ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 5,53 Mb.
səhifə7/60
tarix15.03.2018
ölçüsü5,53 Mb.
#32065
1   2   3   4   5   6   7   8   9   10   ...   60

Əhməd ibn Hənbəlin etiqadlarI


Əhməd ibn Hənbəl barəsində müxtəlif kitablarda yaradılan təsəvvür adətən bu mehvər əsasında cərəyan edir: onu sünnəyə meyl edən, fəqahət ictihadın əksinə olan bir mühəddis hesab etmişlər. O, rəyə istinad etməmiş, yalnız Allahın kitabına hədislərə istinad etmişdir. Hədisə istinad edərkən çox şişirtməyə yol verdiyindən İslamın böyük şəxsiyyətlərindən bəziləri, o cümlədən, Məhəmməd ibn Cərir Təbəri, Məhəmməd ibn İshaq Ənnədim onu İslam müctehidlərindən deyil, hədis imamlarından hesab etmişlər. Amma bunu heç vaxt unutmaq olmaz ki, İbn Hənbəl heç olmazsa hədis məsələsi çərçivəsində müstəqil bir müctehid olmuş İbn Teymiyyənin dediyinə görə böyük hədis toplumu, eləcə ustadlarından öyrəndiyi çoxlu rəylərin arasından özü üçün xüsusi bir yol seçmişdir.1

İbn Hənbəl görkəmli bir mühəddis və əshabi-hədis təriqətinin ardıcılı kimi, Quran ayələri və Peyğəmbərə (s) mənsub edilən hədislər üçün hər hansı bir təvil (yozum) ilə müxalif idi. Rəy səhabələrinin böyükləri ilə müxalifətçilik edirdi.

Məlum olur ki, Hənbəli məzhəbi sünnülərin sair məzhəbləri ilə, xüsusilə Maliki məzhəbi ilə müqayisədə hədis ilə əlaqədar daha ciddi təəssüblərə malik olmuşdur. Məşkur bu barədə belə yazır: “Hənbəli məzhəbi 5 prinsip üzərində möhkəmlənmişdir: 1.Allahın kitabı. 2.Sünnə. 3.Peyğəmbəri-Əkrəm (s) səhabələrinin fətvaları. 4.Allahın kitabı sünnə ilə müvafiq olduğu təqdirdə bəzi sahabələrin sözləri. 5.Bütün mürsəl zəif hədislər.”2

İbn Hənbəl Kufənin, Bağdadın, Şamın sair İslam məntəqələrinin hədis sahabələrini münhərif azğın adlandıranlarla düşmənçilik edir, cühəmiyyə, mötəzilə, qədəriyyə şiələrlə daha artıq mübarizə aparırdı. Həqiqətdə Əhməd onun etiqadiyyatıəshabi-hədisin bu qruplarla müxalifətlərinin tarixində dönüş nöqtəsi hesab olunur.”3

Əhməd Peyğəmbəri-Əkrəm (s) sünnəsinə daha artıq əhəmiyyət verirdi. Onun ideoloji əsaslarını Qurandan sonra Peyğəmbəri-Əkrəm (s) sünnəsi, səhabə tabeinlərin sözləri hesab etmək olar. O, sünnə ilə müxalifəti bidət adlandırır. Həvayi-nəfs bidət əhli ilə müxalifətçilik edir, kəlam elmindəki elmi mübahisələrə qarşı çıxırdı.4

Əhməd ibn Hənbəlin bəzi əqidələrini “Böyük İslam Enskilopediyası” kitabından nəql edirik: “Məhəmməd ibn Himyər Əndərabinin nəql etdiyinə görə, Əhməd sünnə və cəmaət əhlindən olan möminin xüsusiyyətlərini belə dəyərləndirir ki, mömin şəxs gərək Allahın yeganəliyinə, Peyğəmbərin (s) risalətinə iman gətirsin, ilahi peyğəmbərlərin dəvət etdikləri şeylərə inansın. Peyğəmbərin (s) bütün səhabələrinə ehtiram qoyub fəzilətlərinə inansın, onların arasında baş verən ixtilaf və münaqişələrlə əlaqədar heç bir söz deməsin, cümə və camaat namazını hər bir əmirlə – facir və günahkar olsa belə, qılsın. Mömin şəxs Quranı Allahın kəlamı və qeyri-məxluq hesab etməli və inanmalıdır ki, iman sözdən və əməldən ibarətdir, artıb azalmağa da qabildir. (Mömin) inanmalıdır ki, cənnət əhli qiyamətdə Pərvərdigarı görəcək.

(Əhməd Müsəddəd ibn Müsərhədə yazdığı risaləsində mühüm məsələlərə işarə edir , o cümlədən, inanırdı ki, ) rafizilər, yəni Əlini (ə) Əbubəkrdən fəzilətli hesab edənlər, eləcə Əlinin (ə) İslamı Əbubəkrdən qabaq qəbul etdiyinə inananlar Allahın kitabı Peyğəmbəri-Əkrəm (s) sünnəsi ilə müxalifət etmişdir... Səhabələrdən birinin digərindən üstün olmasında yalnız bunu demək olar ki, onların arasında Əbubəkr, Ömər Osman biri digərindən sonra ən fəzilətlidirlər.” O, Həzrət Əlinin (ə) fəziləti barəsində isə sukut etmişdir. Çünki, Əbdüllah ibn Ömərdən rəvayət olunan hədisə əsasən Peyğəmbərin (s) dövründə ümmətin ən fəzilətlisi Əbubəkr, ondan sonra Ömər, ondan sonra isə Osman idi. Bu rəvayətdə Həzrət Əlinin (ə) adı çəkilməmişdir. Onun nəzərinə görə Peyğəmbəri-Əkrəm (s) sünnəsinə inanmaq müsəlmanların imamlarına itaət etməyi gərəkli edir mömin şəxs hədis səhabələrinin tutduğu yola inanmalıdır. O, deyir: “Hər kəs xəlifə, yaxud möminlərin əmiri olsa, camaat da onun hakimiyyəti barədə yekdil fikirdə olsalar, yaxud zorla qılınc gücünə xilafətə çatsa ümmət ona itaət etməlidir. Ona itaət etmək sünnətdir. Belə bir əmir əgər günahkar da olsa onunla çiyin-çiyinə döyüşmək cümə namazı qılmaq lazımdır.” Əhməd təkid edirdi ki, hər kəs xəlifənin əleyhinə qiyam etsə müsəlmanların birliyini pozmuşdur belə bir şəxs cahiliyyət ölümü ilə öləcəkdir... (Bundan əlavə) Əhməd Quranın hədisin nəssinə xüsusi diqqət yetirir bu xüsusda təvil yozumu caiz hesab etmirdi...”1

Şübhəsiz, Əhməd dini işlərlə əlaqədar ciddi təəssübkeş və dünyəvi işlərdə isə nisbətən mülayim idi.

Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə