VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə14/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   10   11   12   13   14   15   16   17   ...   173

 
25 
C
ə
dv
ə
l №1. 1 
Beyn
ə
lxalq maliyy
ə
 ax
ı
nlar
ı
 (Mlrd. AB
Ş
 dollar
ı

Ölkə 
1980  1985 
1986 
1987 
1988 
1989 
1990 
1991 
1992 
Böyük 
Britaniya 
 
366,1  648,9  830,1  642,6  766,6  689,0  1016,6 
 
ABŞ 
9, 3 
36, 4 
71, 7 
86, 1 
85, 3  104,3  92, 1 
98, 8 
109, 3 
Yaponiya 
 
62, 8  163,7  147,3  128,5  156,7  120,7 
92, 9 
72, 2 
Almaniya 
7, 5 
33, 9 
45, 6 
55, 2 
60, 7 
67, 3 
61, 1 
59, 2 
90, 8 
İtaliya 
1, 1 
4, 0 
6, 9 
8, 1 
10, 3 
17, 6 
26, 6 
60, 4 
118, 4 
Kanada 
9, 6 
26, 7 
40, 5 
58, 9 
39, 1 
54, 5 
64, 1 
81, 4 
111, 2 
 
Beynəlxalq  kapital  hərəkətinin  iqtisadi  nəticələri:  xarici  kapital  onu  qəbul  edən  ölkədə  kapital 
yığımı və istehsal güclərinə bilavasitə təsir edir. Kapital yığımı problemi inkişaf etməkdə olan ölkələr 
üçün  xüsusən  böyük  əhəmiyyət  daşıyır.  Xarici  kapital  qoyulduğu  ölkədə  həm  fəaliyyətə  başlarkən 
gətirdiyi kapital ilə, həm də mənfəətdən yığıma ayırmalarla istehsal güclərini artırır. Xarici kapital özü 
ilə birlikdə texnologiya və müasir idarəçilik təcrübəsini də gətirir, elmi-tədqiqat işlərini təşkil edir, yerli 
kadrların hazırlanmasına yardım edir.  
Xarici kapitalın gətirdiyi valyuta, idxal olunan malların istehsalını daxildə təşkil etməsi (idxalın 
əvəz  olunması)  və  ixracat  potensialının  artırılması  üzrə  gördüyü  işlər  onu  qəbul  edən  ölkənin  ödəniş 
balansı  müvazinətinin  nizamlanması  üçün  böyük  əhəmiyyətə  malikdir.  Lakin  sonralar  əldə  olunan 
mənfəətin bir hissəsinin xaricə köçürülməsi ödəniş balansı müvazinətinə mənfi təsir edir. Ona görə də 
kapitalı qəbul edən ölkələr çox vaxt mənfəətin xaricə köçürülməsini məhdudlaşdırırlar.  
İnkişaf etməkdə olan ölkələr xarici kapital üzrə yeritdikləri siyasətdə bu kapitalların ixracat yönlü 
istehsala  qoyulmasını  geniş  təşviq  edirlər.  Çünki  TMŞ-nin  xarici  bazarlarda  bütün  dünya  miqyasında 
böyük şəbəkə və təcrübələri vardır.  
Xarici kapital iqtisadiyyata dinamik xarakter verir və daxili rəqabəti artırır. Əgər ölkə daxilində 
hər  hansı  bir  sahədə  inhisar  varsa,  xarici  kapitalın  daxil  olması  onu  aradan  qaldırır,  istehsalın 
artmasına və qiymətlərin aşağı düşməsinə səbəb olur.  
Xarici  kapital  sahəsində  dünya  dövlətləri  müxtəlif  siyasət  yeridirlər.  Onların  əksəriyyəti  liberal 
siyasət  yeritdiyi  halda,  bəziləri  onların  fəaliyyətini  məhdudlaşdırmağa  çalışırlar.  Bu  məhdudiyyətlər 
kapitalın  qoyulma  sahəsi  (məsələn,  dağ-mədən  sənayesi,  bank  işi,  qəzet  buraxılması,  sərinləşdirici 
içkilər istehsalında xarici kapital bəzən məhdudlaşdırılır və ya qadağan edilir), gətirilən texnologiyanın 
növü, xarici kapitalın yerli iştiraklarda payı, mənfəəti köçürmə payı, fəaliyyət kimi tələblər aiddir.  
Bir  çox  iqtisadçılar  birbaşa  xarici  kapital  qoyan  TMŞ-nin  yaratdıqları  müəssisələrin  idarə 
olunmasını öz əllərində saxladıqları üçün ehtiyat edirlər ki, onlar aparıcı iqtisadi sahələri ələ keçirərək 
bütün iqtisadiyyatı öz nəzarəti altına ala bilərlər. Bunun nəticəsində isə ölkə müstəqil maliyyə, kredit və 
xarici  ticarət  siyasəti  yeridə  bilmək  imkanını  itirər,  siyasi  təşkilatlar  da  xaricilərin  təsiri  altına  düşə 
bilər.  
Rusiyanın  iqtisadçı  alimləri  A.  Libman  və  B.  Xeyfets  [327,  2008,  №1,  s.  150]  kapital  və 
maliyyənin  hərəkətində  ümumi  məkan  anlayışından  istifadə  edirlər.  Onların  fikrinə  görə  kapital 
hərəkətində  ümumi  məkan  dedikdə  beynəlxalq  miqyasda  ölkələrin  hüquqi  və  fiziki  şəxslərinin  mobil 
kapitallarının  sərhədlərdən  keçirilməsi  zamanı  qarşıya  çıxan  maneələrin  aradan  qaldırılması  üçün 
eyniləşdirilmiş  qaydalar  sistemi  nəzərdə  tutulur.  Belə  qaydalar  beynəlxalq  regional  iqtisadi  birliklər 
tərəfindən müəyyən edilir. İnvestisiya fəaliyyətində ən çox yayılmış məhdudiyyətlər öz ifadəsini konkret 
olaraq aşağıdakılarda tapır: 
1.
 
xaricdə  qız  şirkətlərinin  yaradılması  və  yaxud  şirkətin  xaricdə  pay  sənədlərinin  (səhmlərin) 
satın alınması qaydası. Ümumi mühit bu sahədə məhdudiyyətlərin aradan qaldırılmasını tələb edir;  
2.
 
investisiyaların  icazəli  xarakteri  kapital  hərəkətinin  ümumi  mühiti  tələb  edir  ki,  inteqrasiya 
birliyinin  digər  ölkələrinin  şirkətlərinin  investisiya  qərarlarını  məhdudlaşdıra  bilməz.  (məsələn,  milli 
təhlükəsizlik məsələləri ilə əlaqədar və s. ); 
3.
 
xarici investorlar üçün ölkəyə gəlmək məsələsində məhdudiyyət qoyulmamalıdır;  
4.
 
milliləşdirilmə təhlükəsinə qarşı zəmanət olmalıdır;  
5.
 
mənfəətin transferinə məhdudiyyət qoyulması problemi;  
6.
 
xarici şirkətin idarə olunmasında yerli kadrların iştirakına qoyulan tələblər və s;  


 
26 
Ölkə  iqtisadiyyatının  inkişafında  inkaredilməz  əhəmiyyətə  malik  olduğu  halda,  Kanada, 
Yaponiya və Qərbi Avropa kimi bir sıra inkişaf etmiş ölkələr milli iqtisadi mexanizm üzərində nəzarət 
sükanını itirməkdən qorxaraq  öz ərazisində xarici investisiyaları məhdudlaşdırmağa çalışırlar. İnkişaf 
etməkdə olan  ölkələrin mövqeyi ikilidir: onlar  ölkəyə xarici kapital qoyuluşlarının həm artmasından, 
həm də azalmasından narahatdırlar. Onlar, bir tərəfdən xarici istismarın artmasından qorxurlar, digər 
tərəfdən  isə  xarici  kapital  və  texnologiyanın  məhdudlaşa  biləcəyindən  ehtiyat  edirlər.  Ancaq 
ümumiyyətlə  götürüldükdə  dünya  təsərrüfat  əlaqələrində  birbaşa  xarici  investisiyalar  sahəsində 
liberallaşdırma meyli, məhdudlaşdırma meylindən qat-qat yüksəkdir. Yalnız onu göstərmək kifayətdir 
ki,  1991-1994-cü  illər  ərzində  milli  investisiya  qanunlarına  edilmiş  373  düzəlişdən  368-i  liberallaşma 
istiqamətində  edilmişdir.  Həmin  illər  ərzində  xarici  investisiyanın  qorunması  haqqında  900-dən  çox 
ikitərəfli sazişlər bağlanmışdır. Dünya dövlətlərinin əksəriyyətində birbaşa xarici investisiyaların təşviq 
olunması  üçün  geniş  miqyaslı  maliyyə  və  digər  tədbirlər  sistemi  həyata  keçirilir  (50-dən  çox  təşviq 
tədbiri mövcuddur).  


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə