VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə7/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   2   3   4   5   6   7   8   9   10   ...   173

 
12 
Bəşəri  inkişafın  dönüş  nöqtəsini  təşkil  edən  müasir  dövrdə  tale  Azərbaycan  xalqına  çağdaş  və 
müstəqil  dövlətçilik  fəlsəfəsini  milli  irs  və  təfəkkür  bazası  əsasında  formalaşdırmış  və  reallaşdırmış 
Heydər  Əliyev  dühasını  və  onun  layiqli  davamçısı  olan  qlobal  düşüncəli,  vətənsevər  İlham  Əliyev 
zəkasını bəxş etmişdir.  
Məlum  olduğu  kimi,  mürəkkəb  və  çoxtərəfli  sistemə  malik  olan  beynəlxalq  iqtisadi  və  maliyyə 
mühiti daim hərəkətdə, təkamüldə olan bir sistemdir. Bu dinamikliyin hərəkətverici qüvvəsini dünyada 
yeni  istehlak  sahələrinin  açılması,  istehsal  sferasında  yeni  texnoloji  əlaqələrin  və  onun  beynəlxalq 
tənzimlənməsinin  daim  yenilənməsi,  maliyyə  innovasiyaları  təşkil  edir.  Azərbaycan  iqtisadiyyatının 
qlobal  iqtisadi  proseslərə  intensiv  inteqrasiya  etdiyi,  xarici  maliyyə  və  ticarət  əlaqələrinin 
liberallaşdırıldığı və yenidən qurulduğu bir şəraitdə həyat elm və praktika qarşısında yeni-yeni vəzifələr 
qoyur.  
Ümummilli  liderimiz  Heydər  Əliyev  29  dekabr  2000-ci  ildə  yeni  əsr  və  üçüncü  minillik 
münasibətilə  Azərbaycan  xalqına  müraciətində  ölkə  qarşısında  duran  strateji  xətti  belə  müəyyən 
etmişdir:  “Bəşəriyyətin  qədəm  qoyduğu  müasir  inkişaf  mərhələsində  öz  layiqli  yerimizi  tapmaq  üçün 
gərək biz zamanın tələbləri ilə uyğunlaşa bilək, qarşımızda duran bir çox ciddi problemləri həll etməyə 
qadir olaq, ümdə vəzifələrimizə uyğun müvafiq proqramları həyata keçirməyə nail ola bilək”.  
Xalqın  çağırışına  səs  verəcək  dövlət  müstəqilliyinin  mövcudluğunun  qorunub  saxlanılması  və 
ölkənin sosial-iqtisadi inkisafının sürətləndirilməsi məsuliyyətini öz üzərinə götürmuş ümummilli lider 
Heydər  Əliyev qarşıda duran tarixi vəzifələri aydın  şəkildə dərk  edirdi.  O, 1993-cü  il oktyabr ayında 
ölkə Prezidenti kimi ilk dəfə and içərkən tam əminliklə qeyd edirdi: ”Vəzifə dünyanın bütün dövlətləri 
ilə  bərabərhüquqlu,  qarşılıqlı  faydalı  əlaqələr  yaratmaq  və  inkişaf  etdirməkdən,  bu  əlaqələrdən  həm 
Azərbaycan  Respublikasının  beynəlxalq  mövqelərini  möhkəmləndirmək  üçün,  həm  də  respublikanın 
iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün istifadə etməkdən ibarətdir ”.  
 Ulu  öndər  Heydər  Əliyevin  müdrikliyi,  dünyada  gedən  mürəkkəb  prosesləri  dərindən  bilmək, 
Azərbaycan  xalqının  mənafeyi  üçün  onlardan  məharətlə  istifadə  etmək  qabiliyyəti  doğma  vətənimizi 
tarixin  ağır  sınaqlarından  uğurla  çıxararaq  XXI  əsrdə  dinamik  inkisaf  etməsi  üçün  möhkəm  zəmin 
yaratdı.  
 “Odlar  yurdu”  adlanan  doğma  yurdumuzun,  2003-cü  ildən  sonrakı  inkisaf  tarixi  layiqli  varis 
İlham Əliyevin rəhbərliyi ilə tarixi səlnamələrə yazılmağa başlanmışdır. Cənab İlham Əliyev 2003-cü il 
oktyabrın 31-də keçirilmiş andiçmə mərasimində qeyd edirdi: “Azərbaycanı qüdrətli dövlətə çevirmək 
üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış 
edərkən,  Azərbaycan  xalqına  söz  verirəm  ki,  bu  siyasətə  sadiq  qalacagam,  hec  vaxt  bu  yoldan 
dönməyəcəyəm”.  
Yeni  tarixi  şəraitdə  Heydər  Əliyev  ideyalarının  uğurla  həyata  keçirilməsində,  ölkənin  sürətli 
sosial-iqtisadi  inkisafının  təmin  olunmasında,  dünya  standartlarına  yaxınlaşdırılmasında  İlham 
Əliyevin malik olduğu fenomenal səxsiyyəti mühüm rol oynayır. 1 oktyabr 2003-cü il tarixində Onun 
şəxsi keyfiyyətləri haqqında Azərbaycan xalqına müraciətində Ulu  öndər Heydər Əliyev belə yazırdı: 
“O,  yüksək  intellektli,  praqmatik  düşüncəli,  müasir  dünya  siyasətini  və  iqtisadiyyatını  gözəl  bilən, 
enerjili  və  təşəbbüskar  bir  şəxsiyyətdir.  ”  Ümummilli  liderimiz  bütün  digər  məsələlərdə  olduğu  kimi 
Azərbaycan xalqının gələcək taleyi ilə bağlı olan varislik məsələsində də böyük uzaqgörənlik göstərdi. 
Bu müdrikliyi Azərbaycanın bugünü və sabahı aydın şəkildə nümayiş etdirir, dünyanın siyasi, elmi və 
ictimai  xadimləri  öz  çıxışlarında  xüsusi  vurğulayırlar.  “Microsoft”  Şirkətinin  Baş  vitse  -prezidenti 
Kreyd Mandin  İlham Əliyev ilə görüşdən sonra belə demişdir: “Cənab  İlham  Əliyev qlobal baxışlara 
malik  liderdir.  O,  enerjinin  inkişafina  söykənən  cəmiyyətdən,  biliyə  arxalanan  cəmiyyətə  keçməyi 
fikirləşir”.  
İlham  Əliyev  sovet  təhsil  sisteminin  yüksək  zirvələrində  yetişmişdir.  Sovet  cəmiyyəti  müasir 
ictimai-siyasi  fikirlərin  ölkəyə  daxil  olmasının  qarşısını  alan  “dəmir  pərdələrlə”  əhatə  olunduğu  bir 
vaxtda onun ali təhsili və praktik fəaliyyətinin ilkin mərhələsi xariclə bilavasitə təmasda olan, müasir 
bilikləri sovet təbliğat maşınının “emalından” keçməmiş əldə edən elmi elitasının əhatəsində keçmişdir.  
Onun üçün ən böyuk məktəb isə Heydər Əliyev məktəbi olmuşdur. İlham Əliyev dərin dövlətçilik 
konsepsiyasını, təkmil idarəçilik bacarığını, müasir cəmiyyətin inkisaf meyillərini dərindən bilən liderlik 
keyfiyyətini məhz həmin məktəbdə mənimsəmişdir. Onun bu keyfiyyətləri - ARDNŞ-nın birinci vitse-
prezidenti, Milli olimpiya komitəsinin prezidenti, YAP sədrinin birinci müavini, Milli Məclisin deputatı 
və ölkəmizin Avropa Şurası Parlament Assambleyasinda təmsil edən nümayəndə heyətinin rəhbəri və 
həmin  yüksək  qurumun  rəhbərliyində  təmsil  olunan  qlobal  ictimai-siyasi,  iqtisadi  mühitdə  daha  da 
təkmilləşmiş, onu müasir peşəkar siyasətçiyə çevirmişdir.  


 
13 
Tükənməz  enerji  və  dərin  biliklər  xəzinəsinə  malik  olan  İlham  Əliyev  öz  imkanlarını 
Azərbaycanın  müasir  tarixində  yeni  dövrün  əsasını  qoymuş  olan  15  oktyabr  2003-cü  il  Prezident 
seçkilərindən sonra Azərbaycan xalqının işıqlı gələcəyi naminə uğurla reallaşdırmağa başlamışdır. 17 
noyabr  2003-cü  ildə  Nazirlər  Kabinetinin  ilk  iclasında  o,  proqram  xarakterli  bəyanatla  çıxış  etdi: 
”Azərbaycanda son illər ərzində aparılan iqtisadi siyasət çox uğurlu olubdur və Azərbaycanın gələcək 
inkişafı üçün də gözəl təməl yaradıbdır. Bizim hamımızın vəzifəsidir ki, bu siyasəti davam etdirək, əldə 
olunan bu uğurları artıraq və Azərbaycanın hərtərəfli inkişafı üçün böyük imkanlardan istifadə edərək, 
qoyulmuş bu gözəl təməlin üzərində müasir Azərbaycanı yaradaq. ” 
“Əsl  siyasət  konkret,  real  iş  görməkdən  ibarətdir”  prinsipini  əsas  götürən  cənab  İlham  Əliyev 
başçılıq  etdiyi  dövlətin  qarşısında  duran  əsas  problemləri,  prioritet  vəzifələri  aydın  təsəvvür  edir: 
“Azərbaycanın qarşısında çox üfüqlər açılır, çox gözəl perspektivlər var. Biz bilirik ki, haraya gedirik, 
məqsədimiz  nədir.  Məqsədimiz  müasir  güclü  dövlət  yaratmaqdır.  İqtisadi  cəhətdən  güclü  dövlət 
yaratmaq, sosial rifah cəmiyyəti qurmaqdır. İnsanları narahat edən bütün məsələləri həll etmək, azad 
cəmiyyət yaratmaqdır ki, insanlar rahat, gözəl, rifah içində yaşasınlar. Mənim məqsədim budur və bu 
məqsədə  doğru  biz  uğurla  gedirik.  O,  bütün  dövlət  aparatını  qarşıya  qoyduğu  vəzifələrin 
reallaşdırılmasına  doğru  yönəldir,  konkret  və  məqsədyönlü  dövlət  proqramları  hazırlayır  və 
reallaşdırılması  üçün  genişmiqyaslı  təşkilatçılıq  tədbirləri  həyata  keçirir.  İqtisadi  potensialın  ildən  ilə 
güclənməsi,  əhalinin  maddi  həyat  şəraitinin  yaxşılaşması,  iqtisadi-siyasi  islahatların  aparılması 
Azərbaycanın  gələcəyinə  hesablanan  məqsədyönlü  dövlət  proqramlarının  ana  xəttini  təşkil  edir. 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  vurğulayır  ki,  “Biz  bölgədə  aparıcı  dövlətə 
çevrilmişik.  Bu,  artıq  reallıqdır.  Reallıq  hamı  tərəfindən  qəbul  olunub.  Bizim  qərarlarımız,  bizim 
işlərimiz  bütün  bölgəyə  öz  təsirini  göstərir.  Biz  də  istəyirik  ki,  Azərbaycan  daha  da  qüdrətli  dövlətə 
çevrilsin. Bizim imkanlarımız daha da artsın, siyasi  çəkimiz artsın, beynəlxalq müstəvidə istədiyimizə 
nail ola bilək, öz  doğma torpaqlarımızı  işğalçılardan  azad  edə  bilək  və  Azərbaycan  xalqının normal, 
yaxşı  yaşamasını  təmin  edə  bilək.  Bunu  etmək  üçün  Azərbaycan  güclənməlidir.  Bu  proses  artıq  baş 
verir”.  Onun  önə  çəkdiyi  “İndi  bizim  məqsədimiz  inkişaf  etmiş  ölkəyə  çevrilməkdir”  ideası  əslində 
Azərbaycanın  uzunmüddətli  inkişaf  strategiyasıdır  və  bütün  dövlət-təşkilatçılıq  tədbirləri  həmin 
strategiyanın həyata keçirilməsinə yönəldilmişdir.  
İlham Əliyevin başçılığı ilə həyata keçirilən tarazlaşdırıcı siyasət nəticəsində daim artan iqtisadi 
potensial Azərbaycana həm regional, həm də beynəlxalq aləmdə özünün milli maraqlarını, ümümxalq 
mənafeyini  qorumağa  imkan  verir.  Reallaşdırılan  strateji  kursa  uyğun  olaraq,  yeni  təcrübələrin, 
demokratik,  texnoloji,  elmi  dəyərlərin  Azərbaycana  transformasiyası  üçün  görülən  tədbirlər 
novatorluğa, modernləşməyə geniş meydan açır.  
İnformasiya  cəmiyyəti  adlanan  müasir  cəmiyyətdə  ETT-nin  nailiyyətləri  əsasında  istehsal 
prosesinin  bütün  həlqələrində  texnoloji  istehsal  üsulunun  transformasiyası  baş  verir,  ölkələrdə 
iqtisadiyyatın  strukturu,  iqtisadi  inkişafın  xarakteri,  həyat  tərzi,  dəyərlər  sistemi  və  motivasiya 
keyfiyyətcə yeniləşir, “ictimai tərəqqi” anlayışı və onun meyarları haqqında təsəvvürlər dəyişir. Həyat 
bütün  kəskinliyi  ilə  göstərir  ki,  yeni  modernləşmə  müasir  iqtisadi  sistemlərin  dayanıqlı  inkişafının 
həlledici  amilidir.  Tanınmış  ingilis  iqtisadçısı  Braynan  Tvissin  qeyd  etdiyi  kimi  müasir  dövrdə 
“mütəxəssislər  öz  səylərini  gələcəkdə  meydana  çıxacaq  ehtiyacların  ödənilməsinə  yönəltməlidirlər. 
Diqqət yeni  vəzifələrin həlli  üçün  yeni  texnologiyanın tətbiqi  yollarının  tapılmasına  yönəldilməlidir ” 
[139, c, 24] 
“Sənaye  potensialının  artımı  bizim  prioritet  məsələmiz  olmalıdır”deyən  İlham  Əliyev  “ən 
qabaqcıl texnologiyaların Azərbaycana gətirilməsi məsələsini” bütün kəskinliyi ilə qarşıya qoymuşdur. 
Bu  resurs  amillərinə  əsaslanan  iqtisadiyyatdan,  qlobal  proseslərin  tələb  etdiyi  innovasiya  yolu  ilə 
inkişaf edən iqtisadiyyata keçilməsi üçün olduqca vacibdir. Prezidentin təkidlə tələb etdiyi bir mühüm 
məsələnin  -  iqtisadiyyatın  neft  amillərindən  asılılığının  azaldılması,  qeyri-neft  sektorunun  inkişaf 
etdirilməsi probleminin həlli də modernləşmə və innovasiyaların intensiv tətbiqi ilə əlaqədardır.  
Akademik  Ramiz  Mehdiyevin  qeyd  etdiyi  kimi  “  İlham  Əliyevin  prezidentliyinin  əsas 
konsepsiyası güclü iqtisadi bazanın formalaşdırılmasından ibarətdir. Bu konsepsiya kütləvi şüurun və 
cəmiyyətin  sosiomədəni  bazisinin  mərhələlərlə  postindustrial  dəyərlər  və  demokratik  ənənələr 
məcrasına transformasiyasına imkan yaratmalıdır ” 
İlham  Əliyevin  ardıcıl  olaraq  yeritdiyi  qlobal  və  milli  dəyərlərə  əsaslanan  strateji  kurs, 
məqsədyönlü  və  çevik  islahatlar  ölkənin  qısa  müddət  ərzində  keyfiyyətcə  yeni  və  daha  sürətli  inkişaf 
mərhələsinə qədəm qoymasına səbəb olmuşdur. İnkişaf sürətinə görə ölkə regionda və bütün dünyada 
lider dövlətə çevrilmişdir. İqtisadi artım sürətinin, yəni ümumi daxili məhsul istehsalının artım sürətinin 
yüksək olması buna bariz nümünədir. İqtisadiyyat inkişafın təməl daşıdır. Bu gün regionun lider dövləti 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə