ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 5,53 Mb.
səhifə2/60
tarix15.03.2018
ölçüsü5,53 Mb.
#32065
1   2   3   4   5   6   7   8   9   ...   60

Əhli-sünnə onun tarixindəKi dəyişiKliKlər


Tarixin müxtəlif dövrlərində sünnü məzhəbi1 bir neçə mühüm dəyişikliklərə məruz qaldı. Həmin dəyişikliklər bu məzhəbə hər zamanda xüsusi bir forma verib müxtəlif cərəyanlar yaratdı. Qeyd olunan cərəyanların müştərək fərqli cəhətləri onların arasında müəyyən təzadlar anlaşılmazlıqlar yaratdı. Bunlar da əsas etibarı ilə əqidə bölməsində özünü daha qabarıq şəkildə göstərir müəyyən hallarda fiqh şəriət hökmlərində büruz edirdi.

Qeyd olunan cərəyanların təkcə onların ideoloji məsələləri əsasında deyil, həm onların tarixi seyri hər bir dövrdə tutduqları mövqe əsasında araşdırılması bu məsələlərin düzgün şəkildə başa düşülməsinə lazımi kömək edir. Şiələrdən fərqli olaraq mötəzilə xəvaricin sair müsəlmanlarla ixtilaflı ya müttəfiq olmaları iki mühüm məsələ əsasında cərəyan edirdi: Onlardan biri hansı şəhərdə yaşamaları, digəri isə hakim rejimlə hansı münasibətdə olmaları, bəzi hallarda isə məntəqə daxilində baş verən qiyamlara münasibətləri idi. Onların Mədinə, Məkkə, Kufə, Bəsrə Şamda yaşamaqları həmin yerlərdəki dini mərcəyə tabe olmaları ilə yanaşı idi. Bu şəhərlərdən hər biri səhabələrdən bəzilərinin orada olmasına, eləcə siyasi məsələlərə diqqət yetirməklə özlərinin məxsus fiqhi dini nəzəriyələrini təqdim edirdilər. Şəhərlərarası münasibətlərin genişlənməsi, elmi hövzələrin formalaşması ilə eyni zamanda bu təzadlar daha kəskinləşir, digər tərəfdən şəhərlərə hakim olan təfəkkürlər arasında bir növ ünsiyyət yaranırdı. Belə ki, həm Mədinədə olan bir şəxsin İraq əhli kimi düşünməsi, həm bunun əksi mümkün idi. Bununla eyni zamanda III əsrə qədər yerli mərcəiyyət son dövrlərdə əhli-sünnə cəmaət kimi tanınan şəxslərin arasında əksəriyyət təşkil edən məzhəb idi.”1 Yerli mərcəiyyət əsas etibarı ilə iki müxalif cərəyanın əsasını qoydu:

1.Hicaz əhli olan hədis səhabələri.2

2.Rəy səhabələri. Onların çoxu İraqlı idilər, sonralar İranın da bəzi şəhərlərində özlərinə çoxlu tərəfdar toplaya bilmişdilər. Sanki, əhli-hədisin müqabilində geniş yayılmış terminəhli-kəlamidi.3

Bu məsələnin daha aydın olması üçün əhli-hədislə əhli-rəyin hər birini ayrı-ayrılıqda şərh edirik.

Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə