VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə9/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   5   6   7   8   9   10   11   12   ...   173

 
15 
Prezidentin 6 mart 2007-ci il tarixində imzaladığı “Azərbaycan Respublikasında xüsusi iqtisadi 
zonaların yaradılması haqqında ” Fərman da bu baxımdan iqtisadçılar və mütəxəssislər tərəfindən ölkə 
iqtisadiyyatının  yeni  keyfiyyət  mərhələsinə  qədəm  qoyması,  Azərbaycan  iqtisadiyyatının  tərəqqisinə 
xidmət edən kompleks tədbirlərin tərkib hissəsi və davamı kimi yüksək qiymətləndirilir. Xüsusi iqtisadi 
zonaların yaradılması iqtisadiyyatımızın strukturca yeniləşməsinə əhəmiyyətli dərəcədə kömək edəcək, 
qeyri-neft  sektorunun  inkişafına,  habelə  xarici  ticarət  əlaqələrinin  genişlənməsinə,  respublikanın 
rəqabətqabiliyyətli  səviyyəsinin  yüksəldilməsinə,  ölkəmizin  Ümumdünya  Ticarət  Təşkilatına  daxil 
olması üçün hazırlığına və digər məsələlərin həllinə təkan verəcəkdir.  
Tam əminliklə qeyd etmək lazımdır ki, ölkəmizin iqtisadi müstəqilliyinin reallaşdırılması İlham 
Əliyev siyasətinin tarixi nailiyyətidir.  
Onun  fəaliyyətinin  başlıca  xəttini  olduqca  mürəkkəb  olan  qlobal  dünyada  ölkənin  iqtisadi 
təhlükəsizliyinin,  ərzaq  və  enerji  təhlükəsizliyinin  təmin  olunmasıdır.  Məhz  bunun  nəticəsidir  ki, 
Azərbaycan Respublikası bütün dünyada və xüsusən regionda heç bir qüvvədən asılı olmayan müstəqil 
siyasət yeridir, heç bir xarici təsirlərə boyun əymir.  
Bu  illərdə  Azərbaycan  xüsusən  karbohidrogen  ehtiyatlarının  dünya  bazarlarına  çıxarılması 
məsələsində,  Bakı-Tbilisi-Qars  dəmir  yol  xəttinin  çəkilməyə  başlamasında,  Naxçıvan-Qars 
Dəmiryolunun  inşasına  qərar  verilməsində  tam  müstəqil  siyasi  kurs  yürüdərək  İlham  Əliyev  heç  bir 
kənar diktəyə yol verməyibdir. O, ölkəmizin Avrasiya məkanını mərkəzi nəqliyyat dəhlizinə çevrilməsi 
rabitə sisteminin, informasiya texnologiyalarının, sürətli inkişafı üçün də nəhəng işlər görür.  
Prezident İlham Əliyev Rusiyanın “Exo Moskva” radiosuna verdiyi müsahibədə demişdir: “Mən 
suveren bir dövlətin Prezidentiyəm. Mən heç vaxt heç kimdən xahiş etmirəm. Əgər hansısa bir vəziyyət 
yaranıbsa, deməli ondan çıxmaq lazımdır. Biz özünü təmin edən ölkəyik. Biz heç kimdən asılı deyilik. 
Azərbaycanı  məcbur  etmək  qeyri-mümkündür.  Azərbaycan  elə  dövlət  deyil  ki,  onu  məcbur  edə 
biləsən”.  Dövlətimizin  başçısı  dünyada  və  regionda  gedən  proseslərə  dərindən  bələddir.  Məhz  buna 
görə  də  Azərbaycanın  daxili  və  xarici  siyasət  kursu  balanslaşdırılmışdır  və  bütün  məqamlar  nəzərə 
alınaraq həyata keçirilir. Azərbaycan dünyada baş verən dəyişikliklərə, siyasi və iqtisadi kataklizmlərə 
hazırdır. O, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördillik yekunlarına həsr 
olunmuş  konfransda  inamla  qeyd  etmişdir:  “Biz  ölkəmizi  müasirləşdiririk,  güclü  dövlət  yaradırıq. 
Azərbaycan müasir güclü dövlətə çevrilməlidir. Bunu etmək üçün bizim bütün imkanlarımız var. Həm 
iqtisadi, həm siyasi imkanlar, həm də insanların intellektual səviyyəsi, dövlət siyasəti, dövlətin iradəsi 
və açıq-aydın görünən gələcəyin üfüqləri”.  
Ilham  Əliyevin  prezidentlik  fəaliyyətinin  ali  qayəsi  informasiya  cəmiyyətinin  tələblərinə  uyğun 
olaraq  “qara  qızılın  insan  qizilına”  çevrilməsini  təmin  etmək,  ölkədə  mövcud  olan  zəngin  insan 
potensialını  inkişaf  etdirməkdir.  “Biz çalışırıq  səhiyyə,  xüsusilə təhsillə bağlı məsələlərə  böyük  diqqət 
yetirək  ki,  bizim  gənclərimiz  bilikli  olsunlar,  həyatda  öz  yerini  tuta  bilsinlər,  sağlam  böyüsünlər  və 
ölkənin inkişafında fəal iştirak etsinlər”. Bu məqsədin həyata keçirilməsi üçün elm və bütövlükdə sosial 
sahənin inkişafına, ölkəmizdə təhsil və səhiyyə ocaqlarının tikintisinə, onların maddi-texniki bazasının 
müasir tələblərə uyğun qurulmasına xüsusi diqqət yetirilir. Onun prezidentliyi dövründə yüzlərlə yeni 
məktəb tikilib istifadəyə verilmişdir. Bu sahədə Heydər Əliyev Fondunun Prezidenti Xanım Mehriban 
Əliyevanın  rolunu  xüsusilə  qeyd  etmək  lazımdır.  Fond  tərəfindən  “Yeniləşən  Azərbaycana  –  yeni 
məktəb”  proqramı  çərçivəsində  bütün  ölkədə  yeni  məktəblərin  tikintisi  uğurla  davam  etdirilir. 
İndiyədək Fondun dəstəyi ilə 230-dan çox məktəb, 29 uşaq müəssisəsi, internat və uşaq evi tikilmişdir. 
Təkcə 2007-ci il ərzində bütün mənbələr hesabına 200-dən çox yeni məktəb tikilmişdir.  
Ölkədə  onlarla  xəstəxana,  poliklinika  və  diaqnostika  mərkəzləri  tikilərək  əhalinin  istifadəsinə 
verilmiş, bir çox səhiyyə müəssisələri müasir tibbi ləvazimat və avadanlıqlarla təchiz edilmişdir.  
Ölkədə rəqabətqabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi 
baxımından  müasir  tələblərə  cavab  verən  kadrlara  tələbatın  ödənilməsi,  Azərbaycan  gənclərinin 
ümumbəşəri dəyərlər əsasında layiqli təhsil almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin 
dünyanın  aparıcı  ölkələrində  təhsil  almaq  imkanlarının  genişləndirilməsi  prosesinin  mütəşəkkilliyi  və 
səmərəliliyinin  artırılmasını  təmin  etmək  məqsədilə  Azərbaycan  Respublikasının  Prezidenti  cənab 
İlham  Əliyevin  16  aprel  2007-ci  ildə  xüsusi  sərəncam  imzalamışdır.  2015-ci  ilədək  5  minə  yaxın  gənc 
xarici ölkələrdə təhsil almaq imkanı əldə edəcəkdir.  
30. 06. 2007-ci ildə Prezident İlham Əliyev Qazax rayonunda olimpiya idman kompleksinin açılış 
mərasimində demişdir: “. . . Deyə bilərəm ki, hazırda Azərbaycanın müxtəlif şəhər və rayonlarında 20 
olimpiya kompleksi ya tikilir, yaxud da ki, onlarin tikintisi üçün hazırlıq işləri görülür. Bu, çox böyük 
quruculuq  işləridir.  Biz  buna  çox  böyük  investisiya  qoyuruq.  Amma  biz  bu  investisiyaları  insanların 
sağlamlığına  qoyuruq, uşaqların  idmanla məşğul  olmasına  qoyuruq.  Bu  investisiyaları  Azərbaycanın 


 
16 
gələcəyinə  qoyuruq.  .  .  Biz  gələcək  nəslimizi  bu  cür  yetişdirməliyik.  Onlar  fiziki  cəhətdən  güclü, 
vətənpərvər  olmalıdırlar  və  mənəvi  cəhətdən  Azərbaycan  xalqına  xas  olan  ən  yüksək  keyfiyyətlərə 
malik olmalıdırlar”.  
İlham  Əliyevin  Prezidentliyi  dövründə  dövlətin  müdafiə  qüdrətinin  gücləndirilməsi,  ordunun 
müdafiə  qabiliyyətinin  müasir  standartlar  səviyyəsinə  çatdırılması  istiqamətində  də  radikal  addımlar 
atılmış, bu sahəyə ayrılacaq dövlət investisiya xərcləri ildən-ilə artır.  
Dövlət başçısı respublikanın sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə proseslərini 
Azərbaycanın  gələcək  yüksəlişinin  əsası  hesab  edir  və  onun  təkmilləşdirilməsinə  mühüm  əhəmiyyət 
verir.  
Cənab İlham Əliyevin qlobal düşüncələri və milli dəyərləri əsas tutaraq nümayış etdirdiyi yüksək 
vətənpərvərliyi, təşəbbüskarlığı, fenomenal intellekti, müasir Avropa və dünya siyasətinin qloballaşma 
prosesinin incəliklərinə dərindən bələd olması ölkə daxilində və xaricində ona böyük inam və etimadın 
güclənməsini  təmin  etdi.  Onun  rəhbərliyi  altında  Azərbaycan  qlobal  üfüqlərə  doğru  inamla  irəliləyir. 
Onun  qeyd  etdiyi  kimi:“Azərbaycanın  daxili  və  xarici  siyasəti  yalnız  regional  deyil,  qlobal  miqyasda 
situasiyaya əhəmiyyətli təsir göstərir və gələcəkdə də göstərəcəkdir”.  
 
 
 
 
 
 
 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə