərəmə 
nəzarətə cəlb etmək.  
 
Kommunikasiya  biliklərin  artırılması,  münasibətin  və  davranışın  dəyişdirilməsi  məqsədi 
daşıyan  ikitərəfli  mübadilə  prosesidir.  Kommunikasiya  məlumatlandırmaq,  öyrətmək, 
inandırmaq,
 
məsləhətləşmək  üçün  istifadə  olunur.  Vərəmlə  mübarizə  kontekstində 
kommunikasiya  ilk  növbədə  ümumi  əhaliyə  və  ayrı-ayrı  spesifik  icmalara  vərəm  haqqında 
məlumatın  təqdim  olunmasına  yönəldilmişdir.  Bu  isə  vərəmə  şübhə  yarandıqda  tibbi  yardım 
almaq üçün müraciətin stimullaşdırılmasına, tam və düzgün müalicə kursunun təmin edilməsinə, 
ictimaiyyətdə  vərəm  xəstələrinə  və  onların  ailə  üzvlərinə  dəstək  atmosferini  yaratmağa  və  s. 
imkan verəcək  
Kommunikasiya üzrə tipik tədbirlərin nümunələri: 

 
vərəm  üzrə  məlumatlandırıcı  materialların  hazırlanması  və  əhalinin  müxtəlif  icmaları 
arasında yayılması; 

 
vərəm  və  vərəmli  xəstələrin  vəziyyəti  haqqında,  diaqnostika  və  müalicə  xidmətləri  üzrə 
radio- və televiziya verilişləri; 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə