VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə5/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   2   3   4   5   6   7   8   9   ...   173

 

Bəzən Qərb siyasətçiləri keçid dövründə olan ölkələrin spesifik xüsusiyyətlərini nəzərə almır və bu 
ölkələri  Qərb  standartlarına  uyğunlaşdırmaq  siyasəti  yürüdürlər.  Nəticədə  ideologiyasızlaşdırma 
tərəfdarı olan Qərb dövlətləri ola bilsin ki, özləri də bilmədən bizə yeni ideologiya təlqin etmiş olurlar 
və  ya  bunun  fərqinə  varmırlar.  Belə  ki,  inkişaf  etmiş  Qərb  ölkələrində  formalaşmış  siyasi  və  hüquqi 
meyarlar və dəyərlər sistemi həmin ölkələrdə mövcud ictimai reallığın ifadəsi olduğu halda bizə təlqin 
olunarkən məhz yeni ideologiya rolunu oynayır. Həm də heç olmasa nəzəri səviyyədə dərk olunmamış, 
artıq konkret tətbiqi formalara salınmış bir şəkildə.  
Bu  baxımdan,  qlobalizasiya  deyilən  proses,  əslində,  həm  də  Qərb  standartlarının  ideologiyaya 
çevrilməsi  prosesidir.  Qərbdə  cəmiyyətin  real  durumuna  və  insanların  şüur  səviyyəsinə  uyğun  gələn 
hüquqi  sistemlər  hələ  bu  səviyyəyə  çatmamış  ölkələr  üçün  cəmiyyətin  ondan  kənarda  formalaşmış 
modellərə uyğunlaşdırılması, yeni qəliblərə salınması prosesindən başqa bir şey deyildir.  
İndi  Azərbaycanda  nə  kimi  proseslər  gedir?  Qərbin  təklif  etdiyi  hüquq  sistemi  və  ictimai-siyasi 
dəyərlər sistemi bizim üçün ideologiyaya çevrilirmi? Əgər bu belədirsə, Qərbin siyasi-hüquqi sisteminin 
əsasında  duran  sosial-siyasi  təlimlər  Azərbaycanda  nə  dərəcədə  yayılır  və  nə  dərəcədə  kütləvi  şüura 
nüfuz  edir?  Əgər  bu  belə  deyilsə,  onda  müstəqil  sürətdə  formalaşan  milli  ideologiya  və  onun  tərkib 
hissəsi olan milli dövlətçilik konsepsiyası ilə Qərb hüquq sistemi arasında bir ziddiyyət yaranmırmı? Və 
yeni ölkəyə transfer edildikdə bu ziddiyyət daha qabarıq şəkildə üzə çıxırmı?  
Daxili  inkişaf  meyilləri  və  xarici  təsirlər  arasında  belə  mürəkkəb  münasibətlərin  olması 
Azərbaycanın  dövlətçilik  siyasətində  nə  dərəcədə  nəzərə  alınır?  Əlbəttə,  bu  problem  bütün  MDB 
ölkələrinə  və  qismən  Şərqi  Avropa  ölkələrinə  də  aiddir.  Lakin  təəssüf  ki,  bu  sahədə  elmi-nəzəri 
tədqiqatlar  təkcə  Azərbaycanda  deyil,  bütün  keçmiş  SSRİ  məkanında  yox  dərəcəsindədir.  Halbuki, 
məqsəd  prosesləri kortəbii  axarına  buraxmamaq,  onların  elmi  əsaslarla, daha  optimal  şəkildə həyata 
keçməsinə nail olmaqdır. Qloballaşmanın optimallığı üçün əsas meyar inteqrativ proseslərin təkcə bir 
neçə  böyük  dövlətin  deyil,  bütün  dövlətlərin  milli  maraqlarına  xidmət  etmək,  hamı  üçün  faydalı  ola 
bilmək şərtinin təmin olunmasıdır.  
İlham  Əliyevin  prezidentliyi  dövründə  cəmi  beş  il  müddətində  qazanılan  iqtisadi  uğurlarla  yanaşı, 
ölkəmizdə  və  dünyada  gedən  iqtisadi  inteqrasiya  proseslərinin  öyrənilməsi  sahəsində  də  müəyyən  işlər 
görülmüşdür.  Oxucuların  diqqətinə  çatdırılan  bu  kitab  da  bu  sahədə  aparılan  məqsədyönlü  tədqiqatların 
nəticəsidir.  Müəllif  bu  əsərində  prezident  İlham  Əliyevin  iqtisadi  quruculuq  sahəsindəki  fəaliyyətini 
ümumiləşdirməklə  yanaşı,  Azərbaycanın  beynəlxalq  iqtisadi  məkana  daxil  olması  ilə  bağlı  problem  və 
perspektivləri  də  hərtərəfli  sürətdə  işıqlandırmışdır  ki,  bu  da  gələcək  iqtisadi  inkişaf  yolunun  elmi 
proqnozlaşdırılmasına xidmət edir.  
 Səlahəddin XƏLИLOV, 
AMEA-n
ı
n m
ü
xbir 
ü
zv
ü
, professor 
Giri
ş
 
ə
v
ə
zi: 
 
REALLAŞAN QLOBAL DÜŞÜNCƏLƏ
 
 
G
ö
r
ü
l
ə
n b
ü
t
ü
n i
ş
l
ə
r, bir daha dem
ə
k ist
ə
yir
ə
m ki, bir m
ə
qs
ə
d
ə
 y
ö
n
ə
ldilibdir 
-  Az
ə
rbaycan  b
ö
lg
ə
d
ə
  v
ə
  d
ü
nyada 
ö
z  m
ö
vqel
ə
rini  m
ö
hk
ə
ml
ə
ndirsin,  Az
ə
rbay-
canda siyasi  islahatlar daha da s
ü
r
ə
tl
ə
 getsin,  Az
ə
rbaycanda b
ü
t
ü
n kriteriyalar 
ist
ə
r  siyasi  h
ə
yatda,  ist
ə
rs
ə
  d
ə
  iqtisadi,  sosial  h
ə
yatda  b
ü
t
ü
n  kriteriyalar 
d
ü
nyan
ı
n apar
ı
c
ı
 
ö
lk
ə
l
ə
rinin kriteriyalar
ı
na yax
ı
nla
ş
s
ı
n. Bunu etm
ə

üçü
n bizim 
h
ə
m niyy
ə
timiz var, h
ə
m d
ə
 proqramlar
ı
m
ı
z var.  
Beyn
ə
lxalq t
əş
kilatlarla m
ü
xt
ə
lif proqramlar var v
ə
 biz bunlar
ı
 u
ğ
urla icra 
edirik.  
İlham ƏLIYEV 
Az
ə
rbaycan Respublikas
ı
n
ı
n Prezidenti 
 
XXI
 əsr tarixə sivilizasiyanı keyfiyyətcə yeni bir mərhələyə yüksəldən qloballaşma əsri kimi 
daxil olmuşdur. Qlobal proseslər inkişaf səviyyələrində, din və mədəniyyətlərində, tarixi ənənələrində 
mövcud  olan  fərqlərə  baxmarayaq,  dünya  ölkələrinin  və  xalqlarının  bir-birindən  qarşılıqlı  asılılığını 
getdikcə artırır. Bu proseslər xalqların və bütövlükdə sivilizasiyanın taleyini həlledici dərəcədə müəyyən 
etməyə başlamışdır.  
Akademik Ramiz Mehdiyevin “Azərbaycan: qloballaşma dövrünün tələbləri” adlı fundamental 
əsərində qeyd etdiyi kimi: “Yeni yüzilliyin qısa başlanğıc dövründə dünyada elə heyrətamiz dəyişikliklər 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə