VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə4/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   2   3   4   5   6   7   8   9   ...   173

 

inteqrasiyaya  qoşulmaq  üçün  əvvəlcə  həmin  ölkələrin  keçmiş  olduğu  inkişaf  mərhələlərini  keçmək, 
onların çıxdığı sınaqlardan çıxmaq lazımdır.  
İstəsək  də,  istəməsək  də  müasir  sivilizasiyaya  qovuşmaq  üçün  inkişaf  etmiş  Qərb  ölkələrinin 
keçdiyi yolu biz də keçməli olacağıq. Lakin bizim əlimizdə bu ölkələrin keçdiyi yolların xəritəsi var və 
biz tarixin ibrət dərslərini nəzərə alsaq, ilk yol açanların bütün səhvlərini təkrar etmərik. Bunun üçün, 
əlbəttə, tarixi də, iqtisadiyyatı da, müasir dünyanın inkişaf meyllərini də gözəl bilmək tələb olunur. Belə 
çətin  bir  zamanda  həm  dünya  iqtisadiyyatına  inteqrasiya  olunmaq  üçün  düzgün  inkişaf  strategiyası 
seçmək, həm də milli-mənəvi dəyərləri qoruyub saxlamaq yaxşı ölçülüb-biçilmiş mükəmməl siyasi plan 
tələb edir.  
Vahid dünya bazarının olması, açıq iqtisadi siyasət ilk baxışda daha çox geri qalmış ölkələr üçün 
zəruri  görünsə  də,  əslində  inkişaf  etmiş  ölkələrin  buna  daha  böyük  ehtiyacı  vardır.  Daha  doğrusu, 
ictimai, elmi-texniki inkişaf prosesinin özünün buna ehtiyacı vardır. Belə ki, külli miqdarda investisiya 
hesabına  artıq  kütləvi  istehsalda  qərarlaşmış  texniki  və  texnoloji  sistemlərin  tez-tez  dəyişdirilməsi 
sahibkarlara  böyük  ziyan  verə  bildiyindən  kapital  dünyası  intensiv  elmi-texniki  tərəqqinin,  tex-
nologiyaların  tez-tez  modernləşdirilməsinin  əleyhinə  çıxa  bilərdi.  Cari  iqtisadi  mənafe  ilə  perspektiv 
texniki tərəqqi arasındakı ziddiyyət ümumən ictimai inkişaf üçün əngəl törədə bilərdi.  
Lakin  geri  qalmış  ölkələrin  qapılarının  açıq  olması  nisbətən  köhnəlmiş  texnikanı  həmin 
bazarlarda xırıd etməyə və öz ölkələrində ən müasir texnoloji sistemləri tətbiq etməyə imkan yaradır.  
Buna  görə  də  inkişaf  etmiş  ölkə  heç  vaxt  bütün  ölkələrin  texniki  inkişaf  səviyyələrinin 
bərabərləşməsinin  tərəfdarı  ola  bilməz.  Ən  qabaqcıl  ölkələrin  özündən  bir  az  geri  qalan  ölkələrə, 
onların da öz növbəsində daha çox geri qalan ölkələrə ehtiyacı vardır.  
Daha  yüksək  elm  tutumu  olan  müasir  texnika  icad  olunduqdan  sonra  istifadədən  çıxarılan 
texnika  “mənəvi  cəhətdən  köhnəlmiş  texnika”  (yəni  özü  təzə  olsa  da  əsasında  dayanan  ideya 
köhnəlibdir)  sayılır  və  onlar  nisbətən  aşağı  (çox  aşağı  səviyyəli  ölkə  qabaqcıl  ölkənin  hətta  artıq  is-
tifadədən çıxardığı texnika üçün də yetişməmiş olur) səviyyəli ölkələrə ixrac olunur.  
Bu iyerarxiya - ölkələrin çoxpilləli düzülüşü hərbi texnika timsalında özünü daha qabarıq göstərir. 
Əvvəla, elmi-texniki potensialın daha çox dərəcədə hərbi-sənaye kompleksində cəmlənməsi bütövlükdə 
cəmiyyətin  tərəqqisinə  xidmət  etməlidir.  İşdə  isə  məhz  hərbi  sənaye  elmi-texniki  inkişafın  əsas  tətbiq 
sahəsinə çevrilir. Çox vaxt beynəlxalq siyasət də bu iqtisadi mənafeyə tabe etdirilir. Böyük dövlətlərin 
(məs.,  ABŞ  və  Rusiya)  öz  aralarındakı  rəqabət  hərbi  texnikanın  daim  təkmilləşdirilməsini  tələb  etdi-
yindən “mənəvi cəhətdən köhnəlmiş” hərbi texnikanın satılması üçün bazara həmişə ehtiyac olur. Ona 
görə də qabaqcıl dövlətlərin və böyük hərbi sənaye şirkətlərinin mənafeyi nisbətən geri qalmış ölkələrdə 
müharibə və münaqişə şəraitinin olmasını tələb edir.  
XX əsrin son rübündə kompüterləşmənin sürətli inkişafı, iqtisadiyyatın və ictimai həyatın bütün 
sahələrinə nüfuz etməsi, xüsusən internet şəbəkəsinin geniş yayılması qloballaşma üçün texnoloji bazis 
hazırlamışdır.  Bu  sahədə  yüksək  texniki  inkişaf  səviyyəsində  olan  dövlətlər  öz  yüksək  ixtisaslı 
mütəxəssislərinin  köməyi  ilə  dünyada  gedən  proseslərə  daha  operativ  və  effektli  təsir  etmək  imkanı 
qazandılar.  
İndi  elektron  poçtu  və  internet  nəinki  kommunikasiyanın  ən  səmərəli  və  sürətli  vasitələrinə 
çevrilmişdir,  nəinki  beynəlxalq  iqtisadi  əlaqələrin  gediş-gəlişsiz  qat-qat  operativ  olan  üsullarını 
yaratmışdır,  həm  də  millətlərin  mədəni-mənəvi  inkişaf  istiqamətlərinə  təsir  göstərmək  imkanına 
malikdir.  Bu  sonuncu  amil,  yəni  internetin  maarifləndirmək  funksiyası  ilə  yanaşı,  ideoloıi,  mədəni-
mənəvi təsir funksiyası qloballaşma prosesində çox önəmli yer tutur.  
Müasir dövrdə ən aktual problemlərdən biri milli özünütəsdiq və qloballaşma arasındakı optimal 
nisbətin tapılmasıdır. Qloballaşma prosesi elm, texnika, texnologiya ilə - ümumbəşəri dəyərlərlə yanaşı, 
milli kimliyi müəyyən edən mədəni-mənəvi amillərə də sirayət etməyə cəhd göstərir. İstər düşünülmüş 
şəkildə, istərsə də qərəzsiz olaraq - fərqi yoxdur. Belə bir şəraitdə, ilk növbədə, nələri qorumaq lazım 
olduğunu,  məhz  hansı  məsələlərdə  məqsədyönlü  sürətdə  ənənəçi,  konservator  olmağın  labüdlüyünü 
məhz ziyalılar müəyyənləşdirməlidir.  
Bizcə, ilk növbədə, meyarlar müəyyənləşməlidir. İdeal halda biz özümüzü necə təsəvvür edirik və 
ya bizim milli-mənəvi idealımız nədən ibarətdir? İndi biz hansı real durumdayıq və daşıdığımız hansı 
keyfiyyətləri məhz milli səciyyə kimi qiymətləndirmək olar? Keçmişə də məhz bu real durum və ideal 
prizmasından,  onun  əsasında  formalaşan  meyarlardan  çıxış  edərək  yanaşmaq  lazımdır.  “Soykökə 
qayıdış” çağırışında qorxulu olan məqam bundan ibarətdir ki, biz keçmişimizdə olan istənilən keyfiy-
yəti  milli  invariant  kimi  və  pozitiv  cəhət  kimi  qəbul  edə  bilmərik.  Həqiqi  milli  keyfiyyətlər  milləti 
yaşadan, onu inkişaf etdirən keyfiyyətlərdir. Bu baxımdan, keçmişimizdən qalan, lakin tərəqqiyə deyil, 
tənəzzülə xidmət edən cəhətləri yaşatmaqdansa, onlardan xilas olmaq yolu tutulmalıdır.  
Qloballaşma  ilə  öz  inkişafının  erkən  mərhələsində  üzləşməli  olan,  müasir  cəmiyyətə  hələ  keçid 
mərhələsində  olan  ölkələrdə  bu  keçidin  ideologiyası  yerli  mütəxəssislərin,  filosofların  iştirakı  ilə 
hazırlanmalıdır.  


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə