ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 5,53 Mb.
səhifə9/60
tarix15.03.2018
ölçüsü5,53 Mb.
#32065
1   ...   5   6   7   8   9   10   11   12   ...   60

1. nəqli dəlillər


a) Kitab.

Əhməd ibn Hənbəlin fiqhində sünnə, Quranın bəyanedicisi kimi əsaslı təfəkkür olaraq daha artıq təkidlə irəli çəkilir. O, “Ərrəddu əla mən əxəzə bizahiril-Quran tərəkəs-sünnəadlı əsərində Peyğəmbəri-Əkrəm (s) sünnəsini Quranın zahir batini, ümum xüsusu, nasix mənsuxundan Allahın əsas məqsədinin bəyanedicisi hesab etmiş bunun ardınca Peyğəmbərə (s) itaət etməyin vacib olduğunu göstərən Quran ayələrini qeyd etmişdir.”2

b) Sünnə.

Peyğəmbəri-Əkrəm (s) sünnəsinə itaət etmək əshabi-hədisin fiqhində ümumi Əhmədin fiqhində xüsusi şəkildə yüksək məqama malikdir. Həqiqətdə bu məktəb ardıcılları çox hallarda hədisi öz rəylərindən irəli keçirdiklərinə görəəshabi-hədisadı ilə məşhurlaşmışlar. Əhməd ibn Hənbəlin risaləsində qeyd olunur ki: “Bizim nəzərimizdə sünnə Allah Rəsulunun əsəridir...” “Sünnədə qiyasa təmsilə yer yoxdur, əql həva (nəfsin istəyi) ilə dərk olunmaz. Əksinə bu, ona itaət etmək həvanı tərk etməkdən başqa bir şey deyildir.”3

v) Səhabə və tabeinlərin rəyi.

Müxtəlif mənbələrdə Allahın kitabı Peyğəmbərin (s) sünnəsindən sonra səhabələrin nəzəri Əhməd ibn Hənbəlin etimad etdiyi dəlillər sırasında qeyd olunur. O, səhabələrin nəzərini qiyas rəydən irəli hesab edir. Əgər Əhməd səhabələrin hamısından, yaxud təklikdə birindən hər hansı bir hökmü tapsaydı onun qarşısında səhabədən bir müxalif tapmasaydı bu halda onu itaət edilməsi lazım olan hökm hesab edirdi. Səhabələrin ixtilaf etdiyi hallarda isə bəzi hənbəli alimlərinin dediyinə görə Əhməd Allahın kitabına Peyğəmbər (s.ə.v.v) sünnəsinə ən yaxın olan nəzəriyyəni seçir səhabələrin nəzəriyyələrindən xaricə çıxmırdı. Hansının seçilməsinin çətin olduğu halda isə, heç birinə üstünlük vermədən hər iki nəzəriyyəni irəli çəkirdi. Əhmədin ehtiyatlı davranması hətta bir səhabədən iki müxtəlif rəvayət nəql olunduğu halda belə, gözə çarpır. İbn Qəyyim inanır ki, Əhməd ibn Hənbəl səhabələrin ixtilaflı olduğu halda dörd xəlifənin nəzərini sair səhabələrdən üstün hesab edirdi.”1

q) İcma.

Ümumiyyətlə, mövcud məlumatlara əsasən Əhməd ibn Hənbəlin səhabə tabeinin icma fikir birliyindən necə bəhrələnməsini belə bəyan etmək olar: Səhabələrin icması ixtilaf barədə agahlığın olmaması mənasına götürüldükdə Əhmədin nəzərində buna görö mötəbər sayılır ki, səhabənin nəzəri höccətdir, nəinki icma qeyd olunan mənada səhabənin sözünə höcciyyət vermiş olsun. Amma tabein onlardan sonrakı nəsillərə gəldikdə isə, belə demək olar ki, Əhməd ibn Hənbəlin tutduğu üslub o zaman əshabi-hədisin fəqihlərinin arasında mövcud olan üslubla əşhər (ən məşhur) nəzəriyyəyə tabe olmaq idi. YalnızQərineyi sarifəmövcud olan hal istisna olunur. İcma iddiası etmək onun nəzərində cəsarətli bir söz ehtiyatdan uzaq nəzər kimi cilvələnirdi.”2

Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə