VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə6/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   2   3   4   5   6   7   8   9   ...   173

 
10 
baş  vermişdir  ki,  onların  geniş  miqyası  təkcə  iqtisadi  və  siyasi  sahələri  deyil,  həm  də  insanın  təkrar 
istehsalının,  təhsil  və  təfəkkür  sistemlərinin  fundamental  əsaslarını əhatə  etmişdir.  Artıq çoxları  dərk 
etmişdir ki, yeni dövr, beynəlsivilizasiya inkişaf erası başlanmışdır”. [76, s. 11] 
İqtisadi, siyasi və mədəni-mənəvi proseslərdə özünü göstərən dərin qloballaşma təmayülü iqtisadi 
qloballaşmada daha böyük sıçrayışla gedir və digər prosesləri də öz arxasınca aparır. Təsadüfi deyildir 
ki,  artıq  siyasət  getdikcə  daha  çox  iqtisadiləşmişdir.  İqtisadi  qloballaşma  isə  iqtisadiyyatın  yalnız 
beynəlmiləlləşməsi demək deyildir, həmin prosesin yeni və yüksək mərhələsidir.  
Keçid  iqtisadiyyatı  ölkələri  müstəqillik  uğrunda  mübarizəni  iki  mühüm  prosesin:  iqtisadi 
transformasiya və qloballaşma proseslərinin təsiri altında aparırlar. İqtisadi transformasiya prosesləri 
artıq başa çatmaq üzrə olduğu halda, qloballaşma onların iqtisadiyyatına və iqtisadi siyasətinə getdikcə 
daha çox təsir göstərir.  
Ona  görə  də  ictimai  inkişafın müasir  təmayülləri  ictimai-iqtisadi  inkişaf problemlərinə getdikcə 
daha  çox  qlobal  yanaşma  tərzini  tələb  edir.  Hər  hansı  bir  ölkədə  gedən  daxili  proseslər  özünün 
məzmunu  və  forması  baxımından  çoxsaylı  səciyyəvi  cəhətlərinə  baxmayaraq,  təcrid  olunmuş  şəkildə 
cərəyan  etmir.  Qloballaşmanın  planetar  mahiyyət  kəsb  etdiyi  və  dönməz  xarakter  aldığı  bir  dövrdə 
həmin proseslər insan cəmiyyətinin müasir tarixi inkişafı gedişinin aparıcı istiqamətini təşkil edir. Ona 
görə  də  həyat  bütün  kəskinliyi  ilə  tələb  edir  ki,  ölkənin  spesifik  xüsusiyyətləri  qloballaşmanın 
doğurduğu yeni şəraitlə sıx sürətdə əlaqələndirilsin. Müasir iqtisadi, sosial və siyasi problemlərə qlobal 
yanaşma  tərzinin  üstünlüyü  onda  deyil  ki,  belə  yanaşma  tərzi  bütün  qoyulan  suallara  dərhal  düzgün 
cavab verməyə çalışır, həm də ondadır ki, bu sualları düzgün qoymağa imkan verir.  
Beləliklə, hər hansı bir ölkədə konkret iqtisadi və sosial transformasiyaların konkret bir ərazidə 
daxili  sosial-iqtisadi  qüvvələrin  və  proseslərin  təsiri  altında  baş  verdiyinə  baxmayaraq,  həmin 
transformasiyaları  doğuran  səbəblərə,  onların  mahiyyəti  və  inkişaf  perspektivlərinə,  milli  və  dünya 
problemlərinin  çulğaşdığı  müasir dövrdə,  yalnız  həmin  ölkənin  daxili prizmasından  baxılması  kifayət 
deyil və yanlış nəticələrə gətirib çıxara bilər.  
İstehsal  və  mübadilənin  müasir  xarakteri,  miqyası  və  onların  nəticələrinin  ölkələrarası  bölgüsü 
tələb edir ki, ayrıca götürülmüş hər bir ölkədə geniş təkrar istehsalının zəruri və ilkin şərtlərinin həmin 
ölkənin beynəlxalq maliyyə-iqtisadi mühitdə iştirakı, həmin mühitə uyğunlaşma mövqeyindən nəzərdən 
keçirilsin.  Müasir  ümumdünya  təsərrüfatı  vahid  istehsal  sferası  kimi,  yalnız bu  və  ya  digər  təsərrüfat 
sahəsinin  iqtisadi  səmərəliliyi  hesablanarkən  nəzərə  alınmır,  həmçinin  ümumbəşəri  xarakter  almış 
ərzaq, xammal, enerji, demoqrafiya, ekologiya və s. kimi ciddi problemlərin həll edilməsi məqsədilə də 
daim diqqət mərkəzindədir.  
Müstəqillik əldə etmiş ölkələrin siyasi, sosial-iqtisadi və mədəni-mənəvi inkişaf problemləri xarici 
iqtisadi  əlaqələri,  onların  dünya  bazarı  ilə  inteqrasiyası  ilə  iqtisadi  inkişaf  mexanizmi  arasındakı 
qarşılıqlı əlaqə və qarşılıqlı asılılıq qloballaşma dövründə xüsusi aktuallıq kəsb etmişdir.  
Qloballaşmanın və meqacəmiyyətin yaranması cəmiyyətin uzun tarixi dövr ərzində modernləşmə 
prosesinin  məhsulu  və  məntiqi  nəticəsidir.  Qloballaşma  eyni  zamanda  bəşəriyyətdə  mövcud  olan  ən 
perspektivli modernləşmə  təmayüllərini seçib təşviq edir. Akademik Ramiz Mehdiyevin səlis ifadəsilə 
desək:  “Hazırda  sosiomədəni  transformasiyanı  milli  tranzitin  iki  aspekti  -  iqtisadi  və  siyasi 
modernləşmə təşkil edir”. [77] 
Başlıca məzmununu qloballaşma təşkil edən postsənaye cəmiyyətinin əsas əlamətləri aşağıdakılar 
hesab  edilir:  1)  istehsal  və  istehlakın  strukturunun  dəyişməsi  (xidmət  sahəsinin  rolunun  artması);  2) 
təhsilin səviyyəsinin yüksəlməsi; 3) əməyə yaradıcı münasibətin aparıcı amilə çevrilməsi; 4) ətraf mühitə 
yüksək  diqqət  verilməsi;  5)  iqtisadiyyatın  humanistləşməsi  (sosial  yönümlülüyünün  artması);  6) 
cəmiyyətin informasiya cəmiyyətinə çevrilməsi; 7) kiçik biznesin renessansı. Bu o deməkdir ki, əvvəlki 
biliklərin  qısa  bir  zamanda  köhnəlməsi  və  yenilərinin  sürətlə  yayılması  və  təbəqələşmə  nəticəsində 
əhalinin bir qrupunun gəlirlərinin sürətlə artması buraxılan məhsulların da sürətlə yenilənməsini, bir-
birini əvəz etməsini tələb edir. İri şirkətlərə nisbətən kiçik biznes bu baxımdan çox çevikdir və istehsalın 
profilini  qısa  müddət  ərzində  dəyişə  bilir.  Məhz  buna  görədir  ki,  inkişaf  etmiş  sənaye  ölkələrində 
DMM-in yarısından çoxu kiçik biznesin payına düşür.  
Bu ölkələrdə iqtisadiyyatın modernləşdirilməsi vəzifələrindən biri - sovet dövründə uzun müddət 
qapalı  şəraitdə  mövcud  olmuş  təsərrüfatın  texnoloji  və  struktur  cəhətdən  yenidən  qurulmasıdır.  Bu 
proses isə iqtisadiyyatın o sahələrinin üstün inkişafını nəzərdə tutur ki, həmin sahələr öz məhsullarını 
daxili  və  xarici  bazarlarda  müvəffəqiyyətlə  sata  bilirlər.  Beynəlxalq  əmtəə,  maliyyə  və  işçi  qüvvəsi 
axınlarının şərtlərini müəyyən edən qlobal maliyyə-iqtisadi mühitə inteqrasiya imkan verir ki, qüvvələr 
istehsalın uduşlu sahələrinə yönəldilsin, zəif iqtisadi səmərə verən məhsul istehsalından imtina edilsin 
və  investisiyanın  strukturunu  dəyişdirməklə  səmərəli  inkişaf  modeli  seçilsin.  Ölkənin  seçdiyi  yol 


 
11 
beynəlxalq əmək bölgüsünün üstünlükləri ilə uzlaşdırılmadıqda isə həmin ölkədə istehsal özünün aşağı 
səmərəliliyi və zəif inkişaf sürəti ilə xarakterizə edilir.  
Ölkənin beynəlxalq əmək bölgüsündə iştirakı vəziyyətinin adətən ən gözəçarpan göstəricisi xarici 
ticarətdir.  Azərbaycan  kimi  müstəqillik  əldə  etmiş  ölkələrin  xarici  ticarətinin  səmərəliliyinin  (onların 
ixrac  etdikləri  məhsulların  istehsalı  və  satışı  xərclərinin  əldə  edilən  valyuta  gəlirlərinə  nisbəti)  təhlili 
göstərir ki, həmin əməliyyatlar belə ölkələr üçün əhəmiyyətli dərəcədə sərfəlidir. Bu onunla əlaqədardır 
ki,  onlar  öz  məhsullarını  dünya  bazarlarında  beynəlmiləl  dəyərlər  əsasında  formalaşan  qiymətlərlə 
reallaşdırırlar. Bu dəyərlər isə adətən həmin ölkələrin milli dəyərlərindən aşağı olur. Lakin bu ölkələr 
xaricdən  aldığı  məhsulları  da  milli  dəyərlərdən  aşağı  olan  beynəlmiləl  dəyərlər  əsasında  formalaşan 
qiymətlərlə əldə edirlər. Dünya qiymətlərinin səviyyəsi bu ölkələrin ixracatında, xüsusən bu ixracatda 
xammal  üstünlük təşkil etdiyi hallarda səmərəliliyi təmin etməyə bilir. Bununla yanaşı, həmin  ölkələr 
əgər texnologiyanı özləri istehsal etsəydilər, bu onlar üçün çox baha başa gələrdi. Ona görə də, həmin 
ölkələr istehsalın yeni texnika, texnologiya və informasiya vasitələri ilə yeniləşdirilməsi üçün xaricdən 
onları sərfəli qiymətlərlə idxal edirlər. Bu isə inkişaf üçün böyük perspektivlər açır.  
Əsrin  son  onilliyində  SSRİ-nin  dağılması  ilə  dünyanın  yeni  siyasi  xəritəsində  özünə  layiqli  yer 
tutmuş  müstəqil  Azərbaycan  dünya  birliyinin  bərabərhüquqlu  üzvü  olmuşdur.  Kəskin  mübarizə 
şəraitində əldə edilmiş siyasi müstəqillik ölkənin sovet dövründə 70 il ərzində yığılıb qalmış ciddi siyasi, 
iqtisadi və sosial problemlərinin həlli yolunda geniş perspektivlər açmışdır. Sovet «dəmir pərdələri» ilə 
uzun  illər  boyu  dünya  birliyindən  siyasi  və  iqtisadi  cəhətdən  təcrid  olunmuş  Azərbaycanda  açıq 
cəmiyyət  yaradılması,  dünya  dövlətləri  ilə  bərabərhüquqlu  hərtərəfli  əlaqələrin  inkişaf  etdirilməsi 
ölkəmizdə  mövcud  olan  sosial-iqtisadi  problemlərin  həlli  yolunda,  sözün  əsl  mənasında,  açar  rolunu 
oynayır. Özünün üçrəngli bayrağında əksini tapmış müasirləşmə ideyası və istəyi, bir ideya və istək kimi 
qalmayıb,  həm  də  gələcəyə  doğru  böyük  bir  hərəkatın  rəmzidir,  Azərbaycan  cəmiyyətinin  mühüm 
fərqləndirici  xüsusiyyətlərindən  biridir.  Bu  hərəkat  Azərbaycanın  ictimai  inkişafının  bütün 
istiqamətlərində  (siyasi,  iqtisadi,  mənəvi)  bariz  şəkildə  görünməkdədir.  Ümumdünya  İqtisadi 
Forumunun  1995-ci  ildə  Londonda  (29-30  noyabr)  təşkil  etdiyi  «Azərbaycan  investisiya  imkanları» 
adlı  Beynəlxalq  Sərgi  və  Konfransda  Ümummilli  lider  H.  Əliyev  qeyd  etmişdir:  «Bizim  strateji 
kursumuz  dünya  iqtisadi  birliyi  ilə  sıx  inteqrasiya  edən,  bazar  iqtisadiyyatına  əsaslanan,  müstəqil, 
demokratik  hüquqi  dövlət  qurmaqdır.  Buna  uyğun  olaraq  biz  artıq  konkret  nəticələr  vermiş  olan 
genişmiqyaslı siyasi və iqtisadi islahatlar həyata keçiririk». [17, s. 34] 
Azərbaycan bir çox həyati əhəmiyyət kəsb edən siyasi və iqtisadi məsələlər baxımından dünyanın 
yaxın  və  uzaq,  böyük  və  kiçik  dövlətlərinin,  beynəlxalq  və  regional  təşkilatların  diqqətini  özünə  cəlb 
edən  təbii  bir  məkandır.  İki  qitənin  qovşağında  və  mühüm  strateji  əhəmiyyətli  ərazidə  yerləşən 
respublikamızda  dünyanın  nəhəng  dövlətlərinin  mənafeləri  toqquşur,  onlar  arasında  nüfuz  dairəsi 
uğrunda  dərin  rəqabət  mübarizəsi  gedir.  Belə  bir  şəraitdə  siyasi  istiqlaliyyət  əldə  edilməsi,  inzibati-
amirlik sistemindən bazar iqtisadiyyatı sisteminə keçilməsi uzun müddət xarici aləmlə mövcud olmuş 
köhnə  əlaqələr  sisteminə  yenidən  baxılması  və  bərabərhüquqlu,  qarşılıqlı  faydalı  münasibətlərin 
yaradılması  üçün  mühüm  zəmin  təşkil  etdi.  Kommunist  imperiyasının  süqutu  böyük  bir  ərazidə 
geosiyasi vəziyyəti kökündən dəyişdirərək, Azərbaycanın beynəlxalq aləmdə müstəqil subyekt kimi yer 
tutması,  qloballaşma  şəraitində  xarici  əlaqələrinin  səmərəliliyinin  artırılması  və  intensivləşdirilməsi, 
beynəlxalq əmək bölgüsünün üstünlüklərindən respublikanın mənafeyinə uyğun olaraq istifadə edilməsi 
üçün geniş perspektivlər açdı.  
İqtisadi  və  ictimai  həyatın  beynəlmiləlləşməsi,  Azərbaycanın  ağır  şərtlər  altında  gedən  müasir 
dünya ilə inteqrasiyasının bütün istiqamətləri yeni imkanlar yaratmaqla yanaşı, yeni problemlər, bəzən 
də  təhlükələr  yaratmaqdadır.  Bu  imkanlardan  səmərəli  istifadə  edilməsi,  mövcud  problem  və 
təhlükələrin  vaxtında  aşkara  çıxarılması  bu  gün  Azərbaycan  üçün  həyati  əhəmiyyət  kəsb  edən 
məsələlərdəndir.  Bu  zaman  qarşılıqlı  vəhdət  şəklində  olan:  1.  Müstəqil  modern  dövlət  aparatının 
yaradılması və təkmilləşdirilərək inkişaf etdirilməsi; 2. Onun bazası əsasında demokratik proseslərin və 
radikal bazar islahatlarının reallaşdırılması kimi iki çətin problem həll edilir.  
Lakin  dünya  dövlətlərinin  minilliklərdə  əks  olunmuş  tarixi  təcrübəsi  göstərir  ki,  hər  bir  xalqın 
gələcəyi  əhəmiyyətli  dərəcədə  həmin  xalqın  malik  olduğu  imkanları,  zamanın  tələblərini  düzgün 
qiymətləndirməyi  bacaran,  uzaqgörən,  müstəqil  dövlətçilik  konsepsiyasını  formalaşdıran  və 
reallaşdıran  xarizmatik  liderlərin  adı  ilə  bağlıdır.  Xüsusən  indiki  mürəkkəb  bir  dövrdə  bəşər 
cəmiyyətində  yaranmış  olan  yeni  inkişaf  meyillərini  dərindən  bilən,  onları  vaxtında  nəzərə  alan, 
qarşısına qoyduğu ideallara doğru xalqı arxasınca apara bilən liderləri olan ölkələr tarixin sınağından 
uğurla çıxmağı bacarırlar. Belə liderlər xalqların indiki və gələcək yaşayış fəlsəfəsini formalaşdırırlar.  


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə