VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə8/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   4   5   6   7   8   9   10   11   ...   173

 
14 
olan Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə kimi tanınır. Yüksək 
iqtisadi göstəricilərə malik olan Azərbaycanın son illər müxtəlif sferalarda əldə etdiyi nailiyyətlər ardıcıl 
şəkildə bir-birini tamamlayır, coğrafiyasını genişləndirir. Ötən 5 ildə Azərbaycanın dinamik inkişafını 
təmin edən əsas amillərdən biri də neftdən əldə olunan vəsaitin regionların davamlı və tarazlı inkişafına 
yönəldilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlərdir. Ölkə regionlarının inkişafına 
xüsusi önəm verən İlham Əliyevin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 
Respublikası  regionlarının  sosial-iqtisadi  inkişafı  Dövlət  proqramı”nın  həyata  keçirilməsi  ölkə 
regionlarının kompleks inkişafına, o cümlədən, infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, 
yeni  istehsal  və  emal  müəssisələrinin,  sosial-mədəni  obyektlərin  yaradılmasına,  yeni  iş  yerlərinin 
açılmasına, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə, qeyri-neft sektorunun inkişafına səbəb 
olmuşdur.  Dövlət  proqramı  çərçivəsində  atılmış  addımlar  ötən  5  il  ərzində  regionların  sosial-iqtisadi 
inkişafına  mane  olan  bir  sıra  problemlərin  aradan  qaldırılmasına,  bölgələrin  sosial-iqtisadi  simasının 
köklü sürətdə dəyişməsinə gətirib çıxartmışdır. Azərbaycan iqtisadiyyatının gündən-günə inkişaf etməsi 
sahibkarlıq  və  biznes  mühitinin  yaxşılaşması  beynəlxalq  hesabatlarda  da  öz  əksini  tapmışdır.  Dünya 
İqtisadi Forumu tərəfindən hazırlanan “Qlobal Rəqabət Qabiliyyəti Hesabatı”na görə, ölkəmiz 2006-cı 
ildə 125 ölkə arasında 64-cü sırada yer almışdır. UNCTAD tərəfindən hazırlanan və 140 ölkənin daxil 
edildiyi  “Birbaşa  xarici  investisiyaların  cəlbi  indeksi  reytinqi  ”  hesabatına  əsasən,  ölkəmiz  bu  sahədə 
dünya  sıralamasında  1-ci  yerdədir.  Bundan  başqa,  2005-ci  ildə  “Fitch”  beynəlxalq  reytinq  agentliyi 
Azərbaycanın  kredit  reytinqini  “BB”  səviyyəsində  qiymətləndirmişdir.  Ötən  il  isə  beynəlxalq  reytinq 
agentliyi  “Moody`s”  ölkəmizin  reytinqini  yüksək  qiymətləndirərək  “Ba  1”  səviyyəsində 
müəyyənləşdirmişdir.  Bu  isə  ölkə  iqtisadiyyatına  investisiya  qoyuluşunu  artırmaq  üçün  potensial 
investorlara müsbət siqnal olmaqla bərabər, beynəlxalq maliyyə bazarlarına əlverişli şərtlərlə çıxmağa 
şərait yaradır.  
İlham  Əliyevin  siyasətinin  ən  mühüm  istiqamətlərindən  biri  də  Azərbaycanın  dünya  iqtisadi 
sisteminə  inteqrasiyasının  sürətləndirilməsi,  ticarət  əlaqələrinin  genişləndirilməsi  sahəsində  görülən 
genişmiqyaslı  tədbirlərdir.  Hazırda  Azərbaycan  dünyanın  140-a  yaxın  ölkəsi  ilə  qarşılıqlı  ticarət 
əməliyyatları aparır. Xarici ticarət dövriyyəsi, ixrac və idxal əməliyyatlarının həcmi ildən-ilə artır. 2006-
cı ildə xarici ticarət dövriyyəsinin həcmi 18 milyard, 2007-ci ildə isə 25,4 milyard ABŞ dolları olmuşdur. 
Azərbaycan mövcud təbii sərvətlərindən istifadə etməklə iqtisadi infrastrukturunu dünya standartları 
səviyyəsində  quraraq  qloballaşan  dünyanın  enerji  təchizatının  ödənməsi  prosesində  xüsusi  əhəmiyyət 
kəsb  edir.  Qlobal  əhəmiyyətli  iqtisadi  layihələr  olan  TRACECA,  Bakı-Tbilisi-Ceyhan,  Bakı-Tbilisi-
Ərzurum  neft  qaz  boru  kəmərlərinin  reallaşması  və  Bakı-Tbilisi-Qars  dəmir  yol  xəttinin  tikilməyə 
başlaması,  “Şahdəniz”  qaz  yatağının  işə  düşməsi  ölkəmizin  nüfuzunu  bütün  dünyada  artırır.  İlham 
Əliyev  25.  X  .  2006  -cı  ildə  qeyd  etmişdir:  “Biz  dünyada  gedən  prosesləri  izləyirik.  Tarixi  də  yaxşı 
bilirik.  İnkişaf  etmiş  ölkələrin  təcrübəsini  də  öyrənirik  və  görürük  ki,  harada  inkişaf  var,  harada 
problemlər  çoxdur.  Görürük  ki,  təbii  sərvətlərlə  zəngin  olmaq  heç  də  o  demək  deyil  ki,  ölkə  böyük 
nailiyyətlərə  nail  olacaqdır.  Yenə  də  deyirəm,  əgər  cəmiyyətdə  demokratikləşmə  prosesləri  sürətlə 
aparılmasa, sözün əsl mənasında, vətəndaş cəmiyyəti yaradılmasa, qanunun aliliyi tam şəkildə bərqərar 
olunmasa,  bizim  gözəl  iqtisadi  perspektivlərimiz  həyatda  tam  şəkildə  reallaşmayacaqdır.  Ona  görə, 
hesab  edirəm,  Azərbaycanın  təcrübəsi  onu  göstərir  ki,  biz  düzgün  istiqamətdə  inkişaf  edirik,  siyasi 
islahatlar çox sürətlə aparılır. Son parlament seçkiləri bunu bir daha təsdiqlədi ” 
 
Azərbaycan  Prezidenti  İlham  Əliyev  müasir  dünyada  cərəyan  edən  ziddiyyətli  və  mürəkkəb 
proseslər, ikili standartlar fonunda Türk Dünyası birliyinin vahid ümumbəşəri məqsədlər naminə təmin 
edilməsinin vacibliyini daim önə çəkir. Dövlət başçısı ötən beş ildə həmin birliyin möhkəmləndirilməsi 
xəttini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirmiş, təkcə strateji müttəfiqimiz 
olan Türkiyə ilə deyil, Orta Asiyanın türkdilli dövlətləri ilə münasibətləri gücləndirmək xəttinə üstünlük 
vermişdir.  
2006-cı  ilin  noyabrında  Türkiyənin  Antaliya  şəhərində  türkdilli  dövlət  başçılarının  VIII  zirvə 
görüşündə məmnunluqla vurğulamışdır: “. . . Bu zirvə görüşünün uzun fasilədən sonra keçirilməsinin 
çox böyük əhəmiyyəti var. Dünya dəyişir, bölgəmizdə baş verən hadisələr yeni yanaşmalar tələb edir, 
yeni  çağırışlar  ortaya  çıxarır  və  biz  birlikdə  bunlara  çarə  tapmalıyıq.  Birgə  fəaliyyətimiz  nəticəsində 
bölgəni  inkişaf  etdirmək  üçün,  sülhün,  təhlükəsizliyin,  sabitliyin  tam  şəkildə  bərqərar  olunması  üçün 
bizim birgə səylərimiz böyük əhəmiyyət kəsb edir. Bizi birləşdirən tarixi köklər, ortaq mədəniyyət, etnik 
mənsubiyyət, əlbəttə ki, qarşılıqlı, səmərəli fəaliyyətimiz üçün çox böyük əsasdır, böyük amildir”.  
Bu  sahədə  yeritdiyi  konstruktiv  və  tarixi  əhəmiyyətli  tədbirlər  nəticəsində  İlham  Əliyev  türk 
dünyasının nüfuzlu liderlerindən birinə çevrilmişdir.  


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə