ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 5,53 Mb.
səhifə11/60
tarix15.03.2018
ölçüsü5,53 Mb.
#32065
1   ...   7   8   9   10   11   12   13   14   ...   60

Əhməd ibn Hənbəlin fiqhinin tarixi inKişafI yayIlmasI


Bu məsələ ilə əlaqədar “Böyük İslam Enskilopediyası” kitabında belə qeyd olunur:

“Əhməd ibn Hənbəl əsas etibarı ilə onun öz rəylərinin yazılmasını xoşlamırdı. Bu işi onun şagirdlərindən bir neçəsi, o cümlədən, Əbdüllah ibn Əhməd və Hənbəl ibn İshaq aşkar şəkildə xatırlatmışdır. O, tam ciddiyyətlə inanırdı ki, kitab yazarkən şəxsi nəzəri, hədislərə qatmadan yazmaq lazımdır. Fiqhi kitabların yazılması tamamilə adi bir iş olan dövrlərdə Əhməd qeyd olunan səbəblər üzündən nə özü fiqh sahəsində kitab yazmağa başladı, nə də şagirdlərinə onun öz nəzarəti altında kitab yazmağa icazə verdi. Bununla belə, Əhmədin istəyinin əksinə olaraq onun şagirdlərinin yazdığı əsərlər yalnız hənbəli fiqhinin sonrakı nəsillərə nəql olunması üçün bir vasitə idi. Ümumi halda “Məsaili Əhməd” adlandırılan əsərlərdən Əbu Davud Sicistaninin yazdığı “Məsaili Əhməd”, həmçinin Əbdüllah ibn Əhməd ibn Hənbəlin də həmin adda yazdığı başqa bir kitabı qeyd etmək olar. İshaq ibn Mənsur Kusəcin öz dostu ibn Rahvəyhlə bir yerdə yazdığı “Məsaili-Əhməd” kitabını qeyd etmək olar.

“Məsaili-Əhməd” adlı kitablardan əlavə, bəzən Əhməd ibn Hənbəlin şagirdləri onun fiqhi rəylərini özlərinin yazdığı başqa kitablarda da irəli çəkmişlər. İbn Nədim onun şagirdlərindən olan Əbu Bəkir Əsrəmin bir əsərinə işarə etmişdir ki, onda fiqhi sünnələri Əhmədin məzhəbi əsasında və hədisdən olan şahidləri zikr etməklə bir yerə toplamışdır.

Əhməd ibn Hənbəlin fiqhi təlimləri onun öz həyatı dövründə əshabi-hədis məzhəbinin yayıldığı məntəqələrdə çox diqqət mərkəzində idi. Üçüncü hicri əsrinin ortalarında Əhmədin rəyləri ibn Rahveyin rəyləri ilə yanaşı, əshabi-hədisin nəzərində özünəlayiq əhəmiyyətə malik idi. Üçüncü hicri əsrin axırlarında və dördüncü əsrin əvvələrində “Əhməd fiqhinin yeniləşdiricisi” ünvanı ilə tanınan Əbu Bəkr Xəllal “Əl-camiul-ulum Əhməd ibn Hənbəl” adlı bir kitab yazaraq onda həmin vaxta qədər müxtəlif kitablarda “Məsaili-Əhməd” barəsində yazılan təlimləri bir yerə toplamışdı. Ondan bir qədər sonra onun müasiri Əbul Qasim Xərqi “Əl-müxtəsər” adlı bir kitab yazmaqla Hənbəli fiqhini sırf şəkildə fiqhi əsərlərin yazılması mərhələsinə daxil etdi.

IV hicri əsrinin ikinci yarısında Əhməd ibn Hənbəlin ardıcılları onların ən mühüm mərkəzləri olan Bağdaddan əlavə Cəzirədə, Xəzər dənizinin qərb və cənub məntəqələrində, Xuzistanda və Misirdə də çox yayılmışdı. Amma ilk dərəcəli fiqhi məzhəblər sırasında Əhmədin məzhəbinin adı çəkilmədən yalnız üç əsas məzhəblə əlaqədar mənbələr IV hicri əsrində çox gözə dəyir. Bəzən də Davud Zahirinin məzhəbinin artırılması ilə dörd məzhəbdən söhbət gedir. V hicri əsrində üç məzhəblə yanaşı Əhməd və Davudun məzhəbləri də ikinci dərəcəli məzhəblər adı ilə tanınırdı.

Şübhəsiz, bu barədəƏhməd fəqih deyil, yalnız mühəddisdirsözü barəsindəki qədim mübahisələr müxaliflərin arasında V hicri-qəməri əsrinə qədər davam etdi. Hətta Əbul-Vəfa ibn Əqili (513- h.q) şiddətli etiraza vadar etmişdir. Hənbəlilərin rəyasət cəmiyyət səhnəsində nüfuzları genişləndiyi üçün VI hicri əsrinin birinci yarısından etibarən Əhməd ibn Hənbəl müxtəlif İslam ölkələrində əhli-sünnə immalarının dördüncüsü kimi təsdiq edildi. Bunun əks-sədası Vəzir ibn HübeyrəninƏl-İfzakitabında da gözə dəyir (560- h.q).1

Şübhəsiz, Əhməd ibn Hənbəl 150 ildən artıq bir müddət ərzində sünnülərin, xüsusilə əhli-hədisin əqidəvi rəhbəri olmuşdu. Sünnə və bidətin əsas meyarı Əhmədin sözləri sayılırdı. Onun əhli-hədis üçün tərtib etdiyi üsul (prinsiplər) sayəsində təcəssüm (Allahı cisim hesab etmək) və təşbih (Allahı məxluqata oxşatmaq) əqidələrinə olan meyllər daha da artmağa başladı. “Allahın müəyyən bir məkanda yerləşməsi”, “Öz ərşində qərar tutması”, “oradan ərşinin aşağısına baxması” və s. bu əqidələrin bir qismi hesab olunurdu. Belə ki, hənbəli məktəbinin əsası hədis barəsində təəssüb hədinə qədər tərəfdarlıq, eləcə də şəri və fiqhi hökmlərin əldə edilməsində rəy və qiyasdan istifadə olunması ilə müxalifət əsasında qurulmuşdu.

Əlbəttə, əhli-hədis müstəqil bir qrup şəklində yalnız IV əsrə kimi davam gətirə bildi V hicri əsrindən bu tərəfə sair sünnü qrupları, o cümlədən, əşairə, mürciə hətta mötəzilə müəyyən qədər əhli-hədisin nəzərlərindən ayrıldı özünə yeni sima aldı. Bütün bunlarla belə, hənbəli məktəbinin (sair sünnü firqə ideologiyaları ilə müqayisədə) həmişə azlıqda olmasının heç vaxt onlar qədər rəvac əhəmiyyət tapa bilməməsinin səbəbi bu idi ki, “bu məzhəbin ardıcılları hədisə, Peyğəmbər (s) sünnəsinə səhabələrin əməl rəftarlarına qarşı ciddi təəssübə malik olduqlarına görə müəyyən qədər azad fikirləşən, onlar qədər təəssübə malik olmayan, öz məzhəblərində istidlal yenilikçiliyə meyl edən hər hansı islami məzhəb firqələrlə müxalifət edir, sair məzhəblərin, o cümlədən şafeilərə şiələrə maneçilik törətməklə, əzab-əziyyət verməklə onlarla mübarizə aparırdılar.”1

Ümumiyyətlə, hənbəlilərin ifratçı təəssüblərə, çox donuq təfəkkürlərə malik olmaları, kəlamın zahiri mənalarını əsas götürüb ona istinad etmələri, əqidələrinin səthi olması, eləcə onların fiqhi məktəblərinin tarixi reallıqlardan uzaq düşməsi, həyatda ictimaiyyətdə mövcud olan gündəlik hadisələrdən uzaq qalmaları üst-üstə toplanaraq bu məzhəbin süquta, tənəzzülə uğramasına səbəb oldu. Buna görə sair məzhəblərə nisbətən tərəfdarı az oldu.”2

Həqiqətdə Əhməd ibn Hənbəlin (241-ci h.q ilində) ölümündən sonra təqribən bir əsr müddətində onun düşüncə fikirləri sünnə ilə bidətin ayırd edilməsində əsas meyar sayılırdı. Amma əşəri məzhəbinin yayılması ilə Əhmədin əqaidi tədriclə səhnədən çıxarıldı sələfiçilik unuduldu. Ustad Cəfər Sübhani bu barədə belə yazır: “(İbn Hənbəlin düşüncələrinin rövnəqlənməsinin ardınca) mütəfəkkirlər bu məsələyə yenidən baxdılar, yəhudilərdən məsihilərdən bu məzhəbə irs keçən bidətlərdən təmizlənməsi sürətləndi. (Nəhayət Əbül Həsən Əşəri hənbəli məktəbinə yaxınlaşmaqla onda əsaslı dəyişikliklər aparmağa çalışdı.) Hər bir halda, əşəri məzhəbinin yaranması ilə sələfiçilik, təcəssüm təşbihə təzahür etmək unuduldu.”3

Dördüncü hicri əsrində Əbu Məhəmməd Həsən ibn Əli ibn Xələf Bərbəharinin sələfi məzhəbinin dirçəldilməsi uğrunda ciddiyyətlə çalışmasına baxmayaraq, camaatın onun əleyhinə olan qiyamları müqabilində heç bir tədbir görə bilmədi.1

Cənab Ənsari Lari onun barəsində belə yazır: “Bərbəhari Bağdad hənbəlilərinin rəisi xüsusi rəylərə malik idi. Özünün düşüncə əqidələri ilə müxalifətçilik edən hər bir şəxsi şiddətlə döyüb yaralayır öz tərafdarlarını camaatla kobud rəftara vadar edirdi. Bərbəhari onun tərəfdarlarının Quran ayələrinin zahiri səthi mənalarını əxz edərək dərin mənalarına nəzər salmamaq, zehni çıxarlara inanclara arxalanmaq, yersiz qürur, cəhalət təəssübü onların yaydığı fitnə-fəsad səviyyəsinin genişlənməsinə, cəmiyyətin asudəlik asayişinin pozulmasına səbəb oldu camaat da onların əleyhinə qiyam edərək onlarla həmişəlik çarpışırdılar.”2

Sonralar, VII əsrin axırlarında VIII əsrin əvvəllərində əvvəlcə İbn Teymiyyə, daha sonra isə İbn Qəyyim Coziyyənin şagirdləri hənbəli əqidələrini daha artıq ifratçılıqla dirçəltdilər. “XII hicri əsrində hənbəli məzhəbi Məhəmməd ibn Ədül Vəhhabın təbliği Ali-Səudun qılıncı ilə daha geniş səviyyədə yayıldı Vəhhabi məzhəbiadı ilə bu ölkənin (Ərəbistanın) qanuni rəsmi məzhəbinə çevrildi. Tədricən Fars körfəzi ölkələrində Misirdə yayıldı.”3 Hazırkı dövrdə Məhəmməd ibn Əbdül-Vəhhabın törəmələri vəhhabiliyin İslama zidd olan əqidələrini dünya müsəlmanlarına qəbul etdirmək istəyirlər.

Əsas bəhsin davam etdirilməsindən və vəhhabiliyin ideoloji rəhbərlərinin işinin gedişatını araşdırmazdan əvvəl “sələfiyyə” sözünün lüğət və istilahdakı (termin kimi) mənasını bəyan etməyi zəruri hesab edirik. Bundan sonra sələfilərin etiqad üsulları barəsində müəyyən qədər bəhs aparacağıq ki, VII əsrin axırlarında və VIII əsrin əvvəllərində hənbəli fiqhini və sələfiçiliyi yeniləşdirən İbn Teymiyyə ilə əlaqədar bəhslərə zəmin yaransın.

Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə