ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 5,53 Mb.
səhifə8/60
tarix15.03.2018
ölçüsü5,53 Mb.
#32065
1   ...   4   5   6   7   8   9   10   11   ...   60

İBN HƏNBƏLİN ƏSƏRLƏRİ


Əbu Hənifənin Şafeinin əksinə olaraq, Əhməd üsuli fiqhi məsələlərin yazılmasını dini baxımdan caiz hesab etmir, yalnız hədis yazılmasını mübah bilirdi. Onun kitab yazılması barədə nəzəri bir o qədər müsbət deyildi. Öz ardıcıllarını da onun fətvalarını müxtəlif məsələlər barəsində suallara verdiyi cavabları yazmaqdan çəkindirirdi. Bununla belə hədis, əqaid, Quran rical elmində müxtəlif əsərlər yazmışdır. ÇoxlarıƏhməd ibn Hənbəlin məsələləriadı altında fiqh əqaid məsələlərindəki fətva rəylərini yazmışlar.1 Əhmədin ən məşhur kitabıMüsnədkitabıdır. İbn Cozinin dediyinə görə bu kitab otuz min hədisi əhatə edir. Əmədin özü bu kitaba müstəsna əhəmiyyət verirdi. Əmədin çap olunan əsas etibarı ilə öz oğlu Əbdüllahın rəvayəti əsasında yazılan əsərləri aşağıdakılardan ibarətdir:

1.Əhkamun-nisa

2.Əl-əsami vəl-kuna

3.Əl-əşribə

4.Ər-rədu ələl-cühəmiyyə

5.Əz-zuhd

6.Əs-səlat

7.Əl-iləlu və mərifətür-rical

8.Fəzailüs-səhabə

9.Əlvərə2

Əhməd ibn Hənbəlin fiqhi

Əhməd ibn Hənbəlin üsuli-fiqhi


Şafeinin əksinə olaraq Əhməd ibn Hənbəl üsuli-fiqh elmində heç bir kitab yazmamışdır. Ondan sonra başqa üslubda yazılan məktəbin, eləcə başqa əsərlərinin onun təfəkkür tərzinin dəqiq göstəricisi olmasını iddia etmək olmaz. Buna əsasən, “onun fiqhi nəzəriyyələri barədə ümumi bir görüş əldə etməyin yeganə yolu şagirdlərindən nəql olunan fikirləri təhlil etməkdir.”3

Aydındır ki, Əhmədin şagirdlərinin ondan nəql etdikləri məsələlər hənbəlilərin sonrakı nəsillərinin əsərlərində çap olunmuşdur. Əhməd ibn Hənbəldən müxtəlif məsələlər barəsində bir-biri ilə təzadlı olan rəylər nəql olunmuşdur bu məsələ Əhməd ibn Hənbəlin öz nəzəriyyələri ilə hənbəli fiqhi arasında gözə çarpan fərqləri göstərə bilər. Əhmədin fiqhi Hənbəli fiqhi çərçivəsində Əbu Yəla ibn Fərra, Əbul-Xəttab Kəluzani, İbn Teymiyyə İbn Qəyyim Coziyyə kimi alimlər təhqiqat aparmışlar. Buna baxmayaraq, Əbu Hənifə, Malik Şafei fiqhinin əksinə olaraq Əhmədin fiqhinin əsas bünövrəsi barəsində bir neçə rəyin arasından qəbul olunası bir təhlil əldə etmək çox çətindir.1

Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə