ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи


Sələfiliyin lüğətdəKi və istilahdaKI mənasI



Yüklə 5,53 Mb.
səhifə12/60
tarix15.03.2018
ölçüsü5,53 Mb.
#32065
1   ...   8   9   10   11   12   13   14   15   ...   60

Sələfiliyin lüğətdəKi və istilahdaKI mənasI


Sələfi sözünün lüğətdəki mənasıköhnəpərəst mühafizəkar müsəlmanlar”, bu günkü istilahda isəölüb gedənlərə təqlid etmək”, “ölülərə təqliddə qalmaqmənasını verir.1 Amma onun istilahdakı mənasına gəldikdə isə “IV hicri əsrində yaranan hənbəlilərdən bir qrupu özlərini sələfi adlandırırdılar. Çünki, onlar özlərini saleh sələflərin ardıcılları hesab edir etiqad, əməl fellərində Peyğəmbərə (s), səhabəyə tabeinə tabe olduqlarını iddia edirdilər.2Sələfilər öz sözlərində Əhməd ibn Hənbələ istinad edirdilər. Lakin bu xüsusda hənbəlilərin fəzilətli adamlarından bir qrupu bu sözlərin Əhməd ibn Hənbələ aid edilməsi xüsusunda onlarla münaqişəyə girişdi. Bu zaman sələfilərlə əşərilər arasında şiddətli mübahisə münaqişələr başlandı. Bu iki firqədən hər biri özlərinin saleh sələflərin yoluna dəvət etdiklərini iddia edirdilər.

Sələfilər mötəzililərin tutduğu yol ilə müxalif idilər. Çünki, mötəzililər İslam əqidələrinin bəyan olunmasında yunan məntiqindən əldə olunan fəlsəfi yolla gedirdilər. “Sələfilər İslam əqidələrini səhabə tabeinin əsrində mövcud olan qaydada bəyan etmək, yəni İslam əqaidindən istədikləri şeyi Kitab sünnədən öyrənmək istəyirdilər. Eləcə alimlərin Quran dəlillərindən başqa dəlillər barədə fikirləşməkdən məhrum edilmələrinin tərəfdarı idilər. Sələfilər əqli məntiqi üslublara ümumiyyətlə etiqad bəsləmir, yalnız Quranın hədisin aşkar göstərdiyinə inanır, Quranın nəssindən (aşkar, heç bir yerə yozula bilməyən bəyanlarından) başa düşülən dəlillərə istinad edirdilər.”1 Onlar deyirdilər ki, “dini əqidələri hökmləri əldə etmək üçün istər icmal, istərsə təfsil yolu ilə, eləcə istər etiqad, istərsə istidlal ilə Quran Quran əsasında olan sünnədən başqa, eləcə Quran sünnə əsasında olan üslubdan başqa bir yol mövcud deyildir.”2

Məhəmməd Əbu Zöhrə “Tarixül-məzahibil-İslamiyyə” kitabının 245-248-ci səhifələrində yazır: “Başçıları İbn Teymiyyə olan sələfilər deyirlər: “Hər bir əməl Peyğəmbərin (s) dövründə mövcud olmayıb, yerinə yetirilməyibsə sonralar da yerinə yetirilməməlidir.” İbn Teymiyyə bu ümumi qanundan digər üç qanunu da əldə edirdi:

a) “Heç bir yaxşı əməl sahibini, yaxud Allah dostlarından olan bir şəxsi Allah dərgahına yaxınlaşmaq üçün vasitə qərar vermək olmaz.”

b) “Heç bir diriyə və yaxud ölüyə pənah aparmaq, heç bir şəxsdən kömək istəmək olmaz.”

v) “Heç bir peyğəmbərin, yaxud əməli saleh şəxsin qəbrinə təbərrük etmək, təzim göstərmək olmaz.”3

Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə