ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə96/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   92   93   94   95   96   97   98   99   ...   106

 
206 
sonunda  onların  İranda  İslam  quruluşu  bərqərar  edildikdən  sonra 
gördüyü  tədbirlərdən  bəzilərinə  (onlar  bu  tədbirləri  inqilabçı  fikirlərin 
sərhədlərdən  içəri  nüfuz  etməsinə  mane  olmaq,  eləcə  də  inqilab  və 
şiəliklə zidd olduqlarına görə görürdülər) işarə edirik: 
1)  İranda  İslam  inqilabı  qələbə  çaldığı  vaxta  qədər  Ərəbistan  dövləti 
hacılar  üçün  heç  vaxt  istirahət  və  asayiş  vasitələri  yaratmaq  fikrində 
olmamışdı.  Amma  bundan  sonra  təhlükə  hiss  etdiyinə  görə  bu  kimi 
yerlər  yaratmağa  başladı.  Özünü  İslamın  himayəçisi  və  şərif  hərəmlərin 
xidmətçisi kimi təqdim etdi. 
2) Ölkə daxilində gördüyü tədbirlərdən ikincisi ölkənin idarə olunması 
üçün  şəxslərin  seçilməsində  çox  məhdud  şəkildə  azadlıq  verməsi  idi. 
Həmin məqsədlə ziyalı sinifləri üçün müəyyən məhdud ixtiyarlar vermiş, 
fəqir  ailələrə  köməkliyi  artırmışdı.  Bu  yolla  da  çalışırdı  ki,  daxildəki 
narazılıqları  müəyyən  qədər  azaldaraq  aradan  aparsın;  siyasi  baxımdan 
da  Milli  Məclisin  təşkil  olunmasına  və  Əsas  Qanunun  yazılmasına 
başladı. 
3)  Mədəni-maarif  baxımından  ali  və  orta  məktəb,  kitabxana  və  sairə 
təlim  ocaqlarını  gücləndirməyə  başladı.  Bu  zəminlərdə  müəyyən 
sərmayələr  ayırdı  ki,  ölkənin  gələcəyi  üçün  kadrlar  hazırlaya  bilsin. 
Onlar  Mədineyi-Münəvvərədə,  eləcə  də  bir  neçə  başqa  şəhərdə  “İslam” 
adlı universitetlər yaratdılar ki, cavanların ölkə daxilində təhsil almasına 
şərait yaransın. 
Onların  mədəni-maarif  tədbirlərindən  digəri  qərb  mədəniyyətinin 
töhfəsi  olan  əxlaqsızlıq  və  fəsadın  yayılmasıdır.  Dünya  ağalığına  can 
atanlar  bunu  təcrübə  etmişdilər  ki,  camaatın  gələcəyə  olan  ümidini 
əllərindən  almaq  üçün  ilk  növbədə  onlara  yaxşı  və  firavan  şərait 
yaratmaq,  daha  sonra  onların  arasında  fəsadı  yaymaq  lazımdır.  Bu 
mərhələlər Ərəbistanda da eynilə icra olunmaq vəziyyətindədir. 
4)  Daxildəki  tədbirlərlə  yanaşı,  Ərəbistandan  xaricdə  də  müəyyən 
fəaliyyətlər  göstərildi.  Dünyanın  müxtəlif  yerlərində  mədrəsələr, 
məscidlər,  dini  binalar  təsis  olundu.  Məsələn,  Malaziyada  beynəlxalq 
İslam  universiteti  təsis  olundu  ki,  dünyanın  cənub  və  qərbindəki 
tələbələrin təhsil almasına şərait yaratsın. 
Xarici fəaliyyətlərdən ən ümdəsi kimi müxtəlif kitab və jurnalların çap 
edilərək  dünya  səviyyəsində 
yayılması  idi. 
İslam  inqilabının 
qələbəsindən  öncə  Ərəbistan  xaricdə  ən  çoxu  iki  jurnal  çap  edirdi. 
Halbuki,  inqilabdan  sonra  bu  jurnalların  sayı  ona  çatdı  və  onların  hər 
birinin  tirajı  da  milyondan  artıq  idi.  Maddi  imkanlardan  istifadə  edərək 
digər  ölkələrdə  müxtəlif  jurnalların  imtiyazlarını  alır,  yaxud  yeni 
jurnallar  buraxmağa  başlayırdılar.  Nümunə  olaraq,  Londanda  yüz  min 
tirajla  çap  olunan  “Əl-Məcəllə”  jurnalının  təqribən  iyirmi  min  cildi 


 
207 
Misirə  göndərilirdi.  Vəhhabilərin çap  etdiyi kitabların  müştərək  fəsilləri 
şiəliyin və İranın əleyhinə təbliğat aparmaq idi. 
Radio  kütləvi  informasiya  və  təbliğat  vasitələrində  ən  mühümüdür. 
Ərəbistan  çox  yüksək  səviyyəli  bir  radio  qurşağından  istifadə  edərək 
dünyanın böyük bir hissəsində təbliğat apara bilərdi. 
5)  Ərəbistanın  siyasi,  hərbi  və  mədəni  məsələlərlə  əlaqədar  ölkədən 
xaricdə  gördüyü  tədbirlərdən  biri  də  Fars  körfəzi  ölkələri  həmkarlıq 
şurasını təşkil etməsi idi. Bu şura siyasi və hərbi yönlərə malik olmaqdan 
əlavə, mədəni təsirə də malik idi. Məntəqədən çatan xəbərlər göstərir ki, 
vəhhabilər Fars körfəzinin cənub haşiyəsində yerləşən ölkələrə çox nüfuz 
etmişlər.  Məsələn,  Qətər  və  Birləşmiş  Ərəb  Əmirlikləri  dövlətlərində 
ziyalı  sinfindən  yüzlərlə  nümayəndə  Ərəbistan  institutlarında  təhsil 
alaraq  imam-camaat  və  mübəlliğ  adı  altında  şəhərlərə  və  kəndlərə 
göndərilir,  mədəni  faliyyətlərini  davam  etdirirlər.  Fars  körfəzi  ölkələri 
şurasına  daxil  olan  ölkələrdə  şiələrlə  mübarizə  siyasəti  qəbul  olunaraq 
icraya  qoyulmuşdur.  Bu  siyasət  Ərəbistanın  daxilində  də  çox  şiddətlə 
davam etdirilir. Ərəbistan dövləti şiələri  İran  İslam respublikasının ilkin 
mədəni  ocağı  hesab  edir.  Bir  neçə  il  bundan  öncə  iranlı  və  qeyri-iranlı 
şiələri  ölkədən  ixrac  etmişdir.
 
Küveytdə,
 
Bəhreyndə  və  Fars  körfəzinin 
digər ölkələrində
 
şiələrlə
 
mübarizə siyasəti icra olunmuşdur. Həqiqətdə
 
bu 
tədbirlər İslam inqilabı təffəkürünün genişlənib onların öz ölkələrində və 
camaat arasında yayılmasından qorxan bütün dövlətlərdə icra olunur. 
Vəhhabilərin  1366-cı  hicri  şəmsi  ilində  (31  iyul,  1987)  iranlı  şiə 
hacıların  əleyhinə  törətdiyi  vəhşiliklər,  insaniyyətə  zidd  cinayətlər  və 
yaramaz  əməlləri  onların  Məkkədəki  şiələr  və  İran  İslam  inqilabında 
yaşayan  şiələr  əleyhinə  aşkar  düşmənçiliyini  göstərirdi.  Bundan  əlavə 
vəhhabilərin  müharibədən  təzə  çıxmış  bir  ölkədə  –  İranın  sərhəd 
məntəqələrinə  çox  incə  məkrliklə  nüfuz  etmələri,  hələ  də  müharibə 
vəziyyətində  olan  Əfqanıstana  müdaxilə  edərək  Taliban  hərəkatına 
maddi kömək adı ilə etdiyi müdaxilələr əsla qəbul oluna bilməz. 
VƏHHABİLƏRİN SİYASİ VƏ HƏRBİ TƏDBİRLƏRİNİN 
ARAŞDIRILMASI 
Keçən  fəsillərdə  qeyd  olundu  ki,  vəhhabilər  təəssübkeş  bir  firqə  kimi 
hənbəli firqəsindən ayrılmışdılar. XII hicri əsrinin əvvəllərindən etibarən 
tədricən  Ərəbistanda  özünün  əsl  inkişafına  Nəcd  ərəblərinin  arasında 
başladı və Nəcddən başqa Hicaza da hakim kəsilə bildi. 
Həmçinin deyildi ki, vəhhabi ayini özünün fikir və əqidələrini Əhməd 
ibn Hənbəlin (IV hicri əsrində  yaşamışdır) təlimlərindən almışdır. O, öz 
əqidə və fikirlərini yaymaq üçün İbn Teymiyyənin, İbn Qəyyimin və İbn 
Əbdül-Hadinin  səylərindən  lazımi  qədər  istifadə  etdi.  Xüsusilə,  Əhməd 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə