VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə3/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   2   3   4   5   6   7   8   9   ...   173

 

 
 
 
 
 
 


 

Ö
n s
ö

 
Qloballaşma  və  inteqrasiya  şəraitində  Azərbaycanın  yeritdiyi  iqtisadi  siyasət  keçid  dövrünü  yenicə 
başa vuran müstəqil dövlətin qabaqcıl dünya ölkələri sırasına çıxmasına xidmət edir. Bu məqsədlə həyata 
keçirilməli  olan  bütün  tədbirlər  nəzərə  alınmış,  yaxın  və  uzaq  gələcək  üçün  hesablanmış  fəaliyyət 
proqramları işlənib-hazırlanmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə reallaşdırılan bu 
proqramlar Azərbaycanın istər qonşu dövlətlərlə, istərsə də qabaqcıl Avropa dövlətləri və ABŞ-la iqtisadi 
əlaqələrini  əhatə  edir.  İlk  növbədə  ölkəmizin  milli  maraqlarını  rəhbər  tutan  geniş  miqyaslı  fəaliyyət 
proqramı Azərbaycan təsərrüfat sisteminin özəlliklərini nəzərə almaqla bərabər, onun dünya iqtisadiyyatına 
inteqrasıya olunması üçün də lazım olan bütün parametrləri ehtiva edir.  
İndi  Azərbaycanda  hər  bir  iqtisadi  nailiyyətin  bir  konkret  məqsədi  vardır  ki,  bu  da  xalqa 
xidmətdən,  onun  maraqlarının  qorunmasından  ibarətdir.  Regionların  Sosial-iqtisadi  inkişafı  Dövlət 
Proqramının  ikinci  ilinə  həsr  olunmuş  konfransda  İlham  Əliyev  demişdir:”Bütün  bu  planların 
təməlində  bir  məqsəd  dayanır:  ölkəmiz  daha  da  möhkəmlənsin,  daha  da  zənginləşsin,  Azərbaycan 
hərtərəfli inkişaf etsin, Azərbaycan xalqı daha da yaxşı yaşasın, daha da yaxşı maaş alsın, pensiya alsın 
və Azərbaycan bölgədə öz mövqelərini daha da möhkəmləndirsin”. Əlamətdar haldır ki, Azərbaycanda 
qeyri-neft sektorunun inkişafı heç də təkcə kənd təsərrüfatı məhsullarının istehsalı və yüngül sənayenin 
hesabına deyil, xeyli dərəcədə müasir informasiya texnologiyalarının tətbiqi sahəsində həyata keçirilir. 
Son  illərdə  elm,  təhsil  və  təsərrüfat  sahələrinin  kompüterləşməsi,  yeni  kommunikasiya  sistemlərinə 
keçid, rabitə və informasiya texnologiyalarının modernləşməsi sahəsində böyük uğurlar əldə edilmişdir. 
Bütün  bunlar  Azərbaycanın  heç  də  yalnız  öz  təbii  sərvətlərinə  yönəldilmiş  passiv  iqtisadi  siyasət 
aparmadığını, əksinə elm tutumlu sahələrin inkişafına üstünlük verdiyini göstərir.  
Prezident  İlham  Əliyevin  mövqeyi  sadəcə  vədlər  vermək  deyil,  real  iş  görmək  mövqeyidir.  O, 
ancaq  doğrudan  da  həyata  keçirilməsini  planlaşdırdığı,  elmi  və  praktik  cəhətdən  real  olan  fəaliyyət 
proqramı ortaya qoydu ki, bu da əhalidə ona olan inamı daha da gücləndirdi. İctimai şüur səviyyəsinin 
90-cı illərin əvvəllərinə nisbətən xeyli yüksəlməsi, bir daha boş vədlərlə spekulyasiyanın baş tutmasına 
imkan vermədi. Azərbaycan xalqınınn milli mentalitetı elədir ki, onu halal zəhməti ilə pul qazanmaq 
imkanı  daha  çox  cəlb  edir.  Bu  baxımdan,  ötən  prezident  seçkiləri  zamanı  İlham  Əliyevin  yeni 
müəssisələr  tikilməsi,  xarici  investisiyanın  daha  geniş  miqyasda  cəlb  olunması  və  600  min  iş  yeri 
açılması  haqqında  verdiyi  söz  əhalidə  böyük  razılıq  hissi  ilə  qarşılandı.  Ötən  müddət  bu  deyilənlərin 
sadəcə vəd deyil, real fəaliyyət proqramı olmasını təsdiq etdi. Qısa bir vaxtda nəzərdə tutulduğundan 
da  çox  iş  yerinin  açılması  yeni  rəhbərliyin  ən  böyük  uğurlarından  biridir  və  həm  də  uğurlar  təkcə 
vədlərin icrası ilə məhdudlaşmır. Sosial-iqtisadi inkişaf strategiyası, sahibkarlığın inkişafı, regionlarda 
yeni 
infrastruktur 
layihələrinin 
həyata 
keçirilməsi, 
təhsilin 
maddi-texniki 
bazasının 
möhkəmləndirilməsi,  məktəblərin  kompüterləşdirilməsi  ilə  bağlı  addımlar  bu  sırada  xüsusi  qeyd 
edilməlidir.  
Qloballaşma  şəraitində  milli  özünəməxsusluğun  qorunub  saxlanması,  habelə,  milli  mənəvi 
dəyərlərə  sədaqətlə  yanaşı,  ümumbəşəri  dəyərlərin,  azad  iqtisadi  münasibətlər  sisteminin,  beynəlxalq 
hüquq normalarının və s. inkişaf etdirilməsi – bütün bunlar Azərbaycanın ictimai- siyasi simasını, onun 
özünəməxsus beynəlxalq imicini formalaşdırmışdır.  
Keçmişdə hər hansı bir dövlət öz siyasi iradəsini başqa  ərazilərdə də  tətbiq etmək üçün mütləq 
müharibə yolu ilə həmin əraziləri işğal etməli idi. Təsadüfi deyildir ki, ənənəvi təsəvvürlərə görə dövlətin 
əsas atributlarından biri də suverenlik, sərhəd və ordu hesab olunur.  
Müəyyən  bir  ərazidə  müəyyən  hüquq  normalarını  tətbiq  etmək,  sosial-iqtisadi  həyatı  müəyyən 
normalarla  tənzim  etmək  üçün,  ilk  növədə,  sərhəd  toxunulmazlığı  təmin  olunmalıdır.  Lakin  zaman 
keçdikcə sərhəd öz mənasını dəyişir.  
Sərhəddin  qorunması  müasir  anlamda  heç  də  o  demək  deyildir  ki,  buradan  bir  quş  da  keçə 
bilməz.  Əksinə,  müasir  dövrdə  gediş-gəliş  xeyli  artmışdır.  Böyük  şəhərlərdə  bəzən  xaricilər  yerli 
vətəndaşlardan  daha  çox  gözə  dəyirlər.  Əsas  məsələ  odur  ki,  həmin  ölkədəki  qanunlara,  hüquq 
normalarına əməl olunsun.  
Sərhəddi toxunulmaz qalan və formal müstəqilliyi olan elə ölkələr vardır ki, burada hər şey xarici 
investisiya ilə, xarici ölkə şirkətlərinin sifarişi ilə, yabançı mədəniyyətin təsir dairəsinin genişlənməsi ilə 
müşayiət olunur.  
XX  əsrin  sonlarından  başlayaraq  hadisələrin  inkişafı  vahid  iqtisadi  münasibətlərin,  vahid 
ümumdünya  bazarının  yaradılması  istiqamətində  gedir.  Düzdür,  inkişaf  etmiş  ölkələr  öz  üstün 
mövqelərinə istinad edərək özlərinin daxil olduqları ümumi iqtisadi məkanın (məsələn, Avropa Birliyi) 
qapılarını nisbətən aşağı səviyyədə olan ölkələr üçün taybatay açmır və bu da təbiidir.  
Nə  qədər  ümumbəşəri  mənafedən,  vahid  sosial  ideallardan  söhbət  getsə  də,  hələ  milli-dövlət 
mənafeləri  saxlanılır  və  yalnız  eyni  tərtibli  ölkələrin  inteqrasiyasından  söhbət  gedə  bilər.  Və  bu 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə