ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə98/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   94   95   96   97   98   99   100   101   ...   106

 
210 
qüdrətini tənəzzülə uğradırdı. 
 
 
MƏKKƏ ƏMİRİNİN VƏHHABİLƏRLƏ APARDIĞI MÜBARİZƏ 
(1205-1220-Cİ H.Q) 
Məhəmməd  ibn  Əbdül-Vəhhab  XII  hicri  əsrinin  əvvəllərində  özünün 
vəhhabi  məsləkini  Ərəbistanın  Nəcd  diyarında  təsis  etdikdən  sonra 
Diriyyənin  hakimi  və  oranın  qəbilə  rəisi  Məhəmməd  İbn  Səud  ilə  bir 
əhd-peyman  bağladı.  Bu  müqavilə  əsasında  Məhəmməd  ibn  Əbdül-
Vəhhab razılaşdı ki, vəhhabiliyi Ali-Səudun dini əsası qərar versin və bu 
yolda onların  bütün  təcavüzlərinə  dini  don  geyindirsin.  Bunun  əvəzində 
də Məhəmməd İbn Səud vəhhabiyyəti himayə etməsini bildirsin. 
İki  Məhəmməd  arasında  yaranan  siyasi-dini  ittihadın  ardınca  Ali-
Səudun hücumları dini pərdə altında başlandı. “Məhəmməd İbn Səud işin 
əvvəllərində  öz  hakimiyyəti  dairəsində  olan  ərazilərin  sərhədlərindəki 
nahiyələrə  hücum  etdi.  Vəhhabi  məzhəbinin  yayılmasını  əldə  əsas 
tutaraq  çöl  ərəblərini  hədəf  qərar  tutdu.”
1
    Sonra  strateji  əhəmiyyətə 
malik olan Riyaz şəhərinə hücum etdi, Ali-Səudla Riyazın əmiri arasında 
uzun müddətli çarpışmalar nəticə vermədiyi zaman tərəflər arasında sülh 
müqaviləsi 
bağlandı 
və 
vəhhabiyyətin 
təbliğ  olunması  üçün 
mübəlliğlərin Riyaza  göndərilməsinə şərait  yarandı (1735-ci il). Sonrakı 
il  Riyazın  əmiri  Ehsa  və  Nəcranın  əmirləri  ilə  təşkil  etdiyi  ittifaqda 
vəhhabiliyin  təbliği  ilə  müxalifətə  başladı.  Digər tərəfdən  Süleyman  ibn 
Əbdül-Vəhhab  da  Nəcdin  şəhərləri  olan  Hərimələdə  vəhhabiyyətin 
əleyhinə müəyyən tədbirlər gördü. 
Məhəmməd  İbn  Səudun  oğlu  Əbdül-Əziz  Hərimələdəki  qiyamı 
yatırtmaqla Riyaz əmirlərinin üçlük təşkil edən ittihadiyyəsini sarsıdaraq 
Nəcranın əmiri ilə əsirlər mübadiləsi etdi və Riyaz və Ehsanın ordularını 
məğlub etdi. 
Vəhhabi  qoşunları  artmağa  başlayan  zaman  bütün  Nəcd  diyarını  işğal 
etmək  fikri  onların  beynində  dolaşırdı.  Qeyd  olunmalıdır  ki,  Hicaz  və 
Məkkə şəriflərinin vəhhabiyyətin Nəcddə genişləndirilməsi və yayılması 
ilə  əlaqədar  vəziyyətini  nəzərdən  qaçırmaq  olmaz.  Möhsin  Əl-Əminin 
“Kəşfül-irtiyab”  kitabında  yazdığına  görə  vəhhabi  alimləri  1165-ci  h.q 
ilində  şərif  Məsudun  hökmranlığı  dövründə,  eləcə  də  1195-ci  h.q  ilində 
şərif  Əhmədin  hökmranlığı  dövründə  Məkkə  alimlərinin  israrı  ilə 
vəhhabilərlə  elmi  mübahisələr  aparmağa  məcbur  oldular.  Onların 
əqidələrinin  batil  olması  sübuta  yetdi  və  onlar  həcc  ziyarətinə  getmə 
                                                 
1
 “Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.25 


 
211 
haqqından məhrum olundular. 
Vəhhabilərin  Nəcd  diyarındakı əraziləri  işğal  etməsi  Məkkə  şəriflərini 
də  qorxutmuş  və  onları  vadar  etmişdi  ki,  həmin  nahiyələrdə  baş  verən 
xoşagəlməz hadisələri türk sultanına çatdırsınlar. Mühəqqiqlərin inancına 
görə,  birinci  dəfə  vəhhabiyyətin  və  İbn  Səudun  xəbəri  rəsmi  şəkildə 
Osmanlı  sarayına  1747-ci  ildə  çatmışdı.  Bu  xəbərin  Ali-Baba  çatması 
osmanlılarda  vəhhabiyyətin  inkişafının  qarşısını  alma  fikirlərini 
canlandırdı. Amma 65 il çəkdi ki, osmanlılar vəhhabilərin əleyhinə hərbi 
tədbirlər keçirmiş olsun. 
1765-ci ildə Məhəmməd İbn Səudun Diriyyədə ölümündən sonra oğlu 
Əbdül-Əziz  onun  canişini  oldu.  O,  atasının  həyatı  dövründə  ətraf 
məntəqələrə  yeridilən  orduya  sərkərdəlik  edirdi.  O,  öz  qüdrətini 
möhkəmləndirmək  üçün  atasının  dövründəki  hücumları  genişləndirdi, 
Nəcdin  bir  çox  yerlərini  işğal  etmək,  Ehsa  və  Qətifi  ələ  keçirməklə 
vəhhabiliyi Fars körfəzi sərhədlərinə qədər genişləndirə bildi. 
Cənab  Fəqihi  vəhhabilərin  Hicaz  və  Məkkə  şərifləri  ilə  rabitələri 
barəsində  belə  yazır:  “Vəhhabilər  şərif  Məsudun  vəfatına  qədər  həcc 
əməllərindən  mərhum  idilər.  Şərif  Məsuddan  sonra  onun  qardaşı  şərif 
Müsaid  ibn  Səid  Məkkənin  əmiri  oldu  və  vəhhabilər  həccə  getmək 
icazəsi  almaq  məqsədi  ilə  bir  nəfəri  onun  yanına  göndərdilər.  Lakin  o 
icazə verməkdən imtina etdi. (1186-cı h.q ilinə qədər bu minvalla davam 
etdi.  Şərif  Sərur  əmisi  Şərif  Əhmədin  yerində  Məkkənin  hakimliyini 
öhdəsinə alan vaxta qədər vəhhabilər həcc əməllərini yerinə yetirməkdən 
mərhum  idilər.)  Şərif  Sərur  vəhhabilərə  Allah  evini  ziyarət  etmək 
icazəsini bu şərtlə verdi ki, cizyə versinlər. Lakin onlar cizyə verməkdən 
imtina etdilər. Bu haqq 1202-ci h.q. ilinə qədər onlar üçün qalırdı. Lakin 
bu  ildə  Şərif  Sərurun  canişini  Şərif  Qalib  həmin  haqqı  onlardan  aldı  və 
vəhhabilərin rəhbərləri Əbdül-Əziz ilə müharibəyə hazırlaşdı. 
Vəhhabilərin  Ərəbistan  yarımadasına  hücum  etməsi  və  onların 
nüfuzları  müqabilində  bəzi  qəbilələr  tərəfindən  müəyyən  müqavimət  və 
müxalifətlərin  olmasına  şahidik.  Amma  müxalif  əmirlər  arasında 
ittihadın  və  həmrəyliyin  olmaması,  vəhhabilərin  hərbi  cəhətdən  üstün 
olmaları bütün ittihadiyyələri sarsıtmışdı. Belə ki, vəhhabilərlə müxalifət 
edən  çoxlu  qəbilələrin  itaət  etməyə  başlamaları  Əbdül-Əziz  Səudinin 
hakimiyyət  dairəsini  Cəbəli-Şəmmərdən  Fars  körfəzi  sahillərinə  qədər 
genişləndirmişdi,  Nəcd  və  onun  ətraf  məntəqələrindən  malik  olduğu 
iqtidarla  yanaşı  şərif  Qaliblə  Hicazda  müharibə  etməyə  tam 
hazırlaşmışdı. 
Bəzi mühəqqiqlər ingilislərin ifa etdiyi rol və onların vəhhabiləri Şərif 
Qalibin əleyhinə müharibiyə təşviq etməsi ilə  əlaqədar məkrli planlarını 
bəyan  etmişdilər.  Cənab  Xalisi  bu  barədə  belə  yazır:  “Onların 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə